Sürücülər texniki baxışın bahalaşmasından gileylənir

Azerbaijan -- a London taxi in Baku, 29Aug2012

Yanvarın 1-dən avtomobillərin texniki baxışı üçün nəzərdə tutulan məbləğ 10 manatdan 20 manata qaldırılıb.
Yeni qaydaya əsasən, texniki baxışdan keçmək üçün avtomobillər məcburi sığorta edilməlidir.

Sürücülər İstər texniki baxışa görə nəzərdə tutulan məbləğin qaldırılması, istərsə məcburi sığorta şərtinin onlara əlavə maddi problemlər yaratdığını deyirlər.

Özünü Rafiq Quliyev kimi tanıdan sürücü deyir ki, bu il avtomobilini texniki baxışdan keçirərkən, əvvəlkindən təxminən 3 dəfə çox – yəni 110 manat xərcləyib.