Hələbdə strateji əhəmiyyətli aeroport uğrunda döyüşlər gedir

Suriya yaraqlısı, Hələb

-

Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə silahlı üsyançılar arasında aeroport uğrunda şiddətli döyüşlər gedir.

Üsyançıların komandirlərindən olan Abu Kosai deyib ki, aerport strateji əhəmiyyətə malikdir: “Əgər aeroportu alsaq, deməli şəhəri almış sayılırıq”.

O bildirib ki, prezident Bəşər Əsədə sadiq qüvvələr aeroportdan Hələbdəki qoşun hissələrinə silah və ərzağın gətirilməsi üçün istifadə edir.

Hökumət qüvvələri şəhərin təxminən yarısına nəzarət edirlər.