Millət vəkilinə məxsus avtomobil qəza törədib, bir nəfər ölüb

Aydın Mirzəzadə

-

Millət vəkili Aydın Mirzəzadəyə məxsus avtomobil yol qəzası törədib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakının Qaradağ rayonu ərazisində baş verib. Belə ki, millət vəkilinə məxsus «Honda Akkord» markalı avtomobil yoldan keçmək istəyən qadını vurub. Piyada, 1958-ci il təvəllüdlü Mariya Cavadova hadisə yerində ölüb.

Hadisə zamanı avtomobili A. Mirzəzadənin sürücüsü Faiq Qocayev idarə edib. Avtomobildə A. Mirzəzadə ilə yanaşı, digər millət vəkili Elman Məmmədov da olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda polis əməkdaşları ərazidə araşdırma aparırlar.