11 «kriminal avtoritet» saxlanıb

-
Bakıda kriminal avtoritet kimi tanınan 11 nəfər saxlanıb.

Bu barədə yanvarın 19-da Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 18-də Xətai rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində özlərini kriminal avtoritet adlandıran 11 nəfər saxlanıb.

Məlumatda saxlanan zaman həmin şəxslərin polisə müqavimət göstərdiyi bildirilir.

Cinayət işi açılıb, araşdırma aparılır.