Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadze vətənə dönüb

Badri Bitsadze

Gürcüstan sərhəd xidməti rəhbərinin müavini Badri Bitsadze vətənə dönüb.
O 2011-ci ildə ölkəni tərk etmişdi.

Buna səbəb polis əməkdaşlarına hücum və Tbilisidə hərc-mərclik salmaqla bağlı ona qarşı irəli sürülən ittiham idi.

2011-ci ilin mayında paytaxt Tbilisidə keçirilən kütləvi nümayişdən sonra Bitsadze və bir sıra təşkilatçılara qarşı ittiham irəli sürülmüşdü.
Mitinqin təşkilatçılarından biri onun həyat yoldaşı və keçmiş xarici işlər naziri Nino Burcanadze idi.

Bu günlərdə ölkədə verilən amnistiyaya Bitsadze də düşüb.