Suriyada jurnalisti snayperlə qətlə yetirdilər

Suriya

-
Suriyada - hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlərin getdiyi Hələb şəhərində fransız jurnalist Yves Debay-ı snayperlə qətlə yetiriblər.
Bu haqda Suriyanın İnsan Haqlarının Monitorinqi Təşkilatı məlumat yayıb.
Təşkilat jurnalistin hökumət qüvvələri tərəfindən öldürüldüyünü iddia edir.
Suriyada üsyan başlanandan bəri 17 peşəkar journalist öldürülüb.