Obama andiçmə mərasimində dünyada demokratiyaya dəstək vəd edir [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ Prezidenti ikinci dəfə and içib

-
Yanvarın 21-də Barack Obama ikinci dəfə ABŞ prezidenti kimi təntənəli andiçmə mərasimi keçirilib.

Andiçmə mərasimindəki çıxışında Obama bölünmüş Amerikanı bir millətdə, bir xalqda birləşməyə çağırıb.

O həmçinin yeni sınaqlara yeni cavablar verməyə çağırıb.

Obama onu da bildirib ki, Amerika dünyada demokratiyanı dəstəkləyəcək, azadlıqsevən qüvvələrin arxasında duracaq.

Konstitusiyaya uyğun olaraq Barack Obama yanvarın 20-də Ağ Evdə məhdud dairədə and içmişdi. Bu gün isə Vaşinqtonda 800 minə yaxın adamın iştirak edəcəyi təntənəli rəsmi inaqurasiya mərasimi keçirilib.

Barack Obamanın 4 il əvvəlki ilk andiçmə mərasiminə 1,8 milyon adam toplaşmışdı.