Azərbaycanda avtobuslarda yeni cihazlar quraşdırılacaq

Foto arxiv

Azərbaycanda avtobuslarda yeni topoqraf cihazlar quraşdırılacaq.

ANS PRESS-in məlumatına görə, yeni cihaz avtobusun nə vaxt və hansı sürücü tərəfindən işə salındığı, sürücünün nəqliyyat vasitəsini neçə saat idarə etdiyi, saatda neçə km sürətlə hərəkət etdiyi, harada nə qədər dayandığı, bir sözlə hər şeyi qeydə alacaq.