Boeing 787 Dreamliner” təyyarələrinin satışı dsyandırılıb

Boeing 787 Dreamliner

ABŞ-ın “Boeing” təyyarə konserni “Boeing 787 Dreamliner” sərnişin təyyarələrinin satışını dsyandırıb.

Buna səbəb təyyarınin elektrik sistemində aşkarlanan nasazlıq olub.
Məlum olub ki, elektrik naqillərinin qızması təyyarənin yanmasına səbəb ola bilər.

Amma şirkət bu təyyarələrin istehsalını dayandırmayıb.

Dünyanın müxtəlif ölkələrində texniki səbəblərə görə, bu tipli 50 təyyarənin istismarı dayandırılıb.

Uzun məsafələr üçün nəzərdə tutulan “Boeing 787 Dreamliner” 350-dək sərnişin tutur.