İraqda törədilmiş partlayışlarda azı 17 nəfər ölüb

Bağdad və onun ətrafında törədilmiş partlayışlarda azı 17 nəfər ölüb, 50-dən çox adam yaralanıb.
3 minalanmış maşın partladılıb.

Partlyışlar Taci şəhərindəki hərbi bazanın ətrafında, Mahmudiyyə şəhərində və Bağdaddakə şiə məhəlləsində törədilib.
Onlardan birini intiharçı törədib.

Hələlik bu hücumlara görə cavabdehliyi heç kim üzərinə götürməyib.