Ermənistanda prezident seçkiləri kampaniyası başlandı

Arxiv foto: Ermənistanda Serzh Sarkisian-ın seçki plakatı, 2008-ci il

-

Ermənistanda prezident seçkiləri kampaniyası başlanıb.

18 fevraldakı prezident seçkilərində 8 namizəd var.

Namizədlərdən biri olan indiki prezident Serzh Sarkisian deyib ki, seçkilər rəqabətli keçiriləcək.

Hər namizədə ictimai televiziyada pulsuz 60 dəqiqə və ictimai radioda pulsuz 120 dəqiqə vaxt verilir.

Pulla isə ictimai televiziyada 120, ictimai radioda 180 dəqiqədən çox vaxt almaq olmaz.