Rövşən Cəmşidov Avstraliyaya səfir təyin edilib

Azərbaycan prezidenti Ilham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Rövşən Cəmşidovun Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Rövşən Cəmşidov Azərbaycanın Avstraliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.