Jurnalisti snayperlə qətlə yetirdilər

-

Suriyada - hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlərin getdiyi Hələb şəhərində fransız jurnalist Yves Debay-ı snayperlə qətlə yetiriblər.

Bu haqda Suriyanın İnsan Haqlarının Monitorinqi Təşkilatı məlumat yayıb.

Təşkilat jurnalistin hökumət qüvvələri tərəfindən öldürüldüyünü iddia edir.

Suriyada üsyan başlanandan bəri 17 peşəkar journalist öldürülüb.