Ötən il Azərbaycanda 45 polis sistemdən qovulub

Ramil Usubov

Ötən il Azərbaycanda korrupsiya və digər neqativ hallara yol verdiyinə görə 45 polis əməkdaşı sistemdən qovulub.

Bunu daxili işlər naziri Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsində keçirilən müşavirədə deyib.

O təkcə ötən il ümumilikdə 694 polis əməkdaşının korrupsiyaya görə cəzalandırıldığını, 45-nin daxili işlər orqanlarından xaric edildiyini, 17 nəfərin isə tutduğu vəzifədən azad edildiyini bildirib.