Guardiola Bavariya ilə 3 illik müqavilə imzaladı

Pep Guardiola

Barcelonanın keçmiş baş məşqçisi Pep Guardiola Almaniyanın Bavariya (Münhen) klubu ilə 3 illik müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi internet saytı məlumat yayıb.

Guardiola Bavariyanın indiki baş məşqçisi Jupp Heynckesi əvəz edəcək.

Pep Guardiola ilə İngiltərənin Çelsi və Mançester Siti klubları da maraqlanırdı.

Jupp Heynckesin klubla müqaviləsi bu yay sona yetir.