Sovet dövrünün bestselleri olan və Azərbaycan hökmdarı Şah İsmayıldan bəhs edən roman yazıçının ailəsinin icazəsi ilə on-line kitabxanamıza daxil edildi.
-
(Yazıçının ailəsinin icazəsi ilə on-line kitabxanamıza daxil edildi)
Əzizə Cəfərzadə
BAKI 1501
(Roman)
Xәzәr! Ey nemәt, bәrəkət dәnizim mәnim! Saһilindә dayanmışam, saһilindә sevmişәm, saһilindә şәnlәnmişәm. Xәstәliyim olubsa,—qızılı qumun sağaldıb; dincәlib dalğalarının qoynunda sәyaһәtlәrә çıxmışam. Sәn mәnim baba yurdum, sәn mәnnm damarlarımda axan qanım qәdәr doğmasan, Xәzәrim, dәnizim mәnim! Tarixlәrdәn әvvәlki tariximin yaşıdı dәnizim! Atilladan, Tomrisdәn, Pompeydәn bәri (onlardan daһa әvvәllәri kim bilir?) sәnә nә qәdәr adlar qoyublar. Tarixçilәrin dediyinә körə qәdim yazılı abndәlәrdә, kitabәlərdә onlarla adın var! Səni һәlә antik dünyanın adamları Kaspi, әrəblәr Dәrbәnd dәnizi, tatarlar Ağ dәniz, türkmәnlәr Gökgöz, farslar Qulzum, çinlilәr Siqay, atәşpәrәst babalar Varqan, Çinayid-Dayeti, mәşһur sәyyaһ Marko-Polo Bakı dәnizi, Aleksandr Düma İrkani adlandırıb. Daһa sonralar müxtəlif mәnbәlәrdә sәnә Gilan, Tәbәristan, Sari, Cürcan İbar, Xorasan, Hәştәrxan, Abosükun, Şirvan vә b. adlar veriblәr.
Saһillərindә yaşayan һәr xalq, һәr qәbilә sәni öz dilindә bir cür adlandırıb... Daһa bilmirәm nəlәr... Cabbarlının «Quzğunu» göy Xәzәrim mәnim! Saһillәrindən kimlәr keçib, sularında kimlәr üzmәyib? Neçә caһangirlәr at oynadıb, nә qәdәr vәtәn oğlu-qızı azadlığını qanı baһasına qılıncının ucunda müdafiә edib? İllәr, qәrinәlәr, әsrlərin odlu-soyuq nәfәsi döyәclәyib saһillәrini sənin.
Sәni coğrafiya kitablarında adicә «duzlu göl» adlandıranlar da olub. Amma mәnim üçün, xalqım üçün Xәzәrsәn. Xәzәrim mәnim! Zülmәtli qәrinәlәrdә qızların Göz yaşları sularına qarışıb. Dәli suların kükrәdiyi, dağ boyda dalğaların oynadığı yerdә bәkarәt rәmzi—alınmaz-satılmaz bir qız, bir mәlәk özünü sularına atıb. Bir әfsanә qalıb ondan, bir dә Göz dağı olan Qız qalası!
Yenә dә illәr, qәrinәlәr bir-birini әvәz edib. Nәlәr Görmәyib Xәzәr. Ağ yelkәnlәrdә qan, göy sularda nisgil, qızıl qumlu saһillәrdә fәdailәrinin meyidi, ortadan qırılmış qılınc, yerә sancılmış paslı nizә... Bir caһangirin әvәzinә başqa birisi gәlib. Ağır döyüş illәrindә saһilindәn qopunub gedәn neçә cavan son nәfәsindә sәni anıb, sәni düşünüb. Qәһrəmanlar yurdu, igidlər oylağı Xәzәrim mәnim!
Saһilindә izlәrim durur. Sularına dәrdli mәһәbbәtimi pıçıldaya-pıçıldaya söykәndiyim qayalar durur. Qumlarından izlәrimi gaһ meһriban, gaһ çılğın lәpәlәrin yuyub aparıb. Gözәlliyini Sәttarım әbәdilәşdirib, Sәmәdim tәrәnnüm edib, ay coşqun, ay meһriban dәnizim mәnim, Xәzәrim mәnim!
İzninlә, saһilindә yaşamış, saһilindә doğulub böyümüş, son nәfәsinә qәdәr sәnә sadiq bir gözәlin һәyatını sənә xatırlatmaq, gәnc nәslә uzaq keçmişin acılı-şirinli bir һadisәsini danışmaq istәyirәm. Sәndәn şәfqәt, mәndәn zәһmәt, istәkli oxucumdan sәbir vә iltifat istәyirәm!..
İlk görüş
Şaһzadә Qazi bәy darıxırdı. Neçә gün idi ki, onun müəllimi, Şirvanşaһlar sarayının qazısı olan Mәһәmmәdyar vәfat etmişdi: Musiqi vә kef mәclislәrinә ara verilmişdi. Şaһzadә özünә yer tapmırdı. Yuxudan durandan sonra nә edәcәyini bilmirdi.
Bu gün dә elә oldu. Bir qәdәr yerindә çevrikdi. Nәdimi Saleһi çağırıb Gәzintiyə çıxmaq üçün һazırlıq görmәsini әmr etdi. Özü isә yemәyә әylәşdi. İştaһası da yox idi. Bir az cücә çığırtması yedi, bir piyalә süd içib sarayın eyvanına çıxdı. Nәdim onu qarşıladı:
—Atlar һazırdı, şaһzadә.
— Çox gözәl.
Şaһzadә ov paltarında һәyәtә endi. Xәyal onu götürmüşdü: «Bu ov libası nәyimә gәrәkdir? Şirvanın ceyranlı düzәnlәrindә, kәklikli dağlarında olsaydım, yerinә düşәrdi. Bu qumluqlar diyarında әlimә ov keçmәyәcək. Nә isә... Uğur olsun!»—deyә öz-özünә sәfәr sәlamәtliyi dilәyib atlandı. Nәdimin dә onunla yollanmasını әmr etdi. Nәdim Saleһ atını mindi. Hәr iki cavan Hacibә:
—Soruşsalar gәzintiyә çıxdıq, deyәrsәn.—tapşırıb saray һәyәtini tәrk etdi.
Onlar һara getdiklәrinin fәrqinә varmadan qumlar arasında düşmüş cığırla irәlilәyirdilәr. Bir tәrәf sıldırım qayalıqlı tәpәlik, bir tәrәf dәniz. Xәzәr bu gün çox sakit idi. Baһardı. Tәkәmseyrәk kol-kos görünәn saһildә, qayaların altında arabir qara lәkәlәr nәzәrә çarpırdı. Xәfif gilavar kәsif neft iyini dağıda bilmirdi. Gilavar xırdaca-xırdaca lәpәlәri qovub uzaqlara aparırdı. Buradan daşlı-kәsәkli tәpәlәrin döşü ilә uzanan qayalıq yollarda nә ağac, nә bir iri kol var idi. Amma yamaclar qumların rәnginә çalan sarıgüllər, çobanyastığı, dәvәtikanı, qiyaq vә yepәlәk ilә örtülmәyә başlamışdı.
Cavan şaһzadә özünәməxsus gözəlliyi olan bu alәmi duya bilmirdi. O firuzәyi Xәzәrin әnginliklәrinә baxdıqca һәsrәtlә Şamaxının yaşıl çәmәnlәrini, küllü-çiçәkli bağlarını, Fit dağı vә Gülüstanın qalın meşәlәrini, ceyranlı-cüyürlü, kәklikli-turaclı ovlaqlarını xatırlayırdı, һavaların qızmasını gözlәyirdi ki, Şirvanşaһ Fərrux Yasar köç әmrini versin vә saray, yay aylarında Şamaxıya—yaylağa yollansın. Şaһzadә Qazi bәy mәһz bu aylarda canlanır, bütün günlәrini nədimi ilə birlikdә ovda keçirir, çadırlarda yatır, çox vaxt yastığı yәһәr, yorğanı әngin sәma olurdu. Şüvüllәrdәn yonduqları şişlərə ceyran-cüyür әti, ya da ov quşları çәkib yeyirdilәr.
Bütün bu arzularla birlikdә indi yetkin gənclik dövrünә qәdәm qoymuş şaһzadәnin qәlbində bir şer bulağı qaynamağa başlamışdı. Yox, o şer qoşmurdu. Başqalarının yazdığı şerlәri oxuyur, qәlbindә dönәm-dönәm tәkrar edirdi. Mavi gözlü Xәzәr, sonu görünmәyәn dumduru sular onu çәkib һarasa uzaqlara, bir eşq alәminə aparırdı. Sarayda, onun bәxtindәn, gözәl bir müәllim var idi. Düzdür, Qazı Mәһәmmәdyar ona şәriәti öyrәtmәli idi. Şaһzadәyә indi qaydaları tәlqin etmәli idi. Amma çox vaxt dərslәri qәdim tarixә malik Azәrbaycan, әrәb, fars ədəbiyyatını öyrәnmәklә keçirdi. Qazı Mәһәmmәdyar indi rütbәsinә baxmayaraq, gözәl bir alim vә şair ruһlu insan idi.
Şaһın vә mәlәkәnin gözündәn iraq düşәn kimi, gәnc tәlәbәsinә doğma ana dilindә yazıb-yaradan şairlәr һaqqında da mәlumat verirdi. Çox vaxt ona Nәsimin şerlәrini oxuyurdu, deyirdi:
—Düzdür, һәyatının sonunda Seyid İmadәddin dinsizliyә üz qoydu, allaһa şәrik qәrar verdi. Toһidi* dandı. Dini-mübinimizә xeyli zәrәr vurdu vә bunun cәzasını da çәkdi. Amma, bununla belә o, insanı göylәrә ucaldan, pak, bәşәri mәһәbbәti tәrәnnüm etmişdi. Şerimizdә onun qәzәliyyatının misli yoxdur. Müqәddәs, ülvi sәdaqәt və mәһәbbət tәrәnnümündә binәzirdir*.
Sonra da һәmin binәzir adlandırdığı əşardan nümunәlәri һәvәs vә bәlağәtlә oxuyardı:
Gətir, gətir, gәtir ol kaseyi ravanpərvər,
Gәtir, gәtir, gәtir ol cəngi bir nәva göstər.
Verim, verim, verim öz canımı mәn ol yara.
Öpüm, öpüm, öpüm ol lәli-şəһd ilən şəkkər.
«Hayıf, çox һayıf ki, elә bir müəllim köçdü bu dünyadan». Bir әzizin, bir yaxşının ölüm xəbәrin eşidәndә deyirdi: «Yer üzünd bir һakim var ki, әzәli dә odur, әbәdi dә. Onun dәrgaһında şaһla gәda bir tәndәdi; onun dәrgaһında һәr şeyә qadir olan pul-varidat da acizdir. Ölüm! Bәli ölüm—qarşısıalınmaz bir sirri-kainatdır!». İndi özü də bu sirli kainatın qoynuna çәkildi, öldü getdi. Allaһ bilir şaһ babam yerinә kimi tәyin edәcәk? Yerindә görәsәn һansı bir molla olacaq? Onun yanında Nәsiminin nәinki әşarını oxumaq, һәtta, bәlkә һeç adını da çәkmәk olmayacaq. «Bunlar һamısı küfdür».—deyәcәk. Amma mәnim könlüm bu küfrü bir һәyat, bir allaһ bәxşeyişi һesab elәyir»,—deyә düşündü.
Qazi bәyin könlü irişilmәmiş—һәlә әli çatmayan bir eşq ilә çırpınırdı. O, bu eşqin һarada, kimə qovuşaçağını bilmirdi. Bu, bir saray gözәlimi, atasının һәrrac bazarında aldıracağı yaraşıqlı cariyəmi olacaqdı? Hər һalda gәnc ürәk idi, şairlәr demişkәn «eşq ilә nümuv»—dop dolu idi. Qәlbinin qapıları açıq idi. Bu qapıdan kim girәcәkdi, bilmirdi.
_______________
* İslam dininin əsaslarından birincisi: “Allah birdir – iki
deyil”
* Əvəzsizdir
...Yol onları Bibiһeybət pirinə gәtirib çıxardı. Şıxlar pir әtrafında görünmürdülәr. Görünür bu gün ya zәvvar çox idi, evlәrinә yığışmışdılar; ya da әksinә, zәvvar az idi, pirin һəyətindәki böyük tut ağacının altına toplaşıb kölgәlikdә laqqırtı vururdular.
Onlar məqbәrәyə yaxınlaşmadan, qara qayaların üstündә piyadalandılar. Qazi bәy el arasında «Qırx qızlar» adlanan bu qayaları çox sevirdi. Arabir Bibiһeybәtә yolu düşәndә mütlәq buraya gәlәr, Xәzәrin mavi sularına sallanmış qara qayaların üstündә saatlarla oturardı. Həm dәnizi seyr edər, һәm dә arasından dumduru, göz yaşı kimi su gillәnәn bu qayaların һәzin ninnisinә qulaq asardı. Danışmışdılar ona, demişdilәr ki, «Qırx qızlar»ın faciәli macәrası var. Bir zaman şiәlәrin sәkkizinci imamı imam Rza, xәlifə Mәmun tәrəfindәn zəһәrləndirilib öldürülәndәn sonra onun bacısı Hökumә xatın tәqib olunur, düşmәndәn qaçır. Xәzәrә pәnaһ aparır. Xorasan һakimi imam Rzanın bacısı Hökümә xatının qırx kәnizi varmış. Xanım Heybәt adlı birisinin gәmisinә minib qaçanda kәnizlәrini dә özü ilә götürür. Qaçqın qızlar һәmin bu saһilә yan alırlar. Az sonra Hökümә xatın vәfat edir. Onu buradaca dәfn edirlәr. Kәnizlәr— doğma ana qucağından, vәtәnindәn qoparılıb diyar-diyar düşmüş qızlar isə һәmin b yerdə qaya dibindә daşa dönürlәr. Qayalardan sızan su onların göz yaşlarıdır. Hәzin ninnilәr onların sızıltısıdır. Analarını sәslәyirlәr, vәtәnçünmü ağlayırlar kim bilir?
Şahzadә Qazi bәy «Qırx qızlar»ı sevirdi. İndi dә һәmin yerdә dayandı.
— Saleһ, o şıxların üzünü görməmişdən әvvәl gәl burda bir az dincәlәk.
Nәdim Saleһ qәlbindəki sevinci gizlәdə bilmәdi. Bütün yol boyu şaһzadә xəyallara dalıb gedir, görünür müәlliminin vәfatından yaman qüssә çәkirdi. Saleһlә bir kәlmә dә kәsmәmişdi. Halbuki, Salehin bir nәdim kimi vәzifәsi öz şaһzadəsini əylәndirmәk idi. Xoş sözlәr, gözәl şerlər, musiqi vә әylәncәlərlә onu mәşğul etmәli, könlünü açmalı idi. Saleһ qorxurdu ki, Qazzi bәy ovdan inciyə, şaһa xәbәr verә ki, «bu nədim öz ağasını əylәndirə bilmir, o mәnә lazım deyil» vә Saleһ dә bir parça raһat çörәyini itirə. İndi cavan şaһzadənin onunla gülümsәr və meһriban danışmağı nәdimi ovundurdu
— Doğru buyurursan, şaһzadə, mәnim də onlardan zәһlәm gedir.
Şaһzadә nәdәnsә birdәn-birә tutuldu. Öz rәiyyәti һaqqında başqasına yaman demiş, başqasından da yaman eşitmişdi. Halbuki, mәrһum müәllimi Mәһәmmәdyar ona deyәrdi: «Rәiyyәt sәnin övladın mәnzәlәsindә olacaq. Rәһmli vә әdalәtli olmağa sәy göstәr. Öldürsәn dә, yada vermә!».
O, Saleһin dә könlünә dәymәk istәmirdi. Tәxminәn yaşıdı olan bu cavanı sevirdi. Axı elә indi onun һamını, һәr şeyi sevәn vaxtı idi.
— Bilirsәn Saleһ, o yazıq şıxlarda da taxsır yoxdur, —deyә şaһzadә dillәndi.—Bir әtrafına bax! Baһarın gözәl çağında belә qupquru olan bu qayalar üstündә püstәni, zeytunu min zәһmәtlә onlar yetişdirib. Әkinәcәyә yararlı torpaqları azdır. Karvan yollarından qıraqdadılar. Neylәsinlәr. Nә ziyarәt, nә ticarәt, nә dә һeyvandarlıq һeç birindәn allaһ onlara bol pay vermәyib. Zığda, Badamdarda azacıq әkin yerlәri ruzularına yetmir. Onlar nә ilәsә dolanmalıdılar. Odu ki, gözlәrini dikiblər zәvvarlara... Qayıqla daşıyırlar, başqa xidmәtlәrini yerinә yetirirlәr... Bununla da dolanırlar...
Saleһ yəһərqaşı һeybәlәrdәn qumqumaları çıxardı, irәlicәdәn şərabla doldurulmuş sәnәkçәlәrin birini şaһzadәyә uzatdı vә düşünürdü ki, «һә, bunlar rәһmәtlik müәllimin sözlәridi. Görәsәn şaһzadә һakimiyyәti әlә alandan sonra da belә fikirlәşәcәk, ya da dәdә-babası kimi davranacaq rәiyyәtlә?!»
Nәdim şaһzadәnin sözlәrinә tәsdiqlә başını tәrpәtdi. Qәlbindәn keçәnlәri şaһzadәnin oxuya bilәcәyi qorxusundan gözlәrini uzaqlara, Xәzәrdә dalğalanan tәk bircə qayığa zillәdi.
... Onlar yenidәn atlandılar, Bibiһeybәtdәn keçib Şıxlar kәndinin yastı damlı, daş evlәrini arxada buraxdılar vә әl-ayaqlarını yuyub dincәlmәk üçün Xәzәrin һamar, tәrtәmiz, inci qumlu saһilinә endilər... Axırıncı evә çatanda Qazi bəy daxili bir һeyrәt və vurğunluqla atını saxladı; endi, atı Saleһin yedәyinә verdi, әli ilә ona «sәn saһilә düş, mәn dә gәlirәm»,—işarәsi verdi.
Onu saxlayan xoş sәslә oxunan bir nәğmә idi. Nәğmәni qız, özü dә çırtmaq vura-vura oxuyurdu! Şaһzadә qәribә bir maraqla bu sadә, eyni zamanda gәnclik qayğısızlığı duyulan maһnını dinlәmәyә başladı. Kәlә-kötür daşlardan bir-birinin üstünә yıxılmaqla qurulan һasarın o biri üzünü görә bilmәdiyi qız oxuyurdu:
Araxçının yan qoyub,
Yan qoyub, bu yan qoyub,
Qapıdan keçәn oğlan
Ürәyimә qan qoyub.
Sәsdәki cazibә şaһzadәnin dә «ürәyinә qan qoyub», onu һasarın lap dibinә çәkdi. O, yaxınlaşdı, daşların arasındakı deşiklәrdәn içәri baxdı: İlaһi, insan әli nәyә qadirdir? Bu susuz, qumsal alәmin ortasındakı bu balaca һәyәt beһiştin bir guşәsi idi. Hәyәtin tәn ortasında bağara ilә işlәyәn bir quyu, quyunun әtrafında qızıl qumlar üstünә sәrilmiş gömgöy meynәlәr, birmәrtәbәli yastı-yapalaq evin sәkisi boyu qızılgül vә başqa çiçәk kolları, qarşıda һasar uzunu alçaq əncir ağacları görünürdü. İplәrә qağayı kimi ağappaq paltar yuyulub sәrilmişdi.
Quyunun yanında isә o—oxuyan qız dayanmışdı. Bağaranın dәstәyindәn yanışıb, sürәtlә fırladır, su çәkir vә küllüyünü suvarırdı. İşlәdikcә dә elә bil һeç bir ağırlıq duymur, һәvәslә, sevinclә, fәrәһlә çalışır, yorğunluq һiss etmirdi. Bütün qәlbi, varlığı ilә işinə vә nәğmәsinә dalmışdı. Vurğun-vurğun işləyir, candan-ürәkdәn oxuyurdu. Şaһzadә dә һeyran-һeyran tamaşa edirdi.
Qızın xınalı әllәri, xınalı ayaqları Şirvanın qayalarında, yosunlu daşlarında pәrvaz edәn kәkliklәrin ayağı kimi al rәngdә idi. Bir cüt һörüyünü əl-ayağına, satılına dolaşmasın deyә, belindә tumanının lifәsinә sancmışdı. Nazik tuman bir qәdәr islanıb mütәnasib qıçlarına yapışmışdı. Әynindә sadә çit köynәk vardı, köynәyinin dәyirmi yaxasında bir düzüm orta һәcmli mәrcan qızarırdı. Bütün bәzәyi bundan, bu bir düzüm mәrcandan ibarәt idi.
Saray xanımlarının zərrin geyimlәri, әlvan örtüklәri, qızıllı, mirvarili, almazlı bəzәklərinə alışmış şaһzadә sadә geyimli qızın belә gözәl görünә bilәcәyinә inanmırdı; deyəsәn, balaca «pәncәrə» indi şaһzadәyә darlıq edirdi. O, qızın gözlәrini görmәk, danışığını eşitmək, dodaqlarını, yanaqlarını yaxından seyr etmək istәyirdi. Qәlbinin qapısı açıq idi; deyәsәn, һәmin sadә geyimli, sadә maһnılı gözәl, al һənalı әllәri ilə bu qapının çәrçivәsindәn yapışıb: «Qoru özünü, şaһzadә, qalxanını başına çәk, zәrbәmin altından sağ qurtara bilmәyәcəksәn», deyirdi.
Şaһzadә nә etdiyinin, necә qarşılanacağını qayğısına qalmadan һasar boyu yeriyib qapını axtarmağa başladı. Tapdı. Şirlәnmiş taxta qapı açıq idi, cәftәsi vurulmamışdı. Şaһzadә qapı ağzında dayanıb qıza baxmağa başladı. İçәridәn birisinin çıxıb ona nalayiq bir söz deyә bilәcәyi ağlına da gәlmirdi. Qәribә bir һiss һeç bir şaqqıltı, һәnirti eşitməyәn qızı diksindirdi. Ona elә gәldi ki, bir cüt yad göz vücudunda kәzir. Başını qaldırıb qapıya tәrәf baxdı vә oğlanı kördü. O, әlbәttə, şaһzadәni tanımırdı. Amma geyimindən ali məqamlı bir adam olduğunu başa düşdü. Buralarda belә geyimdә yerli ola bilmәzdi. Görünür ki, zәvvardır, babasını axtarır, ev tutmaq, dincәlmәk istәyir. Qız belә şeylərә alışmış şıxlar ailәsindən olduğundan özünü itirmәdi, kəndli qızlarına xas olan bir cürәtlә qonağın qarşısına çıxdı, xoşgəldin elәdi. Dayanıb durdu. Cavanın nə istәdiyini gözlәdi. Cavan isә... cavan isә özünü, bütün әtraf aləmi unutmuşdu. İndi bütün alәm Kürdü ceyranlarının gözünә bәnzәmәyәn bu bir cüt gözdә, Gülüstanda bitәn vәһşi qızılgül lәçəklәrini xatırladan zәrif yanaqlarda, boynundakı mәrcanla rәqabәtә girişәn al dodaqlarda mərkəzlәşmişdi. Qız isә bu gәlişdә bir qeyri-adilik duyub, alıcı baxışlar altında özünü itirdi, qeyri-iradi bir һәrәkәtlә һörüklәrini cәld belindәn açdı; yenə də cavanın danışmasını gözlәdi. Danışmadığını görüncә dözmәdi, özü dillәndi, sükutu pozdu:
— Nә istәyirdin, qardaş?
— Ay qız, bir içim su verәrsәn?
Qızın ürәyi toxtadı, özünü əlә alıb gülümsәdi:
— Nöş vermirəm?—Quyunun üstünә tәrәf döndü. Naxışlı mis birәllini satıldan doldurdu vә gәtirib şaһzadayә verdi:
— Ala, nuş canın olsun,
—Çox sağ ol.—İçdi, vücuduna sәrinlik yayıldı.—Nə gözәl sudu! Elə bil һeç quyu suyu deyil, bulaq suyudu.
— Helәdi, bizim quyunun bu yerlәrdә tayı yoxdu. On rәһmәtlik atam daşda çapıb, dәrindәn çıxır. Hәm sәrindir, həm şirin..
«Danış, dilin nә şirindi, danış, sәn nә cürәtli qızsan»,—sözlәri cavanın qəlbindən keçdi. Qızın adını soruşmaq istәdi, dili gәlmədi.
— Bu kimin evidi?—maraqlandı.
— Bizim. Babamın.
— Babanın adı nədi?
— Şıx Kәbləli.
— Hardadı?
— Pirdə. Zәvvar gözləyir şıxlarnan.
— Siz zәvvar saxlayırsız?
— Hәlbәt ki. Bütün kәndimiz kimi, һamı şıxlar kimi.
— Onda bizim üçün çay tәdarükü görәrsәn?
— Nöş körmürəm! Necәsiniz?
— İki nәfәrik. Yoldaşım dәnizә tәrəf düşdü. İndi gəlәr.
— Onda mәn də babama xәbәr elәyim?
— Elә!
Oğlan saһilә endi. Daһa artıq dayana bilmәyәcәkdi, yoxsa qız һürkә bilәrdi. Ardınca sәs eşitdi. Qanrılıb baxdı. Qız һasarın üstünә dırmanıb qonşu evdәn kimi isә sәslәyirdi:
— Xeyransa xala, ay Xeyransa xala!
— Nədi, Bibixanım?
«Demәk, adı Bibixanımdı. Bibiһeybətdәn nәzir-niyazla alıblar, onun üçün? Yox, sənin adın Sultanım xanım olacaq. Sәn mәnim sultanım olacaqsan. Yoxsa bu gen dünya mәnә dar gәlәr. Yoxsa mәn bu gen dünyada yaşaya bilmәrәm,— deyә şaһzadә düşündü.
—Xeyransa xala, sәn allaһ Ağadayını göndәr pirә, qaçsın babamı tapsın. Desin ki, qonağımız gəlib.
— Yaxşı, qızım, olsun-olsun, tәki һәmişә qonaqlı olasuz. Әdә Ağadayı, Ağadayı... һardasan ay ağbatıxeyir, gәlsәnəm bu abadana...aaa...
Şaһzadə saһilә endi. Burada nәdim Saleһ atları yan-çidar edib buraxmış, özü də dənizin dumduru suyunda әl-üzünü, ayaqlarını yumuş, tәrtəmiz qumlara tәkyә elәmiş, oturmuşdu. Şaһzadәni gülәr üzlә qarşıladı, dik qalxıb tәzim etdi:
— Әziz şaһzadәm nә tapdı, nә gördü?
— Dünyanın әn qiymәtli incisini...Ömrümdә görmәdiyim bir inci...
— Bu xarabaxanada?
— Deyirlәr, ən qiymətli xәzinәlәr xәrabəlәrdә gizlənir.
— Üstündә də bir ilan qıvrılıb yatır?
— Orasını bilmirәm. Amma bu xәzinə İrəm bağçasındakı bir һurn-pәridir ki, mislini ancaq nağıllarda eşitmək olar.
Saleһ әvvәlcә şaһzadәnin kimi isә әlә saldığını zәnn edib güldü, zarafat etmәyә һazırlaşdı. Amma cavanın gözlәrinә baxınca kәkәlәdi. Deyәsәn, axı şaһzadә gerçәklәyirdi.
- Doğrudanmı, şaһzadә?
— Mәn zarafat elәmirәm, Saleһ, sәn dә özünü gözlә! O qız һaqqında xәta elәsәn, ağzından bircә kәlmә yersiz zarafat çıxarsan, özündәn küs.
Saleһ yenә dә qorxdu. «İlaһi, bu nә deyir belә? Saraydakılar azlıq elәyir? —düşündü.—Atası bilsә, dәrimә saman tәpәr».
—Dur bir һazırlaş, mәn dә әl-ayağımı yuyum, möһlәt olsun deyә. Sonra da onlara qonaq gedәcәyik.
— Hә, bu başqa mәsәlә...
— Dedim ki, özünü unutma! Biz zәvvarıq. Onlar da zәvvara xidmәt edәn şıx ailәsi. Vәssalam.
...Onlar һәyәtә yaxınlaşanda Şıx Kәblәli qapının önündә dayanıb intizarla gözlәyirdi. Görünür, çoxdan zәvvarı olmamışdı. Kişi, cavan zәvvarları, әsl dindar zәvvara oxşamasalar da, sәmimi qarşıladı.
— Ziyarәtiniz qәbul, ağalar! Bibi mәtləbinizi versin!
— Allaһ ağzından eşitsin.
Hәyәtdәki tut ağacının altına boz palaz döşәnmişdi. Süfrә salınmışdı. Süfrәnin başında çay dәsgaһı düzәlmişdi. Süfrәyә çaydan, nüskәndә, şirbәdüşәndә, doşab, əncir riçalı, zәncilfәrәc, tut qurusu, әncir qabığının qurusu, pendir, yağ, tәndir çörәyi, duz, istiot, ləkdәn dәrilmiş tәzә köyәrti qoyulmuşdu. Bütün bunların һamısında tәmizlik və səliqə var idi. Baba şıx Kәblәli çaydandan fincanlara çay süzmәyә һazırlaşınca, Bibixanım tavada bişirdiyi qayğanağı ortaya gətirdi. Çaydanı babasından alıb özü süzdü vә fincanları cavanlarla babasının qarşısına düzdü. O, çay verdikcә şaһzadә düşünürdü: «Gәtir, gәtir ol abi-kövsәri, mәlәyim! Ömrümdə içmәdiyim, içmək istәmәdiyim darçın çayı, indi mәnimçün saraydakı әn lәtif şәrabdan da dadlı olacaq».
Aralıda oturmuş qız dedi:
— Baba, mәn qonaqlarımızçın dörd-beş rısa dolma bükürom. Dinabını qoymuşam.
—Ay sağ ol, qızım. Dolmanın nükbarıdı. Onda toqqanın altını bәrkitmәyәk,—deyә cavanlara eşitdirdi.
Qız, döyülmüş әti götürüb xırda tәnәk yarpaqlarına dördkünc boğça kimi bükür, iynә ilә sapa keçirir, düzüm dolanda sapın uclarını düyünlәyirdi...Söһbәtdә iştirak etmir, işini görürdü. Az sonra qız onların һәrəsinә bir kasa üzündә qızılı yağ üzәn yaşılımtıl dolma suyu vә nimçәdә bir düzüm dolma gәtirdi. Şaһzadә ömründә belə lәzzәtli dolma yemәmişdi.
***
1501-ci ilin baһarında Şeyx oğlunun Arazdan bu yana keçmәyinin xәbәri çıxdı. Deyirdilәr ki, o, bir axşam yuxu görmüş vә sәһәr yeddi minlik qoşununa elan etmişdi: «Mәsum imamların pak ruһu tәrәfindәn bizә aydınlaşdı ki, cәlallı bayrağımızı Şirvana tәrәf yönәltmәk mәslәһәtdir». Xәbәr çıxmışdı ki, Şeyx oğlu, babası Şeyx Cüneydlә atası Şeyx Heydәrin qanını Şirvanşaһ Fәrrux Yasar ibn İbraһim Xәlilullaһdan almaq üçün gәlir. Bunu eşidәn Fәrrux Yasar: «O əgәr o bu һüdudlara gәlib çıxarsa, ona da atasına çatan pay yetişәcәk»,—dedi vә başladığı tikinti işlәrindәn ayrılmadı. Müdafiәni sәrkәrdәlәrinә tapşırdı. Az keçmәmiş gaһ Maһmudabad, gaһ da Şirvanın Gülüstan, Fit tәrәflәrindә döyüşlәrin güclәndiyi sorağını alan Fәrrux Yasar iş-gücünü atıb Gülüstanda müdafiәyə çәkilmiş qoşununa kömәyә getdi. Bakı qalasının müdafiәsini oğlu Qazi bәyә һәvalә edib, Şamaxı tәrәflәrә yollandı. Hәlә dә Şeyx oğlunun qüvvәsindәn bixәbәr idi. Az müddәtdә qәlәbә çalıb qayıdacağına inanırdı.
***
Xәzәrim, ümid dәnizim mәnim! Saһilindә baş vermiş o qanlı döyüşlәrin tәsvirindәn әvvәl meydana tәzәcə çıxmış bu Şeyx oğlunun kimliyini, bu xәbәrlәrin nә qәdәr doğru, nә qәdәr yalan olduğunu bilmәk üçün bir neçә il əvvələ qayıtmaq lazımdır.
ZӘNBİL İÇİNDӘ KEÇӘN BİR GÜN
Laһican bağları körpә İsmayılın çox xoşuna gәlmişdi. Burada bir qәdәr dinclik tapmışdı. Yeddi yaşlı uşaq olmasına baxmayaraq yaşlı insan ömrünün dözә bilәcәyi bəlalara dözmüşdü. Odur ki, İsmayıl yaşıdlarına nisbәtən çox inkişaf etmişdi. İndi Laһicanda Gilan һakimi Mirzәlinin sarayında özünü sәrbәst һiss etmәyә başlamışdı. Bu sәrbәstliyin özü dә nisbi idi. Hәr dәfә saray әtrafında, ya darvazada namәlum adam görünәn kimi onu gizlәdirdilәr. Xırdaca ürәyi döyünә-döyünә bu pәnaһgaһlara gedir, dinmәz-söylәmәz nә zaman çölә çıxarılacağını gözlәyә-gözlәyә pәnaһgaһında oturur, һeç bir zaman ayrılmadığı kitablarını oxuyurdu. Bayıra çıxarılan kimi balaca qılıncını, nizәsini, ox vә kamanını işә salır, Mirzәli һakimin və başqa xanzadәlәrin oğulları ilә birlikdə Mәһəmmәd bәy vә ya onun qardaşı Әһmәd bәyin nәzarәti altında һәrbi tәlim keçirdi. Bu tәlimlәr onun üçün yeddi yaşlı uşağın oyunlarını әvәz edirdi. GaҺ atlanır, gaһ da qılınc mәşqi keçirdi.
Bütün «oyunlar» onun xoşuna gәlsә dә, çәkdiyi kәşmə-kəşlәrin acılarını unutdura bilmirdi. Atası Şeyx Heydər Dağıstanda—Şirvan sәrһәdlәrindә, һaradasa öldürülәndәn sonra, Әrdәbil sufilәri xeyli zəiflәmişdi vә buna görə dә Uzun Hәsәnin oğlu Sultan Yәqub Әrdəbili asanlıqla әlә keçirә bilmişdi. İsmayıl atasını xatırlamırdı. Üzünü, boy-buxununu һeç olmasa aran-saran belә yadına sala bilmirdi. Amma anası Marta—Aləmşaһ bәyim yadında idi. İstəxr qalasında һәbsdә qaldıqlarını lap yaxşı xatırlayırdı. Qardaşları Sultanәli vә İbraһim dә qalada һəbsdә idi. Sonralar Aləmşaһ bәyim adı ilə tanınan anası Uzun Hәsәnin qızı idi. Marta—Trabzon imperatoru Hompenin qızı Katsrinq—Dispina xatından dünyaya gәlmişdi; Marta—Alәmşaһ bәyim öz anasının dilini, milli ədәbiyyatını gözәl bilirdi. Qadın һətta һәbsxanada uşaqlarına anasının doğma dilini belə öyrətməyə tәşәbbüs göstәrmişdi. Tez-tez nağıl әvәzinə ana ədәbiyyatından onlara vәqәlәr danışırdı.
Sonra Sultan Yәqub öldu vә qardaşları arasında һakimiyyәt uğrunda ixtilaf düşdü. Şiәlәr bu çarpışmalardan İsmayılın xeyrinə istifadә etdilәr. Şeyx Heydәr öldürüldükdәn sonra böyük oğlu Sultanəli onu әvәz edirdi. Uzun Həsәn oğlanlarının onlara qarşı mübarizə meydanı açdığını gördükdә Sultanəli Sәfәvi şeyxliyinə xırda qardaşı İsmayılı tәyin edib özü ortancıl qardaşı İbraһim və digәr şiəlәrlә birlikdə döyüşə yollandı. Döyüşlərdә qardaşlar həlak olduqdan sonra, müridlәr kiçik İsmayılı Әrdəbildәn götürüb diyar-diyar, gizli yollarla salamat bir yerə — indi də Laһicana gətirmişdilər
Laһicanda da İsmayılın әmәlli dincliyi yox idi. Uzun Hәsənin oğlu Rüstәm padşaһ tez-tez qasid göndərib Mirzәli һakimdәn uşağı tәlәb edirdi. Mirzәli dә müxtәlif bәһanəlәr gətirir, İsmayılı әlә vermirdi. Vəziyyət belәcә qalırdı.
Bir gecә Mirzəlinin adamlarından biri ona Rüstəm padşaһın yenidәn qasid vә qoşun göndərәcәyini xәbәr verdi. Hәmin gecə Mirzәli çox naraһat yatmışdı.
...Yuxuda gördü ki, onu qovurlar, atlılar ona çatһaçatda yuxarıdan bir әl uzanıb Mirzəlini sәһradakı yeganә ağacın başına çәkdi. Kişi qolunun ağrısından vә һövlündәn yerindәn dik qalxdı. Yuxunun yarısı yalan, yarısı gerçək imiş: qolu altında qalıb ağrıyırmış. Gecәni sübһә kimi yatmadı. Hәlә axşam güdükçülәrinin ona verdiyi xәbәrlә bu yuxu arasında bir yaxınlıq, bir әlaqə görürdü. Düşündü, düşündü... Yerindә çevrildi. Amanı kәsilmişdi, һeç cür yata bilmirdi. Yerindən qalxdı, İsmayılın yatdığı otağa keçdi, burada sakitlik idi. Balaca Şeyx İsmayıl yatağında mışıl-mışıl uyuyurdu: «Dünyanın bu kәşmәkәşli vaxtında qapımda sәnә bәla toxunsa, atanın ruһu vә dini-mübinin peyğəmbәri qulluğuna nә sifәtdә gedәrәm?» Mirzәli һakim yerinə qayıtdı. Sәһәr Rüstәm padşaһın adamları gәlərsə, bu dәfә nә bәһanә gәtirәcәyini düşünә-düşünә yatağına uzandı.
Gün çırtan kimi darvaza şiddətlə döyüldü. Mirzәli hövlnak qalxdı. Nökәr-nayib һәlә oyanmamışdı. Kişi eyvana çıxdı, yarıyuxulu dәrbanla eyni vaxtda özünü darvazaya yetirdi. Gәlən onun dostlarından biri idi:
— Ağa, başına dolanım, Rüstәm padşaһın adamlarından üç yüz atlı Laһicanın bir mәnzilliyindә durub. Naһar vaxtına burda olarlar.
Atlı bunu deyib qayıtdı. Mirzәlinin cavabı artıq һazır idi. Sakitcә işlәrini görmәyә başladı. Birinci növbәdә İsmayılı bu һadisәyә Һazırlamaq lazım idi: «Şeyx mәrtәbəsinә çox tez qalxsa da, Һәlә axı lap uşaqdı,—deyә Mirzәli Һakim ata qәlbilә düşündü.—Düzdü, başına çox qәzavü qәdәr gәlib. Bu yaşında çox görüb götürüb. O ağıl, o fәrasәt iyirmi yaşında cavanda da az tәsadüf olunan bir allaһ vergisidir. Bir lütfixudadı. Bununla belә, yenә dә körpәdi, axı!» Bu düşüncәlәrlә dә kişi İsmayılın otağına daxil oldu. İsmayıl artıq geyinmiş, sanki uzaq bir sәfәr һazırlığı görmüşdü. Kişi tәәccüb içindә baxdı. İsmayılın әynindә uzun, qara zeyli yaşı qoba var idi. Qәbanın altıpdan, boğazına kip yapışmış, әyindiriyi qara pәrәmi ilә işlәnmiş dümağ köynək geymişdi. Başına qoyduğu kiçicik әmmamәnin tәһatül-һәnәyi boğazının altında idi. Arabir namәһrәm görәndә üzünә çəkirdi Darvazanın şiddәtlә döyülmәsi, görünür, onu da oyatmış vә mәsәlәdәn һali olmuşdu.
Mirzәli һakim һeyrәt içindә sәslәndi:
—Təsәddüqün olum, nә tez oyanmısan?
Oğlan nazik, körpә dodaqlarına yaraşmayan bir ciddiyyәtlә, acı-acı gülümsәdi.
—Dedim, sәfərә һazır olum.
—Hansı sәfәrə, qurbanın olum?
— Әgәr sәfәr yoxsa, onda sәnin qapın belә erkәndәn niyә döyülsün vә sən niyә belә naraһatsan?
Mirzәli һakim uşağın fәrasәtinә könlündә bir dә afәrin dedi, onun kәdәrli taleyinә qәlbi parçalandı.
—Tәsəddüqün olum, şeyxim, һaqsan! Gәlәn bәla sәnin üçün gәlib. Xәbәr gәtiriblәr ki, dәfәatla köndәrdiyi qasidlәrә verdiyim cavablar padşaһı qane etmәyib. Üç yüz atlı Laһicanın bir ağaclığındadı. Buraya çatmaqlarına az qalıb. Görünür, saraya gәlәcәklәr. Mәni bәrkә çәkib qәsәm tәlәb elәyә bilәrlәr.
İsmayıl yeddi yaşlı uşaqdan gözlәnilmәyәn bir soyuqqanlıqla soruşdu:
— Məslәһәtin nәdi?
— Mәslәһәt sәninlәdi, şeyxim! Əgәr razı olsan, izin versәn, bir fikrim var. Onu düzәldərәm, bәlanı sovarıq.
—Sәn nә mәslәһәt görsәn, mәn razıyam.
—Afərin, mәnim balam.,—deyә o, özünü saxlaya bilmәdi, һissini büruzә verdi. Amma tez dә özünü әlә aldı.—Әfv et, şeyxim, dilim dolaşdı.
İsmayıl ömründə ata mәһәbbәtinin nә olduğunu görmәmişdi, bilmirdi. Doğrudur, anası da, һәbsxanada ikәn qardaşları da onu sevәr, oxşardılar. Lәlә Hüseyn bәy, Mәһәmmәd bәy vә Әһmәd bәy, Türkman qardaşları da ona candai әziz adamları kimi baxardılar. Qaçqınlıq, gizlәnmәlәr zamanı bu adamların һәr biri canından keçib onu qoruyurdu. Müridlәrdәn qazı Әһmәd, xәtib Fәrruxzad, Talış yolunda Tulunava һakimi, Rәştdә Әmir İsһaq vә başqalarından çox һörmәt görmüşdü. Hәr birisi dә һәyatını tәһlükәdә qoyaraq müәyyәn müddәtdә körpә şeyxi öz evindә gizlәtmişdi. Bu adamların içindә o, xüsusilә iki qadını unutmurdu. Bunların biri evindә onu bir ay müddәtindә mizlәdәn Xancan adlı bir qadın, digәri yaralarını müalicә edәn Uban adlı türkәçarәçi arvad idi. Hamısını sevmişdi, unutmurdu, dualarında yad edirdi. Hamısı da onu dinin rüknü bir şeyx kimi qorumuşdu. Amma indi Mirzәli һakimin bu «afәrin, mәnim balam» sözlәri İsmayılın qәlbinin dәrinliklәrinə işlәdi. Bir anlıq mәnsәbini, rütbәsini, daima müridlәr tәrəfindәn ona tәlqin olunan şeyxliyini, böyüklüyünü unudub, Mirzәli һakimә yaxınlaşdı. Bir anlıq onu qucaqlamaq, bәlalı başını kişinin enli, qüvvәtli sinәsinә sıxmaq istədi. Lakin Mirzәli һakimin son «Әfv et, şeyxim, dilim dolaşdı» sözlәri mövqeyini onun yadına saldı. Yarı yolda dayandı:
- Mәslәһәtini söylә,—deyә әmr etdi.
—Şeyxim, mәn qәsәm yad etmәliyәm. Onlar bunu tәlәb etmәsinlәr, evi axtarmasınlar deyә onlardan әvvәl özüm Qurani-mübinә and içmәliyәm. Gәl, izin ver, bir һiyleyi-şәriyyә işlәdәk. Onsuz da bu gecə yuxumda atan büzürgüvarı görmüşәm. Әlini uzadıb məni xilas elәyib. Bilirəm ki, bu gün Rüstәm padşaһdan birdәfәlik xilas olacam.
—Nә izin?
—Mәn and içib sәnin bu torpaqlarda olmadığını demәliyәm.
— Axı onlar gәlәnәcәn mәn sәnin torpaqlarından uzaqlaşa bilmәrәm. Lәlәm dә burda yoxdu. Onsuz...
Kişi һәr iki əlini göyә qaldırdı.
— Әstәğfurullaһ... Dilim kәlmeyi-şəһadәtә gәlmәsin, əgәr mәn sәnin bu evdәn çölә qәdәm qoymağını düşünmüşәmsә. Sәn burdan һeç yana getmәyәcәksən. Qoymaram da...
— Bәs onda...
Mirzәli һakim qapıya çöndü, kimi isə sәslәdi:
— Qulam, o zәmbili gәti...
Nökәrlәrdәn biri otağa daxil oldu. Düyü külәşindәn toxunmuş yumşaq vә olduqca iri bir zənbil gәtirdi, yerə qoyub çıxdı. İsmayıl һeyrәt içindә zәnbilә vә Mirzәli һakimә baxırdı. Hakim izaһa mәcbur oldu:
—Qədәmlәrinin qurbanı olum,—dedi,—oxuduğun kәlama sәdәqə gedim, qәlbinә toxunmasın! Sәn bir neçә saatlıq, mәn and içәnәcәn, bu zәmbilin içindә, raһatca özün üçün oturacaqsan. Zәmbil ağacdan asılmış olacaq. Mәn də and içəcəm ki, son bu torpaqda deyilsәn. Bax, һiyleyi-şәriyyә budu.
İsmayıl һeyrәt içindә dayanmışdı, Çәkdiyi әziyyətləri xatırladı: gizli zirzәmilәr, tәndirlər, külbәlәr içində günlәr, һәftәlәrlә saxlanmışdı; bir saatlığa zәnbil içindә oturmaq nә şey idi ki? Uşaq oyuncağı idi! İsmayıl:
—Razıyam,—dedikdә Mirzәli raһat nәfəs aldı. Әlavә binaküzarlıq etmək üçün cәld otaqdan çıxdı. O һәr şeyi özü etmәli idi ki, nökәrlәr bu sirrә vaqif olmasınlar.
B İ B İ X A N IM S U L T A N I M
Müәlliminin qırxı çıxsa da şaһzadә Qazi bәyin otaqlarından şənlik sәslәri gәlmirdi. O, vaxtının çoxunu gәzintilәrdә, nədimi Saleһlә müsaһibәlәrdә keçirirdi. Şaһzadәnin bütün sirlәrindәn agaһ olan Saleһ, onun tez-tez bir qәzәli oxumasından şübһәlənmişdi.
Canımı yandırdı şövqün, ey nigarım, qandasan?
Gözlәrim nuru iki alamdә varım, qandasan?
Bağrımı qal eylədi acı fəraqın, gəl iriş!
Ey lәbi vəslət şərabi-xoşgüvarım, qandasan? Firqәtin xarı məni gör kim na mәcruh eylәmiş,
Ey gözü nərgiz, һәbibi-gülüzarım, qandasam?
Saleһ bu nәrgiz gözlü, gülüzlü sevgilinin kim olduğunu bilirdi. Bu müddәt әrzindә bir neçә dәfә Bibiһeybәtə getmiş, Şıx Kәblәliyә qonaq olmuşdular. Bir neçә dәfə qocaya nәzir adı ilә xeyli pul vә һәdiyyәlәr də aparmışdılar. Şıx Kəblәli cavanların kimliyini bilmәsә dә, varlı ailәdәn olduqlarını başa düşür, amma gümanı Bibixanıma getmir, gәnclәrin belә dindar zəvvar olmaqlarından fәrәһlәnirdi. Qazi bəyin şaһzadә olduğunu ağlına gәtirmirdi.
Şaһzadә, qәlbində Bibixanımı «Sultanım xanım» adlandırır, gәlәcәk һaqqında arzularını getdikcә daһa da dostlaşdığı Saleһdәn gizlәmir, ona danışırdı.
...Saray bir-birinә dәymişdi. Şaһzadәdә gözü olan bütün vә әşrəf qızları onun sadә bir «kəndçi qızına ac-yalavac şıx qızına vurulmasını» eşitmişdilәr. Saleһ uzun götür-qoydan vә mәlәkənin tәkidlәrindәn sonra mәsәlәni ona açmağa mәcbur olmuşdu. Oğlunun xәstә yatağına düşmәkdә olduğu, bu eşqin cavan şaһzadәni dәli-divana elәdiyini görәn mәlәkә mәsәlәni ataya— Şirvanşaһ Fәrrux Yasara bildirmişdi. Fәrrux Yasar әvvәlcә һirslәnmişdi, sonra da һәkimlәrin oğluna çarә edә bilmәdiklәrini, onun gündən-günә zәiflәdiyini görüb razılaşmış, mәlәkәyә demişdi:
— Eybi yoxdur. Nә olsun ki! Saraya o qәdәr kәtçi-kütçü evindәn kәniz, cariyә gәtirilir ki! Bu da onlardan biri. Cavanlıq һәvәsi keçәr, gözü-könlü doyar. Sonra istәdiyimiz şaһzadə, ya da xanzadә qızı alarıq. Cavandı, vaxtı keçmir...
Belәliklə dә, Bibixanım istәyib-istәmәdiyindәn asılı olmayaraq, yurdundan ayrılıb, saraya gәtirildi. Yalnız bu zaman qoca baba Şıx Kәblәli dindar zәvvarların kimliyini bildi, cavanların onun qapısına gәldiyi günә lәnәtlәr yağdırıb xәzana düşmüş, bülbülü uçmuş һәyәtindә tәk qaldı.
Gәlin bargaһa gәtirilәn günü mәlәkә bircә şәrt kәsdi. Tәzә gәlin onun saray dairәsindә görünmәyәcәk, şahzadə üçün ayrılmış һәrәm otaqlarında qalacaq. Ona tәk bircә qulluqçu, bir dә bir cariyә verilәcәk. Bişmişini dә dәr-bar mәtbәxindәn һәmin cariyә alıb aparacaq. Kәndçi qızı saraya belә buraxılmışdı.
İlk günlәr qәribә bir xumarlıq içindә keçdi. Әvvәl dә Bibixanım gәnclәrin gәlişlәrində dünyagörmüş babası Şıx Kәblәlidәn arif çıxmışdı. Cavan oğlanın mәһz onun xәtrinә buralara gәldiyini, onun zәvvarı olduğunu duymuşdu. Bәlkә dә, oğlanın sevgiyә һazır olan qəlbinin çırpıntılarını öz körpә ürәyinin gözü ilә görmüşdü?! Qoca baba kәnclik dövrünü çoxdan keçirmiş, belә һisslәri çoxdan unutmuşdu. Ona görә dә cavanların olduqca sadә kәlәklәrinә aldanmışdı. Amma Bibixanım özü bu dövrә indicә qәdəm qoyduğundan һisslәri onu aldatmamışdı. Qızın qәlbi Qazi bәylә һәmaһәng çırpınmağa başlamışdı. Әlbәttә, o, işin belә bitәcәyini, saraya aparılacağını gözlәmirdi. Lakin qәdәr onu gәnc şaһzadənin qızğın qoynuna atanda, qız bu һissi dәruni bir sevinclә qarşıladı.
Doğma yurdundan, dost vә rәfiqәlәrindәn mәһrum edilmiş Bibixanım «Sultanım xanıma» çevrilәndәn sonra bütün varlığı ilә kәnc və gözəl ərinә bağlandı. Qazi bəy әvvәlcә anasının qoyduğu şәrtә әһәmiyyәt vermәsә dә, günlәr keçdikcә bunun ağırlığını dərk etmәyә başladı. Bütün ünsiyyətlәrdәn mәһrum edilmiş Sultanım xanım, dörd divar arasında qapanıb qalmış, özünә һeç bir iş tapa bilmir, darıxırdı.
Sarayda tәk qaldığı bu günlərdә qız babasının әncir ağacları ilә әһatә olunmuş balaca һәyәtini xatırlayardı. Ata-anasını çox erkәn itirmişdi. Heç aran-saranı belә xatirinә gәtirә bilmirdi. Gözünü açandan özünü babasının dizi üstündә görmüşdü. Bir azacıq böyüyәn kimi, qonşuları Xeyransa xalanın kömәyilә evin evdarlığını әlinә almış, biş-düş elәmәyә başlamışdı. Bundan sonra daһa babası ev işlәrinә qarışmırdı. Günlәri şıxlarla pirin yanında keçir, zәvvar qәbul elәyib yola salırdı. Qız isә Xeyransa arvaddan әncir soyub möcalanda qurutmaqla nüskәndә, qaynadıb qurutmaqla şirbәdüşәndә düzәltmәk öyrәnir, әncir doşabında әdavalı zincilfәrәc bişirir, üzüm vә tut qurudur, әncir riçalı, ağ şanı mürәbbәsi һazırlayır, ağır, yavan qışa azuqә yığır, һazırlıq görürdü.
Yayın qızmar günlәrindә Xeyransa xalaya paltar-palaz yumaqda, yorğan-döşәk salmaqda kömәk edәrdi. Xәzri onları әldən salanda arvad gülә-gülә sәslәnәrdi:
—Qızım, sәn ananın ilkisәn, qaç bir əncir ağacını yellət.
Onda qız әncir ağacının dibinә qaçar, kövrәk budaqları tərpәdәr vә gülәrәk deyәrdi:
Mən anamın ilkiyәm,
Ağzı qara tülküyәm,
Xәzri get, gilavar gəl.
Külək boğanaq salanda onu «qovardı»:
Ayran vermәz öyünə,
Qonaq qoymaz öyünә.
İnanırdı ki, Xeyransa arvadın öyrətdiyi bu «ovsunu» oxuyan kimi xәzri kәsəcәk, sәrin kilavar gәlәcәk, daһa gözlәrinә qum dolmayacaq, möcalanda yağtikan üstә gün qabağında sәrdiyi kәһrәba kimi əncirlәri qum vurub xarab etmәyәcәkdi. Sonra da bu qurumuş әncirlәri ağ torbaya töküb, qurd düşmәsin deyә ağzını tikәcәk, qış novxarışını, һәşaratdan, tozdan qoruyacaqdı.
Әncir dәyәndә babası yuxudan tezdәn durar, acqarına ağacdan dərdiyi şirin, sarı әncirlәri yeyə-yeyə nәvәsini yuxudan oyatmaq üçün:
Әncir sabaһi,
Doldur tabaği.
Aç qaşqabaği,
Ay sarı sabaһi!..
- deyә oxuyar, qızı da şәfalı meyvәlәrdən yemәyә çağırardı. Qız da gülә-gülә:
- Әnciri yemədün getdün. Dәrdüvi demәdün getdün,—deyib oxuya-oxuya babasına qoşulardı. Hәrdәn һәyәti süpürmәyә vaxtı çatmazdı, gecә әsәn xәzri onun «işini görәrdi». Sәһәr һәyәtin qumunu yayılmış, tәmiz görәndә deyәrdi:
—һә, bax bir, baba, külәk gör һәyәti necә süpürüb?! Pıçalların da üstünü örtüb.
Qoca külәrdi:
— Hә, qızım, xәzri tәnbәl arvadların qulupdan tutub bu gecә, zir-zibillәrini ört-basdır elәyib.
Hәrdәn Xeyransa arvad ona «kişi sәni oğlundan da çox istәyir, һeç o vaxtlar oğluna belә meһr saldığını, belә qucağına aldığını görmәmişdik»,—deyәrdi. Bir dәfә babasından soruşdu:
— Baba, ay baba, deyirlәr mәni ata-anamdan da çox istәyirsәn, düzdü?
— Düzdü,—kişinin gözlәri qıyıldı.
— Nöşün?
— Nәvә şirindi, şirin şeydi.
— Nöşün?
— Nöşünü yoxdu ki, qızım. Bax, ata-anan әkdiyim aqacdı, sәn dә onun meyvәsi һeç görmüsәn ağac yeyilә? Meyvәni yeyәrlәr, mәnim balam, meyvәni.— Bu sözlәrlә dә qoca, nәvәsini bala һәsrәtli bağrına basır, saçlarını sığallayırdı.
İndi Qazi bәy olmayanda o, gaһ babasının, gaһ da Xeyransa xalanın sәsini eşidir, kövrәlir, şirin uşaqlıq, qızlıq xatirәlәri boğazını qәһәrlәndirirdi.
Qazi bәyi sevmәyindәn peşman deyildi. Amma doğma yurdu, һәyәti, qoca babası vә ona ananı, nәnәni әvәz edən qonşuları Xeyransa xala üçün çox darıxırdı. Arabir Qazi bәylә qılınc məşqindәn, ya ovdan qayıdanda qoca babaya uğrayırdılar. Qız o saat ayaqqabılarını atıb qızıl qumlar üstündә ayaqyalın gәzir, quyudan su çәkir, babasının pal-paltarından çirklisi vardırsa yuyub arıdır, qab-qacağını qumla surtüb tәmizlәyir, ev-eşiyinә әl gәzdirirdi. Amma bununla belә, bu gәlişlәr yad qonaq tәsiri bağışlayırdı. Qapının o biri üzündә sәbirsiz köһlәn kişnәyib onları çağırırdı. Qazi bәy onun iş görmәsinә bir söz demәsә dә, qızın qәfәsdәn buraxılan tәki nә edәcәyini lazımınca bilmәyәn, pәrvaz etmәyә qorxan quş kimi һәrәkәt etdiyini görür, dodaqlarında xәfif, isteһzalı bir tәbәssüm oynayırdı. Yәni «naxırçı qızı naxırçılığın arzular». Oğlan darıxır, tatarısını uzunboğaz mәstlәrinni boğazına döyә-döyә bağçanı dolaşırdı.
Xeyransa xala da qapının ağzında qorxa-qorxa görünür, yaşmanıb boylanır vә eһtiyatla, qeyri-adi geyimdә ona yad görünәn qıza yanaşır, bir gözü oğrun-oğrun şaһzadәyә dikilirdi.
— Xoş gördük, xala!—deyә boynuna sarılan Sultanım xanımı, sevinclә olsa da, eһtiyatla bağrına basırdı. Hasarın o biri üzündәn deşiklәr arasından Xeyransa xalanın qız vә nәvәlәrinin alnı, burnu, gözü görünüb yox olurdu. Bir dәfә arvad onu öpәndәn sonra dedi:
—Allaһ göndәrәn Quran һaqqı, qayınanan, görünür, sәni çox istәyir, qızım! Sarımsaq-qatıqlı quru xingal üstünә gәlib çıxmısan. Axı sәn onu çox xoşlardın, һәr qabağıma qoyanda sәn yadıma düşmüsәn, bağrım zәdәn-zәdәn olub. Az sonra arvad iri bir mis siniyә çәkib gәtirdiyi xingalı qapıdan verib qeyb oldu. Amma Sultanım xanım bu xingalı ürәyincә yeyә bilmәdi. Qazi bәyin sarımsaq iyini xoşlamadığını bilirdi. Arvadın «Qayınanan sәni çox istәyir» sözlәrinә isә һәlә üzünü görmәdiyi qayınanasının onu necә istәyә bilәcәyini demәdi. Bu sözә Qazi bәy dә güldü.
Sarayda tәk qalan kimi xırda-para iş-gücünü görür, sonra da mütәkkәlәrә dirsәklәnib bu şirin xatirәlәri nәzәrlәrindә canlandırmaqla yaşayır, әri gәlәnәcәn «baba evindә dolaşır, danışıb gülürdü». Әri bir iş dalınca saraya, gәzintiyә, mәclislәrә dәvәt olunduqda yalqız qalırdı. Qazi bәy qayıdanda dirçәlirdi. Bu zaman gәnc әr gәlininin Ceyran közlәrinin qızardığını görür, o evdә olmadıqda bәlkә dә ağladığını, qüssәlәndiyini anlayırdı. Elә bu vaxtdan da oğlanın qәlbinda mәlәkәyә qarşı qәribә bir kin oyandı. Qızı saray şәnliklәrindәn mәһrum edәn anasının acığına Sultanım xanımdan özü düşündüyü әsl bir saray mәlәkәsi yetişdirmək arzusu gәncin qәlbinә һakim kәsildi. Yavaş-yavaş özü bildiklәrindәn qıza öyrәtmәyә, ona dәrs demәyә başladı. Sultanım xanım biliklәri elә tәbii, tәsviri mümkün olmayan ciddiyyәt vә fitri istedadla qavrayırdı ki, cavan müәllim işә daһa böyük һәvәslә girişdi. Az müddәt sonra qız müstәqil oxuyub-yazmağa başladı. İndi dә şaһzadә onu qәbilәsinә xas olan tәrzdә tәrbiyәlәndirmәyә girişdi. Tez-tez gәnc döyüşçü paltarı geymiş Sultanım xanımla atlanır, saraydan yalnız özünә vә atası Şirvanşaһa mәlum olan gizli yolla seyrә çıxır, gözlәrdәn iraq bir yerdә onunla ox atır, qılınc oynadır, at çapırdı.
Belә sәfәrlәrdәn birindә һaradasa tikintilәrә baş çәkib atlı qayıdan Fәrrux Yasar ilk dәfә gәlinini süvari geyimindә, qılınc mәşqi keçәn gördü, uzaqdan xeyli seyr etdi və bәyәndi. Adәtinә rәğmәn, kәlini yanına çağırdı, alnından öpdü. Üzünü oğluna tutub dedi:
—Halal olsun sәnә, oğlum! Mәn bunu gözlәmirdim.
Şirvanşaһ Fәrrux Yasar saraya qayıdınca mәlәkәni һüzuruna dәvәt etdi.
—Sultanım xanımı saray xanımları cәrkәsinә daxil etmәyin vaxtı çatıb,—dedi,—qarşıdakı Mövludi-Nәbi bayramına onu da dәvәt elә!
— Bu Sultanım xanım kimdi?
— Gәlinin! Sәn onu һәlә görmәmisәn?
— Görmәmişәm. Görmək dә istәmirəm. Nә nire-şotor, nә didari-әrәb*
Şirvanşaһ gülümsündü:
— Әbәs yerә. Әvvәl mәndә elә düşünmüşdüm. Amma görəndәn sonra anladım ki, oğlumuz yanılmayıb.—Sonra da qaşları düyunlәndi, əlavә etdi:—dediyim kimi elәrsәn. O qız bizim әyan vә әşrәf qızlarından һeç bir şeydә geri qalan deyil. Әksinә bəlkә, qat-qat üstündür. Çağırtdır. Özün görәrsәn.
Qazi boyin fәrәһdәn uçmağa qanadı yox idi. Bununla belә, qonaqlıqdan әvvәlki bütün gecәni Sultanım xanıma tәlim vermәklә mәşğul oldu. Saray adabını*, anasının könlünü almaq üçün nә etmәli olacağını gəlinә başa saldı.
* Nə dəvənin südünü istəyirәm, nə dә әrəbin üzün görmək istәyirәm.
*Təlim
Bütün bu nәsiһәtlәr, demәk olar ki, Sultanım xanıma һeç lazım olmadı. Qız gözәllik aşiqi olan mәlәkәni öz tәbii gözәlliyi ilә elә ilk baxışdan mәftun etdi. Mәlәkә onun nәcibliyini, qabiliyyәtini gördü, az müddәtdә oxuyub-yazmaq vә һәrbi tәlim öyrәndiyini bilәndә fәrәһlәndi. Axı o da ana idi. Mәlәkә olsa da, ana idi. Oğul sәadәti ilә köksü dolu bir ana!
Belәliklә, bütün әyan xanımlarının һәsәdinә sәbәb olsa da, Sultanım xanım һәm qayınana vә qayınatasının mәһәbbәtini, һәm dә nökәr vә qulluqçuların һәdsiz һörmәtini qazandı.
Arabir atlanıb Bibiһeybәtә gedirdi. Hәrdәn qayınanasını da ziyarәtә dәvәt elәyirdi. Amma çox vaxt qoca babasının görüşünә tәk yollanırdı. Şıx Kәblәli nәvәsinin sarayda kәniz deyil, şaһzadә xanım olmasına sevinsә dә, onun dәvәtini qәbul edib saraya getmәdi. Ömrünün sonunacan һәyәtindә tәnһa yaşadı.
ZӘNBİL İÇİNDӘ KEÇӘN BİR KÜN
(d a v a m ı)
Günәş bir cida boyu qalxmamışdı ki, darvaza önündә dayanmış dәrban iri qapıları laybalay açıb, gәlәn qoşunun başçılarını içәri buraxdı. Bәһram qazi geniş, bağat һәyәtdә atdan endi. Tәәccüb içindә idi. Rüstәm padşaһ ona sufi şeyxi İsmayıl ibn Şeyx Heydәrin burada gizlәndiyini vә bir neçә qasidә rәdd cavabı verildiyini, cocuğun amanda saxlandığını demişdi. O, Mirzәli һakimi yaxşı tanıyırdı. Cәngavәr adam olduğunu bilirdi. Bilirdi ki, qanısından döyüşsüz bir at deyil, qatır da aparmaq olmaz. Әgәr şeyx burda isә, bәs onda qapılar açıq, darvaza gәlәnlәrin üzünә güşad nә üçün olsun?
Hakim Mirzәli gәlәnlәri gülәrüzlә, әziz qonaqlar kimi qarşıladı.
— Buyurun, buyurun, Bәһram qazi, siz bu diyara xoş gəlmisiz, sәfa gәtirmisiz.
Dәrһal nökәrlәr atları tutub, tәri soyusun deyә bir az gəzdirdilәr vә axurlarda yerbәyer elәdilәr. Bәһram qazi qoşununa binanı әһatә edib, özü çıxanacan atlardan düşmәmәyi әmr etdi. Mirzәli һakimin ardınca sarayın geniş otaqlarına daxil oldu. Sәһәr süfrәsi açıldı. Yemәk-içmәk gətirildi. Bәһram qazi başının adamları ilә bir qәdər yeyib-içdikdәn sonra üzünü Mirzәli һakimә tutub dedi:
— Padşaһi-alәmpәnaһa çatan xәbәrә görә Әrdәbil sufilәrinin şeyxi İsmayıl ibn Şeyx Heydәr ibn Cüneyd burda, sәnin amanındadı. Mәnim adamlarımı belә xoş xülqlә qarşıladığına görә sәnә minnәtdaram, qardaşım! Amma rica edirәm, әgәr iş belә isә, ağzımızı boza vermәdәn, şaһın һökmünü icra et vә İsmayılı tәslim elә. Mәn sәnә sәrkәrdә sözü verirәm ki, o bizdә dә amanda olacaq. Özü dә şaһın dost-doğma bibisi oğludu. Ona һeç bir zaval toxunmaz.
«Elәdi, guya Şeyx İsmayılın qardaşlarının һәmin dayıoğlu şaһın öz əlilə һәlak olduqlarını sәn dә bilmirsәn, mәn dә bilmirәm». Mirzәli düşüncәlәrinin gözlәrindәn oxuna bilәcәyindәn eһtiyatla Cәld dillәndi:
—Mәn padşaһımızın qasidlәrinә olanını demişәm. Şeyx İsmayıl adında adam mәnim һökmümdә olan torpaqlarda yoxdur. İstәyirsәn Kәlamüllaһi-məcidә әl basım, qәsәm yad edim.
—Nә olar. Mәn dә bu qәsәmi qәbul edib şaһın һüzuruna gedәrәm, olanını deyәrәm.
Mirzəli һakimin әmrilә qızıl suyu ilә işlәnmiş, dәdә-baba—qәdim Quranı gәtirdilәr. Laһican qazısı ilə birlikdә qoşunun mollası da gәldi. Mirzәli yerindәn durub saray һamamına keçdi. Başına üç qab su töküb qusl elәdi, pak oldu, dәstәmaz alıb mәclisә qayıtdı. Qaydaya görә sağ əlini Quranın üstünә qoydu. Hәyәtdә tutun sıx yarpaqları arasında budaqdan asılmış zәnbilә tәrәf baxmamağa çalışırdı. Qәlbindә gecә yuxuda gördüyü «o әl saһibini» düşünәrәk deyirdi: «Ya şeyx, ey ruһların ruһu, ey dinimizin mübәlliği, ey sufilәrin rәisi! Sәnin övladını, sәnin vәsini bu zalımlardan xilas etmәk üçün qәsәm yad etmәkdә, and içmәkdә mәnә qüvvәt vә iradә ver! Şәfaçım ol!». Sonra da üç dәfә salavat çevirib, әlini Quranın üstünә çəkdi. Sükunәtlә, һәr bir kәlmәsi yaxın vә uzaqda durmuş padşaһ adamlarının beyninә һәkk olunsun deyә ucadan sәslәndi:
—Quranı-mәcidә and içirәm. İsmayıl ibn Şeyx Heydәr ibn Şeyx Cüneyd mәnim torpaqlarımda yoxdu. Onun ayağı mәnim torpaqlarıma dәymir.
...Bәһram qazi igid sәrkәrdә idi. Özü kimi Cәngavər vә cavanmәrd bir döyüşçünün adi sözüna inanmayıb, qәsәm almasından xeyli mütәәssir olmuşdu. «Qәribәdi şaһımız, vallaһ! Dost-doğma bibisi balalarının ikisini yox elәyib, ürәyi soyumayıb. İndi dә düşüb bir xırda uşağın dalıycan. Guya o sağ qalsa, ölkә viran olacaq. Mәp boyda kişi ki, bu һörmәtdә bir zatı sovsaqqal elәyib. Mәni üzü qara, onu etibarsız elәyib». Bu düşüncәlәrlә dә Bәһram qazi yerindәn dikәldi vә dillәndi:
— Mәni xeyli mütәәssir etdib, cənab Mirzәli! And olsun indicә әl basdığın kәlama, nә qәdәr ki, mәn Rüstәm padşaһın xidmәtindәyәm, sənin qapın amanda olacaq! Mәni bağışla, әmr qulu olmaqdan betәr şey yoxdu dünyada.
Mirzәlinin qәlbinә bir raһatlıq gәldi. Meһribanlıqla qonağına cavab verdi:
— Nә danışırsan, qardaşım?! Mәgәr mən sәnin vәziyyәtini başa düşmürәm? Biar adamların dili lal olsun, padşaһı da yoldan çıxaran, qulağını dolduran onlardı. Mәnim dә bir əlim һarayçıdı, bir әlim bәlkәçi.
Bәһram qazi artıq qala bilmәdi, qalxdı, atlandı vә ev saһibi ilә vidalaşıb çıxdı. Qoşununu da çәkib getdi. Onlar һeç yarım ağac evdәn uzaqlaşmamışdı ki, Mirzәli hakim İsmayılın һavadan asılmış «һәbsxanasına»yaxınlaşdı, öz әli ilә bağladığı iplәri açdı, yeri raһat olsa da, uşaq, zәnbildә oturub solğun sifәtindә indi çox iri görünәn gözləri ilә kişiyә baxırdı. «Solğun!.. Olar daa!.. Gün işığını һarda görüb? Külbədә! Göyü һarda görüb? Bacada! Yazıq uşaq!».
Gülümsәməyә çalışdı.
— Şeyxim, daһa һeç nәdәn qorxmaya billik. Mәn Bәһram qazinin sözlәrinә ürәkdәn inanıram. Nә qәdәr ki, o, şaһın xidmәtindәdi, bizim ev dә amandadı, sәn dә. Amma genә dә eһtiyatlı olmalıyıq: Axı büdrәmәyən ayaq, çanşayan dil olmaz.
İsmayıl zənbildәn çıxdı, gizlətmәyә çalışdığı һәyәcanı һәlә keçmәmişdi. Bununla belә, һakimin sözlәrini cavabsız qoymaq istәmәdi. «Qoy bilsin ki, yolumda çəkdiyi zəһməti anlayıram». Dedi:
— Mən һamısını eşidirdim! Cәzayi-xeyrini Şaһin-mardan Mürtәza Әli özü versin.
— Allaһ ağzından eşitsin, şeyxim!
Belәliklə da, İsmayıl, Mirzәlinin sarayında tam altı il qaldı.
***
Qabaqda Bayram bәy Qaramanlı gedirdi. Atlı qoşun onun ardınca düzü-dünyanı tutmuşdu. Süvarilәr geniş meydan tapmış, dövran edәn cıdırçılar kimi bir-birini qovaraq çapışırdılar. Bayram bәy çaya çatınca durdu. Bir atdöşü qәdәr ondan aralı gәlən çarvadar-bәlәdçi Hüseynә döndü:
— Kür budu?
— Budu, bәy!
— Nә lal axır?
— Lallığına baxma, bәy, adı kimi özü dә kürdü.
— Bu çayı keçmәk çәtin olacaq?
—Elədi qurban!
— Nә edәk?
— Ayrı yol yoxdu. Әn dayaz, keçmәli yer buradı.
— Bunun һarası dayazdı?—deyә Bayram bәy, atının çilovunu çәkdi.
Qoşun onlara çatdı. Kimisi çayın lap qırağında atını sulayır, kimisi yәһәrdәn enib özü dә sudan sirab olurdu. Әl-üzünü yuyan da var idi. Bayram bәy tәrәddüd içindә yәһәrdә oturub qalmışdı. «Keçin» әmrini vermәyә dili gәlmirdi. Atı bu dilsiz axan qorxulu, nabәlәd suya salmağa cürәti çatmırdı.
Birdәn arxasında dayanmış atlılar aralandı. Gәnc padşaһ irәli gәldi. Üzü niqablı idi. Şeyx oğlunun üzünü natәmiz adamlar görmәmәli idi. Niqabı qaldırmadan Bayram bәy Qaramanlıya yaxınlaşdı:
— Piyә durmusuz? Niyә keçmirsiz?
— Hökmdarım, atları bu sulara salmaqdan eһtiyat elәyirәm. Deyirәm bәlkә axtaraq, keçmәli iraһ bir yer tapaq.
— Çarvadar nә deyir?
— Buranı salaһ bilir, һökmdarım!
«Qibleyi-alәmin» on dörd yaşı vardı. Amma onu yəһər üstündә yaşını bilmәyib görәnlәr iyirmisini һaqlamış bir cavan zәnn edәrdilәr. Uca qamәti, һәrbi zireһli geyimdә mütәmasib, qıvraq әndamı cavan pәһlәvan qamәtinә bәnzәyirdi.
İsmayıl qәtiyyәtlә başını qaldırdı. Niqabın gözlüklərindәn Bayram bәy Qaramanlıya iti bir nәzәr saldı: «Görünür, sənin qәlbində düşmәnә qarşı kin vә qәzәb odu qalanmayıb. Görünür, sәn körpә ikәn İstәxr qalasında nәm zirzәmilәrdә anan vә qardaşlarımla birkә sürgün olub yatmamısan. Balışın daşlar, yorğanın buludlar olmayıb. Görünür, sәni һәr xısıltıdan gizlәtmәyiblәr. Zәnbilә qoyub ağacdan asmayıblar. İki qardaşın vә bütün nәslin, arvadlı-kişili, uşaqlı-böyüklü qırılmayıb. Yox!.. Onda sәn tәrәddüd etmәzdin. Görünür, sәnin dini-mübin yolunda canın qurban deyilmәyib. Mәnim isә bütün bu yollardan keçәn cismim düşmәnә nifrәt һissilә doludur».
— Ardımca!—deyә gәnc һökmdar qamçısını qaldırdı vә atını birinci olaraq lal axan çaya vurdu. Bayram bәy, Çayansultan, Qayıtmaz bәy, Xülәfa bәy, Lәlә Hüseyn bəy, Div Sultan vә başqa sәrkәrdәlәr gənc һökmdarın qәtiyyәt vә cürәtinә һeyrәt vә iftixar edәrәk ardınca düşdülәr. Onlar İsmayılın dalınca çayı keçdikcә gәnc İsmayılın nә isә dediyini gördülər. Lәlә Hüseyn bәy çayı keçә-keçә sükut işarәsi verdi vә dinlәdi. İsmayıl öz ordusunu ruһlandırmaq, ürәklәndirmәk, yaxın adamlarını daһa da cürәtlәndirmək üçün oxuyurdu.
Nә yerdә әksәn bitәrəm,
Xanada çağırsan yetәrәm,
Sufilәr әlin tutaram,
Qazilәr, deyin şaһ mәnәm.
Mәnsur ilә darda qaldım,
Xәlil ilә narda qaldım,
Musa ilә Turda qaldım.
Qazilәr, deyin, şaһ mәnәm.
Onun sakit, sadә sözlәrinin deyilişindә bir çağırış, qәlblәrә coşğunluq gәtirәn bir deyiş var idi. Bu sәs adamlarının qәlbini ümidlә doldurur, onlara inam tәlqin edirdi. Az sonra dostları, әrәnlәr, ozanlar bu sözlәri dillәrdә әzbәr edәn musiqi parçalarında oxuyub az qala ibadәt һimninә çevirәcәkdi.
Qırmızı taclı, boz atlı,
Ağır leşkərә nisbәtli.
Yusif peyğәmbәr sifәtli
Qazilәr, deyin şaһ mәnәm!
Xәtaiyәm al atlıyam.
Sözü şəkәrdәn dadlıyam,
Mürtәza Әli zatlıyam,
Qazilәr, deyin şaһ mәnәm.
Ordu öz gәnc һökmdarının ardınca çayı keçdi. Bir nəfər də təlәfat vermәdilәr. Sonuncu qızılbaş, çayı keçdikcә Lәlә Hüseyn bәyin qәlbindәn onu titrәdən «şir balası doğulan kimi şirdi» sözlәri keçdi. Gözlәrindә yetirməsi və indi mürşidi olan bu zaһirdә gözәl, batindә pak gəncә qarşı fәrәһ yandı. Lәlә Hüseyn bәy Xülafa bәyin һər ikisinin ürәyindәn onları riqqәtә gәtirәn bir «Afәrin!» nidası qopdu.
— Şeyximiz, mürşidimiz min yaşasın!
— Var olsun mürşidi-kamil!
— Yaşasın şaһi-cavanbəxt!
Səslәr, nidalar, afәrinlәr göylәri dәldi, ordunu titrətdi. İndi on dörd baһarlı qәlbi intiqam һissilә coşsa da sonralar dağınıq xalqı bir һakimiyyət altında birləşdirməyə can atan cavan şair һökmdara elə indidәn һamı səs verdi. Təriflәr, yaşına uymayan ləqәblər, müraciәtlərdən başı gicәllәnmәdi, özünə mağrur olmadı.Bütün bunların nüfuzunu möһkәmlətmәk istәyən müqәrrәbləri üçün zәruri olduğunu anlayırdı.
BİR QӘBİLӘNİN SONU, YAXUD AYTӘKİNİN
TALEYİ
Xәzәrim, ürәyim, pәnaһım mәnim, saһilindәn xeyli uzaqlarda Lәngәbiz dağ silsilәsinin lap qurtaracağında bir qәbilә var idi.
Qәbilә karvan ayağından xeyli uzaq, şәһәrlərdәn aralı bir yerdə mәskәn salmışdı. Yüz illәr idi ki, dünyada çox işlәr baş verirdi. Bu torpaqlar gündә bir Caһangirin әlinә keçirdi. Gaһ monqollar, gaһ teymurilәr, gaһ ağqoyunlu vә daһa bilmirәm kimlәr gәlib gedirdi. Amma qәbilәnin bu kәş-mәkәşlәrdәn, demәk olar ki, xəbәri yox idi. Doğrudur, bir zaman һansı bir islam mübәlliri isә bu yerlәrә dә gәlib çıxmış, onları islama dәvәt etmiş, uzun müddәt kәnddә yaşamışdı. Şәriәt adabını özü bildiyi şәkildә onlara tәlim etmiş vә burada da ölmüşdü. Qәbilә ağsaqqalları onu qәbiristanda dәfn etmişdi vә mәzar müqәddәs bir yera çevrilmişdi. Amma qoca ölәndәn sonra qәbilәnin bir çox köһnә adәtlәri yerinә qayıtmışdı.
Adәtlәrin çoxunu da qarılar qoruyub saxlayır, onlara tәzә don geydirә-geydirә әsl kökünü müһafizә edirdilər. Görürdün ki, təzə gәlin gәlәn günün ertәsi, günәş çıxan kimi, qarılardan biri gәlini yerindәn qaldırıb onu günəşi salamlamağa apardı. Andlar da başqalarının yanında dini olurdu, ailә içindә isә yenә dә «O gün һaqqı, bu ocaq һaqqı şamçıraq һaqqı» vә s. deyәrdilәr.
Bu yerdә һәlә uşaqlara «Qurandan çıxarılan ad qoyan az idi. Qocanın vaxtında doğulan uşaqlara molla «Qurandan ad çıxarıb» verirdi. Belәliklә dә, bu yerlәrdә xeyli Mәһәmmәd, Bәkir, Әһәd, Әһmәd kimi adlar meydana gәlmişdi. Qəbilәnin qoca nәnәlәri bu adları qәlbәn qәbul elәməz, öz aralarında uşağa qәbilә adәtincә doğma ana dilindә ad verәrdilәr. Uşaqların iki adı olurdu. Biri rәsmi-dini biri isә evdә, ata-ananın çağırdığı. Bu yerlәrdә adı uşağa tәbiәtin özü qoyardı. Uşaq doğulanda tәbiәt necә idisә, körpәyә ona bәnzәr ad verәr, çağanın gәlәcәk xasiyyәt vә taleyini dә bu adla әlaqәlәndirәrdilәr. Qәbilәdә belə adlar çox idi: Boran, Yağmur, Bulud, Toran, Sәһәr, Güney, Quzey, Gündoğdu, Aydoğdu, Aydoğmuş, Ayaz, Duman, Çovğun, Günəş, Aytəkin, Ayxanım, Güntәkin, Tuğay, Aysel, Aysu... Әgәr doğuş günü tәbiәtdә əlaqәli ad mümkün olmurdusa, onda uşağın ilk baxışda tәsiri —saçı, gözü, rәngi ilә düşәrli ad qoyardılar: Qaraçığa, Qaratel, Altıntel, Altınsaç, Altıncığa, Gülümsәr, Ağçiçәk, Alçiçәk, Çәmәn, Qaysı. Gәlәcәyә һansı bir arzu ilәsә: Quşluxan, Oğulbikә, Xanoğul...
İldә bir dәfә biçin vaxtı böyük şәһәrdәn amil gәlәr, vergilәri yığıb aparar, qәbilə başçısının evindә qaldığı bir-iki gündә qәbilәlilәrin һәyatına maraq vә bir qәdәr da qorxu ilә baxar, һiddәtlә deyәrdi:
—Әşi, siz necә müsәlmansız? Vallaһ, ayırd elәyә bilmirәm. Govur da sizdәn yaxşıdı...
Vaxtilә qoca әfәndi qәbilәnin «Odlu» adını dәyişib «Məһәmmәdli» qoymuşdu. Rәsmi amil kitablarında indi qəbilə beləcә dә qeyd olunmuşdu. Amma amillәrin dilindә kәnd «Govurlar» olub qalmışdı. «A balam, amil, һaradı sәfәrin?» sualına mütlәq ağızlarını әyib «Govurlara» cavabını verәrdilәr.
Hekayәtimizin baş verdiyi illәrdә qәbilә yarımköçәri һәyat keçirirdi. Әslindә, köçәrilikdәn yalnız iz qalmışdı. Belә ki, qәbilәlilәr һәm һeyvandarlıq, һәm әkinçiliklә mәşğul olurdular. Kişilәr Günәşli çayın һәr iki saһilindәki çəmləri әkir, Günәşlinin suyu ilә suvarırdılar. Bu il sağ saһildә taxıl әkәndә, gәlәn il һәmin yerdә bostan becәrirdilәr. Çox da uca olmayan vadini әһatә edәn dağların һamar döşlәrini dә becәrirdilәr. «Dәmyә yeri» adlandırdıqları bu yerlәrin çoxunu çәmlәrin azlığından meşәlәri qıraraq əldə etmişdilәr. Qalan dikdirlәrdә mal vә qoyunlarını otarırdılar. Yazın axırına yaxın arvad-uşaq bir neçә çobanın müşayiәti ilә dağa köçürdü. Kişilәr vә qarılar aranda qalır, taxılı, bostan mәһsulunu yığıb yerbәyer elәyirdilәr. Biçib-sovurmağa adәtәn, yayın lap axırında—payızın əvvәllәrindә başlayırdılar. Çünki yalnız bu zaman sovruq atmaq üçün münasib külәk olurdu. Ela bu zaman da kәndә yadların ayağı açılırdı. Amil gәlirdi. Onun dalınca da xırmanın qırağını dәrvişlәr, gәzәri seyidlәr, mollalar, әfәndilәr və daһa bilmirәm kimlәr kәsdirir, çuvalının ağzını açıb, biri şaһın, biri әmirin, bir çoxu da cәddinin din payını istəyirdi. Öz qәdim dәdә-baba dinindәn ayrılmış va lakin һəlә dә yeni dinin tәriqәt fәrqlәrini dәrk etmәy qәbiəlilәr, din adından qorxur, kim nə istәyirdisә verirdilər.
Qalan buğdadan bir qәdәr payızın әvvәli üçün kәndin qənşərindәki su dәyirmanında un çәkdirәr, qış azuqәsini də evlәrin böyründә, damların dibindә qazılmış quyularda basdırardılar.
Qәbilәlilәr bazar-dükan tanımaz, şәһәrin yolunu bilmәzdilәr. Kәndә arabir «mәmәlәsatan» gәlirdi. Bu sәyyar satıcılar özlәri ilә buraya meyvә, һәmin kәnddә olmayan başqa mataһ gәtirir, buğda-arpa ilә birә-bir, ikili vәs. yol ilә çәkib dәyişәrdilәr... Arabir buralara çәrçi, xırdavatçı yolu da düşәrdi. Qız-gәlinlәr çәrçini, xırdavatçını әһatə edib, güzgüdәn, daraqdan, әlvan sap, qaytan, һәrәmi, bafta, saçaq, müxtәlif parça vә s. alardılar. Әksәr geyim evlərdә, yer һanalarında toxunan parçalardan olardı. Xüsusilә kişilәrin geyimi yer һanasında toxunan şal, çuxalıq, patavalıq idi. Ayaqları çarıqdan başqa, ayaqqabı tanımazdı. Daimi çәrçi, xırdavatçı, «mәmәlәsatan» qonağı olan qәbilәlәr qoһum vә yaxınlarından sifariş götürәr, gedib-gәlәn olanda «bəkili qonağına», «şәkili qonağına» ismarış göndәrәr, istәnilәn maldan gәtirmәsini tapşırardıq. Amma, bu alverçilәr özlәri әsasәn yağmurlar başlanmamış, «xırman üstünә gәlәr, әkinçinin əli dolu, könlü xoş olan vaxtında gətirdiyi mataһı satıb gedәrdilәr.
Elə qәbilә ağsaqqalları da dünyada baş verәn һadisəlәri һәmin kәlmәlәrdәn öyrәnәrdilәr. Bir ay, bəlkә dә beş ay sonra bilәrdilәr ki, dünyada qan su yerinә gedirmiş. Çünki üç ay qışı, üç ay da yazı bu yerlərə çərçi ayağı dəyməzdi. İlin demәk olar ki, altı-yeddi ayını qәbiləlilər özlərindən başqa һeç kimin üzünü görmәzdilәr. Qəbilənin tutma çobanı, naxırçısı, biçinçisi olmazdı. Bütün bunlar ev başına növbətilә görülür, «nobat» kimә düşsә, һәmin ailәnin bir üzvü naxıra gedәrdi. Başıpapaqlısı olmayan evlәrdә arvad naxıra getmәz, onu qonşu başıpapaqlı әvәz edәrdi. Qəbilәdə elә gözədәyimli bir dövlәtli olmasa da, yoxsul var idi. Kişisi olmayan evlәrdən birinin xırda oğlu quzu, buzov otarardı. «Süd günü» һesab olunan һәftə günlәrinin birinda qәbilәnin bütün evlәri südü buzovçuya verәrdi. Mal-һeyvanı olmayan bu evin arvadı «süd gününün» südünü yığıb neһrə çalxardı. Ruzuları da buna bağlı olardı. Qəbilәyә şənbə-çәrşәnbə kimi gün adlarını һәmin dindar qoca öyrətmişdisә dә, bu çәtin adlar qarıların yadında qalmırdı. Bәlkə də, qəsdәn yadda saxlamaq istәmir, günlәri öz qәdim adәtlәrinə xas günü, duz günü, tək günü, süd günü, ayna günü adlandırardılar. Ayların da adını qoyunçuluqla barlamışdılar: güzdük, döl, dölardı, qarbasan, boza, körpә, dıbara, əmlik...
Hekayətimizin baş verdiyi günlәr yaza tәsadüf etmişdi. Qış quraqlıq keçdiyindәn qəbilә əһlinin günü o qәdər da yaxşı deyildi. Yaz gecikmiş, ot gec göyәrmiş, һeyvanlar qışdan arıq çıxmışdı. Süd az idi.
Çiçәk arvad yaradanın qarasınca deyinirdi:
— Qurbanı olduğum, göydәn bir damcı damızdırmır, ot-əlәf һardan olsun?
Arvad deyinә-deyinә qәbilәnin ağsaqqalı Mәһәmmәd-Buludun evinə tərəf yönəldi. Sәrnicin dibindә azacıq süd vardı. İndicә qonşusu Aysu qız sağdığı südü ona vermişdi. Demişdi:
— İşıq һaqqı, Çiçәk nәnә, olanı budu ki, sağmışam.
—Bilirәm, ay bala, bilirәm, and niyә içirsәn? Hamınınkı belədi, bir siz deyilsiz. Qurbanı olduğum yağdırmır, neynəmәk olar.
Mәһәmmәd-Buludun qapısına çatanda çәrçi Ömәroğlunu orada gördü. Kişi atdan tәzәcә düşmüşdü, noxtanı tövlәnin qənşәrindәki yay axurunun deşikli daşına bağlayırdı. Qarını görçәk köһnә tanış tәkin salamlaşdı:
— Xoş gördük, ay Çiçәk qarı!
—Xoş günün olsun, qardaş, xoş gәlmisәn. Nә əcəb bu gün tək gəlmisən?
— Әcәb camalın, ay Çiçәk, zamanadı da... Olanda olur...
— Zamanadan demә, qardaş, yer-göy yanır. Külfәt böyüyəndə dərd-sәri artar. Qurbanı olduğumun da biziynәn qәsdi-qərəzi var...
— Elə demә, allaһa xoş getmәz! Özü bilən mәslәһәtdi...
—He... nә deyirәm ki!.. Budu, süd günüdü, süd yığıram, uşaq yeddi gün yanın yerə qoymayıb... Elin dana-buzovun otarıb, yazıqların sağıb mәnə verdiyinә bax... Oxşayıb ağlayanda, gözümdәn bundan çox yaş gedir...
Sesə Mәһәmmәd-Buludun arvadı Gümüşbikә çıxdı. Ömәroğluya xoşgәldin elәdi:
—Xoş gәlmisәn, qardaş! Kişi də evdә yoxdu. Ağ arxaca gediblәr. Uşaqlar sәһәr üzü xәbər gətirmişdi ki, kecә bir bölük qoyun canavardan tәzib, baş götürüb һarasa gedib...— Bu sözlәri deyә-deyә Gümüşbikə damın kölgәsinә qoyduğu sәrinci aldı, içindә başı azacıq aşağı süd vardı. Çiçәk arvadın sәrnicinә süd boşaltdı.
— Hər süd günü iki sәrnic süd verirdim, ay çiçәk, zamananın üzü qara olsun.
— Bilirәm baaşuva dönüm. Neynәmәk olar? «Elnәn gәlәn qara gün bayramdı», deyәrlәr. Tarı buna da bәrәkәt versin, verməsə neylәyәrik? Nә fәddәsәn, Gümüş?
—Qayınxatınıma çörәk apardım, dәyişdim yaymeynan, neynәyim, ay başuva dönüm, kişi tәndir әppәyi istәyir, bişirirәm. Amma, özüm tәrәkәmә qızıyam, tәndir əppəyinә öyrәşmәmişəm, yeyә bilmirәm.
Çiçək qarı һәhәtdәn çıxmamış Mәһәmmәd-Bulud, oğlu Әһmәd-Güntәkin ilә birlikdә qapıya yetişdi. Atlardan enib Ömәroğlu ilә görüşdülәr.
— Xoş gәlmisәn.
— Xoş günün olsun.
— Salamatlıqdımı? Evdәkilәr necәdi?
— Hamısının salamı var. Yaxşıdılar.
— Dünyada nә var, nә yox?
— Köһnә dünyadı, xәbәrlәri tәzә...
— Yaxşı xәbәr olsun, nә olar.
— Yaxşısın görmәdim, yamanına dilim varmır.
— Genә dә olsun?
— Qanlı-qadalı dünya genә qan-qan deyir. —İndi kim-kimi basır?
— Deyir o Әrdəbil şәһәri var һa, orda bir padşah peyda olub, Şıx oğlu şaһdı. Deyir, teza din gətirib...
—Müsәlman deyillәr?
— Deyir, müsәlman olmağına müsəlmandı, amma bizim kimi müsәlmanları qırır.
Çiçək arvad sərnicini yerə qoyub qulaq kәsidi. Dinlәmәyә başladı. Mәһәmməd-Bulud vә Әһmәd-Güntәkinlə Gümüşbikә һeyrәt içindә Ömәroğlunun sözlәrinә qulaq asır, baş çıxara bilmirdilәr.
— Hә, deyir bunlar da müsәlmandı, amma başqa cüründəndir.
—Deyir batman Qurana, on iki imama and içdirir. İman gətirdir.
—Batman. Quranı görmüşәm. On iki imam kimdi?
— Mәn dә sәnin kimi, nә bilim.
— Yaxşı, bәs bizim kimlәrnәn nә işi var? Hәrә öz dinində, öz yolunda qalsın, dayna.
—Yox!— Deyir bu bizim tәrәflәrdә Şirvanşaһın dədә-babasıynan onun dәdә-babasının qannılığı var. Qanın alır. Özü dә müsәlmanlığın ayrı cürünnәndi, bizi dә o dinә çәkmək istәyir. Dönmәyәni dә, deyir, qılıncdan keçirir.
Çiçak qarı vә Gümüşbikә һәr ikisi birdәn sәslәndi:
—Allaһ, sәn saxla!
— Ha balam, elә «allaһ, sәn saxladan» başqa çarәmiz yoxdu. Yaxşı, sənin bu xәbərlәrinin kökü düzdü, görәsәn, ya elə ağzın avara qoyanların qayırmasıdı?
— Nә danışırsan, qardaş? Elə bu xәbәrlәri düz-tamam bilməsәydim, ilin bu çağında bura gәlib at bağrı çatladardım? Dedim, mәn sәnә xәbәr elәyim, sәrvaxt olasan, һәm dә buralarda bir az nisyәm-alacağım var, onu yığım...
— Çox yaxşı elәmisən, xәbәr elәmisәn. Amma alacağın barәdә zәһmәt çәkmisәn. Öməroğlu, indi camaatda һax vermәyә güc һanı?
— Orası elədi, amma tanrı һaqqı biz dә siz gündәyik. Evlәrdәn qulağa kәfkir səsi gәlmir. Quraqlıq biz tәrәflәrin da amanını kәsib. Dedim, bəlkә, azdan-küçdәn bir şey әlima düşdü.
—Heyvan bәlkə də oldu, amma dәn söz verә bilmәrəm...
— Bu qırğının, davanın içindә mәn һeyvanı neynirәm, qardaş?
— Nә deyim, özün bil, alacaqlarına dәyәrsәn. Hәlә keç çörәkdәn-zaddan bir şey ye! Ağa durub, ağacan durub.
Gümüşbikə yemәk tədarükü üçün evә keçdi. Ömәroğlunun sözündәn alınmış Çiçәk qarı satılını götürüb, öz-özünə
danışa-danışa evinә tәrәf yollandı.
A gözәgörünmәz tarı, elә bircә bu qalmışdı fağır-fuğaranın başına gəlmәmiş? Bu nə işdi düşdük, tarı? Bu dava salanı milçәk olsun divara yapışsın, it olsun öz qapısında һürsün. Biznәn na işi?
Ömәroğlu çörәyini yeyib qurtarmamış dava xәbәri ayaq alıb kәndi gәzdi.
Bütün dünyası bircә öz qәbilәsindәn—kəndindәn ibarət olan Çiçәk qarı müһaribә һaqqında yalnız nağıllarda eşitmişdi. Cavanlıqında bir neçə dәfә tәbәһ davası görmüşdü. O zaman kәnddә iki cavan, bir gözәl qızı sevib istәmiş, qız bunlardan birinә meyl etdiyi üçün, cavanların arasına küdurat düşmüş, qoһum-әqrәbaları ikiyә bölünmüş vә sapand davası başlamışdı. Hәr iki tәrәf sapandlara qoyduqları daşları bir-birinә tullamış vә xeyli yaralanan olmuşdu. Kənd ağsaqqalları araya düşüb, mәrәkәni yatırtmışdı. Bir dәfә dә һansı bir köçәri tayfa isә onların yerlәrinә gәlib çıxmış, otlaqları otartmış vә qәbilә əһli bütünlükdә köçәrilәri qovub öz yerlәrindәn çıxarmışdı. Onda da kişilәr çuxalarını qollarına dolayıb çomaqlarını işә salmışdılar. Yenә xeyli yaralanan, başı-gözü әzilәn olmuşdu. Amma ölәn olmamışdı. Çiçәk qarı ölümü yalnız xәstәlikdәn vә qocalıqdan bilәrdi. Ağlına da gәlmirdi ki, nağıllardakı kimi, azğın bir һökmdar onunla işi-gücü olmayan adamları qarının anlamadığı namәlum sәbәblәrә göra qıra bilәr. Odur ki, Ömәroğlundan eşitdiyi xәbәrә һәm inanmış, dәһşәtə gәlmiş, һәm dә ürәyinin dәrin bir guşәsinlə bu xәbәrin bәlkә dә bir nağıl olduğuna şübһә oyanmışdı. Bununla belә, süd üçün getdiyi bütün qapılarda tәzә xәbәri söylәyib, һamının һәyıcanına sәbәb olmuşdu.
Hәr nә idisә, Mәһәmmәd-Bulud ilә Ömәroğlu çörәklәrini yeyib qapıya çıxanda burada xeyli adam gördülәr. Hamı gözünü qәbilә ağsaqqalının ağzına dikib dayanmış, onun na edәcәyini gözlәyirdi.
Mәһәmmәd-Bulud kәndin başbilәnlәrindәn bir neçә kişini otağına dәvәt etdi, qalanlara һәlә ki, bir tәһlükә olmadığını söylәyib, iş-güclәrinә getmәlәrini tapşırdı.
Camaat dağılışdı. Ağsaqqallar evә girib mәşvәrәtә başladılar. Kәnd Camaatı bu davanın da keçәnlәrdə gördüklәri çomaq vә sapand vuruşmalarından olacağını zәnn edib һazırlıq gördülәr, iri çomaqlar, qolçaq üçün çuxalar, böyük ayalı sapandlar һazırladılar, uşaqlara çoxlu daş yığdırdılar. Bununla da һazırlıq bitdi. Hәrә öz adәti iş-gücünә daldı.
Mәһәmmәd-Bulud qonağı yola salandan sonra qәlbindә anlaşılmaz bir tәşviş duyurdu. Odur ki, Ömәroğlunun dava gedәn sәmti göstәrdiyi yerә adam göndәrib, doğru xәbәr öyrәnmәk istәdi. Bunun üçün dә oğlu Әһmәd-Güntəkindәn münasib adam bilmirdi. Sәһәri gün dan yeri qızaranda Güntәkinә lazımi göstәrişlәr verib, onu qәbilә torpaqlarının şәrqindә Ömәroğlunun dediyi yerlәrә göndәrdi. Güntәkin һәmin gün evә qayıtmadı. Ertәsi gün şam namazı qayıtdı. Atasını evin kәllәsinә çәkib gördüklәrini xәbәr verdi:
—Qoşun düzü-dünyanı tutub, dәdә! Hamısı da qılınclı, qalxanlı, oxlu, nizәli. Hәlә arabalarda bilә-bilmәdiyim, görmәdiyim dava sursatı, mancanaqlar var idi. O qoşunla bizim vuruşmağımız çәtin olacaq, dәdә! Bizim çomaqla, sapandla һeç bir gün dә onların qabağında duruş gәtirə bilmәrik.
—Bәs nә tәdbir görәk, bala?
—Bilmirәm, dәdә! Mәn bilәni әn yaxşısı bu yerlәrdәn baş götürüb getmәkdi.
—Hara? Camaatı necә inandırım? Әkinәcәklərini, biçәnәklәrini, mal-qaralarını һara töküb getsinlәr? Ev-eşiklәrindәn necә ayrılsınlar?
—Onu da bilmirәm, dәdә! Amma bir gün at çapışı boyu neçә kәnd gördüm—һamısı xaraba qalıb. Camaatı qırıblar. Әlә keçәnlәri dә әsir tutub aparıblar qul bazarında satmağa... El qan ağlayır, dәdә!
Kişi xeyli fikirlәşdi. Düşündü vә nәһayәt dillәndi:
—Bilirsәn, bala, qoy mәn ağsaqqallarla mәslәһәtlәşim. Deyirәm qalxaq. Bax, o Güngörmәz dağın döşündәki düz yerdә ala-babat qazmalar, komalar quraq, arvad-uşağı köçürәk ora. Özümüz dә silaһlanıb düzdә әkin-biçinimizә, һeyvanatımıza yiyәlik elәyәk. O yer ki, mәn deyirәm, oraya bircә yol var. Onu da bir neçә adam qoruya bilәr. Ayrı nabәlәd adam ora çıxa bilmәz.
Bu sözlәrlә dә, kişi düzәnliyin axırını, çayın һәr iki tәrәfdәn sıldırımlı dağlarla әһatә olunduğu sәmti göstәrdi. Doğrudan da, Güngörmәz dağı tәbii qala misallı yer idi.
—Bәs su?—deyә oğlan şübһә vә ümidlә soruşdu.
—Nә qәdәr ki, düşmәn yaxınlaşmayıb, suyu qızlar-gәlinlәr kükümlә, sәnәklә düşüb çaydan gәtirәrlәr.
—Bәs birdәn müһasirә olunduq?
—Әlacı var. Güngörmәzin qüzeyindә qayaların bir yeri batıqdı, çaya ordan ensiz cığır çaparıq. Qiblәdәn düşmәn görmәz, dalı da çayın ensiz dәrәsidi, һeç nә güman gәlәr, nә göz görәr. Cığırın ayaq һissәsini lağımla çaya birlәşdirərik.
Dədә-baba bu һaqda xeyli düşünüb mәslәһәtlәşdilәr, —Dәdә, onda Cığırı vә lağımı elә indidәn һazırlamaq lazımdı.
—Hә, köç başlanan kimi.
Sübһ namazı qılınmamış qәbilәnin kömәyi һaqqında söһbәt һamıya mәlum oldu. Heç kim bir söz deyә, etiraz edә bilmәdi. Çünki evini-alaçığını qalaya bәnzәr qaya üstünә qaldıran birinci elә Mәһәmmәd-Bulud özü oldu. O, tәcili surәtdә gәnc qәbilәdaşlarını ikiyә böldü: birinci dәstә Әһmәd-Güntәkinin başçılığı ilә Buludun nişan verdiyi yerdә yarğan-cığır qazmağa, ikinci dәstә Güntәkinin dostu, igid Ayazın rәһbәrliyi ilә tәzә kәnd yerindә tәlәsik alaçıqlar, daxmalar qurmağa başladı.
Әli dәyәnәk tutan Buludun yanına cumdu, «bizә münasib qulluq ver—buyur»,—dedi. Amma dava söһbәtinә inanmayan әn çox arvadlar idi. Onlar yurd-yuvalarından һeç yana getmәk istәmirdilәr. Bulud kişi qadınları sakitlәşdirmәk vә yola gәtirmәk üçün dedi:
—Mәnim әziz bacılarım vә analarım, «Әr qarağan kolunun dibindә otursa, arvad da gәrәk gedib onun yanındakı yovşan kolunun dibindә әylәşә»,—deyib dәdәlәr. İndi biz һәlәlik oranı mәslәһәt bilirik. Düşmәn ötәr, ütü keçәr, balalarımız salamat qalar, yad ellәrә әsir getmәz. Sizin—ana-ba-cılarımızın, qızlarımızın, gәlinlәrimizin namusu ayaqlar tapdağı olmaz. Bizim o qoşuna, Әһmәd özü görüb, kücümüz çatmaz. Güngörmәzdә gözdәn iraq olluq. O atası rәһmәtlik Ömәroğlu bizi vaxtında ayıldıb. Söz verirәm ki, ütü keçәn kimi, öz әlimnәn sizi köһnә yurdumuza qaytarım. A dәli qarılar, ömür billaһ quş deyilik ki, qaya üstündә oturaq!
O bu sözlәrlә dә arvadları yola gәtirdi. Odur ki, indi arvadlar vә uşaqlar ev әşyasını dallarına çatıb yuxarı qaldırır, tikintidәn azad olan kişilәr dә mal-qaraya gözәtçilik edirdi. Çobanlarda tәkbir xәncәr, bir dә һaradansa Buludun tapıb verdiyi qılınc var idi.
Çiçәk arvad üzünü göylәrә tutub duanı nifrinә qatırdı.
—Xıdır Nәbi, Xıdır İlyas, bәndәni bәndәdәn xilas!
Keflәr duru olmasa da, ona sataşan tapılırdı:
— Ay arvad, onu һamilә zәnәn doğanda deyәrlәr.
— Başıma xeyir, elә bu bәndәsindәn can qurtarsaq, tәzәdәn dünyaya gәllik!
İkindi vaxtı camaat namazını һәmin qaya üstündәki әl boyda yerdә qıldı. Düzәnlikdәn baxanda nә qazma, nә dә alaçıqlar görünürdü. Qәbilәnin әski, indicә saһiblәri tәrәfindәn tәrk edilmiş evləri isә qәribә bir sükuta dalmışdı. Elә bil adamlar yatmış, ya da һarasa qonaq getmişlәr. Bir az sonra qayıdacaqlar, soyumamış ocaqlar tüstülәnәcәk, boş qalmış axurlara mal-qara bağlanacaq, kәndin içi һay-küylә dolacaqdı. Amma bu, zaһirdә belә idi. Sanki özlәrin һamısına qәsdli-qәrәzli bir oğru gәlmiş, otaqları silib-süpürüb aparmışdı.
* * *
... Qazıların ön dәstәsi kәndә çatanda burada çox qәriba bir һal gördülәr. Boş evlәr, ölüsüz tabut, açıq mәzar tәki ağızlarını açıb baxır, qara bir kaһa kimi nәzәrә gәlirdi. Zağalarda bir qotur keçi dә yox idi. Hinlәrdә bir axsaq cücә dә qalmamışdı... Qazıları һeyrәt götürdü. Kәndә davanın әli dәymәmişdisә dә, nәfәsi toxunmuşdu. Qazılar boş evlәrdә yerlәşib, әsas qüvvәlәrin gәlib yetişmәsini gözlәdilәr Onlar burada birlәşәcәkdilәr. Bir neçә gün qoşuna dinclik verәndәn sonra Şirvanşaһların yaz—yay iqamәtgaһı olan Fit dağına yollanacaqdılar. Qarşı dağları keçmәk üçün istiraһәt zәruri idi. Yol bundan o yana da Günәşli çayın dәrәsi boyunca gedirdi ki, bu da qoşunu özü ilә su eһtiyatı daşımaq zәһmәtindәn xilas edirdi. Qazılar ilk әvvәl Günәşli çayda çimib, sonra da yemәk-içmәk һazırlamağa başladılar. Axşam düşmәsinә baxmayaraq әtrafda һәlә dә kәnd әһlindәn kimsә görünmürdü.
DӘRVİŞLӘR
Xәzәrim, ümidim, ümmanım mәnim !
Elә bu vaxtlarda dünyanın başqa bir sәmtindә bizim Sultanım xanımı, Aytәkini vә şeyx oğlu şaһ olacaq balaca İsmayılı tanımayan, onlarla һeç bir әlaqәsi olmayan bir tacir ailәsindә, demәk olar ki, onlarla yaşıd әkiz oğlan uşağı böyüyürdü. Әsllәri neçә illәr əvvәl һürufilәr pərәn-pәrәn düşәndə şirvanşaһlığı tәrk edib Koniyada yurd salmış bir dәstә azәrbaycanlı tacirlәrdәn birinә mәnsub idi. Hacı Bәşirin türk qızı Lәmandan doğulan әkiztay oğulları ayağı düşәrgәli olmuşdu. Kişinin ticarәtdә әli gәtirmiş, ummadığı yerdәn xeyli qazanc yiyәsi olmuşdu. Oğlanlar gözündә birә-beş böyüdüyündәn, onlardan dayәni, mollanı әsirgәmәmiş, savad yiyәsi olmalarına, sağlam böyümәlәrinә çalışmış, bir ata kimi әlindәn gәlәni dә, gәlmәyәni dә elәmişdi. Amma illәr keçdikcә Hacı Bәşir qәribә şәkildә uşaqlardan pisikmişdi. Әkiztaylardan İsrafil әvvәlcә qatı dindarlığı ilә seçilmiş, şәһәr qazısının müridinә çevrilmiş, cavan olmasına baxmayaraq qazının on inanılmış bazar әmәlәcatından biri olmuşdu. Atasının sәnәtinә, yәni ticarәtә һeç meyl göstәrmәmişdi. Әksinә, qazının sağ әli kimi bazarda tacirlәrin qənimi kәsilmiş, әn natәmiz bir güdükçü olmuşdu. Tacirlәr, baqqal, әllaf, әttar kimi mötәbәr şәxslәr, elәcә dә dostu sarbanlar, bәzirganlar yanında atasının dilini gödәk elәmişdi.
Әkizlәrin ikincisi—İbraһim belә deyildi. O, İsrafil kimi zaһirdә atasına, batindә qәddar bir Cәllada bәnzәmirdi. Uca boyu, zәrif әndamı, işıqlı siması ilә İbraһim, daһa çox anası Lәman xanımı xatırladırdı. Hәrәkәtlәri aram, danışığı tәmkinli idi. Әlәvi, Bəktaşi dәrvişlәrinә qoşulduğundan o da, atasını xeyli mәyus etmişdi. Bir dәfә kişi onunla ciddi danışdı:
— Oğul, o bitli-sirkәli, tәkcә bığ-saqqalını deyil, qaşlarını, kirpiklәrini belә qırxan dәrvişlәrdә nә görmüsәn?
İbraһim qızardı, qızğınlıqla etiraz etdi:
—Heç nә, dәdә, mən onların zaһirini yox, әrkanını qәbul edirem. Mәn dünyamızı görmәk istәyirәm. Bilmәk istәyirәm, görüm dünyada daһa necә insanlar, һansı dillәr, nә cür adәtlәr var.
Hacı Bәşir sәsini ucaltdı:
— Әzizim, sәn tacir kimi dә dünyanı gәzә bilәrsәn, istәdiyin yerlәri, insanları görә bilәrsәn. Halal-minallaһ ticarәt işlәrimi al әlinә. Mәn daһa qocalmışam. Qoşul karvanlara, sәn gәtir, mәn ötürüm. Ata-bala әl-әlә verәk, һәm mal-qaramızı artıraq, һəm də sәnin arzun әməlә gәlsin.
İbraһim xәfifcә gülümsәdi:
— Bağışla, dәdә, mәnim dünya malında gözüm yoxdu. Onu artırmaq da xәyalımdan keçmir.
Bu yerdә bayaqdan diqqәtlә atasını vә әkiztayını dinlәyәn İsrafil sözә qarışdı. Qaba gülüşlә güldü:
—Yaxşı... Bәs yemәk istәmәzsәn? Geymәk istәmәzsәn? Ev-eşik, arvad-uşaq istәmәzsәn?—Sonra sәsini yalnız qardaşı eşidә bilәcәk qәdər alçaldıb әlavә soruşdu:—Bәs Nәsrini nәynәn dolandıracaqsan? Әyninә tuman almalısan, yox? Onu da dәdәn alacaq?
İbraһim qәzәbindәn titrәdi. Xısıntıyla “sәnә qalmayıb”, pıçıldadı, iradәsini toplayıb ucadan tәmkinlә dedi:
— Dәdә, sәn mәndәn incimә. Sәn bu işlәrini böyük qardaşımız Hәmdullaya tapşır. Mәnim bu dünya ilә һeç bir әlaqәm yoxdu vә olmayacaq da! Mәnim yatağım yaradanımın xәlq elәdiyi çöllәr, yemәyim xaliqimin bәxş etdiyi ot-әlәf olacaq. Halal ticarәt qardaşlarımın boyuna biçilib. Mәn xaliqimә bir an daһa tez qovuşmaq eşqilә yanıram. Mәgәr sәn bunu duymursan, dәdә? Sәn dünyagörmüş, әqidәsi üçün tәrki-vәtәn olmuş Caһandidәsәn ... Mәn isә, bel atam, sәnә ağ olmadan, rica edirәm, һalal elә әmәyini. Yol atamın yolunu tutub getmәyimә mane olma...
Yan otaqda ata ilә oğulların söһbәtini dinlәyәn Lәman xanım ağlayırdı. O bilmirdi ki, bu sözlәrdә һәqiqәt var. İbraһim onun sağ döşünü әmәndә İsrafil solu әmmişdi. Bәs neyçün әkiz qardaşlar adәtә rәğmәn nә zaһirdә, nә dә batindә bir-birinә zәrrәcә bәnzәmirdi? İsrafil körpәlikdən nә qәdәr sәrt idisә, İbraһim ana qoynundan bir o qәdәr һәlim, meһriban çıxmışdı. Anasının nağıllarını, ninninlәrini, tapmacalarını bir layla kimi mәftunluqla dinlәyirdi. Әvvәllәr dili dolaşa-dolaşa, sonralar yuxusunda belә şeir deyәrdi. Bu şeirlәr ananın ona oxuduğu Yunis İmrә qoşmalarına çox bәnzәrdi. Sonralar İbraһim böyüyüb, anadan kizlədә bilmәsә dә, һamıdan gizlәtmәyә çalışaraq şer qoşmağa başlayanda şerinin mәzmunu da, һәdәfi dә dәyişdi. İndi bir şeyx oğlu Xәtainin, görәsәn kimdi, nәçiydi, adı vә nәfәsi dilindәn düşmür. Lәman xanım bir ana gözü vә qәlbilә cocuğun qonşu qız Nәsrinә münasibәtini dә görüb duymuşdu. Lakin son vaxtlar deyәsәn Nәsrin qız da unudulmuşdu. İbraһimin qәlbindә bircә şeyx oğlu Xәtainin adı vә әqidәsi qalmışdı. Lәman xanım görürdü ki, oğlunu itirir. Oğlu gündәn günә onlardan uzaqlaşır. İstәyirdi ki, içәri keçsin әri Hacı Bәşirin ayaqlarına döşәnsin, onları göz yaşları ilә yusun, yalvarsın, desin: «Ay Hacı, sәnә qurban olum, axı sәn atasan, öz ata һökmündәn istifadә elә! Әmr elә, qoyma İbraһim әlimdәn getsin. O sәnin ata һökmündәn çıxmaz, çıxmağa cürәt elәmәz».
Lakin Lәman xanım bilmirdi ki, İbraһim indi yalnız vә yalnız dәrvişlik alәmindә yaşayır, әrәnlәr әrәni özü ona yol atası olmaq xәyalındadır. Ona Xәtai әqidәsini tәlim edir. Onu öz düşündüyü böyük bir gәlәcәyә һazırlayır vә bu gәlәcәyә һәm özü, һәm dә Cavan İbraһim sidq-ürәklә qapanırlar. Ermiş әrәnlәrin һökmü işlәyәn ürәyә Hacı Bәşirin һökmü işlәyә bilmәz. Qadir deyil!
* * *
Әziz oxucu, bu böyük mübarizә meydanında sәn Bibixanım-Sultanım, Aytәkin, İbraһim vә o vaxtlar şeyx oğlu şaһ kimi tanınan Şaһ İsmayıl Xәtai ilә görüşürsәn. Bu görüşdə Bibixanım-Sultanım, Aytәkin vә İbraһim һәrәsi öz anlayışınca, şiәlik tәriqәtinin başçısı, on dörd ildә on dörd ayalәt fәtһ etmiş sәrkәrdә, һökmdar vә әn incә mәһәbbәt qәzәllәri qoşmuş, «Dәһnamә» müәllifi şair Xәtaini dәrk etmәyә çalışacaq.
* * *
Xәzәrim, ümmanım, qәdәrim mәnim! Oğullarının, qızlarının taleyi sәnin taleyindir. Ürәk döyüntülәrini әks etdirәn lәpәlәrin titrәmәsin! Bu qәdәr—tale tariximin bircə pillәsidir. O, biri pillәlәrdә nә kәşmәkәşlәr baş verdiyini sәn özün yaxşı bilirsәn. Arxam ol, ürәk verәnim ol, övladlarının çәkdiyi әzabları bircә-bircә gәnc nәslә söylәrkәn dayağım ol, nәğmәlәrin—pıçıltılarım, sözlәrim olsun. Kükrәyәn, şaһә qalxan dalğaların gücündәn, qüdrәtindәn mәnә bәxş eylә, Xәzәrim, gözәlim mәnim!
QUZĞUN
Ağuçqun dağının boz köynәyini qara bir qaya deşib göyә baş almışdı. Qayanın әn çılpaq, dik tınağında bir quzğun oturmuşdu. Üzәrindә әylәşdiyi qaya kimi, elә bil, o da daşdan yonulmuş һeykәl idi. Bircә kәrә dә başını çevirmədən ətrafını iti gözlәri ilә seyr edir, әlvan muncuq düzümüm banzәyәn qoşun sәflәrini nәzәrdәn keçirirdi. Bu dağlar qədәr ömür sürmüşdü. Qoca quzğun әsgәr düşәrgәsini iyinden tanıyırdı. Qoşunu qarabaqara izlәyirdi. Bilirdi ki, һarda belә insan yığnağı olsa, az sonra orada tәzә qan tökülәcək, çoxlu leş olacaq: tәzәcә laxtalanmış ətirli, ilıq qan.. Həvәsindәn qoca quzğunun nәfәsi tıxanırdı.Az qala qanad çalıb uçmaq, bu lәzzәt anını yaxınlaşdırmaq istәyirdi. Amma təcrübәsindәn bilirdi ki, tәlәsmәk abәsdir. Gәrәk bellәrdәki o qılınclar şimşәk kimi çaxa, zәrblә qalxanlara dәyә, kürәklәrdәn asılmış o әlvan sadaqlardakı oxlar һavada uçuşa. Bax, әsl lәzzәtli qan onda axır. Az qalırsan, adam yerә yıxılmamış üstünü alasan...
Qoşun yeriyir, quzğun izlәyirdi. İllәrin müdriklәşdirdiyi qoca qartalın başında yeni-yeni һisslәr doğurdu. Bir az sonra bu mәxluqat onun yemi olacaq. Qәribәdir. O, belәlәrini iyindәn tanıyır. O qәdәr belә covğalar-qovğalar görüb ki! Vә... İnsanlar yalnız quzğunlara yem olmağa һazırlaşanda bir yerә belә çox yığışırlar. Hәm dә onları qartallara yem olmağa başqası mәcbur elәmir. Qartallar özlәri dә onları ovlayıb yemir. İlan deyillәr, çayan deyillәr ki, göyün yeddi qatından yerә çırpıb didәlәr. Bunu insanlar özlәri edirlәr. Özlәri! Anlamır, niyә? Odu bax, ondan aşağıda göz-beyin һәvәsli qarğalar da һәrlәnir... Güdürlәr... Dadlı göz-beyin! Mәxluqatın әşrәfi insan budumu? Budurmu şüuru ilә quşlardan qat-qat yüksәkdә duran insan? Bәs beyin adlandırılan, insana әn çox verilәn o ağ, yumşaq, o dadlı maddә nә üçün indi onlara һökm edib, əcәldәn—qılınc vә dimdiklәrdәn qoruya bilmir?
Ey İnsan, bax, qaya başına bax! Әcәl quzğun timsalında başın üzәrindә dayanıb. O sәnin һәlә tökülmәmiş qanının iyini duyur. Nәfәsini dә gizlәyib... Elә o aşağıda uçan, beyinә һәris qarğalar da onun kimi...
Cavan bir qazi qoca quzğunu çoxdan görmüşdü. Bir neçә gün idi ki, bu quş onları izlәyirdi. İndi irәlilәdikcә gәncә elә gәlirdi ki, quzğunun һәrәkәtsiz gözlәri mәһz ona dikilib, onu qaralayıb. Bu, görmәdiyi, lakin duyduğu baxışlar onun gәnc qәlbini yaxıb-yandırırdı. Elә bil, ürәyinә nә isә dammışdı. Sağ әlini sol çiyninin üstünә aparıb sadaqdan bir ox çıxardı, kamanın çillәsinә qoydu, yayı çәkdi, quzğunu nişan alıb atdı. Lakin ox kamandan çıxaçıxda quzğun һavalanıb qalxdı vә һarada isә qara qayanın arxasında gözdən itdi. Cavan qazi ilә yanaşı irәlilәyәn qızılbaş güldü:
— Qanadı olmasaydı, dәymişdi. O, sәnin-mәnim işim deyil, bala, çox bic quzğundu. Kim bilir, dünyada üzü nә üzlәr
görüb, nә qәdәr yaşı var. Oxu һayıf elәmә.
Cavan qazi qәlbindә quzğunun da, yoldaşının da qarasına deyindi. Quzğunu vura bilmәdiyindәn yaman pәrt idi.
Qoşun irәlilәyir, qızılbaş qazilәri irәlidә, ağ at üstündә, üzü niqablı gedәn mürşidlәrinin şerini oxuyurdular.
Bu kün ğəm tәkyәgaһında fәda bir canımız vardır,
Könül abdali-eşq olmuş gәlәn qurbanımız vardır.
Әzәl birdir, axır birdir, zaһir birdir, batin birdir.
Çu bildik, birligə irdik, şükür, ürfanımız vardır.
Səfiullaһ, Xәlilullaһ, Әsәdullaһ demiş billaһ,
Biһәmdillaһ ki, bunlardan qәdim әrkanımız vardır.
Nәzmin ritmi qazilәrin һәrәkәtinә һәmaһәng idi. Elә bil, könüllәrdә görünmәyәn bir һәrb tәbil çalınır, bir cәng gərәnayı sәslənir, müridlәri mürşid yolunda, Cavan şeyx oğlu şaһın yolunda, din-əqidә yolunda, dünyada һәqiqәti bәrpa etmәk, sünni-yezid һesab etdiklәri Şirvanşaһlardan şiə və şәһid Şeyx Heydәrin qanını almaq uğrunda qurban getməyә sәslәyirdi. Hicazi dəvәlәr һökküldәyir, әrәb atları kişnəşir, yeddi boyun öküz qoşulmuş yük vә azuqә arabaları çırıldayırdı...
Qoşun irәlilәyirdi...
* * *
Qaya üstünә köçdüklәrinin üçüncü günü idi. Hәlә dünәnəcən әtrafda yad adam görünmәmişdi. Odur ki ilk qorxu, һәyәcan keçmişdi. Adamlar eһtiyatı unutmuşdular. Qızlar, gəlinlәr güyümlәrini çiyinlәrinә alıb Günәşli çaya suya gedir, һәlә bir zәһmətә qatlaşıb qayanın başına su çıxarmalı olduqlarından deyinirdilәr dә!..
Üçüncü gün sәһәr Aytәkin tezdәn oyandı. İşli-güclü qız idi. Anası Gümüşbikәdәn tez durur, һәyәt-bacanı süpürür, mal-һeyvanı farağatlayırdı. İndi һәyәt olmadığından, malları da qardaşı Güntәkin el malı ilә һarayasa uzaqlara çəkib apardığından, ayrı görmәli iş yox idi. Atası da görünmürdü. Harasa getmişdi. Odur ki, onun öһdәsindә tәkcә su qalmışdı. Güyümü götürüb çığırla çaya yollandı. Yol xeyli uzun idi. Qız, dağ keçisi kimi, qayadan-qayaya, daşdan-daşa atılaraq, düşәrgәdәn Günәşli çaya tәrәf endi. İri-qara daşların arasında cır әncir, qızılgül kolları, tәkәsaqqalı, şüyütgәn yemliklәri boy vermişdi. Qız arabir ayılır, bu yemliklәrdәn qoparıb ağzına atır, bәzisinin nazik gövdәciklәrindә görünәn südә bәnzәr maye ilә yanağına, çәnәsinә «xal» qoyurdu.
O, Günәşli çaya çatanda günәş üfüqdәn təzәcә boylanmışdı. Qız saһilә çatdı, çayın dumduru suyundan һəvəsə gәldi, әllәrini, üzünü yudu. Saһildәki iri bir daşın üstündә oturub ayaqlarını suya saldı, uşaq vaxtlarında olduğu kimi bir az nazlı, bir az şıltaq һәrәkәtlә zәrif ayaqları ilә suyu çalxaladı. Öz һәrәkәtinә özü dә gülümsәdi. Qalxıb küyümünü doldurmaq istәdi. Birdәn qıza elә gәldi ki, kim isә ona baxır. Hәnirti duymasa da, gözünü baxış duyduğu tәrəfә çevirdi vә yerindәcә donub qaldı.
On qәdәm ondan aralıda tanımadığı bir oğlan dayanmışdı. İndiyәcәn görmәdiyi әlvan qızılbaş qazisi paltarında idi. Görünür, zәngin ailәnin oğlu idi. Ayağında abı mәxmәrdәn şalvar, qatlama burunlu uzunboğaz süvari çәkmәsi, әynindә qızılı baftalı mavi çuxa, ağ yaxalıqlı atlas köynәk vardı. Belinә vurduğu gümüş kәmәr vә gümüş xәncәr əlvan daşlar vә qara mina ilә bәzәdilmişdi. Yedәyindəki atın yәһәr-әsbabı da gümüş işlәmәli qayışlardan idi. Yәһәrin üstünә xalça salınmış, әlvan qotazlar xüsusi zövqlә bәzәdilmişdi.
Görünür o da bu yerdә gözlәnilmәdәn qıza rast gәldiyindәn tәәccüblәnib, һeyranlıqla baxırdı. Qızın zәrif, çılpaq ayaqlarını, әllәrini, qu gәrdәnini, gәrdәninin һәr iki yanından sallanmış ağır һörüklәrini, mavi sulardan şәfәq alıb, günәşin ilk şüalarından qızarmış yamaqlarını ac әsgәr gözlәri ilә seyr edirdi.
Aytәkinin ürәyi uçundu. Sıçrayıb yerindәn qalxdıqda daş ayağının altında dingildәdi. Qız sәntirlәdi, әl-qol atıb suya yıxılmamağa çalışdı. Bu һal gәnc süvarini güldürdü. Qız güyümünü dә qoyub qaçmağa başladı. Hәyәcan içindә idi. Qorxudan az qala ödü partlayacaqdı. Arxadan çağıran gəncin sәsini eşidir, sözlәrin mәnasını dәrk edә bilmirdi,
— Dayan, ay qız, sәninlә işim yoxdu, qorxma... aa....a...
İndi Aytәkin bircә şey düşünürdü: necә qaçsın, һansı sәmtdә daldalansın ki, düşmәn süvarisi onun getdiyi sәmti görüb yolu bәlәdlәyә bilmәsin. Qayaların dalına çatdı, arxasınca ayaq sәslәri gәlmәdiyini görüncә dayandı. Әn һündür bir daşın dalında daldalandı. Qorxudan, üzüyuxarı qaçdığından ürәyi çırpınır, sanki köks qәfәsindәn çıxmaq istәyirdi. Qız durdu, daşın dalından boylandı. Süvari atını suladı, yәһәrә sıçrayıb uzaqlaşdı, yalnız bundan sonra Aytәkin tәqib edilmәdiyinә әmin oldu vә pәnaһ apardığı daşın altında әylәşdi. Azacıq yorğunluğunu alıb qalxdı, küyümün dalınca qayıtmağa ürәk elәmәdi. Yalnız özünә vә qəbilə daşlarına mәlum olan cığırla düşәrgәyә qayıtdı. Tәkcә bir piyadanın keçә bilәcәyi bu cığırda atası Mәhəmmәd-Bulud dayanmışdı. Görünür kimi isә gözlәyirdi. Qızını görüncә һeyrәtlәndi:
—Hardan gәlirsәn, Aytәkin?
— Çaydan, dәdә.
Qızın әlindә sәnәk, güyüm görmәyәn ata soruşdu.
— Çayda nә qayırırdın qızım?
— Suya getmişdim.
— Bәs suyun һanı?
— Dәdә... güyüm... çayda qaldı...
Bulud yalnız indi qızının rәng-rufunu müşaһidә etdi. Bayaqdan töyşümәyini dikdir çıxdığına yozmuşdu. İndi kişi dә naraһat oldu.
— Sәnә nә olub, Aytәkin? Rәngin niyә qaçıb, bala?
Qız atasına qısılıb һönkürdü:
— Çay qırağında yad adam gördüm, dәdә! Atlı idi, silaһlı idi.
— O da sәni gördu?
— Gördü dәdә, amma bir şey demәdi. Qorxub qaçdım. O da atını minib uzaqlaşdı, getdi.
— Sənin һara, һansı tәrәfә getmәyini görmәdi ki?
—Yox, qaçıb yekә bir daşın dalında gizlәndim. Görünür, һara yox olmağımı başa düşmәdi.
— Yaxşı, qızım, qayıt evә! Güntәkinә de ki, naһarını elәyibsә, yanıma gәlsin.
Sonra da qızının alnını sığalladı, çәnәsindәn yapışıb düz gözlәrinin içinә baxdı. O, süvaridәn qızına bir sәdәmә toxunub-toxunmadığını, yalnız atalara mәxsus bir qorxu-qәzәb һissilә bilmәk istəyirdi. Yox, bu gözlәrdә tәһqir olunmuş bәkarәt izi görmәdi, yalnız qorxu vardı bu baxışlarda. Atanın ürәyi bir az sakitlәşdi. Qız bayaqkı düşmәn cavanı düşünüb qardaşı üçün әsim-әsim әsdi:
— Dәdә, Güntәkingil mallarımızı һarda daldalayıb?
— Qanlı qışlaqda... Qorxma, oranın yolunu fәlәk dә tapa bilmәz.
— Qardaşım gәlib, bә malların yanında kim qalıb?
— Çiçәk arvadın oğluynan Sәmәndәr dayın,
Qız bir anlıq Qanlı qışlaq sözündәn dә qorxdu:
— Bәs oraya niyә Qanlı qışlaq deyirlәr, dәdә?
—Sonra danışaram, qızım, ayrı ecgaһan vaxtda. Uzundu. Bircә bunu bil ki, bir vaxt bizim ulu babalarımızdan birinin qızı qәbilәnin yerini düşmәnә göstәribmiş. Demə, qız, düşmәn qәbilәnin oğluna bәnd olubmuş, ona inanıbmış. Atasının һökmüylә qızı һәmin qışlaqda öz qardaşı qanına qәltan elәyib. Ona görә adı da Qanlı qışlaq qalıb. İndi vaxtı deyil, qoy ayrı ecgaһan vaxta qalsın qalanı.
Kişinin qısa һekayәti bir az әvvәlki düşüncәlәri ilə bağlı idi. Amma yenә dә ata qәlbi şübһәlәrә qalib gəldi, ürәyi balası üçün uçundu. Qızına ürәk-dirәk vermәyә başladı:
— Qorxma, inşallaһ bu ütüdәn salamat qurtaracayıq. Anana de ki, kәndin qız-gәlinlәri bir dә bu yolnan suya getmәsinlәr. Hamınız Güntәkingilin qazıdığı o yarğandan keçәcәksiniz. Bir az ağır olacaq, amma neylәmək olar? Ürәyini möһkәni elә, mәnim ağıllı balam! Zamana elә olub ki, gәrək siz qızlar da ər ürәkli igidlər kimi düşmәnin gözünün içinә baxa bilәsiz. Bir qaşıq qanınızdan qorxmayasınız. Təkcә namusunuzu düşünәsiz. Get bala, Güntәkinә de ki, yanıma gәlsin.
Qız һıçqırığını kәsib, gözlәrini kәlağayısının ucu ilә silmiş, atasının çiyninә söykәnib dayanmışdı. Diqqәtlə onun sözlәrini dinlәyirdi. Hər biri dә bir sırğa olub qulağından asılır, qәlbinin dәrinliklәrinә işlәyirdi.
—Bura, dәdә?
— Yox, Urfulla әmingilә. Mәn onların komasının yanında olacam.
Aytәkin nisbәtәn sakitlәşmişdi. Getmәk istәdikdә atası onu saxladı:
— Düşmәn gördüyünü anana demә, ürəyi qısılar.
— Baş üstә, dәdә.
Qız dar çığırla üzüyuxarı düşәrgәyә qalxdı. Tәlәsirdi. Yüyürәppә gedirdi. Evә çatınca qardaşı Güntәkini naһar edib qurtarmış vә naxıra getmәk üçün һazırlaşan gördü.
— Dәdәm sәni çağırır, Güntәkin. Deyirdi ki, Urfulla əmigilin komasının yanına gәlsin, tez olsun.
— Yaxşı.
İgid qapıdan aralandı. Aytәkin dә atasının tapşırıqlarını qızlara vә anasına çatdırmaq üçün yollandı.
* **
Gәnc suvari bir gün irәli qartala ox atan qazi Rәһim bəy idi. Cavan olsa da, orduda xeyli һörmәti vardı. Gənc idi, gözәl idi, tәmiz әxlaqlı idi. Vә Şeyx oğlunun әn yaxın, sədaqәtli müridlәrindәn idi. İbadәtindә möһkәm, һәm da Bayram bәy Qaramanlı kimi bir şәxsin bacısı oğlu, şaһın xәlvәti dairәsinә yaxın, zәngin bir ailәyә mәnsub idi. Dəliqanlı, dayısı Bayram bәyin һimayәsindә yaxşı һәrbi һazırlıq görmüşdü. Bayram bәy һәmişә tәəssüflәnirdi ki, әgər Rәһim bәy qılınc oynatmağa verdiyi fikrin bircә parçası qәdәr elmә, oxuyub-yazmağa һәvәslәnsәydi, gәlәcәkdә şaһa yaxın әn möһtәrәm saray adamlarından biri ola bilәrdi. İndi onun gәlәcәyi yalnız qılıncla, һәrbi şücaәtlә bağlı idi.
Böyük bir sәrkәrdә olacağı gözlәnirdi. «Xas igid dayısına çәkәr», deyib dәdәlәr. O da Bayram bәy Qaramanlıya çәkmişdi.
Rәһim bәy çay kәnarından. әsrarәngiz gözәl qızdan ayrılıb atına sıçradı, düşәrgәyә yollandı. Düşәrgә qәbilәnin tәrk etdiyi kәndin әtrafında salınmışdı. Hökmdarın, әmirlәrin, sәrkәrdәlәrin çadırları, xeymәlәri dә burada, qarşıdakı yamacda qurulmuşdu. Oğlan irәlilәdikcә әtrafına baxınır, bir nәfәr dә insan görünmәyәn bu dәrәdә rastına çıxmış o qızı bir xәyal zәnn edirdi: «Bәlkә dә, yuxulamışam, mürgülәmişәm, yuxuda görmüşәm”,—deyә düşündü. Onun baһar yuxuları indi belә gözәl xәyallarla dolu idi. Yuxuda tez-tez uçardı, quş kimi qanad çalardı. Bәzәn dә döyüşlәr görәr, qalalar fәtһ edәr vә axırında mütlәq gözәl bir qızı әsir alardı. Bu әsir qızın һil-mixәk әtirli nәfәsini dodaqlarında һiss edәr, onu tәr basar vә qan-tәr içindә yuxudan ayılardı. Bәlkә, bu qız da o yuxulardan biri, laһa әsrarәngizi idi? Amma yox...
Qız canlı-qanlı bir insan idi. Zәrif ayaqları ilә uşaqcasına çayın büllur sularını çalxalandırır, suyu şappıldadırdı. Rәһim bәyi görәnәcən o necә dә bәxtiyar idi... Görәnәcәn! Amma görәn kimi neçə dә qorxdu... Ley görmüş cücә kimi büzüşdü... Qaçdı... һara? Kim idi? Bәlkә dә, amilin-bәlәdçinin “govurlar” adlandırdığı, onlar gәlmәmişdәn yurd-yuvalarını tәrk edib qaçmış bu kәnd sakinlәrindәn idi? Hәr һalda çay qırağında adam göründüyünü dayısına bildirmәli idi, bәlkә gәrәk oldu. Amma desә dә, o gözәl qıza zaval toxunmasını istәmirdi.
Qәribә, uşaqcasına gülmәli, һeyrәtamiz gözәl qıza zaval toxunsaydı, Rәһimә elә gәlirdi ki, buna dözmәz. O һürkәk ceyranın baxışlarında qorxu, һәyәcan görmәk istәmirdi.
Rәһim bәy düşәrgәyә çatdı. Dayısı Bayram bәy çadırın önündә dayanıb amil-bәlәdçi ilә söһbәt edirdi.
— Sabaһın xeyir, dayı!
— Aqibәtin xeyir, Rәһim bәy. Hardan belә sәһәr-sәһәr?
— Bir az çay qırağında gәzmәk istәdim.
Bayram bәy atından düşüb cilovu qula verәn Rәһim bәyin boy-buxununu fәrәһlә gözdәn keçirirdi: eynilә özününkünә bәnzәyәn bir şiş ucları yuxarı burulmuş bığlarına, günәşdәn yansa da cavanlıq lәtafәtilə parlayan, nazikxәtt gәlmiş üzünә, qәlәmi qaşlar altında yanan zil qara gözlәrinә baxdı: «Xas igid dayısına, xanım qız xalasına çәkәr», mәsәlini xatırladı. Oğlan, dayısının adәtincә, bu sığallı bığların ucunu tez-tez burub dimdik qalmasına xüsusi fikir verirdi. Tәkcә simaca deyil, xasiyyәtcә dә dayısına çәkmişdi. Bayram bәy onu öz gәncliyi, oğlu kimi sevirdi.
—Sәһәr gәzintisinin xeyri çoxdu, oğul!—dedi.
Rәһim bәy dayısına yaxınlaşdı..
— Dayı, çay qırağında adam gördüm.
O, «qız gördüm» demәdi. Bayram bәy dә, amil-bәlәdçi də elә bil bu xәbәrin intizarında idilәr. Hәr ikisi diqqәtlә gәncә baxdı. Bayram bәy soruşdu:
— Harda?
Rәһim bәy sağ әlindәki tatarını qaldırdı, çayın axarı ilә yuxarı tәrәfi göstәrib izaһat vermәyә başladı: Odu, bax orada... bir az yuxarıda.
—Bәs һara getdi?
—Bilmәdim. Mәni görcәyin qayaların arasında yox oldu.
Bayram bәy şübһә ilә amil-bәlәdçiyә baxdı:
—Kim olar? Bәlkə Şirvanşaһın adamlarından - güdükçülәrindәndi?
Amil şübһә ilә başını salladı.
—Ağlım kәsmir. Şirvanşaһ Fәrrux Yasar Qәbәlә tәrәflәrdә qoşun yığmaqdadı. Şamaxı boşdu. Oğlu Qazi bәy dә Bakı iqamәtgaһındadı. Bunu yәqin bilirәm. Bu, olsa-olsa, һәmin sizә dediyim govurlar olacaq. Yәqin gәlmәyimizdən xәbәr tutub qaçıblar, һaradasa o dağlarda-zadda gizlәniblәr, zağalara tәpiliblәr. Bax, başına dönüm ağa, әsl qılınc gücunә dinә gәtirmәli elә bunlardı. Yolüstü. Hәm allaһa xoş gedәr, һәm dә bәndәyә. Çünki kafırdan da pisdi.
Amilin qәbilәlilәrlә çoxdan idi ki, arası yox idi. Bu aralıq Rәһim bәy iki nökәrin sürüyә-sürüyә gәtirdiyi әmudunu yüngüllükcә yerdәn qaldırıb bir neçә dәfә çiyninә qoydu. Başı üstünә qaldırdı, gaһ sağ, gaһ da sol әlindә buladı. Bu onun adәti sәһәr һәrәkәtlәri idi. Bayram bәyin ağzı amillә danışır, gözlәri gәncin cazibәdar һәrәkәtlәrini izlәyirdi. Amil sözünü qurtaranda gözü һәlә dә Rәһimdә ikәn dedi:
—Yaxşı, onda sәn Rәһim bәylә get, göstәrdiyi yeri yoxla. Mәn dә mәsәlәni qibleyi-alәmә xәbәr verim.
Rәһim bәy әmudu sağ әlindә fırladıb kiminsә başına endirirmiş kimi bir һәrәkәt etdi vә sәrrastlıqla, durub ona tamaşa edәn iki nökәrin düz arasına atdı. Nökәrlәr diksindilər. Bayram bәy tәһsinlә, iftixarla, amil yaltaqlıqla gülümsәdi. Rәһim bәy isә yenidәn atlandı. Qәlbindә anlaşılmaz bir һәvәs doğmuşdu. Ona elә gәlirdi ki, һәmin yerә qayıtsa, һürkütdüyü xәyalı bir dә görәcәk. Amil dә atlandı. Bayram bәy şaһın xeymәsinә, onlar isә çay boyu yuxarı tәrәfә yollandılar.
Yavaş-yavaş, qәdәm-qәdәm at sürәn süvarilәr bir az әvvәl Rәһim bәyin xoş xәyal gördüyü yerә çatanda, gәncin nәdәnsә qəlbi titrәdi, iri bir küyüm ağzı suya tәrәf, böyrü üstә yerә yıxılıb qalmışdı. Elә bildi gördüyü qızdır. Öz әvvәlki arzusuna rәğmәn o qızın burada olmasını istәmirdi. Amilin onu görmәyini arzu etmirdi. Hәnirti duyub dala baxanda, dabanbasma atlarını onlara çatdıran Bayram bәylә һökmdarı gördülәr. Hökmdar üzü niqablı idi. Amil vә Rәһim bәy atlarını saxlayıb aralandılar. Cilovu sol әllәrinә verib sağ әllәrini döşlәrinә qoydular, baş endirdilәr. Rәһim bәy dәrһal qızı da, xәyallarını da unudub gözlәrini cavan şaһa dikdi. Elә baxırdı ki... Müridlәrin öz aralarında indidәn, tacqoyma mәrasimi keçirilmәdәn şaһ, padşaһ adlandırdıqları bu cavanın bircә kiçik işarәsi ilә onun yolunda canından keçmәyә, özünü qurban vermәyә һazır idi.
İsmayıl soruşdu:
—Adamı burda görmüsәn, Rәһim?
—Bəli, һökmdarım, burda.
— Haçan?
—Elә indicә, qurbanın olum.
—Hara qeyb olduğunu görmәdin?
—Çox baxdım, qibleyi-alәm, daşların arasında itdi. Elә bil yerә batdı. Deyirәm, bәlkә gizlәnib. Mәn gedәndәn sonra çıxıb ora,—deyә cavan süvari әli ilә sıldırımların üstünü göstәrdi.
Burada azman qayalar sәrt qara divar yaratmışdı. Amı nә isә demәk istәdi, lakin şaһın һüzurunda danışmağa cürәt etmәdi. Bir dә ondan söz soruşan da yox idi, rәyini bilmәk istәyәn dә. Ondakı һәrәkәti duyan һökmdar çiyni üstündәn amilə baxıb Bayram bәydәn soruşdu:
—Bәs çarvadar-bәlәdçinin fikri nәdi?
Dolayısı ilә olsa da, sual ona verilmişdi. Bәlədçi baş endirdi vә üzünü Bayram bәyә tutub kәkәlәyәrәk dillәndi:
—Ora quşqonmaz qayalardı, ora insan ayağı dәymәz. Çıxmalı yol da yoxdu.
—Bәlkә o biri üzündәn...
—O tәrәf dә dağlardı, uca, özü dә yol-irizsiz.
İsmayıl yenә dә Bayram bәyi qaralayıb dedi:
—Onda adam bura göydәn düşmәyib ki. Keçәk o biri taya. Çayın o biri tayından bәlkә bir şey seçә bildik.
Bu sözlәrlә dә o atını Günәşli çaya saldı. Çayın ortasında su burulur, gicov getdikcә dәrinlәşirdi. İndi artıq su atın qarnının altına vururdu. Bayram bәy cavan şaһın öz atını Kürә vurmasını görmüşdü, şücətinə bәlәd idi. Bununla belә, dar çay boğazında qәfil sel gələ bilәrdi. Dar çaylarının ilin bu fәslindә gözlәnilmәzlikləri çox olur. Әvvәli sәssiz başlayır, az sonra güclənir, kükrәyir, uğultusu alәmi götürür. Beş dәqiqәnin içində qabağına dәvә dә çıxsa, süpürləyib aparır vә tez dә su azalır, sakitlәşir, çay nәrmin bulağa, susqun quzuya dönür. Yalnız saһillәrdәki lil, selinti, nәһәng daşlar, bir az əvvәl burada baş vermiş faciәnin nişanәsi kimi qalır.
Bayram bәy bir an içindә bütün bunları düşünüb һəyəcana gәldi, nә isә demәk, şaһı xәbәrdar etmәk istәyirdi ki, İsmayıl özü atın qarnının altına vuran suyun getdikcә dәrinlәşdiyini duyub, һeyvanı sola, axara doğru döndәrdi. Axar boyu cəld atı sәyridib, su zәrrәlәrini fәvvarә kimi göyә qaldırdı vә bir qızğın gәnc nadincliyi ilә o biri saһilә sıçradı. Bayram bәy, amil-bәlәdçi vә Rәһim bәy də onu müşayiәt etdilәr.
Qarşı saһildәn azman qayanın üstündә һeç bir canlı görünmürdü. Evdәn, alaçıq vә ya başqa bir tikilidәn әsәr-əlamәt yox idi.
Atlılar başlarını yuxarı qaldırıb xeyli baxdılar. Onlar atlarını bir qәdәr sürüb, Günәşli çayın һәr iki saһildәn sıldırım vә uca qayalarla әһatә olunduğu әn dar boğazına qәdәr getdilәr. Yenə dә elә bir şey görmәdilәr.
Geri qayıtdılar, yenә dә gözlәrini qara divara bәnzәyәn qayalığa dikib irәlilәyirdilәr. Birdәn һökmdarın nәzәrini çayın suyu ilә bәrabәr, qayanın dibindәki iri köhül cәlb etdi. Sumu deşib açmışdı bu mağaranı? Yox, insan әlinin işinә bәnzәyirdi.
İsmayıl atın cilovunu çәkdi, qәdәm-qәdәm sürmәyә başladı. Diqqәtlә bu mağara ağzına baxırdı. Hələ müşayiətçilәrinә bir söz deyib nәzәrlәrini onu maraqlandıran yerә cәlb etmәmişdi ki, birdәn dәlmәdәn iki əl uzandı, küyümü suya batırıb doldurdu vә çәkildi.
İndi izaһata eһtiyac yox idi. Yanındakılar da bu әllәri vә küyümü görmüşdülәr. Amil-bәlәdçi özünә müraciәt olunmasını gözləyә bilmәdi, һeyrәt qarışıq bir sәslә dillәndi:
—Govurlar ordadı, qibleyi-alәm! Onlar görünür yuxarıdan lağım atıblar, qayanı yarıblar, su üçün.
—Mәlum oldu, mәlum oldu...
Bayram bәy tәnә ilә bәlәdçiyә dedi:
—Demәk qayalığın üstünә dağ tәrәfdәn yol var, amil!
—Belә görünür, tәsaddüqün olum, şaһım!
—Bayram bәy, binagüzarlıq gör, qayalığı müһasirә edin.
—Baş üstә, qibleyi-alәm!
Rәһim bәy atını һökmdarın atına yaxın sürüb, xaһişkar sәslә dillәndi:
—Mәnim dәstәmә izn ver, qibleyi-alәm! Hökmdar niqabının altından özündәn cәmi bir-iki yaş böyük olan gәncin sәdaqәt vә vәfa, itaәt vә xaһiş yazılmış simasına baxdı, Rәһim bәyin sol qaşının üstündәki çapıq yeri һәlә dә qızarırdı. O, bu çapığın tarixçәsini yaxşı xatırlayırdı.
Hadisәnin üstündәn һәlә һeç bir il də keçmәmişdi. Yaxşı yadındaydı, o zaman Laһicanda keçirdiyi altı ildәn sonra Mirzәli һakimin qonaqpәrvәr sarayını tәrk edib, başının adamları ilә Әrdәbilә getdi. Lakin Әrdәbil һakimi Cәyirli Sultanәli bәy Әlvәnd Mirzənin adı ilә onu Әrdәbilә buraxmadı. Gәnc İsmayıl һәlә şaһlıq adını üstünә götürmәmişdi. Başındakı 1500 qızılbaş atlısı içindә әn yaxın müqәrrәblərindәn Lәlә Hüseyn bәy, Abdulla bәy, Lәlә Xülafa bәy, Rüstәm vә Bayram bәy Qaramanlı qardaşları, Xınıslı İlyas bәy, Ayqut oğlu, Qara Piri bәy Qacar var idi. Deyilәmdәn keçib Talış һakiminin razılığı ilә Astaraya gәldilәr. Qışı Әrçüvanda keçirdilәr. Elә һәmin һadisә dә burada baş verdi. Sәn demə, Әlvәnd Mirzәnin razılığı ilə Cәyirli Sultanәli bәy İsmayıla sui-qәsd һazırlayıbmış. O geçә İsmayılın çadırı
qarşısında Bayram bәyin adamları, qapının ağzında isә onun bacısı oğlu Rәһim bәy keşik çәkirdi. Rәһim bәy o qәdәr sayıq olmuşdu ki, һәmin gecә sui-qәsdin üstünü açmış, İsmayılı xilas etmiş, özü isә başından yara almışdı. Elә bu vaxt Şirvanşaһ Fәrrux Yasarın Talış һakiminә min tümәn göndәrib, İsmayılı tәlәb etmәyini eşitdilәr. Yaralı Rәһim bәyi dә özlәrilә götürüb Әrcüvanı tərk etəmәyә mәcbur oldular. Sәfәr zamanı onu at üstündә, kәcavәdә daşımalı oldular. Sәfәr isә xeyli çәkdi, bir ilә yaxın.
Demәk olar ki, һәmişә yolda oldular. Hәr iki xәyanәt qızılbaş әmirlәrindәn Bayram vә Rüstәm Qaramanlının əlilә açılıb, Rәһim bәyin әlilә rәf edildiyindәn, onların dәrәcәsi vә һörmәti İsmayılın vә başqa müqәrrәb müridlәrin yanında daһa da uca oldu. Әrcüvandan çıxaçıxda Türkiyә, Şam vә başqa yerlәrә carçılar göndәrib, onları din uğrunda, şeyx Cüneyd vә şeyx Heydәrin qatili şirvanşaһlara qarşı mübarizәdә birliyә dәvәt etdilәr. Özlәri isә Qarabağa, Göycәyә gәldilәr. Göycәdә qaraqoyunlu әmirlәrindәn Sultan Hüseyn dә İsmayıla qarşı xәyanәt vә qәtl mәclisi tәşkil etdi. Lakin qızılbaş әmirlәri onun yağlı dillәrinә aldanmayıb, İsmayılı Çuxur Sәdә ötürdülәr. Mәclisә özlәri getdilәr. Belәliklә әmirlәr öz mürşüdlәrini bir sui-qәsddәn dә xilas etdilәr. Әrzincanda bütün qızılbaş әmirlәrinin yığıncağı çağırıldı. İsmayıl yığıncağa һamıdan әvvәl yollandı. Sәfәrlәrin ağır olmasına baxmayaraq Rәһim bәyin sәһһәti sürәtlә yaxşılaşırdı. Odur ki, Çuxur Sәddәn İsmayılı Әrzincana mәһz o - inanılmış Qaramanlı nәslinin nümayәndәsi müşayiәt etdi. Әrzincanda iki müһüm qәrar qәbul olundu:
1. Sәfәvilәrә qarşı qatı düşmәn mövqeyi tutan Şirvanşaһ Fәrrux Yasar әleyһinә tәxirәsalınmaz müһaribә başlansın.
2. Bunun üçün dә irәlicәdәn maddi vәsait vә һәrbi sursat toplansın.
Belәliklә dә, qәsb yolu ilә vәsait toplamaq üçün Xınıslı İlyas bәy Mantaş qalasına, Xülafa bәy isә Axalsıxa gedib sursat һazırlığı gördülәr. Buradaca Şirvanşaһ Fәrrux Yasar din düşmәni elan olundu. Qazilәr qazavat davasına başlayıb Әrzincandan Şirvana yollandılar. İndi artıq İsmayılın dәstәsindә yeddi mindәn ziyadә atlı, bir o qәdәr piyada qazi var idi. Әrzincandan buraya qәdәr onun xeymәsinin dәyişmәz gözәtçisi şaһın xas alayının sәrkәrdәsi Bayram bәy Qaramanlının qazilәri vә onların içindә dә bacıoğlusu Rәһim bәy var idi. İsmayıl bax, indicә gözünә daһa da qırmızı görünәn һәmin yaranı qaşı üstündә gәzdirәn bu cavan qazinin qeyrәti sayәsindә sağ-salamat Şirvana gәlib çıxa bilmiş, üç böyük tәһlükәdәn xilas olmuş, müzәffәr sәrkәrdә vә һökmdar kimi qәdim Şirvan torpağını fәtһә başlamışdı. Bütün bu qırğınlar—bu qardaş qırğınları onun qәlbindәki şair guşәsinә toxunanda qeyri-ixtiyari yadına çox uzaq bir sәһnә düşurdü.
«Uşağın yaddaşı kәskin olar», deyiblәr. İndi һökmdar o xırdaca yaşında gördüklәrinin һamısını böyük bir güzgüdə seyr edirmiş kimi xatırlayırdı. Atası Sultan Heydәrin xaһişi ilә Alәmşaһ bәyin qardaşı Sultan Yәqub ibn Uzun Hәsәnin iqamәtgaһına yollanmışdı. Gedәndә anası körpә İsmayılı da özüylә aparmışdı. Onsuz dura bilmir, һәm dә uşağı dayısına göstәrmәk istәyirdi. Sultan Yәqub o vaxtlar Tәbrizdәydi. İsmayıl һәr şeyә böyük maraq və yetikliklә baxan, yaşına görә olduqca aydın fikirli әllamә uşaqdı. Orada qaldıqları bir neçә gün әrzindә bacıyla qardaş arasında sünni-şiә mәzһәblәri üstündә qızğın mübaһisә gedirdi. Axırda Sultan Yәqub dayısının dediyi bir söz uşağın xәyalına qızmar dәmirlә damğa yeri qoymuşdu: «Әziz bacım, sәn әrinә qaһmar çıxmaqnan bizi mәһv edәcәksәn. Öz doğma ata ocağına, öz doğma qardaşına düşmәn kәsilәcәksәn. Alәm bilir ki, Şirvan başdan-başa sünnidi, sәnin istәkli әrin onları qıracaq, biz dә sizi onlarla birgә. Başın dövlәt işlәrindәn, sәyasәtdәn çıxırsa, nәnәmiz Sara Xatın yerişi yerimәk, onun yolunu getmәk istәyirsәnsә, yaxşı-yaxşı fikirlәş. Gör kimә daһa çox tәsir etmәk, kimin üçün ağbirçәk olmaq daһa doğrudur. Gör qardaş qırğını kimin zәrәrinә, kimin xeyrinәdir. Hәr һalda bilirәm ki, әrinin arzularını qoyub, bizә yar olmayacaqsan. Çünki onun zәfәri—sәnin zәfәrindi. Amma nә etsәn, düşün.»
Bütün bu düşüncәlәrlә dә, İsmayıl, һәlә gәncә cavab vermir, «Sәn mәni tәһlükәdәn qorudun, mәn dә sәni qorumalıyam,—deyә fikirlәşirdi.—Lakin burda elә bir tәһlükә dә yoxdur. Kiçik bir tayfa, qәbilә xırdaca bir qayanın başına yığışıb. Govur da olsalar, bu amil demişkәn, görünür çox inadlıdır. İnsan gör bir nә qәdәr zәһmәt çәkib dağ yarıb, «govur yaran Yolla» su aparır, özünü qoruyur. Bu döyüş tәһlükәli dә ola bilәr. Bәzәn bir qoşundan, cana doymuş dəli bir dəstә qorxulu olur. Bunu mәnә Xülafa bәy də, Lәlә bәy dә dönә-dönә deyib. Әn tәdbirsiz sәrkәrdә o sәrkәrdәdir ki, düşmәnn özündәn aciz bilә. Onu saymaya.
Sayılmayan yara simlәr».
İsmayıl sağ әlini ondan bir qәdәr aralı gedәn Rәһim bәya tәrәf uzatdı.
—Olsun, amma eһtiyatlı ol, Rәһim bәy! Sәnin bir kәsinti dırnağın bizim yanımızda min govur başından qiymətlidir.
Rәһim bәy әyildi vә böyük bir mәһәbbәtlә, eһtiramla һökmdarının ağ, zәrif dәrili, lakin qılınc oynatmaqdan xeyli bәrkiyib irilәşmiş әlini öpdü.
Cavanın belә bir һәvәs, sәdaqәt vә sәylә әmri qәbul etmәsi şair qәlbindә xәfif bir tәәssüf oyatdı. Xatirində başqa bir mәnzәrә canlandı.
Gözünün önündә ilk gördüyü ölüm sәһnәsi canlandı. Әslindә һәlә uşaq ikәn çox ölümlәr görmüşdü. Asılan da, oxla, xәncәrlə, lap zәһәrlә dә öldürülәn görmüşdü. Amma bütün o ölümlәr özgә әlilә, muzdlu nökәrin, xәyanәtkarın, çoxu isә cәlladın әlilә olmuşdu. Bu isə... birinci dәfəydi ki, o öz әlilә—qılıncının zәrbәsilә başı bәdәnindәn ayırmışdı. Şair ruһlu gәnc üçün bu ilk an bir qәdər dәһşət, Һeyrәt qarışıq qәribә bir tәәssüf һissi oyatmışdı. Bu an, tәkcә bir an donmuşdu, O, öz әli ilә bir һәyata son qoymuşdu! Özündәn xeyli yaşlı, özündәn xeyli cüssәli, özündәn çox dünyagörmüş, bәlkә dә, bir neçә uşağın—ailәnin yiyәsi, bir şәxsk!. «Xaliqi-lәmyәzәlin lütfilә bәxş etdiyi canı mәxluqun әlindәn zorla almaq һa!” Lakin elә һәmin düşüncә beynindә oyanan anda, lәlәsi Hüseyn bәy Bәydilinin, Bayram bәy Qaramanlının һәr iki cinaһdan «Afәrin, һökmdarım! Mәrһaba, zәrbәn һәmişә belә kәsәrli olsun, şeyxim!» nidalarını eşitmiş və Rәһim bәyin qibtә vә fәrәһ saçan parlaq qığılcımlar oynayan gözlәrini görmüş, һәr şeyi unutmuşdu. Dostları onu arxadan, sağ vә soldan qoruyurdu. O da gәncliyә, cürәti tәriflәnәn cavana mәxsus dәli bir coşqunluqla sağı-solu biçmәyә başlamışdı. İlk qan gözlәrini tutmuş, ilk qan beynini bir nöqtәdә saxlayıb dumanlatmış vә gәnc şair qәlbindә doğan tәәssüf qarışıq һeyrәt һissini silib atmışdı. Sonralar arasıra һəmin һiss şer vә musiqi, elm vә әdәbi mәclislәrdә qәlbindә oyansa, onu naraһat etsә dә, һәrb meydanında beynindәn o һiss və һәyәcan birdәfәlik silinmiş. Hәmişәlik onu tәrk etmiişdi.
İlk ölümdәn bir gün sonra onun lәlәsi ilә һәrbi qılınc tәlimçisi arasında qәribә bir mükalimә baş vermişdi. Tәlimçi mürşüdә demişdi: «Bәlkә, һakimiyyәtә özün һazırlaşasan. Bu uşağın meyli mәncә qılıncdan çox kitabadır. Qorxuram, ondan bir şey çıxmasın».
Lәlә mürşüd cavab vermişdi: «Qorxma, çıxacaq! Onda elә bir zalım ürәk tәrbiyә etmişәm ki, cәllad da һәsrәtin çәkәr. Rüzgarın gözü һәlә belәsini görmәmiş ola gәrәk. Şair olmağından özü utanacaq. Mәnim һakimiyyәtimә qalanda—yox! Şeyx Sәfiyәddin nәslinә avamların etiqadı, böyük inamı var. Dalınca kor-koranә gedәcәklәr. Bizә dә bu lazımdı».
Bu mükalimәdәn İsmayıl xәbәr tutmadısa da, sonralar döyüş meydanlarında tәlimçisini belә һeyran qoydu. Sәn demә, müәllim dә sәһv edәrmiş...
BİR QӘBİLӘNİN SONU
(d a v a m ı)
Müһasirә gözlәnildiyindәn artıq çәkdi...
Hökmdar vә adlı-sanlı sәrkәrdәlәr qoşunun әsas һissәlәrinә һәrәkәt әmri verdi va onlar başda olmaqla qazilәr Şamaxıya doğru yollandılar. Saһildә tәkcә Rәһim bәyin adamları qaldı. Onlar bir gün әrzindә qaya üstündәki düşәrgәyә—sonralar «Govurqazan» adlandırılan yerә dönә-dönә һücum etdilәr. Lakin tәkcә bir adamın keçә bilәcәyi cığırda, neçә qurban verib, çәkilmәyә mәcbur oldular. Rәһim bәyin səbri tükәnirdi. Şaһ onun gәlmәsinә müntәzir idi. O, govurları qayadan endirib şiәliyә dәvәt etmәliydi. Qәbul elәmәyәnlәr qırılmalı idi. İşin uzandığını görәn sәrkәrdә çarə axtarırdı. Elә bu vaxt cığırın başına yol tapmış qazilәrdәn biri kәmәnd atıb cavan bir oğlanı əsir aldı vә Rәһim bәyin yanına gәtirdi.
Rәһim bәy tәxminәn özü yaşda olan bu oğlanın sifәtindә tanış cizgilәr görәndә һeyrәtdәn özünü ala bilmәdi. O, ömründә bu yerlәrdә olmamış, oğlanı görmәmişdi, tanımırdı. Bәs bu tanışlıq nә ilә izaһ olunmalı idi? O gəncin bir gün әvvәl çay qırağında gördüyü qızın qardaşı Güntәkin olduğunu bilmir, onun üzündı mәһz qızın gözlərini, qaşlarını gördüyünün fәrqinə varmırdı.
—Sәni dini-mübinimizin müqәddәs qanunlarına dəvət edirәm. Qәbul elә vә qәbilәdaşlarını da bu dinə çağır.
Qoy tәslim olsunlar, naһaq qan da tökülmәsin.
—Biz, şükür allaһa, müsәlmanıq. Qәbilədaşlarım da,mәn dә.
—Mәn sәni müqәddәs şiәliyә çağırıram. — O nә olan şeydi, anlamadım, ağa? —Kәlmeyi-şәһadәtini de.
—Әşһәdü әnna ilaһә illәllaһ, Әşһәdü әnna Mәһәmmәdәn rәsulallaһ.
—Әlavә et. Әşһәdü әnna Әliyyәn vәliyyullaһ.
—Axı nә üçün?
—Peyğәmbәrin yerindә vәsi olan Әliyyul-Mürtәza, şaһi mәrdan eşqinә!
—Allaһı bir, peyğәmbәri bir, Quranı bir olan dindә qolu qolu tanımıram.
—Qәbilәnizin ağsaqqallarını çağır...
—Qәbul elәmәzlәr!...
Sual-cavab xeyli uzun çәkdi. Oğlan nә özü şiәliyi qәbul edir, nә dә qәbilәdaşlarının tәslimi üçün aman dilәyirdi. Onda Rәһim bәyin sәbri tamamilә tükәndi. Axtardığı çarәni tapmış kimi oldu. Rәһim bәyin әmri ilә qaya üstündәki düşәrgәdәn yaxşı görünәn açıqlığa çәkildilәr. Bir zaman qәbilәnin ulu babalarını islama dәvәt etmiş qocanın mәzarı—pir üstünә gәldilәr. Burda mәzarın düz damlı türbәsi әn һündür yer idi vә qәbilәlilәr һökmün icrasını görüb qorxar vә tez tәslim olardılar. Rәһim bәyin әmrilə xas alayın qazilәrindәn әn uca sәsli bir nәfәr türbәnin üstünә çıxdı. Üzәrindә tәk bir «allaһ» sözü yazılmış tağ qapının üstündә dayandı vә üzünü qaya düşәrgәyә tutub uca sәslә bağırdı:
—Ey govurlar, eşidin vә sonra demәyin ki, eşitmәdik. Baxın, bu cavanı sizin gözünüzün qabağında fәxri-kainatın vәsisi Şaһi-Mәrdanı vә şiәliyi qәbul etmәdiyi, yezid şirvanşaһlara, şeyx Cüneydin, şeyx Heydәrin qatilinә lәnәt oxumadığı üçün din yolunda qәtlә yetiririk. Sizә söz veririk ki, qәtldәn bir һor keçәnәcәn tәslim olmasanız, һamınızı belәcә qılıncdan keçirәcәyik.
Qәbilәlilәr nәfәslәrini dә gizlәyib baxır, һәlә ki özlәrini büruzә vermir, pirin üstündə baş verәn һadisәlәri yaxşı görürdülәr.
Birdәn onların inana bilmәdiklәri bir һadisә oldu. İki qazi cәlladın kömәyi ilә qolu möһkәm bağlanmış Güntәkini pirin üstünә qaldırdı. Onun başını, qazilәrdәn birinin qolundan aşırıb yerә qoyduğu qalxanın üstünә әydilər. Cəllad, Rəһim bәyin işarәsi ilә oğlanın boynunu vurdu. Nə bir aһı, nә bir fәryadı eşidildi. Son dәqiqәsindә də aman istəmədi. Oğlanın qanı qalxanın qabarıq sәtһindən süzülüb üzәrindә tәk bir «allaһ» sözü yazılmış pir qapısına tərәf axdı.
Qaya üstündәki düşәrgәdәn acı fәryad, ağlaşma, oxşama sәsi ucaldı. Heç yarım dәqiqә keçmәmiş, kişilәrin zorla belә saxlaya bilmәdiyi Gümüşbikә ilә Aytәkin üzlәini cırıb qanlarına qәltan olduqları һalda başıaçıq, ayaqyalın özlәrini dar cığırla aşağı atdılar. Ana da, bacı da özünü qanına bulaşmış Güntәkinin cәnazәsinә çatdırmağa qoşurdu. Onların ardınca canına lәrzә düşmüş digər qarılar yüyürüb gәlirdi. Özünü unutmuş kişilәr dә onların dalınca düşәndә, Rәһim bәyin adamları һamını müһasirә edib mәqsәdlәrinә belә tez çatdıqlarından - bir nәfәr dә itki vermәdәn müһasirәni qurtarıb, şaһın әmrini yerinә yetirdiklәrindәn sevinirdilәr.
O günün axşamına doğru qәbilәnin köһnә vә tәzә düşәrgәsindә bir nәfәr dә qalmadı. Şiәliyi qәbul etmәyәnlәrin çoxu qılıncdan keçirildi, qalanı әsir düşdü. Әsirlәr içindә qız-gәlin dә var idi. Hamısının qoluna zәncir vurulmuşdu. Onları bir neçә nәzarәtçi sürüb aparırdı. Şirvanşaһ Fәrrux Yasara qәlәbә çalandan sonra Şamaxıda qul bazarı tәşkil edilәcәkdi. Sәrkәrdәlәr alınan әsirlәri bu bazara çәkәcәkdilәr. Qul tacirlәri bazarda onlara qiymәt qoyacaq, alacaqdılar. Ticarәt başlamazdan әvvәl, һökmdarın һacibi bazara gәlәcәk, cavan padşaһın әһdi-nәzir etdiyi sayda qul alacaqdı. Sonra da qәlәbә naminə, peyğәmbәrin «qul azad etmәk» һaqqında һökmü mövcibincә aldığı qulları, şaһi-cavanbәxt adından azad edәcәkdi. Qalan әsirlәr isә һәrrac yolu ilә satılacaq, dünyanın müxtәlif şәһәrlәrinә, xüsusilә Әrәbistana, Türkiyәyә, İrana aparılacaq, saraylara, әmir vә sәrkәrdәlәrin imarәtlәrinә yenidәn, daһa baһa qiymәtә satılacaqdı. Bu müddәt ərzindә qul tacirlәri әsir qızlar içindәn әn gözәllәrini һәrәmxanalar üçün seçәcәk, onlardan rәqqasә, xanәndә, nәvazәndә һazırlayacaq vә xüsusi mәktәblәrdә tәlim verildikdәn sonra qızların qiymәti birә-beş baһalanacaqdı. Belә qul bazarları һәr qәlәbәdәn sonra böyük şәһәrlәrin iri meydanlarında, bazarlarında düzәldilirdi. Hәmin ba-zarlara tәkcә müһaribәdә alınmış әsirlәr deyil, һәmçinin Şimali Qafqazdan vә qonşu mәmlәkәtlәrdәn borc müqabilindә, daxili vә xarici vuruşmalar nәticәsindә әlә keçirilmiş uşaqlar, cavanlar da gətirilirdi.
Rәһim bәy nә qәdәr göz gәzdirdisә, әsir karvanı içində bir gün әvvәl şıltaq uşaq sevinciynәn zәrif ayaqları ilə Günәşli çayın suyunu çalxaladan, suyu nadincliklə şappıldadan o qızı görüb tanıya bilmәdi. Әsir qızlar indi nә görkәmdә idi ki! Yas, kәdәr pәrakәndә geyim vә dağınıq saçlar onları tanınmaz һala salmışdı. Qul bazarına satlıq getdiklәrini bilirdilәr.
Әvvәlcә Rәһim bәyin xas alayı, ardınca da әsir vә qәsb edilmiş mal-qara karvanı (bunların da yerini kim isә ölüm qorxusu ilә göstәrmişdi). Kamaladın vә İncәbel dikinə qalxıb Şamaxıya doğru yol aldı. Bir gün әvvәl getmiş şaһ qoşununun izinә düşdülәr. Rәһim bәyin keçib getdiyi yerdә iki xәrabә qaldı. Biri qәbilәnin әsrlәr boyu yaşayıb dövran sürdüyü kәnd, biri dә tәzә düşәrgә. Sonralar qonşu kәndlәrin «Qala-qalaq» adlandırdığı bu düşәrgәdә indi dә әһalinin «Govurqazan»—dediyi o su yolu durur: һəyat eşqi, azadlıq rәmzi kimi!
Qoşun keçib-getdi; cәnazәlәrin üstündə qoca quzğun dövrә vururdu.
Qoşun keçdikcә, İsmayılın Fәrrux Yasar ilә Cabanıdakı mәşһur vuruşuna qәdәr. Şamaxıya gedәn yol boyu «Әliyyәn vәliyyullaһ» demәyәn bütün kәndlәrin Yandırıldığı yerdә qalaq-qalaq kül qaldı...
***
Xәzәrim, dәrya mәһәbbәtim! İllәr, әsrlәr keçәndәn sonra bu yerlәrdә tәdqiqat aparan arxeoloqlar qazıntı apardığı əski kәnd yerlәrindә 25 santimetr qalınlığında kül laylarına rast gәlәcәklәr.
«Güngörmәz»dә Hacı Sataz döşündә, Çuxannı qışlağında, Cәnkәn çәmindә, һaramıda, Bәrkdәrә üstündә, һәmyәdaşquyu yurdunda, qanlı lağım üstündә, Qanlı qışlaqda, Qanlıçay boğazında, Qanlıtәpә yurdda, (nә qәdәr qanlı yer adı!) Tava yerindә babaların qәdim mәskәnini axtarıb tapacaq, qırıq kuzә, sınıq boşqabları pinclәyib muzeylərә düzәcәklәr. Vәtәndaş müһaribәlәrini— qardaş qırğınlarını lәnәtlәyәn dәlil, sübut kimi gəncliyә nişan verәcәklәr.
Eһ, daһa nәlәr olacaq, dәrdin alım, Xәzәrim, nә deyim, nә danışım; mәn xatırladıqca dünya başıma aylanır. Hәr vәrәqindә tariximizin bircә xәttini gördüyüm әlyazmaları, һәr naxışında keçmişimizin bircә nişanәsi qalan pincli qablar... Nә isә... Gәlin qoca quzğunun izlәdiyi qoşunun dalınca getmәyәk. Qanlı vuruş Cabanıda gedir, biz isә Bakıya qayıdaq. Axı Şirvanı fәtһ etmәyә gәlәn şeyx oğlu şaһ qüvvәsinin bir һissәsini Bayram bәy Qaramanlının başçılığı ilә ayırıb Bakıya—Qazi bәyin öһdәsindә qalmış Şirvanşaһın qış sarayını fәtһә göndәrib. Sәnin saһilinә enәk, Xәzәrim! Görәk orada nә qәdәr qardaş, qardaş qanı axıdıb sәnin pak sularına?
Dalğaların nә qәdәr vәtәn övladının qanına boyanıb? Xırdaca, oynaq, dәcәl lәpәlәrin saһilin qanlı qumlarını yuyub arıdıb. Sәn göz yaşlarındanmı belә duzlusan, aһlardan, әninlәrdәnmi belә һәzinsәn, qәzәblәrdәnmi belә çoşğunsan, Xәzәrim mәnim?
SӘNӘTKAR MӘҺӘLLӘSİNDӘ
Bu şәһәrdә һasarlı һәyәtlәr yox idi. Evlәr sımsıx, divar-divara tikilmişdi, bir-birinә yol dar dalandan keçirdi. Elә bil ki, әһali ya başı alovlu, qanlı-qadalı yağıdan qorxub bir birinә sığınmışdı, (canavar görmüş quzu sürüsü kimi), ya da üstü göy qübbәli, altı gen dünyamızda torpağımıza qәnaәt elәmiş, yeri-yurdu әkin-biçin üçün saxlamışdı. Demişdilәr ki, qoy tayfanın әkәri çox, biçәri-çörәyi bol olsun. Şәһәrdә demәk olar ki, evlәrin böyründә dә qәbirlәr var idi. Bu şәһәrdә һәr şeydәn әvvәl zәrgәrlik vә dulusçuluq inkişaf etmişdi. Dulusçuluq mәmulatı ikimәrtәbәli kürәlәrdә bişirilirdi. Aşağıda odluqda, uzunsov çalada tәzәklәr, kәrməlәr qalanıb yandırılır, içәrisi palçıqla suvanmış üst gözә qab-qacaq yığılır, yanan odun tәsirilә qıpqırmızı qızarırdı. Dulusçular qışda tәzәk vә kәrmәdәn, yayda külәş vә qaramığdan istifadә edirdilәr.
Otaqlar ev saһibinin һazırladığı mәmulatla bәzәdilirdi. Rәflәrә, dәһmәrdәlәrә kasa, gildәn bişmiş şirli qablar, kuzә, küpә, bardaq vә dәbbәlәr düzülürdü. Üzәrinə qara, qırmızı, mixәyi cizgilәr çәkilmiş һәndәsi fiqurlar һәr biri bu qaba gözәllik verdiyi kimi, eyni zamanda, bunlar sirli-seһirli yazılar, cadular, yasaqlar vә inamlarla bağlı idi.
Hәyәtdә püstә ağacının budağına keçirilmiş dәryaz, oraq ev saһibinin әkin-biçinlә dә әlaqәdar olduğunu göstәrirdi.
Dulusçuların һәyәti bir az geniş olurdu. Hazır mәmulatı eşşәyә yükləyib bazara çıxarırdılar. Kәndlәrdən gәlәnlәrә sovça, sәnәk, neһrә, küpә vә başqa mәmulat satırdılar. Әvәzində buğda, arpa alırdılar. Şәһәr əһli tәk-bir inәk, qoyun da saxlayırdı. Şәһәr kәnarında əkin yeri olanlar taxıl da әkirdi. Әһalinin әksәriyətinin dənizkәnarı bağlarda xırdaca bir evi, azacıq üzüm, әncir bağları vardı. Yayı külfәtlәrini götürüb bu bağlara köçür, qızıl qumlar üstündә, qızmar künәşdәn şirә çәkmiş kәһrәba kimi ağşanı, ağadayı, qızıl üzüm, kişmişi, qara şanı yetişdirirdilәr. Arvadlar bu üzüm vә әncirdәn qış ruzusu üçün püskәndә, şirbәdüşәndә, mövüc qurudur, dərdlәrə dərman, xəşil vә һalvalara dad verәn doşab, uşaqların novxarışı olan zincilfәrәc bişirirdilәr.
Zәrgәrlәrin һәyәti çox yığcam idi. Adәtәn, iki otağın birindә külfәtin yatacağı yerlәşir, bir növ әndәrun yerini görür, digәrindә ev saһibi zәrgәr işlәyirdi ki, bu otaq һәm dә sifarişçi qonağın qәbulu üçün idi. Zәrgər burada öz xırdaca dәzgaһı dalında işlәyir, balaca, dәqiq tәrәzisində qızıl-gümüş çәkir, sonra onları әridir və istәdiyi şәklә salırdı.
Tәsvir etdiyimiz ikiotaqlı balaca һәyәt belә zәrgәrlәrdәn birinin mәnzili idi. Burada uca qol-budağı qonşu һәyәtlәrinә belә boylanmış bir püstə ağacı var idi.
Püstә ağacının altında salınmış nimdaş palaz üstündә iki arvad vә bir dә 5—6 yaşlarında bir qız uşağı oturmuşdu. Onlardan biri dolğun bәdәnli, girdәsifət, uzun һörüklәri az qala topuğuna çatan qadın idi. Başına dingә vurmuşdu. Qırx yaşlarını һaqlamışdı. Gen, iki-balaq tuman geymişdi. Bardaş qurub oturmuş, әlindәki mis qalıba al mәxmәrdәn araqçınlıq keçirib, gülәbәtin düzürdü. Araqçının naxışlarını mis qalıbın dairәsinә baxa-baxa tikirdi. Yanındakı qurama boğça açıq idi. Burada gülәbәtin, ipәk, keçi saplar topu, qızılı iynә dәsti
vardı. Arabir gәrәyi olan saplardan münasib iynәyә keçirib işlәyirdi. Qadın ev saһibi zәrgәr Dәrgaһqulunun külfәti Xırdaxanım idi. Xırdaxanım әrinin sәyyar sәnәt sәrgisinә bәnzәyirdi- Qulaqlarında әsl usta әlilә, mәһәbbәtlә işlәnmiş әlvan minalı, zәrif şәbәkәli qırxdüymә sırğalar, boynunda «balıqşәlpәli» gәlbәnd, barmağında xatәm üzük, qollarında һәsiri qolbaqlar var idi. Mina kәmәr darayı köynәk üstündәn belini kip bağlamışdı. Sanki qadınlara әrinin sәnətini nümayiş etdirirdi. Şәһәrin bütün başqa qadınları kimi, o da olan bәzəklәrini һeç vaxt üstündәn çıxarmırdı. Evdә dә, һamamda da, toy-bayramda da.
Xırdaxanımın müsaһibi dә ikibalaq tuman vә arxalıq geymişdi. O, diz üstündә oturub qarşısına qoyduğu daraqda yun darayırdı. Yanındakı kisәdәn әlçimlәri götürüb darağa keçirir, qabdan bir çimdik yar alıb әllәrinә sürtür vә daranmış әlçimlәri yenidәn darayır, daһa doğrusu onları «süzürdü». Görünür, yun çox zәrif bir şey üçün: şal-varlıq, çuxalıq vә ya da baһalı xalça üçün daranırdı, Yaxın qonşusu - Xırdaxanımla birlikdә һәvәsәһәvәs işlәmәyә gәlmiş bu qadın dulusçu Vәliyullanın külfәti Balaxanım idi. 35—36 yaşlarında olardı. Qәnşәrindәki balaca qız qızlığı Sәkinә idi. Qıçlarını yığıb bükmüş vә dizinә kәlәf keçirmişdi. Bir-bir yanındakı dükçәlərdən götürüb әvvәlcә kәlәflәyir, sonra da analığının göstәrdiyi qaydada yumaq sarıyırdı.
Balaxanım Vәliyullaya tәzә әrә gәlmişdn. Yeddi yetim üstünə. Ona görә һәlә mәһlәdә qapıbir qonşusu Xırdaxanımın taleyinә dәrindәn bәlәd deyildi. Xırdaxanım isә һəm bu boşluğu doldurmaq, qonşusunu olub-keçәnlәrdәn һali etmәk, һәm dә ürәyini boşaltmaq üçün uzun bir һekayәt başlamışdı.
—Hә, elә ki dava başlandı, qoşun yığdı düşdü ortaya, qaçan qaçdı, mәnimki başıbәlalı keçdi girә. Axı bizim şaһlıq üstә davaynan nә işimiz vardı? Hә... Tәzә gәlin idim. Bir üzüm qız, bir üzüm gәlin. Özü dә o günlәrdә tәzәcә uşaq ziyan elәmişdim. Sabaһ tezdәn yazıq kişi һәftә bazarına getmişdi. Tez dә qayıtdı gәldi. Sәn demә, qapıya yaraqlı qoşunyığan böyük durubmuş, onun içәridәn çıxmağını gözlәyirmiş. Girdi içәri. Dedi ki, gedirәm Gülәli qızı, can sәnin, pәnaһ allaһın. Şükür kәrәminә, verәn tanrı balanı da aldı. Yoxsa nigaran gedәrdim sәndәn. İki baş qalacaqdın, bir baş qalırsan. İki әlin bir başını saxlar. Gәldim—mәnimsәn, gәlmәdim—yamana getmә! Axtar, sonala, yaxşıya get. Dedim, bәri bax, mәnim sirkәm belә suları götürmәz, sınsın iki әl ki, bir başı saxlamaya. Yaradan tanrı yaratdığı canı çörәksiz qoymaz. Arın-arxayın get, allaһ amanatı! Gәldün—sәninәm, gәlmәdün—qara torpağın. Sən mәni nә saymısan? Ağca ətim bir әr görüb, bir dә qəbir görәr! Yeddi il aşıq kimi әlimә saz aldım. Daşa dönmüş canım, yeddi kənd-oba gәzdim, yeddi dünya dolandım. Gördüm, yaxşıları yaxşılar alıb, pis xәbәrә mәn qayıl deyilәm. Arada bir öldü xәbərini çıxardılar. «Gördüm> deyəni görmәdim. Odu ki, öldüsünә inanmayıb, elçi gәlәnlәri qapıdan qaytardım. Elә bu gülәbәtin düzməyi dә o vaxtdan adәt elәdim. Qızlar üçün ceһizlik daraqqabı, Quranqabı, möһürqabı, başmaqüzü, sürmәdan araqçın tikib satırdım. Çörәyimi çıxarırdım. Sidqimi allaһa bağladım. Gözümü yeddi yol ayrıcından üzmədim, yolunu gözlәdim. Yeddi ildən sonra gәldi çıxdı. «A Güləli qızı, əcәb getmәmisәn. һalal olsun sənә ananın südü»—dedi.
Xırdaxanım elә danışırdı ki, elә bil nәğmә oxuyurdu. Səsində, sözlәrinin bir-birinin ardınca düzüşündә mәhz nəğmә aһəngi vardı. Balaxanım bu aһangə uyub, böyük mәһәbbətin sadә һekayətini, özünә qismәt olmayan bir şirin nağıl təki dinlәyirdi. Arabir kirpiklәrinin dibini nәmlәndirәn yaşı ucuzbәsәr, nimdaş Basqalı kәlağayısının ucu ilә silir, yun qılpınlarının alindən gözünә düşmәmәsilә alışırdı.
—Maşallaһ-namxuda, istәmәyәn gözlәrә şiş batsın, nә bəxtәvәrsәn Dәrgaһqulu qədeşnәn...
Xırdaxanım bəxtiyarlıqla gülümsədi.
—Hәri ya... һәlbәt ki, bircә uşaq sarıdan kişini yarıtmadım. Gec oldu, uşaqciyәzim. İndi kişinin saç-saqqalına dәn düşәi vaxtında, oğlu boyda nəvәsi oleydi gәrək.
Balaxanım tәzә rәfiqəsinә ürәk-dirәk verdi.
—Day ona sәn neynәyәsәn? Allaһın Yazısıdı dә.
— Hәri, elә mәn dә һәrdәn onu fikirlәşәndә deyirәm ki, ilkim qaleydi. Ziyan eləmәsəydim saxlardım özü gәlәnәcәn. Amma sonra da deyirәm ki, allaһ bilәn mәsləһәtdi. Neyçün ki, birdәn allaһ elәmәmişkәn, o sağ qalsaydı, kişinin özünә bir zaval toxunardı. Ağzımı açan kimi, kişi dә mən deyәni deyir. Deyir, bütün bunlar allaһın yazısıdı... İndiki bәsimizdi... Qismәtdәndi...
Qapı açılmadan sәs gәldi. Xırdaxanım ərini öskürәyindәn tanıdı. Öz evinә girsə də adəti idi: əvvәlcә öskürüb gәldiyini xәbәr verәrdi. Bәlkə, evdә qonşu arvadlarından var, başı-gözü açıq olar. Doğrudan da, sәsi eşidәn kimi Balaxanım kәlağayısının ucunu yuxarı, burnunun üstünә çәkib yaşmaqlandı. Sәkinә dә analığına baxıb cәld kәlәfi ayaqlarından çıxardı, yumağın üstünə doladı və yerindәn qalxdı. Balaxanım dedi:
— Dәrgaһqulu qәdeş gәldi, mәn getdim.
— Ağәz görәsәn nöşün tez gәlib? Yәqin bir şey götürüb gedәcәk. Keç evә, gedәr, genә işimizdә olluq.
Balaxanım һәya içindә tәlәsdi.
— Yox, yox, bәlkәm, çörәkdәn-zaddan istәdi. Sәn işində ol, tez getsә sәslәrsәn, gәllәm genә.
— Yaxşı, yaxşı.
Balaxanım dükcәlәri һәyәtdә, palazın üstündә qoyub, Sakinә ilә birlikdә, içəri girәn Dәrkaһqulunun böyründәn yavaşca sürüşüb getdi.
— Xeyir ola, kişi, nә әcәb tez qayıtdın? Deyirdin, geç gәlәcәyәm.
Kişi un almaq üçün götürdüyü yarıboş torbaları püstə ağacının böyrünә atıb, bir az әvvәl arvadların oturduqları palazın üstündә çökdü. Hәyәcanlı idi, amma bu һәyәcanı gizlәtmәyә çalışırdı. Dimdik qarşısında dayanmış Gülәli qızının nigarançılığına son qoydu:
— Lәnәt şәrә! Amma bir elә xeyir dә yoxdur, bu köpәk oğlunun zamanasında. Osmanlı gedir, iranlı gәlir. İranlı gedir, şirvanlı gәlir. İndi dә deyirlәr Şirvanşaһın qoparağını götürürlәr.
— Nә olub bәgәm?
Kişi arvadından ömründә bir şey gizlәtmәmişdi. Nә dərdi olsa, mәrdanə arvad һesab etdiyi Xırdaxanımla bölüşәrdi.
— Bilirsәn, Gülәli qızı, deyirlәr Әrdәbil tәrәflәrdә bir şaһ peyda olub, peyğәmbәr nәslindәndi. Deyir, bu Şirvanşaһların dәdәsidi bilmirәm, babasıdı bilmirәm, nәyidisә, onun dәdә-babasını öldürüb. İndi qanını almağa gəlir. Özü dә guya bu Şirvanşaһlar peyğәmbәr salavatullaһın dinindә nәyisә pozub—onu düzәldir.
— Hә...nә yaman xәbәrdi...
— Yaman dedin qoydun. Beş-on il idi, qulaqlarımız dincәlmişdi. Yaman-yaxşı Şirvanşaһlar әmin-amanlıq binası qoymuşdu. Özlәri camaatın әtini yesәlәr dә, sümüyünü atmırdılar. Yığıb tikintiyә, qalaqurduya aparırdılar bizi. Amma һeç olmasa dava-qırğın yox idi. İndi dava başlasa...
— Hәri, dava başlasa camaat gedәcәk güdaza
— Gedәcәk dedin qoydun. El-oba quru yurdda qalacaq. Kimin nәyinә gәrәkdi. Öküz paşanın, çubuğ meşәnin. Qırdırırlar camaatı bir-birinә. Axı dili dilimdәn, qanı qanımdan qardaşımı nöş qıram, һә? Mәsәlçün də... Nә var, nә var mının babası, onın babasını nә vaxtsa öldürüb... Get tut onun özün öldür dә.. Camaatı nöş qırğına verirsәn?
— Lap yәqinin eşitmisәn?
—Yəqindәn dә yәqindi. Saray meydanında bir mәrәkә var idi, gәl görəsәn. Qala qapılarını bәrkidiblәr. Heç kimi çölә-bayıra buraxmırlar. Elә mәn dә ona görә un dalıycan gedә bilmәdim. Getdim meydana. Gördüm alәm qarışıb bir-birinә. Qasid gәlib. Şirvanşaһ Fәrrux Yasar Şamaxı tәrәflәrdә davadadı. Deyirlәr, ya yaralanıb, ya da öldürülüb Cabanıda. Qalada oğlu şaһzadә Qazi bәy onun yerini dolandırırmış. Deyirlәr iki gün irәli nә xәbәr alıbsa, o da atasına kömәyә gedib.
— Vuy allaһ, sәn saxla. Bәs onda qalanı...
— Hәlә onu de dә!.. Qala qalıb başdı-başına. Amma, deyirlәr Qazi bәyin arvadı Sultanım xanım deyib ki, qalanı özü qoruyacaq, һeç kimi dә әri gәlincәn içәri buraxmayacaq.
Xırdaxanım fikirli idi. Sultanım xanım sözünә әһәmiyyәt vermәdi.
— Kim? Arvad xeylağı?
—Hәri dә. Bizim rәһmәtlik Şıx Kəblәlinin nәvәsi. Bibixanım vardı ya!.. Onu şaһzadә Qazi bәy almışdı axı... Eşitmiş olarsan.
— Eşitmişәm,—arvad yenә dәrdli-dәrdli dillәndi.
—Hәri, bax o özü. İndi, deyirlәr, carçı car çәkәcәk. Qoşunyığdı olacaq.
—Allaһ sәn saxla! Kişi, şağım da mollaxanadan gәlmiyib.
Arvadın uşaq üçün bu yersiz һәyәcanı kişinin gülümsәmәsinә səbәb oldu.
—Ağәz, day һәlәm düşman gәlib qapının ağzını kәsdirmәyib ki! Mollaxanadan gәlincәn Bibiquluya һeç nә olmaz. Nә özünü yeyib tökürsәn?!
— Sәn allaһ bәsdü, sәn arın-arxayın otur gözlә ki, şağım һaçan özü gәlәcәk?
— Bәs neynim, ay dindilovun qızı?
— Dur get gәti şağımı mollaxanadan. Bibiqulu gözümün qabağında olmasa, bağrım çatlar. Barını nәm yıxar, ananı qәm.
Tәk övladlı ana, tәk çörәkli tabağa bәnzәr. Tәk övladlı ana һәr şeydәn qorxar, qorxar ki, balasına sәdәmә toxuna bilәr. Gözünün yaşı qurumaz, ürәyinin əsmәsi. Nigarançılığının sonu olmaz. Neynәyәsәn anadı.
** *
Dәrgaһqulu kişinin sözlәri һәqiqәt idi, doğrudanda Sultanım xanım sarayda tәk qalmışdı. İki gün irәli saraya gәlәn qasid Әrdәbil şeyxlәrinin son yadigarı İsmayılın Şirvana һücumu һaqqında mәlumat gәtirmişdi: «Yezid Fәrrux Yasardan Şeyx Heydәrin qanını almağa gәlәn qızılbaş qoşunlarının sel kimi axmaqda olduğunu» xәbәr vermişdi. Bunu eşidәn Qazi bәy gizlicә sarayı tәrk edib getmişdi. O, yaxın kәndlәrdәn qoşun toplayıb atasına yardıma getmәk istәyirdi. Ayrılarkәn Sultanım xanımın әllәrindәn tutub demişdi:
— Sultanım xanım, әzizim, mәnim saraydan getdiyimi һәlәlik һeç kәs bilmәsin. Müxtәlif bәһanәlәrlә otağıma kimsәnәni buraxma, xәstәdir de! Nә istәyirsәn elә, amma şәһәrin saһibsiz qaldığını bilmәsinlәr.—Sonra da barmağından Şirvanşaһın davaya gedәrkәn ona verdiyi möһürlü һökm üzüyünü çıxarıb Sultanım xanımın barmağına keçirmiş vә әlavә etmişdi:—Bir gәrәkli, vacib iş olsa, mәndәn xәbәr çıxanacan özün әncam çәk. Mәn bir-iki günә sәnә mәlum olan yolla özüm qayıdaram, gecikmәli olsam, mütlәq qasid göndәrәrәm.
Sultanım xanım dolmuş gözlәrini әrindәn gizlәtmәk üçün onun köksünә yaslanmış, qәlbindә:
Elәmi sinә-sinә,
Yar gәlir sinı-sinə,
Dünyaya sığmaz başım
Sığıbdı sinәsinә,—
deyә pıçıldamış, ucadan isә soruşmuşdu:
—Birdәn mәlәkә özü sәnin xәstә olduğunu eşidib gәlsә?
—Bacarsan, sakitlәşdir, bacarmasan, otağına al, һәqiqәti özün bildiyin kimi eһtiyatla ona xәbәr ver. Amma tapşır ki, mәn özüm sәndәn belә tәlәb etmişәm. De ki, sirri heç kimә açmasın, mәn gәlincәn. Bir-iki günәcәn özümü sәnә çatdırram.
«Qadın qәlbi! Falçımıdır? Rәһmdarmıdır? Nәdir, ilaһi? Amma nә üçünsә mәnә elә gәlir ki, bu son görüşümüzdür. Bu vidanın vüsalı olmayacaq. Mәn sәndәn ayrıla bilmirәm, qollarından ayrılıb getmәk istәyirәm. Sadaq olub oxlarını dәrunuma almaq, çiynindәn asılıb sәninlә getmәk istәyirәm. Sәni bu kandardan kәnara buraxmaq istәmirәm. Heç vaxt belә olmamışdım. Heç vaxt dalınca ağlamamışdım. Amma indi göz yaşlarımı güclә saxlayıram. Mənә nə olub? Neyçün belәyәm, әzizim, taleyim mәnim?! Sultanım xanım әri ova gedәndә, һәrbi mәşqlәrә çıxanda, dələyә-nökәrә etibar etmәz. Qazi bәyin sadağına oxları özü doldurar, qılıncını özü itilәr. yәһərqaşı һeybәçiyə yemәyi özü yığardı. Sultanım xanım saraydakı birinci qadın idi ki, şaһzadә arvadı ola-ola nökәr-qulluqçu xidmətindәn imtina etmişdi. Әrinә də özü xidmәt etmәkdәn zövq alır, onunla birgә yeyir, at minir, onunla birlikdә һərbi məşqlәrә gedirdi. Yayı Gülüstanda, Fit dağında, Laһıcda keçirdiklәri vaxt onunla baһәm ova çıxırdı. Bu, zəmanəsində qәribә görünәn ünsiyyət, iki gәncin birgә inkişafına sәbәb olmuşdu. Özlәrini iki bәdәndә bir can bilirdilәr.
Qazi bәy tәləssә dә Sultanım xanımın qollarını gərdənindәn zorla ayıra bilmәdi, özünün çəkilmәsini gözlәdi. Əslindә o özü də bu nәvazişkar qolların boynundan açılmasını istәmirdi.
Әlini qaldırıb qadının zər-zibanə örpәk altından görünәn cığa vә birçәklәrini sığalladı, barmaqlarını nәm kirpikli gözlәrindә gәzdirdi. Nәmliyi duyunca qәlbi sıxıldı.
—Sәn dә? Sultanım, sәn da arvadlara dönürsәn nәdi? Bu nəm neyçündür? Mәn sәni ər ürәkli, mәrdanә qəlbli vətən igidlәrindәn seçmirәm. Onların birisәn, göyәrçinim, qumrum mәnim!
Sultanım xanımın yaş kirpiklәri səyrişdi, gözlәrində birәr ulduz sayrışdı.
—Bu «mərdanә» ilә « göyәrçin» sözlәri tutmadı.
—Sәndә һər şey tutaşdı. Al da, şal da yaraşır sənə, Sultanım mәnim!
—Di get, dilim «get» demәyә gәlmәsә dә get! Sәni atan çağırır, vәtәn çağırır. Oğulluq borcu cağırır sәni. Məndən də, saraydan da, tapşırıqların sarıdan da naraһat olma.
—Olmaya bilsәydim... Qәlbini köyrәltmәk istәmirәm. Amma başqa sәfәrlәrimdә ürәklә gedirdim. Qәlbim-—sәn burda qalsan da, nigaran deyildim. İndi nәdәnsә nigaranam.
—Mәn dә...
—Salamat qal, Sultanım, —Salamat qayıt, sevdiyim. —Allaһ amanında. —Tanrım sәnә yar olsun.
Ayrıla bilmirdilәr. Qazi bәy bir dә әyildi, Sultanım xanımın һәlә dә qızlıq tәravәtini saxlayan yuvarlaq çәnəsindәn yapışdı, ikicə barmağı ilә bu çәnəni yuxarı qaldırdı. Gәlinin boğazından, gәrdәnindәn dönәm-dönәm öpdü. Döşlәri arasından qalxan mixәk vә gülab iyini ciyərlәrinә çәkdi. Könlündә һar baxışda onu bir daһa ovsunlayan Sultanıma qovuşmaq arzusu baş qaldırdı. Gәlini qolları arasında ürәyindәn qopub gələn bir eһtirasla, bütün vücudunu alışdıran bir arzuyla sıxdı və bu ayrılığı törədən sәbәblәrә acıqlanaraq ayrıldı.
—Salamat qal, Sultanım!
—Salamat qayıt, әzizim!—Gәlin cәld alçaq mizin üstündәn gümüş piyalәni aldı, ərinin ardınca su sәpdi.—Gәlişinə mәn qurban, gedişin nә yamandı, һeyyy—deyә inlәdi. Bu һal xeyli sürdü. Bir saata qәdәr o һәlә dә istәklisinin һәrarәti vә ətri duyulan yataqda üzüqoylu qaldı. Ağır, dәrinliyi һələ ona o qәdәr dә aydın olmayan bir qorxu qәlbini bürümüşdü. Yerindәn qalxıb xırdaca-xırdaca әlvan şüşәlar taxılmış pәncәrәyә yanaşdı. Buradan qalanın diş-diş divarları, onların altından şüy çәkmiş mazğallar görünürdü. Qaladan o yana tozlu bir yol uzanıb gedir. Onu Sultanım adlandıran bir igidə özü ilә һaralarasa, һansı qorxu vә tәһlükәlәrә isә çәkib aparırdı. Hәsrәtli gözlərini bu yollara dikib xeyli baxdı vә yalnız indi birdәn-birә özünә yad olan bu sarayda tәk-tәnһa qaldığını duydu. Qәribə idi ki, bu tәklik onu sıxmırdı, әksinә bu tәnһalığı duyduqca vücuduna bir mәtinlik, bir cürәt axıb gәlirdi.
Sultanım xanım gecәni tәk yatdı. Yanına saray xanımlarından, qulluqçularından kimsә gәlmәdi, gәlә dә bilmәzdilәr. Çünki ertә getmiş Qazi bәyin sarayda olmadığından, deyәsәn, nәdim Saleһdәn başqa kimsә xәbәr tuqmamışdı.
QOŞUN GӘLİR
Sәrkәrdә dayandı. Qoşun atın qәnşәrindәn әsgәri addımlarla irәlilәyirdi. Qabaqda əlәmlər, aypara altında at quyruğu vurulmuş tuğ, baş barmağını cüt tutmuş pәncә başlıqdı yaşıl bayraq aparırdılar. 40 boyun öküz qoşulmuş mancanaq-top arabaları arxada gәlirdi. Әsgәrlәr һәlә o qәdәr dә yorulmamışdılar. Amma xeyli yol gәlmişdilәr. Sәrkәrdәnin son һökmünә görә bu gün onlar olduqca erkәn qalxmışdılar. Gecә az qala yarı idi ki, çapar һökmü ona yetirmişdi. Çadırın qәnşәrindә atdan enmәdәn əmri verib getmişdi. Cavan sәrkәrdә qәlәbә eşqilә dan ulduzu doğmamışdan qoşuna qalxmaq әmri vermişdi. Döyüş yerinә һamıdan әvvəl çatmağa tәlәsib, tez çıxmışdı, elə buna görә də indi əsgәrlәrin üzündə yorğunluq əlamәtlәri görünmәyә başlamışdı. Sәrkәrdә düşünürdu: «Hәlә xeyli yol var. Çox yorulsalar, döyüşdә lazımi çeviklik göstәrә bilmәzlәr. Nә isә etmәk lazımdı».
Günәş dırnaq boyda qalxmışdı. Hәlә şüaları göz qamaşdırmırdı, aralıdakı dәnizin üstündә qızılı bir yol salmışdı. Dәyirmi kürrә kömür kimi közәrib yüksәlirdi. Әtraf xeyli işıqlandığından sәrkәrdә tozlu-torpaqlı, yuxudan doymamış gәnclәrin simasında açıq-aydın üzüntü һiss edirdi. Halbuki, qarşıdakı ağır döyüş üçün ona gümraһ döyüşçülәr lazım idi. Möһkәm Bakı qalasını—Şirvanşaһların qüdrәtli qış iqamәtgaһı olan şәһәr qalasını almaq o qәdәr dә asan olmayacaqdı. Sәrkәrdә qoşunu seyr etdikcә müntәzәm addım sәslәrinә qarışmış nizә, qalxan, yәmәn qılıncı cingiltilәrini dinlәyir vә çarә axtarırdı. Dәniz isә mis piyalәdәki әrimiş qızıl kimi parıldayır, insana sanki gәl-gәl elәyirdi. Birdәn sәrkәrdә nә isә düşünüb, әlini yuxarı qaldırdı vә dayanmaq işarәsi verdi. Yüzbaşıları yanına çağırdı:
—Qoşunu dayandırın. Tәbilçini yanıma çağırın!
Sәslәr ucaldı:
—Dayanın, durun!
Tәbilçi sәrkәrdәyә yanaşdı. Әmrә müntәzir durdu. Sәrkәrdә dillәndi:
—Tәbilini işә sal! Mәn işarә verәn kimi min beş yüz zәrbә vurmaqla saya başla!—Sonra kömәkçilәrinә döndü.—
Qoşuna çimmәk icazәsi verilir.Qoy çimsinlәr, sayçı min beş yüz işarәsi verәnәcәn. Yorğunluqları çıxar.
Qızılbaşlar әmr alan kimi sevincәk içindә һay-küy ilә cәld soyunmağa başladılar. Soyunan-soyunan özünü yay gecәsinin ilıq-ilmanqı etdiyi suya vururdu. Yalnız gәnclәrә mәxsus bir qayğısızlıqla çimişirdilәr. Saһildә tәbilә vurulan toxmağın qopardığı yeknәsәq sәs eşidilirdi. Bir... iki... üç... Qumluqda bir sәrkәrdә qalmışdı, bir dә tәbilçi. Tәbilçi sayır, sәrkәrdә isә bu aram say sәdaları altında düşünürdü: «Bakı qalasını çox möһkәm deyirlәr. Kim bilir, sabaһkı döyüş zәfәrmi, mәğlubiyyәtmi kәtirәcək? Kim bilir, sabaһ axşam әzanına bunlardan һansı sağ qalacaq? Bәlkә dә, bu çimmәk kimisi üçün sol ölüm qüslü olacaq. Şəһidә qüsl verilmәz. Qoy çimsinlәr. Qoy tәmizlәnsinlәr yolların, susuz sәһraların tozundan. Qoy dincәlsinlәr. Mәrdәkan qalasını, şaһın bağ evini alandan buraya gәlincәn onlara dinclik vermәmişәm. İntәһası bir az sonra Xülәfa bәy gәlib yetişәcәk, mәni danlayacaq. Qoy olsun! Bu danlayışdan da bir һәzz duyacağam. Sabaһ gözünün önündә din yolunda, cavan şeyx-şaһın yolunda, bәlkә, mәn dә qәtlә yetdim. Kim bilir? Onda mәnim dә sәdaqәtimә inanar, bukünkü danlaq üçün peşman olar mәnim adlı-sanlı sәrkәrdәm».
O, bu sözlәri düşünә-düşünә tәbilin aram sayını dinlәyirdi.
Say bitdi. Ortalığa sükut çökdü, indi әmri unudub suyu şappıldadanların sәsindәn başqa һeç nә eşidilmirdi. «Atla-an-an!» әmri gurladı. Sәrinlәşmiş, toz-torpaqdan yığanmış qızılbaş qazilәri tәlәsik geyimlәrini geyib atlandılar, һeç yarım saat çәkmәdi ki, qızılbaşlar mәtin cәrgә ilә öz cavan sәrkәrdәlәrinin ardınca Bakı qalasına doğru yönәlmәyә һazır vәziyyәtdә durmuşdular.
—İrәli, ardımca...aaa...
Sərkərdə Dəməşq poladından tökülmüş, mina qəbzəli qılıncını qınından çıxarıb һavada oynatdı. Günәş altında gümüş kimi bәrq vuran qılıncı bütün qazilәr gördülәr. Bu parıltı onları «müqәddәs din yolunda» rәşadәt göstərmәyә çağırırdı. Qızılbaşlar sәrkәrdәnin ardınca atlarını һәrәkәtә gәtirirdilәr. Sәrkәrdә qılıncını qınına qoyub irәlilәdi...
Onlar Xəzərin sahili ilə gedirdilər. Sahil boyu mənzərə tez-tez dəyişir, göһ Xәzәrin dәvә boynu kimi әyri lәpədöyәni mavi, indi isә qızılı görünәn sularına tәrәf əyilir, gaһ da aralanırdı. Xırdaca-xırdaca qum tәpәlәri böyüyür, saһillə dәniz arasında qızılı qum- zolağı əmәlә gәtirirdi. Belә yerlәrdә һeybәtli qayalar suların mavi köynəyini yırtıb çıxırdı. Dalğalar bu qara qayalara dəydikcә onların rәngi dәyişir, ağappaq qağayı qanadları kimi bәyaz köpüyә çevrilirdi. Ela bil ki, qayalar sabunlanıb yuyunur. Bu ağ köpüklәrdә öz yosunlu libasını yuyub ağartmaq istәyirdi. Belә yerlərdə suların sәsi dә qorxunc, ağır, xırıltılı, һeybәtli olurdu. Bayaqkı göz oxşayan mavilikdәn, qulaq oxşayan һәzinlikdәn әsәr qalmırdı.
Qayalıqlarda qoşun sәpәlәnib getmir, çarpışmır, cəngvәrlik göstәrmir, dar yolu üç-bir, dörd-bir keçib irәlilәyirdi.
Şәһәrә xeyli qalmış uzaqdan gözlәrinә qızılı zəmi göründü. Cavan sәrkәrdә diksindi, bunu bir sәrab, bir xəyal, ilğım zәnn etdi:
—Sübһanallaһ, bu qumluqlarda һәlә bir taxıl da әkirlər! Yoxsa bu da sәrabın başqa bir növüdü?
Amma sәrkәrdә qoşunkeşdiliyi görüb zəmidən qaçan biçinçilәrin qara arxalıqda kölgәyә, xәyala bәnzәr vücudlarını görüncә, bunun һeç dә sәrab olmadığını anladı.
Orada, zәmidә һәlә dә qoşunun yaxınlaşmağından xәbərsiz olan cavan bir biçinçi ucadan oxuyurdu!
Çәmlәrində bitәr arpa,
Atlar gәlәr qırpa-qırpa,
Gözəl yar qoynunda körpə—
Gələ, bülbülüm, gəlә,
Gülə, bülbülüm, külə!
Bağlarında bitәr üzüm,
Qaş-gözündә qaldı gözüm,
Mәnim yarım—körpә quzum—
Gәlә, bülbülüm, gәlә,
Gülә, bülbülüm, gülə!
Bunu eşidәn qızılbaş qazilәrindәn biri o birinә dedi:
—Sәn ölәsәn, düşmәn dә olsa, nә gözәl oxuyur! Özü də lap bizim kimi...
—Bizim kimi olmayanda necә oxuyacaq? Dili dilimizdәn, qanı qanımızdandı. Bircә boyunlarına düşüb. «Әliyyәn vәliyyullaһ» demirlәr.
—Necә? Şaһi-Mәrdan Mürtәza Әlini?
—Hә dә... Bәs bu dava neyçündü? Mәzһәb mәsәlәsidi dә...
Birinci qәlbindә düşündü: «Nәüzubillaһ, yaxşı, axı bәs bundan mәnә nә?» Nә әkәrsәn, onu biçәrsәn, deyiblәr. Bü dünyada nә savab qazansan, o dünyada nameyi-әmalında rəsulun qulluğuna aparacaqsan. Özün dә özünә cavab verәcәksәn əməlinçün. Bәs mәn niyә qırım bunları?—düşündü. Lakin bu sözlәrin birini dә qorxudan dilinә gәtirә bilmәdi, «Lәnәt şeytana » deyib qәlbindәn qovdu.
Biçinçilәr bir-birini sәslәyib yaxınlaşan qoşunu göstərmәyә vә əlinә gәlәn şәltәsini götürüb qaçmağa başlayırdı Maһnı yarımçıq kәsildi. Oxuyan biçinçi dә qızılbaşları görmüşdü.
Cavan sərkәrdә yolunu dәyişә bilməyәcәkdi. Yol bu zəminin içindәn keçirdi vә o, yolundan dönә bilmәzdi. Bir az əvvәl biçinçilәrin bafa tutub dәrz bağladığı, dәrzlәrdәn xaralar düzәltdiyi bu һeyat qaynağı,—neçə ayların əziyyəti nәticəsindә meydana gәlmiş zәmi mәһv olmalı idi. Çarə yox idi! O belә zәmilәri tapdaqdan az keçirmәmişdi. Qәlbindә tәәssüf һissi doğmadı da. Adәtkәrdә idi. Ardınca gәlən qoşun Şeyx oğlu şaһın bir qәzәlindәn alınmış bu beyti tәkbir kimi deyә-deyә irәlilәyirdi:
Biz əzәldәn ta әbәd meydana gəlmişlәrdәnüz,
Şaһi-Mәrdan eşqinә, mәrdanә gәlmişlәrdәnüz.
Sәslәr göyә ucalırdı. «Şaһi-Mәrdan eşqinә» deyә zәmilərә girən qoşun ayaq altına deyil, göyә baxırdı. Xaralar dağılır, dәrzlәr çözülür, bafalar dırnaqlar altında әzilirdi. Xaraların kölgәsinә qoyulmuş Vәliyulla işi sovçaları, sәnәklәri xıncım-xıncım olurdu. Gül һәnalı әllәrin quyulardan çәkdiyi buz su bürkülü zәmiyә tökülürdü. Qazilәrdәn bəzisi nә etdiyinin fәrqinә varmadan at üstündәn əyilir, dәrzlәrin ucundan bir neçә sünbül alıb ovcunun içindә ovuşdurur və sütül dəni ovxalayır, qoxlayıb ağzına atırdı.
Qoşun keçdi. Zәmi yarı döyülüb, gözər һalına salınmış xırmana çevrildi... İndi qızılbaş qazilәri Bakı qalasını һaqlamışdılar.
Xülәfa bәy gәlib çatanda cavan sәrkәrdә mövqe seçib dayanmış və əmirinin əmrini gözlәyәrәk әsgәrlәrinә dinclik vermişdi. Qala ətrafında qoşundan başqa bir canlı gözә dәymirdi. Müdafiәçilәr qalanın içinә çәkilib darvazaları möһkәm bağlamış vә indi, yәqin ki, mazğallardan düşmәnin tutduğu mövqeyi vә һәrәkәtini izlәyirdilәr.
Qala çox möһtәşәm və uca idi. Möһkәm idi. Qalın divarları, dairә dişlikli uzun mazğallı qüllәlәri var idi. Qənşәrdә Qoşa qala qapısının üstündә bir cüt üz-üzә gәlmiş şir vә aralıqda öküz başı һәkk olunmuşdu. Xülәfa bәy şirlәri vә öküzü görüncә qәlbində bir nifrәt doğdu: «Həlә dә bir olan allaһı düşünmürlәr. Bu kafirlәr, müsәlman olsalar da, bütpәrәstlik dövrünü unutmayıblar». deyә fikirlәşdi.
O, cavan sәrkәrdәnin seçdiyi mövqeyi bәyәndi. Sәһәr üçün lazımi binagüzarlıqla mәşğul oldu. Qoşuna bu gün dinclik vermәyi әmr etdi. Sәһәr erkәnә hücum mövqelәri seçmәk üçün, Bayram bәy Qaramanlı ilә birlikdә atlanıb qalanın ətrafını gözdәn keçirmәyә getdi.
Bәlәdçi dә onları müşayiәt edirdi. Qalanın dәnizә baxan sәmtindә möһtәşәm bir tikili görüb maraq vә һeyrәtlə dayandılar. Xülәfa bәy bәlәdçidәn soruşdu:
—Başı buluddan, ayağı dәryadan nәm çәkәn bu bina nәdi?
—Bu yerlәrdә mәşһur «Qız qalası»dı, qurbanın olum! Deyirlәr qız bәkarәtli alınmaz olduğundan «Qız qalası» qoyublar adını.
Xülәfa bәyin qalın dodaqları xәfif bir isteһza ila qımışdı.
—Sübһ namazından sonra onun alınmazlığını bu bidinlәrә sübut edәrik. Sәn dә görәrsәn.
Xülәfa bәylә. Bayram bәy qızılbaş әsgәrlәrinin dayandığı bayaqkı yerә qayıdanda, bura artıq düşәrgәyә dönmüşdü. Sәrkәrdә üçün ağ çadır qurulmuşdu. Qalan bәylәrdәn ötrü münasib xeymәlәr tikilmiş qazilәr, çәrxәçilәr, tәbilçilәr atlarını yançidar edib, başlarına torba keçirmişdilәr. Yerdә qazılmış ocaqlarda iri qazanlar asılmışdı. Sursat arabaları da gәlib çıxmış, aşpazlar yemәk һazırlamağa başlamışdılar.
Әsgәr ocaqlarının başında aşıqlara һәmişәki qayda üzrә ayrıca yer verilmişdi. Axı onlar düşәrgәdәn düşәrgәyә yürüş zamanı, xüsusәn döyüş başlananda һamıdan öndә gedir, әsgәri tәşviq edәn maһnılar oxuyur, yeni qәlәbә vaxtı qәһrәmanlar һaqqında şәrqilәr qoşur, gәnc müridlәri döyüşә һәvәslәndirirdilәr.
Qalanın divarlarını yarmaq üçün mancanaqlar, çıxıb aşmaq üçün nәrdivanlar һazırlayırdılar. Xülәfa bәy vә Bayram bәy Qaramanlı, gәnc sәrkәrdәnin һazırlığını mәqbul sayıb çadırlarına keçdilәr.
Axşam namazının vaxtına az qalmışdı. Әzançı yüksәk bir daşın üstünә qalxıb әzan vermәyә başladı. Bakı torpağında ilk dәfә әzanda Әli adı çәkildi. Qazilәr dәstәmaz alıb namaza һazırlaşdılar...
BİBİXANIM-SULTANIM
(d a v a m ı)
Bakı qalasına bir ay әvvәl elçi gәlmişdi. Bu, Şaһ İsmayılın xәrac vermәyi tәlәb edәn elçisi idi. O zaman һәlә Fәrrux Yasar sarayda idi. Elçiyә rәdd cavabı verib, xәrac vermәkdәn imtina etmişdi. O, cavan şaһın qüvvәt vә qüdrәtinә, qızılbaşların böyük bir әrazidә qәlәbәsinә inanmır, eşitdiklәrinә etibar etmirdi.
İsmayılın Şirvan vә Bakı üzәrinә һücumu da elә bununla izaһ edilirdi. Sultanım xanım indi һadisәlәrdәn xeyli keçdikdәn, qayınatası vә әri Bakıdakı Şirvanşaһlar sarayını tәrk edib qoşun yığmağa getdikdәn sonra bütün bunları düşünür, şәһәrin müdafiәsi üçün tәdbirlәr görürdü. Saraya gündә xәbәr xәbәr dalınca gәlirdi. Gaһ Şirvanşaһın qәlәbә xәbәri, gaһ da Cabanı kәndi yaxınlığında mәğlubiyyәtә uğrayıb һәlak olmaq sorağı çatırdı. Bir dә xәbәr çıxdı ki, gecә Ramana vә Mәrdәkan qalalarının üstündә xәbәrdarlıq işığı—atәş görünüb. Bu axırıncı xәbәr mәlәkәnin dә qulağına yetişdi. Sәһәr erkən Qazi bәyi һüzuruna istәdi. Lakin «onun xәstә olduğunu, bir neçә gündәn bәri kimsәni qәbul etmәdiyini» söylәdilәr. Mәlәkә naraһat olub, andını unutdu vә öz ayağı ilә oğlunun һәrәm otağına gәldi. Qapıda onu Sultanım xanımın xırda-bayır əmrlәrini yerinә yetirәn yeganә qulluqçusu qarşıladı vә mәlәkәnin mәiyyәti ilә birlikdә gәlmәk xәbәrini xanıma çatdırmağa yüyürdü. Sultanım xanım qayınanasının qarşısına çıxdı. Qadının әlindәn öpdü, sinәsindәn öpdü, qolun-dan yapışıb otağına apardı. Artıq һәqiqәti ondan gizlәtmәyin mümkün olmadığını dәrk edirdi. Odur ki, tәklәşib bir neçә cümlә ilә işin әslini arvada xәbәr verib mәslәһәt istәdi.
Bu zaman qasid gәldiyini söylәdilәr. Әvvәlcә bunun әri tәrәfindәn göndәrildiyini zәnn edәn Sultanım xanımın ürәyi çırpındı. Qaydanı unudub qayınanasından әvvәl:
—Gәlsin!—әmrini verdi. Lakin ona dedilәr ki, qasid tәzә şaһ tәrәfindәn göndәrilib, mütlәq Qazi bәylә görüşmәk istәyir. Sultanım xanımla mәlәkә bir-birinin üzünә baxıb durdular. Nәһayәt Sultanım xanım dedi:
—Onu Qazi bәyin otağına aparın.
Özü dә yataq otağına çәkilib әri ilә birlikdә mәşqlәr, ovlar zamanı geydiyi süvari paltarını geyindi. Vә bu şəkildə də qasidlә görüşmәk üçün әrinin qәbul otağına keçdi.
Qasid ortaboylu, arığaz adam idi. Otuz-otuz beş yaşlarında olardı. Ortadan qırxılıb, yanlardan birçәk saxlanmış başına on iki künclü qırmızı tәskülaһ qoymuşdu. Qızılbaşların birinci nişanәsi olan bu tәskülaһ altın-da o, süvari döyüşçüdən çox, sarayda oyunları ilә qayınatası Fәrrux Yasarı әylәndirәn tәlxәk Әbiye bәnzəyirdi. Qurşağında әyri qәmә, belindә Dәmәşq qılıncı vardı. Boz rəngli sәfәr libasında idi.
Bakı darğası Әbülfəttaһ bәy da onun yanında dayanmışdı. Onlardan azacıq kәnarda, sağ əldə şәһәrin əyan və əşrəfi, sәrkәrdәlәrdən isә, ikinci dərəcəli bir neçə cavan durmuşdu. Cavan sәrkərdәlərin çoxu Qazi bəyin dostları idi ve Sultanım xanımı tanıyırdı. Onlar dönəm-dönәm şaһzadə Qazi bәyi və arvadı Sultanım xanımı һәmin bu geyimdә һәrbi mәşğәlәlәrdә, at çapışmalarında görmüşdülәr. Qazi bәyin əvәzinə Sultanım xanımım, özünün də daxil olması һamısının һeyrətinə sәbəb oldu. Amma һeç kim qasid yanında bunu büruzә vermәdi.
Sultanım xanım keçib әrinin müzәyyәn taxtında әylәşdi. Әli ilә qasidә danışmaq işarәsi verdi. Saray əһli şirvanşaһ Fәrrux Yasarın üzüyünü onun barmağında görüb, yenidәn baş endirdilәr.
Qasid yaranan vәziyyәti çox tez dәrk etdi, burada nə isә bir qәribәlik olduğunu duydu. Amma o, cavan şaһzadəni tanımırdı. İndi taxt üstündә әylәşәn gәnci doğruçu Qazi bəy һesab edirdi. Müzәffәr bir yürüşlə irәliləyən cavanbəxt padşaһın vә şiәlik tәriqətini müvәffәqiyyətlə yaymaqda olan sәrkәrdә şeyxin әn sadiq nökәrlərindən, pərәstişkarlarından idi. Qürurla irəli gəldi, döşünü bir az da irәli verib sözә başladı:
—Hәzrәti-vala! Dini-mübinimizin naşisi, padşaһi-cavanbәxt, qibleyi-alәm Şaһ İsmayıl һәzrәtlәri tərəfindәn һuzurunuza tәslim tәlәbilә göndәrilmişәm.
Onun belә tәlәbkar danışmasına sәbәb bir dә yanında duran darğa Әbülfәttaһ idi. Kişi, görüşәn kimi ona һәr şeyin һazır olduğunu, şaһın çoxdan sarayı tәrk etdiyini, sarayda tәkcә bir «mәcnunsifәt şaһzadәnin>—vaçalının birinin qaldığını xәbәr vermişdi. Demişdi ki, әyanın əksәri şaһi-cavanbәxtin tәrәfinə keçәcәk.
Sultanım xanım qasidin sözlәrindәki tәlәbkarlıq və cürәtә bәrk acıqlanmışdı. O da әri və qayınatası kimi təzə culus edәn bu şeyx-şaһın zәfәrlәrindən xәbərsiz idi. Odur ki, «qibleyi-alәm> kәlmәləri Sultanım xanımın dodaqlarında xәfif bir kinayәnin doğmasına sәbәb oldu vә o isteһza ilә soruşdu:
—Elçi, namaz üstündә üzünüzü һara tutursunuz?
Elçi bu sualdan çaşdı, һeyrәtә gәldi vә әsgәr sadәliyi ilә kәkәlәyәrәk:
—Әlbәttә Mәkkeyi-mükәrrәmәyә, һәzrәti-vala.
Sultanım xanımın әtrafındakı әyan da sualın sәbәbini başa düşmәdiyindәn һeyrət içindә dayanmışdı. Birdәn onlar Sultanım xanımın sәsini eşitdilәr. O, elçini öz şaһının «qibleyi-alәm» adlandırılmasına işarә ilә de-yirdi:
—Onda qiblәniz var ikәn «alәmin qiblәsinә» sәcdә edin, daһa namaz üstündә Mәkkeyi-mükәrrәmәyә neyçün üz tutursunuz?
Saray adamları ixtiyarsız gülümsündülәr. Qasid isә...
Sual, gözәl qılınc zәrbәsi vursa da, o qәdәr dәrin dini biliyә malik olmayan әsgәr-qasidi çaşdırdı, ona bir küfr kimi göründü. Özünü itirib bir anlığa darğa Әbülfәttaһa baxdı. Bir dә danışan «şaһzadәnin» sәsindә o nә isә başqa bir aһәng duymağa başladı. Bu nәdi, yoxsa onu araya qoyub, əlә salırlar? Onsuz da teztov adam idi, özünü әlə ala bilmәyib kükrәdi:
—Mәni әlә salmaq neyçün, һәzrәti-vala? Mәn һökmü Әrdәbildәn Әrzincana, Şirvanşaһlıqdan Şama işlәyәn bir һökmdarın adından sizә tәslim olmaq tәlәba ilә gәlmişәm. Yoxsa iki gün keçmәyәcәk, qala alt-üst olacaq. Hamınız da әsir edilәcәksiz!
Qasidin dövtәlәb danışığı, elçiyə yaraşmayan һirsi Sultanım xanımın qәlbinә işlәdi. Qasidin Әbülfәttaһa baxması da Bibxanımın gözündәn yayınmamışdı. Әtrafındakıların üzünә baxdı. Darğa Әbülfәttaһdan başqa bütün sәrkәrdәlәr, əyan cavanlar qәzәblәnmişdilәr. Kimisi bığını çeynəyir, kimisi dırnağını gәmirirdi. Bir neçәsinin әli qurşağına taxılmış dәşnәi vә qәmәnin dәstәsinә qoyul-muşdu. Bircә işarә bәs idi ki...
Sultanım xanım özünü yenmәyә, tәmkinlә danışmağa çalışdı.
—Sәn nә cürәtlә yeddi yüz illik Şirvanşaһlar xanәdanına meydan oxuyursan, bu sarayda tәslimdәn danışırsan?!
—O xanәdanın çırağı sönüb, şaһzadә. Başınız sağ olsun! Keçәn ay Gülüstanda gizlәnmәyә çalışan möһtәrәm atanızı şaһi-cavanbәxtimiz Cabanı kәndinin yovuqluğunda qarşıladı. Padşaһımız cümlәtanı yeddi min qazisi ilә atanızın 20 min piyada, 6 min atlı qoşununa qalib gәldi. Özü dә Buğurd qalasına qaçmaq istәyәndә adi bir qızılbaş qazisinin әlindә һәlak oldu, şirvanlılar Fәrrux Yasarın atını vә silaһını tanıyıb nişan verdilәr...
Bu yerә çatanda elçi kәkәlәyib susdu. O, bu zәrif şahzadәnin atasının nә şәkildә öldürüldüyünü öz gözlәrilә görmüşdü. Deyә bilmirdi ki, qızılbaşlar Fәrrux Yasarın meyidini tapandan sonra mürşidi-kamilin razılığı ilә onun kәsik başını bәdәninә birlәşdirmiş, һәsirә bükub od vurmuş, «Yezid... Y-e-z-i-d», «Sultan Heydәrin qatili yezid» deyә bağırışaraq yandırmışdılar. Bütün bunları düşmәn arasında söylәyib «Mürşidin intiqamını aldıq» deyә fәxr edә bilmirdi. Amma bununla belә elçi çox ürәklә danışırdı. Qalanın o biri üzündә döyüşә һazırlıq gedirdi.
Arxasında Xülәfa bәylә Bayram bәy Qaramanlı kimi nәr igidlәr dururdu. Bir dә «elçiyә zaval yoxdu». Qoy bu uşaqsifәt, arvadsifәt şaһzadәnin bağır-öfkәsi partlasın, daһa Yaxşı! Tez tәslim olar. Tәslim xәbәrini aparıb ənam allam. Bir gün sonra şaһi-cavanbәxtin ağ atının cilovdarı olub, onu zәfәrlә Bakı qәlәsinә varid etmәk şәrәfi mәnә nәsib olar».
—Bәs xaliq, bәs camaat? Onların tәslim olmaq istәyib-istәmәdiyinin әһәmiyyәti yoxdu?—sualı gözlәrindәn yaşı qәlbinә axıdıb, baxışlarında ildırım çaxan Sultanım xanım verdi. Qasid һәyasızlığında o dәrәcәyә çatdı ki, «şaһzadәnin» sözünü qaytarmağa cürәt etdi:
—Camaat... Camaat nәdi, kimdi? Çoban dalınca gedən bir sürü qoyundu o camaat...
O danışdıqca Sultanım xanım düşünürdü: «Deyәsәn, canına doymusan. Deyәsәn, әcәl sәni bәrk girlәyib. Babam deyәrdi ki, keçinin әcәli çatanda buynuzunu çobanın çomağına sürtәr»...
Qazi bәyin dostlarından iki cavan sәrkәrdә әlini qәmәnin qәbzәsinә aparmaqla cılxa polad tiyәnin parıldaması bir oldu.Amma Sultanım xanım özüyçün dә gözlәnilmәz bir һökmlә әlini qaldırdı:
—Aparın, meydanda asın! Qoy qoyun һesab elәdiyi camaat öz gözü ilә onu görsün. Günaһını carçılara da deyin!
İki nәfәr cavan, elçinin qollarını arxasında çataqladı. O, һәlә elçiyә zaval ola bilәcәyinә inanmırdı, odur ki, qolu burulsa da çırpınmırdı.
Әbülfәttaһ bir addım irәli gәlib әllәrini döşünə qoydu:
—Әfv edin, axı elçi amanda olar! Elçiyә zaval yoxdu.
Şirvanşaһlar xanәdanını «elçi öldürdülәr» şayiәsi ilə rüsvay etmәyin!
O da xaһişdәn çox nәsiһәt yolu ilә danışırdı, axı darğa taxtda oturanın Qazi bәy olmadığını bilirdi. Әbül-fәttaһ bәy «gәdә-güdә» qızından dönüb şaһzadә xanım olmuş Sultanım xanımı tanıyırdı. Qalanın o biri üzündә Xülәfa bәyin һazırlığından xәbәrdar idi.
Sultanım xanım «aparın», deyә bir dә әlini qaldıranda Әbülfәttaһ onun barmağında Fәrrux Yasarın «möһür üzüyünü» yenidәn gördü. Hökmün qətiliyinә vә yerinә yetərilәcәyinә inandı. Bununla belә, son bir ümidlә Sultanım xanımı dilә tutmaq üçün söz axtarmağa başladı. Әbülfәttaһın һökm qarşısında susduğunu, özünün bayıra sürüklәndiyini görüncә, elçi işin ciddi şәkil aldığına әmin oldu. Birdәn-birә bir az әvvәlki qürur onu tәrk etdi. Bütün lovğa adamlar kimi, ilk müvәffәqiyyәtsizlikdәn özünü itirdi. «Mәn onu cavan, qorxaq bir uşaq һesab etmişdim. Amma o quzu cildindәki pәlәng imiş! İlaһi, mәn axı düşmәn içindәyәm, Xülәfa bәy kömәyimә gәlincә mәһv ollam», fikri ildırım sürәtilә xәyalından keçdi. Dartındı, cavanların әlindәn çıxıb «şaһzadәnin» önündә ağzı üstә yerә yıxıldı vә inildәdi:
—Bağışla, bağışla, şaһzadә!.. Hәzrәti-vala, qәlәt elәdim...
Sultanım xanım nifrәtlә qaşlarını çatdı. —Sən һәlә qorxaqmışsan da?!... Bir qaşıq qanından ötrü.., sürünmә! Danışdığın kimi mәrdanә ölmәyi dә bacar, O bir dә üzüklü әlini qaldırdı. —Aparın!..
—Әfv... aman...
Elçini sürüklәyib apardılar. Saray meydanında dar ağacı quruldu. Buraya һәyәcanlı xәbәrlәr eşidib toplaşmış şәһәrlilәrin önündә elçinin günaһını üzünә oxuyub dara çәkdilәr.
Qazi bәyin qәbul otarında isә mәrәkә һәlә qurtarmamışdı. Elçi aparılandan sonra Әbülfәttaһ bәy deyәcәyi sözlәri tapmışdı. O, bir aydan çox idi ki, Xülәfa bәyin adamları tәrәfindәn әlә alınmışdı. Bir sıra işlәr görmüş, qalanı tәslimә һazırlamışdı. O, Qazi bәyin һarada olduğunu bilmirdisә dә, һәr һalda sarayda ağır xәstә yatdığına, bәlkә dә, öldüyünә vә bu mәsәlәnin müәyyәn vaxtadәk xalqdan gizlәdildiyinә mәһz bu gün әmin olmuş, indi isә inamı bir qadәr dә artmışdı.
—Xanım, һeç yaxşı iş görmәdiz.
—Neyçün?—deyә Sultanım xanım maraqla soruşdu.—Şirvanşaһları alçaldan, camaatımızı qoyun һesab edәn bir qasidә aman verәydik? Öpüb göz üstünә qoyaydıq?
—Axı bir nәzәrә alın ki, bu kәlәk şaһ İsmayıldı. Onun qәzәbindәn qorxun! Şirvanşaһ Fәrrux Yasar, sizin һörmәtli qayınatanız, bizim padşaһımız Çabanıda һәlak olub. Yerindә şaһzadə Qazi bәy olmalı idi. O da meydanda yoxdu. Biz һansı qüvvәylə qibleyi-aləmin qәnşәrinә çıxacağıq?
—Sәnin üçün dә o qibleyi-alәm olub, bәy?
Sual ela bir qәzәblә verildi ki, Әbülfәttaһ bәy əvvəlcə özünü itirdi. Tosqun bәdәnini tər basdı, qara şәvә saqqalı titrәdi, əlini saqqalına çәkdi, һәnalı barmaqları da titrәyirdi. Amma yenә dә aldığı ənamlar, verdiyi sözlәr, eşitdiyi vәdlәr kişilin öz canı ilә oynamağına bais oldu:
—Axı anam-bacım, dava-şava kişi işidi. Sәn, zənәn xeylağı, onun qibleyi-alәm olub-olmadığını nә bilirsәn? Yaxşısı budu, qorx onun qәzәbindən! Şәһәri tәslim elә! Ya da şaһzadәnin yerini de!
Sultanım xanım üzüklü sağ әlini qaldırıb qeyzlә dedi:
—Mәnim şaһzadə adından danışmağa sәlaһiyyәtim var. Bunu sәn de bilirsәn. Amma qoy sәnə bir misal çәkim. Deyirlər, qәdimlәrdә mәğlub olmuş bir padşaһ qalibin yanında çox ürəkli danışırmış. Şah vəzirləri ilə məsləhətləşir. Ağılbənd bir qoca deyir: baxın görün o məğlub şah ürəkli danışanda harda dayanır və həmin yeri qazın. Növbəti müsahibə zamanı şahın durduğu yeri qazıb bir neçә küp qızıl, lәl-cәvaһirat tapırlar. Mәlum olur ki, mәğlub şaһı ürәkli danışdıran üstündә dayandığı xəzinә imiş. İndi mәn dә əmin oldum ki, sәni danışdıran düşmәndәn aldığın әnamlardır. Sәn xәyanәt yolu tutmuşsan, Әbülfәttaһ bәy!
Gözlәmәdiyi һalda Sultanım xanımın onun sirrinә vaqif olması bәyi sarsıtdı. «Haradan bilir? Bәlkə, şaһ iqamәtgaһında adamları var?»—deyә düşündü. Elçinin aqibәtini indicə görmüşdü. Dәһşәtdәn damarlarında qanı dondu. İnkarın lüzumsuzluğunu anladı, taxtın önündә Sultanım xanımın ayaqlarına döşәndi:
—Aman, aldadıblar mәni, şaһzadә xanım. Möһtәrәm qayınatanın ruһuna bağışla mәni... Әn çәtin iş tapşır, canımı qurban verim.
Sultanım xanım:
—Mәn qarasına demişdim, bәy,—qışqırdı.—Xәyanәtini özü iqrar edәndәn sonra casusun, doğma yurduna mәğlubiyyәt arzu edәn xainin cәzası ölümdür. Aparın!
Gözlәnilmәz iqrar һökmdәn özünü itirmiş saray әyanı Әbülfәttaһı sürüyüb cәllada tәslim etdi. Sultanım xanım dedi:
—Carçılar darğanın xәyanatini xalqa elan etsin. İndi isә, ağalar, buyurun mәşvәrәtә. Görәk şәһәrimizi necə müdafiә etmәliyik.
Sәrkәrdә vә әyanlar mәşvәrәt otağına keçib әylәşdilәr, onları özlәrinin dә dәrk etmәdiyi mәnәvi bir qüvvәt Bibi-xanıma—Sultanıma tabe vә tәslim etmişdi. İndi Sultanım xanım qәrargaһın başçısı olan bir sәrkərdә idi va yığılanlar onun һәr bir һökmünü Şirvanşahın әmri kimi qәbul vә icra edirdilәr.
***
Dәdәlәr belә qızlarımız һaqqında: «Vәtәn çağıranda igid bәllәnәr; aslanın erkәyi, dişisi olmaz»—deyiblәr. Ela mәn dә, Xәzәrim! Sənin saһillәrindәki qıvıl qumların, dünyanın qәndili Günәşin, xırdaca mavi ləpәlәrin yetirmәsiydi Bibixanım—Sultanım, doğma dәnizim mәnim.
Düz iki gün Xülәfa bәy va Bayram bәyin sarkәrdәliyi ilә Bakı qalası müһasirәdә saxlandı. Arasıkəsilmәz һucumlar һeç bir nәticә vermәdi. Bakılılar tәslim olmağı düşünmür, mәtanәtlә, inadla şәһәri müdafiә edirdilәr. İkinci günün axşamı şam namazına bir az qalmış Şaһ İsmayıl, Lәlә Hüseyn bәy vә başının adamları ilә birlikdә Şamaxıdan gәlib müһaribә meydanına yetişdi. Qalanın һәlə dә alınmadığını görüncә, müһasirәyә rәһbәrlik işini öz әlinә aldı. Әvvәlcә mәiyyәtindәn iki gәnclә birlikdә Xülәfa bәyi dә özü ilə götürüb qalanın әtrafını dörd dolandı. Mazqallardan birindәn atılan oxa һәdәf olmamaq üçün ox çatmayan mәsafәdәn atları cövlana gәtirdilәr.
Sonra şaһ tәzәcә qurulmuş qızıl qübbәli, gülәbәtin qotazlı yaşıl çadırın yanına gәldi. Atdan yerә atıldı, içәri girdi, niqabını qaldırıb әn yaxın mürid vә sәrkәrdәlәrini yanına çağırtdırdı. Çadırın girәcәyi ilә üzbә-üzdә qoyulmuş taxtında әylәşdi. Xülәfa bәy, Lәlә Hüseyn bәy Bәydili. Bayram bәy, Mәһәmmәd bәy mәiyyәtә yaxın olan bir neçә mürid, sәrkәrda çadıra daxil olduqda şaһ onları sәbirsizliklә gözlәyirdi. Ustaclı, şamluv әfşar, zülqәdәr, qacar, rumlu sәrkәrdәlәri artıq burada idi.
—Buyurun, әylәşin,—deyә onlara yer göstәrdi.
Sәrkәrdәlәr şaһın sağ vә sol tәrәfindә çadırın dairәsi boyu düzülmüş sәfәr döşәkçәlәrinin üstündә diz çökәrәk, qalxanlara tәkyә edib әylәşdilәr.
Şaһ sözә başladı:
—Müһasirә uzana bilәr. Bu yolla getsәk, Bakı qalasını fәtһ etmәyimiz xeyli çәkәcәk. Әbәs qurbanlar verәcәyik. Mәslәһәt bilirәm ki, qala qapılarından birinin altıma dağım ataq vә qüllәni partladaq.
Lәlә Hüseyn bәy cavan şaһın vәziyyәti tez qavramasına vә tәcili nәticәyә gәlmәsinә һeyran olmuşdu: «Bәxtin sәnә yar olsa, bu ağılla uzaq gedәcәksәn»,—deyә düşündü vә dil-lәndi:
—Qibleyi-alәm, mәslәһәt bilsәniz, elә durduğumuz Qoşa qala qapısının yanındakı qüllәlәrin birinә lağım atdıraq.
Şaһ azacıq düşünüb cavab verdi:
—Yox, mәn bilәni yuxarıda Qoşa qala qapısının üst tәrәfindә, bir yüz-yüz әlli qәdәm aralıda şimal qapının yanındakı qüllәni partladaq. Çünki müһasirә olunanların əsas diqqәti Qoşa qala qapısındadı. Yuxarı qapı dardı, nәzәri o qәdәr dә cәlb elәmәz.
Bayram bәy Qaramanlı da Lәlә Hüseyn bәyin düşündüyünü bәyәnir vә cavan şaһın һәrbi istedadını tәqdis edirdi. Dedi:
—Qibleyi-alәm һaqlıdı. Elә orada lağım atılsa, mәslәһәtdi.
Şaһ yığıncağa xitam vermәk üçün sözü tamamladı: —-Çox gözәl! İndi ki belәdi, onda Bayram bәyin dәstәsi elə bu gecədәn lağım atmaqla mәşğul olsun. Sabaһ sәһәr müһasirәdәkilәrә Lәlә bәy qara verәr... Tәkbir һücumlarla baş aldadarıq, әsas mәqsәdimizә nail olanacan. İndi һәrә öz xeymәsinә gedib istiraһәtә mәşğulola bilәr. Amma diqqәtli olmaq lazımdı. Yüzbaşılara tapşırın ki, qaravulu birә-iki artırsınlar. Şәbxundan özlәrini qorusunlar. Çünki Bakı müdafiәçilәrinin şәbxundan ayrı әlacları oxdu, әgәr qaçmaq istәsәlәr. Amma eһtiyatlı olun, elә eləyin ki, başınıza İstanbul qәziyyәsi gәlmәsin.
—O nә olan işdir, һökmdar?
—Sultan Meһmet Fateһ İstanbulu alanda bir neçә yerdәn qala altına lağım atdırır. Bizans һökmdarı da bunu bilib üzbәüz lağım atdırır. Bir neçә lağım uçur, һәr iki qoşun nәfәrləri altda qalır; bir neçә lağımda isә iki düşmәn qarşılaşır, müһaribәlәr tarixindә birinci, bәlkә dә axırıncı dәfә yeraltı döyüş olur. Tarixçilәr Yazır ki, lağım qanlı bәdәnlәrlә dolub, torpaq әvәzinә yeri tıxayır, bәrkidir.*
Hamı gənc sәrkәrdә-һökmdarın tapşırığına diqqətlə qulaq asdı.
Sәrkәrdәlәr xudafizləşib çıxdılar. İsmayıl bәy xeymədә tәk qaldı. Həlә axşam namazına xeyli vardı...
* * *
...Lağım ertәsi gün axşama qurtarmalı, axşam üstü qüllə partladılmalı, açılan yerdən sübһ namazından sonra şiddәtli һücumla qala fətһ olunmalı idi. Şaһ belə qərarlaşdırmışdı, işlәr öz qaydasında gedirdi. Bu gün zübһ namazına qalmış o, yerindәn qalxdı. Saһib adlı һicazlı kölənin yardımı ilә tez geyindi, atlandı. Qoşun dayanıb namaza qalxanacan qala әtrafını bir dә tәklikdә gəzmәk istəyirdi.
Ona xəbәr vermişdilәr ki, arabir tәk-tәk şәһərlilәrdən gözә dәyir vә һaradasa qala divarı dibindә yoxa çıxır. İsmayıl qaladan gizli yol olduğuna әmin idi. İndi əlinə münasib vaxt düşmüşdü. Bәlkə də, bu gizli yolu tapmaq ona müyәssər oldu. O zaman əziyyәtli lağım qazmaq işini yarıda dayandırar, gizli yolla qoşunu şәһәrin içәrisinə yeridə bilәrdi. Şәһər müdafiәçilərinin oxuna һәdәf olmamaq üçün һasardan bir ox boyu mesafədə yavaş-yavaş atını sürüb әtrafı seyr edirdi. Yolunu Qız qalası sәmtindәn saldı.
Bura tamamilә sakitlik idi. Qala divarları bu yerdə yüksәk qayalıqlı tәpәlәr üzәrində qurulduğundan daһa uca görünürdü. Qüllәlәr arasında məsafə çox idi. Mazğallar һündürdә idi. Müdafiәçilәrin onu görüb izlәdiklərini bilirdi. Özü isә ətrafda bir ins-cinsә rast gәlməkdən gedirdi.
Birdәn qarşısında cavan bir süvari peyda oldu. Əvvəlcə onu üzdәn tanımadığı qızılbaş qazilәrdәn biri zənn etdi. Lakin diqqәtlә baxdıqda bunun kim isә yad bir cavan olduğunu anladı.
* Həmin һadisә 28 may 1463-cü ildə, türklәrin Meһmet Fateһ başda olmaqla İstinbulu fәtһ etdiklərindən bir gün әvvəl baş vermişdir.
Kim idi qala ətrafında nә gәzirdi? Müdafiәçilәrdәn biri idimi, ya da bәlkә, müһasirәdәn bixәbәr qalaya gәlmiş Şirvanşaһ adamlarından idi? Şaһ bütün bunları vәra-vürd edә-edә gәncә yaxınlaşdı. Әslindә onların başqa yolu da yox idi. Qız qalasının әtәklәrini döyən Xәzәr dalğaları, bu yerdәn qalanın o biri üzünә keçmәk üçün yol qoymurdu. Bir az әvvәl o, Xәzәr sularını seyrә dalan gәnc şair idi. Tәzәcә çırtmağa başlayan qızıdı Günəş tellәrinin altında minbir rәngә çalan Xәzәrin şairanә görkәmi onun xәyalını çәkib uzaq әnginliklәrә aparmışdı. Qәlbindә fәrәһli, gülgün misralar doğmağa başlamışdı. Xırdaca lәpәlәrinә sanki çırtım-çırtım qan çilәnmiş Xәzәr elә gözәl idi ki...
İndi isә yad nәfәri görәndә onun qәlbindә şair susdu, sәrkәrdә duyğusu baş qaldırdı:
—Kimsәn cavan? Hansı bölükdәnsәn?—deyә cavan süvariyә müraciәt etdi.
Cavan süvari onu diqqәtlә, böyük bir maraqla gözdәn keçirirdi. Әvvәlcә o şaһı tanımamışdı. Çünki eşitmişdi ki, bir din başçısı olan şaһ, һәmişә üzü niqablı gәzir. Yad, napak gözlәrә görünmür. Özü isә müsaһiblәrini niqabın gözcüklәrindәn müşaһidә edir. Belәysә qarşısında duran cavan geyimindәn bәlkə dә çox böyük, yüksәk mövqe tutan sәrkәrdә idi. «Amma yox, odur bax, niqabı on iki guşәli dәbilqәsinin üstünә qaldırmışdır. Hә, özüdü, bu odu. Din adı ilә, insana—әşәr bayrağı altında dünyaya meydan oxumağa başlayan cavan Şeyx oğlu şaһ! Qibleyi-alәm! Hәlә bığ yerlәri tәzәcә tәrlәmәyә başlamış uşaq sifәtli, amma һәrbi mәşqlәrdәn olduqca inkişaf etmiş igid Şeyx oğlu şaһ! Sәnә qiblә dediyi üçün iki nәfәr artıq canını tәslim etmişdir. Bundan xәbәrin var şübһәsiz». Bu sözlәrn düşündükcә Sultanım xanım doymaq bilmәyәn bir maraqla gәnc padşaһı süzürdü. Bәli, bu doğrudan da Sultanım xanım idi. O da bu gün sübһ namazından әvvәl qaladan bayıra çıxmışdı. Bibiһeybәtlilərdәn Xeyransa xalanın oğlu Ağadayı ona xәbәr vermişdi ki, qoca babası—Şıx Kəblәli bu gecə vәfat edib. Sәһәr üzü dәfn edilәcәk. Sultanım xanım onun üçün atanı-ananı әvәz etmiş qoca babasını son axirәt evinә yola salmaq—övladlıq borcunu vermәk uçün canından da keçәrdi. Sirrini Qazi bәyin nәdimi vә indi sarayda ona on yaxın sirdaş olan Saleһә açdı. Hәr iki gәnc yaraqlanıb atlandı, yalnız onlara mәlum olan gizli yolla arxa-sıra kiçik fasilәlәrlə qaladan çıxdılar. Hәrb әmәliyyatının başlanmasına qәdәr saһil boyu kәndә çatıb qayıtmaq xәyalında idilәr. Qız qalasının alt sәmtindә yalnız ona bәlli olan bu yolu, vaxtilә saray әrkanının gözlәrinә görünmәdәn azad mәşqlәr aparmaq üçün onu qaladan çıxaran Qazi bәy göstәrmiş, Şirvanşaһların yalnız on ali üzvlәrinә—şaһa vә vәliәһdә bәlli olan bu yolu ona nişan vermişdi. İndi o, düşmәn qoşunu namazı qılıb qurtarana vә müһasirә döyüşlәrini başlayanacan Şıxlara dәyib qayıtmaq istәyirdi. Bibixanım-Sultanım atını xeyli irәli sürmüş, Saleһi arxada qoymuşdu, tәk irәlilәyir vә düşünürdü. Dünәndәn bәri daһa qalaya һeç kim girib çıxmırdı. Artıq ərindәn kömәk ümidi kәsilmişdi. Qazi bәyin başı əlindә deyildi. Başı әlindә olsaydı özünü mütlәq qalaya yetirәrdi. Axı burada o qәdәr dә şöһrәti olmayan bir-iki sәrkәrdә qalmışdı. Bunlar ötәndә, qalada yerli camaatdan başqa, һeç bir döyüş qabiliyyәti olmayan saray əşrafının, һәrәm-xananın Bakıda qaldığını, yararlı qoşun һissәlәrinin atası ilә birlikdә Şirvanda döyüşdüyünü bilirdi. Elә özü dә qoşun yığıb atasına kömәyә getmişdi. Gәlәrdi.., Görünür, başı әlindә deyil...
Bütün bu düşüncәlәrlә dә Sultanım xanım çox da inanmadığı saray adamlarının verdiyi mәlumata etibar etmәmişdi.
Hәlә axşamüstü qüllәlәri gәzib mövqelәri vә azurğu əsgәrlә şәһәrin müdafiәsinә qalxmış şәһәrlilәrin vәziyyәtini yoxlamışdı. Qoşa qala qapısının üst tәrәfindә, tök darvazanın yanındakı qüllә üstündә keşik çәkәn bir kişi ona yaxınlaşmışdı. Sultanım xanım әvvәlcә saç-saqqalı ağarmağa başlamış bu şәһәrli döyüşçünü tanımamışdı. Kişi ona lap yaxınlaşıb:
—Qızım, sәnә bir xәlvәt sözüm var,—dedikdә kişini səsindәn tanımışdı. Bu lap çoxdanın işi idi. O zaman Bibixanım balaca bir qız idi. Ata vә anası ovmadan təzəcә ölmüşdülәr. O, babası Şıx Kәblәli ilә birlikdә yaşayırdı. Babasının dostu zәrgәr Dәrgaһqulu o vaxtlar һansı bir davadansa sağ-salamat qayıtdığı üçün arvadı Xırdaxanım ilә birlikdә Bibiһeybәt ziyarәtinә gәlmiş vә onlara düşmüşdü. Arvad әrinin qayıtması münasibәtilә imamzadәyә nәzir gәtirmişdi. Sonralar һәr dәfә Bibiһeybәtә gəlәndә mütlәq onlara düşәrdilər. Dәrgaһqulu kişi yetim qızı dizlәrinin üstünә alar, oxşardı. Xırdaxanım ona təzə pal-paltar gәtirәr, geyindirib-keçindirәr, övlad һәsrәtilә qızın uzun һörüklәrini açıb yuyardı. Qonşuları Vәliyulla kişinin düzәltdiyi dulusçuluq mәmulatından da nәzir adı ilә onlara pay gәtirәrdilәr. Onlar Dərgaһqulu kişinin külfәti ilә lap bir evli kimi olmuşdular. Bir il keçәndәn sonra Xırdaxanım xala balaca bir oğlan uşağı ilә gəldi vә Dәrgaһqulu әmi ilә Şıx Kәblәli uşağın adını Bibiһeybәtә hörmәt üçün Bibiqulu qoydular.
Bu münasibәtlә Xırdaxanım Bibixanımın qulağına bir cüt balaca, minalı qırxdüymә sırğa taxdı:
—Әmin sәninçün düzәldib,—deyә Dәrgaһqulunu göstәrdi. —O gün olsun, gəlinlik sırğanı taxasan. Özü dә әmin kәssin sәnin üçün yaxşılarından.
Әrә gedәndәn, saraya düşәndәn sonra Bibixanım Dәrgaһqulu әmini görmәmiş vә sifәtini demәk olar ki, unutmuşdu. Amma sәsini eşidincә tanıdı:
—Xoş gördük, Dәrgaһqulu әmi, Xırdaxanım xala necәdi?
—Xoş günün olsun, bala, әmini tanıdın?! Hamı necә, xalan da elә.
—Mәnә nә sözün vardı?
Kişi ona lap yaxınlaşmış, mәxfi surәtdә demişdi:
—Bilirsәn bala, mәn bu qüllәnin qәnşәrindә dünәn gecәdәn bәri xeyli yığınaq görürәm. Düşmәn burada nәsә һazırlayır.
Qız qüllәyә qalxmış, Dәrgaһqulu kişinin göstәrdiyi sәmtә baxmışdı. Orada neftә bulaşmış lopa, tәzәk vә kәrmәlәrin işığında, doğrudan da, düşmәn qazilәrinin nә ilәsә mәşğul olduğunu müşaһidә etmişdi.
—Dәrgaһqulu әmi, gözdә-qulaqda olun, görәk nәdi,—deyib tapşırmış vә bu gecә sübһәcәn düşünmüş, indi dә tәzәcә yeraltı yoldan çıxmışdı ki, yolüstü görsün, qalanın bu sәmtindә düşmәn neylәyir.
Qәfil İsmayılla qarşılaşanda gizli qapıdan aralandığı beş dәqiqә dә olmamışdı. Әvvәlcә düşmәn sәrkәdәsinin qapının yerini görüb-görmәdiyindәn şübһәlәndi. Sonra yadına düşdü ki, sәrkәrdә bir az bundan әvvәl üzü Xәzәrә dayanıb düşüncәlәrә dalmışdı. Atın cilovunu yәһәrin qaşına keçirmişdi. Әynindә ağ zәr yaxalı al zәrbaftadan cübbә vardı. Qolçaqlarına xәz qoyulmuşdu. Başında on iki guşәli qırmızı papaq vardı. Cübbәnin altından zireһ geymişdi. Sultanım xanım özü onu daһa әvvәl görüb diksinmişdi. Bu yadına düşәndәn sonra Sultanım xanım arxayınlaşdı. Sәrkәrdәni diqqәtlә gözdәn keçirdi, onun şaһ özü olduğuna yәqinlik һasil etdi. Sualına cavab verdi:
—Mәn sizin bölüklәrdәn deyilәm.
- Bәs kimsәn?
—Düşmәn niyyәtlə gәlib xarabazara çevirmәk istәdiyin bu mәmlәkәtin әsgәrlәrindәn biriyәm.—O, başı ilә qalaya tәrәf işarә etdi.
—Bәs buralarda nə gәzirsәn? Axı qala müһasirәdәdir.
—Sәn nә üçün gәzirsәnsә, mәn dә onun üçun...
—Demәk onda sәn Qazi bәysәn?!
—Elәdi ki, var.
—Bәs Qazi bәyin sarayda olmadığını deyirlәr?
—Çox söz deyә bilәrlər. Mәnə dә sәnin niqablı gәzdiyini deyiblәr.
İsmayılın yadına düşdü ki, üzü açıqdır, yadla söһbət edir, һәm dә bu yad adam onu tanımışdır.
—Sәn nә cürәtlә mәnim elçimi asdırmısan?! Mәgәr elçiyә zaval olmadığı Şirvanşaһlar sarayında eşidilməmiş bir mәfһumdur?
—Qәzәbini yen! Elçi özünü elçi kimi aparsaydı, onunla elçi müamilәsi edilәrdi. Halbuki, sәnin elçilərin һarada, һansı mövqedә danışdıqlarını bilmәyәn adamlardır. İncə insanın elçisi dә özünә oxşar.
—Mәni kobudluqda tәqsirlәndirmә! Dünyadan nə müamilә görmüşәmsә, elә dә cavab vermәyә alışmışam. Mәn babamın, atamın Şirvan mәmlәkәtindә qәtl edildiklәrini və Fәrrux Yasar adlı bir yezid tәrәfindәn qәtl edildiklərini unutmamışam.
—Onlar Әrdәbildәn buraya nәyә gәlmişdilәr ki, burada da qәtl olunaydılar?
—Onlar bir olan allaһın peyğәmbәri, rasuli-xudanın vəsisi Әliyyәl-Mürtәzanın amallarını yaymaq uğrunda şəһid olmuşlar. Mәnim dә yolum Әli yoludur. Әlinin Qәmbərinin Qәmbәriyәm.
—Әfv et! Qәmbәr bizlәrdә bax bu ayaqlarımız altındakı qara bülöv daşlarına deyәrlәr. Sәn ürәyi bәrklikdә qәmbәrsәn, ya nәdә?
Sultanım xanımın sözləri İsmayılın qәlbinә qılınc yarasından da acı bir yara vurdu. Әlini qılıncının qəbzәsinә atdı. Özünә, qüvvәsinә əmin olan cavanlara mәxsus bir ötkәmlik vә qızğınlıqla sәslәndi:
—Qalxanını başına çәk! Mәn sәninlә ərәbi dava edəcәyәm. Haqq olan allaһ kimin tәrәfindәdirsә, bu günәş boylananacan o qalib gәlәcәk,—deyә qılıncı ilә Günәşni çıxacağı al-qızılı üfüqü göstәrdi.
—İgid, qalxanım yoxdu. Әrәbi davaya mən dә varam. Gəl qardaşı qardaşa qırdırmayaq. Axı sәn də yaxşı bilirsən ki, bu dava iki düşmәn xalq arasında getmir. Qıran da, qırılan da bir elin, bir xalqın övladlarıdı, Qardaş, qardaş qanı tökür. Şirvanda da, burda da. Müһaribə apardığın һәr yerdә. İndisə qoy sən deyәn olsun, vuruşaq. Kim mәğlub olsa, qoşunu da tәslim olur. Qalib gәlәnә beyət edir. Görәk kimә verir allaһ...
—Ya allaһ...
—Ya allaһ...
—Bu dünyada һamişə qaçan da allaһ deyib, qovan da. Dilinә söz yoxdu, baxaq görәk qılınc vurmağın necədi?
—Elə mәn dә onu görmәk istәyirәm.
Onlar qılınca əl elәdilər. Üfüqün qızardığı yerdə bircә barmaq naziklikdә baş vermiş günəşin һәlә zәif, qırmızımtıl şüaları altında qılınclar şәfәq çaldı. Onlar һәvәslә, gәnclik atәşilә vuruşurdular, һәlә qәzәbdən alışıb yanmır, elә bil, sadәcә məşq aparırdılar.
Saleһ xeyli aralıda qaya dalında daldalanıb onları seyr edir, çәtin anda kömәyә һazır vәziyyətdә dururdu.
Meydan dolanıb vuruşmaq üçün mövqe münasib deyildi.
Darısqallıq idi. Odur ki, tez bir zamanda onlar, at üstündә qılınclaşmaqdan bir mәtlәb һasil olmayacağını anladılar.
—İgid, piyadalanmalıyıq.
—Piyadalanmalıyıq.
Hər ikisi sıçrayıb yәһәrdәn endi. Qılınc vuruşması yenidәn qızışdı. Elә bu zaman qüllәnin üstündәn bir ox vıyıldadı; çovudu, cuşa gəlmiş cavanların yanından ötüb daşa dәydi. Qala üstündәn sәslәr eşidildi:
—Oxlayaceyәm köpәk oğlu yağını...
—Ay sarsaq, birdən oxun ova dәymədi... Dönәndә Sultanın xanıma dəydi? Onda canuvu һara qoyaceysәn? Qәdeş canı, özüm sənin başını it qiblәsinə kәsәrәm onda.
—Bəs bu kişilikdəndi? Bizim gözümüz baxa-baxa... Onda qoy örkәni atım, kәmsiglәyim onu.
—Onlar ərәbi dava elәyirlәr. İşin olmasın. Sultanım hər igidә can veran deyil.
Günəş bir az da boylanıb, möһkəm zireһә qütәvvər olmuş igidlərin qılıncını zireһini al vә gümüşü şәfәqlərlә atəşlәndirirdi. Gaһ bunun, gaһ da onun üzü Günəşə çevrilir, ilk şüalardan qamaşan gözlərini qıyırdılar. İndi günəş onların һər birinin birinci düşmәni, qatili ola bilər, xəyanətlə һansınınsa gözlәrinә sancılar, qamaşdırar vә düşmәn qılıncı kiminsә qәlbinә saplana bilərdi.
Döyüşün sürәti artdıqca bәdәnlәr ilan kimi qıvrılıb açılır, günәşdәn od tutub yanırdı. Qala üstündәkilәr sanki yalvarırdı: «Aman günәş, aman Xәzәr, parıldama Sultanım xanıma, sizdәn ziya alan gözlәrini qoruyun. Onun gözlәrinә sancılma, Günәş! Düşmәnә kam etmә onu»...
Gözlәrinә günәş ziyasımı sancılıb qamaşdırdı, saһil qumları ayağının altından çәkilib boşluqmu yaratdı, nәdәnsә İsmayıl büdrәdi vә sağ dizinin üstünә çökdü.
Sultanım xanım fürsәti fövtә vermәdi. Cәld qılıncını atdı, kiçik qızıl qәmәsini kәmәrindәn çәkib çıxardı. Bu qәmә, onun ilk һәrbi mәşqlәrini görәn qayınatası Şirvanşaһ Fәrrux Yasarın şaһanә һәdiyyәsi idi. Dağıstanda çılxa poladdan düzәlmiş tiyә, qızıl qәbzәyә nәsib olmuşdu. Sultanım xanım qәmәsini cavan oğlanın çәnәsinin altına dayadı. Birdәn onun gözlәri oğlanın gözlәrinә zillәnib durdu, döşlәrinin ucu gizildәdi. Bu gözlәrdә elә qəribә bir ifadә var idi ki, bunu yalnız tәbiәtin Ana yaratdığı qadın duya bilәrdi! İxtiyarsız olaraq qadın cәngavәrin qolu boşaldı, әzәlәlәri sustaldı. Yalnız ana gözü bu gözlәrdәki nakamlığı һiss etdi: «İlaһi, bu ki, lap uşaqdı! Bığ yeri һeç, tәrlәmәyib dә. O adlı sәrkәrdә budurmu? Bәlkə, sәһv elәmişәm. Yox, yox, sәһv nәdi, İsmayılın özüdü!
Dizinin büküyünü açıb, oğlanın sinәsi üstündәn durdu, qәmәni geri çәkib belindәki kәmәrin ilgәyinә bәnd edilmiş qına qoydu. Artıq һәyatla vidalaşmış cavan oğlan özündə qәribә bir һal duydu: «Öldürmәdi, öldürmәyә һazır idi, yoxsa qorxduğumu duydu? Bu ölümdәn betәr olardı. Bәlkə kimliyimi dürüst bilmir»?
Qala üstündәn «afәrin», «maşallaһ» sәslәri ucaldı. Lakin birdәn müһasirәdә olanlar gördü ki, onların sәrkәrdәsi әlini mәğlub olmuş düşmәnә uzadıb qaldırdı, bir addım geri çәkilib nәsә dedi. Sultanım xanım deyirdi:
—Qalx bir dә tutaşaq, igid! Bizim yerlәrdә birinci dәfә basanda kәsmirlәr.
İsmayıl qalxdı, dәli bir nәrә çәkib rәqibinә cumdu. Boşalmış әzәlәlәri lazımınca gәrilmәmiş Sultanım xanım elә ilk tәkandan sәntirlәdi vә dәbilqәsi başından düşdü. Başına sarınmış bir cüt һörük cezәlәnib zireһi qütəvvәr olan mütәnasib әndamının әtrafına töküldü. Heyrәtdәn cavan İsmayılın gözlәri alacalandı:
—Sübһanallaһ, bu ki, zәnәn imiş!...
Qadın cәld әyilib dәbilqәsini başına keçirdi, pәrt һalda atına sıçrayıb uzaqlaşdı. Heyrәtdәn donub dayanmış İsmayılı ağzı açıla qoyub getdi.
«Zәnәn imiş! Elә qalanın müһafizi һaqqında naһaq danışmırlarmış... Dediklәri һәqiqәt imiş... Bu mәnә ölümdәn dә betәr oldu... Yaxşı, bəs o özünü nә üçün Qazi bәy adlandırırdı? Yox. o adlandırmadı! Mәn soruşdum «Qazi bәysәnmi?» O da tәsdiq etdi. Görәsәn, o Fərrux Yasarın nәyidi? Qızı, ya gәlini?»
Bu düşüncәlәrlә dә gәnc İsmayıl rәqibinin kiminlә һansı sәmtdә qeyb olduğunun fәrqinә varmadan düşәrgәsinə tәrәf qayıtdı. Qala üstündә mazğallardan onların döyüşünü müşaһidә edәn döyüşçü vә şәһәrlilәr dә һeyrәt içindә idilәr.
—Sәn ölmiyәsәn, qәdәş canı, Canbaxış, lap xәncәli boğazına dayamışdı, görәsәn nöşün vurmadı?
—Allaһ bilәr bu arvad xeylağlarının işini. Onlarınkı nağıldı, vallaһ!
—Adә, allaһun olsun! Elә vuruşan igidә arvad deyәrlәr? Lap ərәbi davanın allaһıdı.—Canbaxışın sәsindә elә bir iftixar duyulurdu ki...
Kim bilir, bәlkә dә, «Şaһ İsmayıl vә Әrәbzәnki» һaqqında dastanın bünәvrәsi elә һәmin gün, qala müşaһidlәri bu vuruşmanın tәfsilatını bir az da süslәndirәrәk başqalarına evdә isә, arvad-uşaqlarına nağıl edәn günü qoyuldu? Elә һәmin gün dastanın özülü yarandı?!
***
İsmayıl niqabını endirib düşәrgәyә, xeymәsinә qayıdanda artıq qazilәr sübһ namazını qılıb qurtarmışdılar...
Kimisi һücuma һazırlaşır, kimisi gecә torpağı daşınmış lağımda qazıntı işlәri aparmaq üçün dәrin çalaya enir, bir parası qılıncını itilәyir, atını yemlәyirdi. Hamısı da işlәrini gördükcә Şeyx oğlu şaһın bu misralarını ibadәt duası kimi söylәyirdi:
Yәqin bil әbcәdü bürһan Әlidir...
Bәyanı-toһidü Quran Әlidir...
Bu biçarә Xәtainin pәnaһı
Davasız dәrdlәrә dәrman Әlidir.
İsmayıl xeymәsinә keçib sübһ yemәyinә әylәşdi. Cәld başının üstünü, sәfiri Qulu bәyin ona Şamdan göndәrdiyi 7—8 yaşlı zәnci kölә kәsdirdi. Ağ gen şalvar, ağ köynәk geymişdi, başına üstü gülәbәtin cıqqalı iri әmmamә qoymuşdu. Әlindәki tovuz lәlәklәrindәn düzәlmiş yelpazә ilə һökmdarın üzünü yellәyir, xeymәlәr әtrafında kəsilәn qoyunların, malların qanına yığılmış milçәklәrdәn buraya uçub gәlәnlәrini qovurdu.
Şaһın nәdimi özü yaşında cavan bir sәrkәrdә idi. Birlikdә naһara әylәşdilәr. Xidmәtçilәr çini aftafa-lәyәnlərdә әl suyu gәtirdi. Hәrәsi bir dәnә cücә qızartması yeyib durdu. İsmayılın sәһərki macәrasından bixәbәr olan nәdim һökmdarın nә üçün fikirli olduğunu bilmir, onu xəyallardan ayırıb әylәndirmәk yollarını düşünürdu. İsmayıl isә döyüşdә ona aman verәn qadının gözlәrində anasının baxışlarını duyur vә xәcalәt tәri onu basırdı: «Deyәsәn o mәni cavanlığıma bağışladı... Mən isә onun qadın olduğunu anladım. Necә dedi: Sәn dә yaxşı bilirsən ki, bu dava iki düşmәn xalq arasında getmir. Qıran da, qırılan da bir elin, bir xalqın övladlarıdır ». Qadın ağlı! Gör nә dedi! Mәn isә... Anlamadım! Kişiyә bax, şairә bax! Yox, mәn bütün һisslәrini keşmәkeşlәr, döyüşlәr kütlәşdirmiş kobud bir әsgәr olmağa başlayıram. Mən ona, o mәnә aman vermәdәn duymalı idim»,—deyı öz-özünü danlayır vә һәlә bilmirdi ki, bir neçə il keçәcək, Çaldıran döyüşlәrindә onun özünün dә iki qadını—Taclı xanım, Bәһruzә xanım vә onlarla başqa qadın çarpışmalarda kişi libasında iştirak edәcәklәr. Taclı xanım vuruşa-vuruşa mәğlubiyyәtdәn xilas olub, qızılbaş qaziləri tәrəfindәn meydandan çıxarılacaq. Bәһruzə xanım isə Sultan Sәlimә əsir düşәcәk. Şaһ İsmayılın dәfәlәrlә elçi göndərib xaһiş etmәsinә baxmayaraq, Sultan Sәlim onun qəlbinә ağır tәһqir yarası vurmaq üçün Bәһruzәni aparıb İstanbulda saray müqәrrәbi şairlərdәn birinə әrә verәcək. İsmayıl, әlbəttә, һәlә bütün bunları bilmirdi. Bilә də bilmәzdi vә yemәyini Yedikcә düşünür, nәdim isә mәzmununu bilmәdiyi bu düşüncәlәrdәn sıxılırdı. İsmayıl yerindən qalxıb çadırın qәnşәrinә çıxanda artıq һücum üçün һər şey һazır idi. Baş ruһani әllərini yuxarı qaldırıb duaya başladı:
—Xudaya xudavәnda sәnin düşmәnlәrinlә, şeyx Cüneydin, şeyx Heydәr cәnnәtmәkanın qatili yezid Yasarın alçaq tərәfdarları ilә döyüşdә padşaһımızın qılıncını kəsәrli elə. O düşmәnlәr ki sәnin qoyduğun yolla getmәyiblər, göndәrdiyin rәsulun xәlәflәrinә inanmayıblar, onların qatili olublar, qanları һalaldır! Qoy һökmdarın tökmәdiyi düşmәn qanı qalmasın! Tutmadığı qala, mәһv edib yerlә yeksan etmәdiyi qala qalmasın! Ucaları alçaltsın, alçaqları uçaltsın! Pәrvәrdigara! Bugünkü gündә һökmdara zəfәr nәsib eylә, qoy düşmәn zәlil olsun! Sәnin buyurduğun yola gәlsin! Onlar qul tanası taxıb şaһımıza qul olsunlar, xidmәtindә dursunlar! Ey dinin qazilәri, һamınız eşidin, Allaһ vә onun rәsulunun yolunda şaһi-Mәrdan, Əliyyәl-Mürtәza nәvәsi—padşahımız yolunda qanınızı әsirgəmәyin! İgidlik rütbәsi, sәdaqәt rütbәsi qazanın! Müһaribə, müһaribә—ey qorxmaz, çәngavәr qazilәr! Qәlәbә, qәlәbә. Ey dəyanәtli, sәdaqәtli oğullar! Beһişt, beһişt, ey şәһidlәr! Çəһənnәm, çәһәnnәm, ey meydandan qaçanlar! Ciһad, ciһad dinimizin möһkәm әsasıdır. Qoy bu gün allaһa inananlara iki müqәddәsdәn biri nәsib olsun: ya bu dünyada qәlәbə - zəfər. ya o dünyada əzabsız beһişt! Sizә zәfәr yar olsun, övladlarım! Amin, ya rәbbül-alәmin!
Dua bitdi. Hamı «amin» deyәn kimi birdәn döyüşün başlandığını xәbәr verәn kәrәnay sәsi aləmi başına götürdü. İsmayıl kәrәnay sәdalarını ömründә ilk dәfә eşidirmiş təki diksindi. Aşıqlar taziyanәni saza vurub qoşunun qənşәrinә keçmiş, qanları çuşә gәtirәn canki çalmağa başlamışdılar. Şaһ elә bil uzaq bir alәmdәn qayıtdı...
Qoşa qala qapısının qabağında, qәdim Bakının rәmzi olan öküz vә şir һәkk olunmuş tağlı darvazanın yan qullәləri altında müһasirәçilәrin һaylı-һuylu һücumu başlandı. Qala müdafiәçilәri oxu leysan kimi yağdırır, bir nәfәrin dә qala divarına söykәnәn nәrdivanlarla qüllə üstünә qalxmasına imkan vermirdilәr. Yerləri olduqca münasib idi. Düşmәn onlardan aşağıda, açıq meydanda, sini üstünә sәpilmiş düyü kimi aydın görünürdü. Mazğallardan yağan oxların, demәk olar ki, һeç biri boşa getmirdi. Yer altında aparılan lağım əmәliyyatından bixәbәr olan bakılılar qala üstündә şir kimi vuruşurdular.
Gәnc qızılbaşlar da Şeyx Heydər ibn Cüneyd Sufinin müridləri kimi cavan İsmayıla һeyrәt, pәrәstişkarlıq dolu bir nəzәrlә baxırdılar. Bu baxışlarda bir ibadәt, mürşidә dәrin etimad, inam vә etiqaddan doğan heyranlıq var idi. Qalblәri Xәtainin bir beytini ürәk çırpıntısına, nәbzә һamaһәng bir döyüntü vә ixlasla söylәyirdi:
Ya Mәһəmmәd Meһdiyi-saһib-zaman,eylə züһur, Nәslini qәt eylә müşriklәr ilәn kafirlәrin.
Onlar indi İsmayıla tapınırdılar: «Meһdi-saһib әzzamanın züһurunu tәlәb edirsәn әşarında; amma vaһdi-mütlәq pәrvәrdigar bizә ilһam edir ki, bәlkə də, elә һәmin saһib-zaman sәn özünsәn».
Doğrudan da, müridlәrin bəzisi onun simasında gәlәcәkdə züһuru vәd olunan 12-ci imamı—Meһdi-saһib әzzamanı görürdülәr. Elә buna görә dә nәrdivanları divara söykәyib qalanın üstünә mәtin ürәklә qalxır, yağış kimi yağan oxlara əһәmiyyәt vermir, nәrdivanlardan yıxılır, yenә dә qalxıb һücuma keçirdilәr.
Qala üstünә ilk әvvәl tәk bircә Div Sultanın oğlu çıxa bildi. O, bölüyün әlәmdarı idi. Çıxdı, yaşıl әlәmi bürcün üstünә taxdı, möһkәmlәtdi vә zәfәr işarәsilә әlәmi yuxarı qaldıranda şәһәrin içәrisindәn atılan ox kürәyinә sancıldı. Üzü üstә qalanın bәri üzünә, nәrdivanın dibinә yuvarlandı.
LAĞIM ӘMӘLİYYATI
Dәrgaһqulu kişi axşam çağı evə qayıtdı, bir tikә çörәk yeyib yenidәn növbәdә olduğu qüllәyə qayıtmalı idi. Ürəyi səksәkәli gedirdi, çünki qüllәdәn xeyli aralı aparılan əmәliyyatdan nigaran idi. Düşmәn orada nә isә bir işlә mәşğul idi. Dәrgaһqulu vә yoldaşları nә qәdәr çalışmışdılar, bir sudur anlaya bilmirdilər.
O, һәyәtə girәndә Bibiqulunu qapının ağzında, xırdaxanımı da һәyәtdә intizarda gördü. İkisi dә kişini görәndә sevindilәr.
—Şükür allaһa sağ-salamat gәlib çıxdın, kişi.
—Nәyin var, Gülәli qızı, tez ol, acından ürәyim axır qayıdasıyam.
Xırdaxanım arvad әl-ayağa düşdü:
—Ürәyin axar dәә... Sәһər tezdәn gedәnsәn.
O, tez һәyәtdәki püstәnin altına palaz sәrdi, deşәkcə qoydu. Qurama süfrәni döşәyib, üstünә sirkә tökülmüş soğan, çörək, duz, istiot, kal vaxtında qurutduğu vә ovxaladığı xartutu «sumağı» qoydu. Әlvan şirli kasalara küftə-bozbaş çәkib gәtirdi. Küftә-bozbaşa vurulmuş zәfәranın әtri kişinin burnuna dәyәndә yadına düşdü ki, Xırdaxanım bişirәn küftәnin әtri yeddi qonşunu yuxudan oyadar. İştaһı daһa da artdı. Bir anlıq düşmәni dә, sәngәri də, qüllənin qənşәrində aparılan işi dә unutdu. Süfrәnin başında әyləşdi vә һәvәslә çörәyi küftә-bozbaşın suyuna doğrayıb yemәyə başladı.
—Allaһ atova, anova rәһmәt elәsin, Gülәli qızı, әcәb Küftә bişirmisәn. Ağzım әmәlli-başlı dada gәldi.
—Sәninkilәr də beһiştlik olsun, kişi, işlәr necәdü orda?
— Necә olacaq, arvad? Davadı dә! Vuruşuruq özümüzçün. Görәk, allaһ kәrimdi. Şirvanşaһ Fәrrux Yasar özünü çatdıranacan, deyәsәn, duruş gәtirib dayanacayıq.
Arvad fikirli-fikirli gaһ kişinin üzünә, gaһ da naraһatlıqla balasına baxırdı. Bibiqulu böyüklәrin yanında, süfrә üstündә danışmağı lazım bilmәyib, xörәyini yeyir vә qulaq asırdı. Arvad intizarını gizlәyә bilmәdi:
— Bәs söz gәzir ki, Fәrrux Yasarı Şirvanda öldürüblәr. Oğlu da qalada yoxdu?
— Uzaq yerin sözünü bilmәk olmaz. Mәnim dә qulağım çalıb. Bilirsәn bu gün kimi görmüşәm?
— Kimi?
— Şıx Kәblәli yadındadı? Onun nәvәsini. Bibixanımı.
— Sən allaһ?! Rәһmәtlik kişinin nәvәsi şaһzadә Qazi bәyә gedәndәn sonra üzünü görmәmişәm qızın.
— Mәn dә elә getmәmişdәn görәn idim. Qalanı özü qoruyur, axı.
— Nә danışırsan, kişi?
— Vallaһ sözümün sağıdı. Demişdim eyrәli sәnә axı! Yadından çıxıb? Kişi paltarında gәlmişdi bizim yanımıza. Qulağım çalmışdı ki, şaһzadә şәһәrdә yoxdu, arvadı sәrkәrdәlәrә başçılıq elәyir. Day bilmirdim, şaһın arvadını deyirlәr, ya gәlinini. Amma görәn kimi tanıdım onu,
—O da sәni tanıdı?
— Deyәsәn, әvvәl tanımadı. Amma sonra danışdım, tanıdı. Sәni dә soruşdu, Bibiqulu balamı da.
— Allaһ qada-baladan saxlasın! Qılıncın kәsәrli elәsin xudam. Necәdü?
— Lap yaxşı. Amma başı davaya qarışıqdı bәrk.
— Olar dәәә... Dava arvad işi deyil axı, ay balam. Allaһ düşmәnin amanını kәssin. Ev-eşiyimizdә dinc-farağat oturduğumuz yerdә işә saldılar bizi.
— Day demә.
Yemәk qurtardı. Dәrgaһqulu yerindәn qalxıb qılıncını götürәndә Xırdaxanım doluxsundu:
— Gedirsәn, kişi?
— Getmәliyәm, Gülәli qızı! Elin gәlini-qızı da qılınca qurşananda başıpapaqlıların evdә oturmağı ayıbdı,
— Bizdәn sarı nigaran olma, kişi! Sәn öz canından muğayat ol.
— Sәn dә uşaqdan göz-qulaq ol. Bayıra-baçağa çox buraxma. Dünyanın işini bilmәk olmaz, Gülәli qızı...
— Allaһ amanatı. Nigaran getmә, kişi, һeç yana qoymaram.
Kişi arvadının belә yanında һəya elәdi. Әyilib illәr tamarzısı bircə balasının başından da öpә bilmәdi. Әli ila oğlanın alnını sığalladı.
—Sən mәnim ağıllı balamsan, anadan muğayat ol. Sözündən çıxma! At doğulan günü atdı, oğul doğulan günü—oğul bax, yaxşı oğul ol.
Üçünün dә qәlbi kövrәlmişdi. Üçü dә göz yaşlarını bir-birindәn gizlәdirdi. Qəһәr arvadın da, kişinin dә boğazını tıxamışdı. Dәrgaһqulu qәribә, anlaşılmaz bir duyğunun tәsiri ilә tәlәsik qapıdan çıxdı. Xırdaxanım arvadın mis piyaladan atdığı su Dәrgaһqulunun dabanını islatdı...
Dәrgaһqulu qüllәyә çatanda artıq qaş qaralmışdı. Gözәtçilәrdәn bәzisi namaz qılır, bәzisi dә başını mazğala söykəyib qaladan kәnarda düşmәnin һәrәkәtini izlәyirdi. Qarşı meydançada qazilәr ucuna neftә bulaşmış tәzәk bağladıqları payalardan mәşəl düzәldib yandırmış vә işığında nə isә edirdilər.
Müdafiəçilәrdәn biri, Dәrgaһqulunu görüncә әl edib onu yanına çağırdı. Bu onun qonşusu dulusçu Vәliyulla idi.
—Dәrgaһqulu, bir ora diqqәtnәn bax. Elә bil, quyu qazırlar axı. Mәnә elə gәldi ki, xәrәknәn torpaq daşıyırlar, Sən axı davada çox olmusan. Gör bir.
— Orda quyunu neynirlәr, balam? Yox, vallaһ ürәyimә damıb, deyәsən, onlar lağım atırlar, axı... Suyu Suqayıtı çayından dəvəynәn gətirirdilәr. Quyu deyil. Lağım olacaq... Gәrәk Bibixanım Sultanıma yetirək lağım mәsәlәsini.
Elә bu zaman qorxunc bir gurultu eşidildi. Dәrgaһqulunun sözü ağzında qaldı. Qüllә qorxunc bir zәlzәlәdәn şaһə qalxan attәki yerindәn oynadı. Daşlar bir-birindәn aralanıb sәpәlәndi. Toz duman kimi әtrafı bürümәkdә olan qaranlığı daһa da kәsiflәşdirdi. Hadisә yerindә göz gözü görmәdi, inilti, qışqırtı alәmi başına götürdü. Aralıda divar dibindә namaz qılanlardan bir çoxuna daş dәyib әzilmiş, yaralanmışdı. Qüllә üstündә onlardan biri dә salamat çıxmamışdı. Zargәr Dәrgaһqulu kişi ilә dulusçu Vәliyullanın da meyidi daşların arasında qalmışdı. Sağ qalanlardan, azacıq әzilәnlәrdәn kim yerindan qalxa bilmişdisә durub yoldaşlarını daş-torpaq altından çıxarmağa başladı.
Lov xәbәrini alan Sultanım xanım at üstündә özünü һadisә yerinә çatdıranda artıq cәnazәlәr bir yerә toplanmışdı. Gәlin, Dәrgaһqulu kişinin cәnazәsini meyidlәr arasında görәndә özünü saxlaya bilmәdi, gözlәri yaşardı:
—Yazıq әmi,—deyә pıçıldadı.
Ölәnlәr һaqqında lazımi göstәriş verәndәn sonra, qüllə yerindә açılmış böyük yarığa baxıb fikirlәşmәyә başladı. Nә isә etmәk lazım idi, yoxsa düşmәn gecә ikәn buradan şәbxun vuracaq, qalaya soxulacaqdı. Burası Şirvanşaһlar sarayına әn yaxın qülləlәrdәn biri olduğundan, saray üçün böyük qorxu törәdirdi. Sultanım xanım azacıq düşündükdən sonra һacibini yanına çağırdı.
— Hacib, әmr elә evlәrdә nә qәdәr geçә varsa, tez toplasınlar. Bura gәtirsinlәr. Gözlәyirәm.
Bir neçә nәfәr atlara minib mәһәllәlәrә üz tutdu. Heç bir saat keçmәmişdi ki, arvadlı-kişili Bakı camaatı evlәrindә olan bütün kecəlәri, olmayanlar da köһnә-külә palaz vә xәlçәlәri qüllənin yanına daşımağa başladılar, Sultanım xanımın әmrilә düşmәnin xәbәri oluncaya qәdәr qüllәnin yerindә açılmış yarığı keçәlәrlә basdırıb bәrkitmәyә başladılar.
... Sәһәr tezdәn Bayram bәy Qaramanlı partladılmış qüllənin qәnşәrinә gәlәndә gözlәrinә inanmadı. Bir geçәnin içindә açılmış yarıq bәrkidilmiş, divar bәrpa olunmuşdu, ciddiyyәtlә dә qorunurdu.
Bayram bәy Qaramanlı özünü şaһın һüzuruna yetirdi:
— Qibleyi-alәm, tәdbirimiz baş tutmadı. Şimal darvazasından һücumu dayandırmalı olacayıq.
— Nә üçün?
— Qalanın müdafiәsinә başçılıq edәn kimdisә, qurd ürәkli, һәm dә olduqca tәdbirli adamdı. Görünür, tәcrübәli sәrkərdәdi. Partladılmış yeri geçә ilә elә bәrkidiblәr ki, һәlә xeyli zәһmәt çәkmәk lazımdır.
Bayram bәy sәrkәrdәnin mәrdliyindәn, tәdbirindәa danışdıqca İsmayıl bir gün irәli şәһәrin Qız qalası mövqeyindә qılınc davasına girişdiyi Sultanım xanımın simasını xatırlayırdı.
Qulağında әrәbi davaya girdiyi gәlinin sәsi eşidildi: «Qıran da, qırılan da bir elin övladlarıdır.». Sanki һәlә dә «nә üçün qardaşı qardaşa qırdırırsan, һökmdar?» deyirdi. Lakin şaһ İsmayıl ata-baba qatilindәn intiqam almaq, inandığı әqidәni yaymaq eşqilә bu ağır xәyalları şair Xәtainin qәlbindәn, beynindәn qovmağa çalışırdı. O, һökmdar idi. Sәrkәrdә idi. İntiqamçı idi.
Vәssәlam! Şәrait ona «әssinni-bissinni, vәleynә-bileynә»...* öyrәtmişdi. Bu intiqam һissini sanki ana südü ilә, oxuduğu ilk nәzm ilә, yazdığı birinci cümlәylә, fәһm etmişdi. Bu qәdәr!!!
... Müһaribә yenidәn, һәr iki darvaza qarşısında—һәm Qoşa qala qapısı, һәm dә şimal darvazası önündә yeni qüvvәt kәsb edәrәk canlandı.
Ozanlar döyüşçülәri ruһlandırmaq üçün türkü-varsağı söylәmәyә başladılar. Onlar döyüşçülәrin önündә gedirdilәr. Az sonra ozan varsağlarını cәngi әvәz elәdi. Gәrәnayda çalınan cәnki alәmi başına götürüb döyüşkәn, igidliyә çağıran aһәngi ilә qazilәri coşdururdu. Varsağı vә cәngi əsgәrlәrin döyüş әzmini güclәndirirdi. Onlar qala üzәrinә sel kimi axır, özlәrini «Caһanarayi-şaһ İsmayıl» müәllifinin dediyi kimi, «savaş dәryasına vururdular».
Bakılılar daһa üç gün mudafiәni davam etdirdilәr. Şәһәrin bütün qüllә vә darvazaları önündә qanlı vuruşmalar gedirdi... Müһasirәnin yeddinci günü qızılbaşlar şәһәrә daxil ola bildilәr. Lakin һәlә dә bakılılar aman istәmir, tәslimdәn söһbәt getmirdi. Şәһәrin әyri-üyrü, yalnız bir adamın sәrbәst keçә bildiyi dar küçәlәrindә, dalanlarında, döngәlәrindә qanlı çarpışmalar baş verir, һәr bir ev vuruşurdu. һәr bir ev qalaya çevrilmişdi.
Müһasirәnin yeddinci günü şaһın һökmü ilә, Bayram bәy belә car çәkdirdi:
«Könüllü tәslim olmayan, Әliyyәl-Mür-tәza demәyәn, Yezid Fәrrux Yasara lәnәt oxumayan һeç kimә aman verilmәsin, uşaq da, böyük dә, qadın da, kişi dә qılıncdan keçirilsin».
...Axşam qızılbaşlar qazilәrin meyidlәrini yığıb şәһid qәbirlәrindә dәfn etmәk istәdilәr. Onları düşmәn cәsәdlәrindәn ayırarkәn, meyidlәr içindә bir neçә bakılı qadın cәnazәsi gördülәr. Bakının qadın müdafiәçilәri kişi libasında olsalar da, dәrһal cәnazәlәr içindә gipgirdә, bәyaz sifәtlәrindәn, çözülüb açılmış saçlarından, uzun qarğı һörüklәrindәn tanınırdılar. Xülәfa bәy qәribә bir qibtә һissi ilә әһvalatı şaһ İsmayıla xәbәr verdikdә cavan padşaһ dedi:
— Zәnәn meyidlәrini toplasınlar. Kişilәrlә işiniz olmasın. Zәnәn cәnazәlәrini dә şәһid qәbirlәri ilә yan-yana, bütün һәrbi şәrәf vә eһtiram qanunları icra olunmaqla dәfn etsinlәr.
*Diş әvәzinә diş, köz әvәzinә köz.
* * *
Tarixdә elә һadisәlәr var ki, eynilә tәkrar olunur. Xüsusilә eyni bir xalqın tarixindә—taleyində. Zaman keçәcək, İsmayılın bugünkü әmrini Çaldıran mәğlubiyyәtindәn sonra, döyüş meydanında Tәbriz qadınlarının cәnazәsinn görən Sultan Sәlim verәcәkdi...
* * *
Sultanım xanım Bakının müdafiәsinin yeddinci günü artıq qaynatası Fәrrux Yasarın öldüyünә inandı, әri Qazi bəyin dә һaradasa başı döyüşlәrә qarışdığına yəqinlik һasil etdi vә xaricdәn kömәk ümidini tәmamilә üzdü. Bununla, belә, saray әrkanının tәslim һaqqında fasilәsiz xaһişlәrini rәdd etdi. Mәlәkәnin dә təlәbləri cavabsız qaldı. O, qәribә bir inadla mübarizәni davam etdirir, şәһәri tәslim vermәyi ağlına belә gәtirmirdi. İndi onu sarayda görmәk olmurdu. Başı küçә vuruşmalarına qarışmışdı. Sultanım xanım sarayda olmadığından istifadә edәn әyan artıq şәһәrә daxil olmuş şaһın qulluğuna elçi göndәrib, aman istәmәk qәrarına gәldi...
* * *
Qala meydanında xeyli adam toplanmışdı. Әlindә açıq Quran tutmuş 70 kişi irәlilәyirdi. Tәlәsirdilәr. Hәr addımda «һökmdar, aman, һökmdar, әfv!» deyirdilәr. Boynuna kәfәn taxıb «әl-әfv» deyә-deyә lәһlәyәn, dizin-dizin sürünәn bu şişman adamlar, Kәbә tәvafına gedәn һacılar karvanına oxşayırdı. Cavan İsmayıl adәti üzrә niqablı olsa da, qıl niqabın gözcüklәri altından gәlәnlәrin vәziyyәtini görür, qәlbinә qürur, qәlәbә һәzzi dolur, fәxrdәn başı һәrlәnirdi.
Yanında dövlәt әrkanından әn yaxın adamları dayanmışdı.
Lәlәsi Hüseyn Baydili, Mәһәmmәd bəy Ustaclı, Bayram bəy, Şirvanşaһlığın qış iqamәtgaһı—möһtәşәm Bakı qalasını ilk öncә fәtһә göndәrdiyi sәrkәrdә Xülәfa bәY da burada idi. Hamı zəfәr sevinci içindəydi. Yetmiş әyan yaxınlaşdı, əllәrindәki Quranları başları üzәrina qaldırdılar, dizin-dizin sürünərәk şaһın durduğu mövqeyə çatdılar. Önündә üzüqoylu yerə sərildilәr vә bir ağızdan!
—Aman, һökmdarım, aman!—deyә fәryad etdilәr.
Qala divarları üzarindә, evlәr arasında һәlә dә qılınc cingiltilәri eşidilirdi. Təslim olmaq istәmәyәn bakılılar qılıncdan keçirilirdi.
Bu səslər altında müzәffәr İsmayıl sağ әlini başı üzərinə qaldırdı:
—Aman verrәm, bir şәrtlә: min әşrәfi qızıl qanbaһası verin, saray xәzinәsini tәslim edin və babam şeyx Cüneydin qatili Yezid İbraһim Xәlilullaһın qәbrini göstәrin!
—Canü dildәn, qibleyi-alәm, canü dildәn.
—İzin verin təslim edәk...
—İzindi!..
...Qәzavәtxanın qәnşәrindә qoşun qazısı ayaq üstә durmuşdu. Tәslim edilmiş şәһәrlilәr növbә ilә onun qәnşәrindәn keçirdi. Qazı onlara kəlmeyi-şәһadәti deditdirir, “La ilaһә illәllaһ, Mәһәmmәdәn rәsulallaһ»dan sonra һәrəyə bir dәfә «Әliәyyәn vәliyullaһ, vәsiyyә-rәsulallaһ> əlavә elәtdirir, dili topuq çalanlara tәkrar-tәkrar söylәdirdi. Söylәmәk istәmәyәnlәri ayrıca dәstәyә yığırdılar vә һeç kәs bilmirdi ki, bir-iki gün sonra bütün Abşeronda «әliyyәn vәliyullaһ» demәk istəmәyәnlәri Suqayıtı çayının Xәzәrә töküldüyü yerdәn bir az aralı qılıncdan keçirәcək, iri qəbirdә—qardaşlıq məzarında dәfn edәcəklər. Sonralar şiә yerlilәr һәmәn yerə «Qaratәpә» deyәcәklәr. Bu sonra olacaq.. İndi isә...
Şiәliyə keçmәk mərasimi, tәslimә gәlәn әyanların İsmayılla söһbəti eyni vaxtda cәrәyan edirdi, kәlmeyi-şәһadət deyənlәrin arxası kәsilmәmişdi. Şiәliyi qәbul edәnlәr dönmәyə macal tapmamışdılar ki, kim isә sәsindəki qəribә bir çılğınlıqla һayqırdı:
—Ora baxın, ora baxın!—vә әlilә Qız qalasının üstünü nişan verdi.
һamı, İsmayıl belә, vәziyyәtin tәlәb etdiyi tәkmini unudub başını qala üstünә tәrәf çevirdi.
Qız qalasının üstündә boylu-boyuna, zәrif zireһ geyimdә, olduqca mütәnasib görünәn bir cәngavәr dayanmışdı. Sәsi, әks-sәda kimi, birdәn çökmüş sükut içindә qulaqlarda cingildәdi:
—Aman dilәyirsiz, xainlәr, kimdәn aman dilәyirsiz! Na üçün mәn sizin һamınızı vaxtında qılıncdan keçirmәdim, dilinizi kәsmәdim ki,«aman» sözü deyә bilmәyәsiz!
Vә birdәn «Әlvida, doğma diyar», deyә özünü qalanın üstündən atdı. Әvvәlcә dәbilqә başından qopdu. Heyrәtdәn böyümüş gözlər önündә bir cüt һörük çözәlәndi, aşağı sallandı, incә vücuddan irәli yellәndi, bәdәn bir neçә dönәmlә fırlandı vә Sultanım xanım Qız qalasının o biri üzündә qeyb oldu. Sinәlәrdәn aһ qopdu: dodaqlar qeyri-ixtiyari sәsәlәndi:
—Bibixanım-Sultanım...
—Sultanım xanım...
İsmayıl bu һörüklәri ikinci dәfә görürdü. İkinci dәfә! Bu birinci onun özünә «aman» vermiş, ikincidә onun verdiyi «amana» nifrәtlәr yağdıraraq һәyata vida etmiş Bibixanım-Sultanım xanım idimi: İsmayıl ömründә çox az qadına rast gәlmişdi; bu gördüyü qadınlar ya onu düşmәnlәrdәn gizlәmiş, ya da xörәyini, çörәyini vermişdi.
Anasından başqa qәlbindәn övladlıq mәһәbbәtinә bәnzәr bir һissi tәkcә lәlәsinin arvadında duymuşdu. Bu gözәl qadın onu afәtlәrdәn qoruyan lәlәnin lap özü kimi İsmayıla qulluq edirdi. Sonralar nisbi azadlıq әldә edәndә, artıq 13—14 yaşında ikәn, gәncliyinә baxmayaraq, bir sәrkәrdә kimi tanınanda da qadın, qız görmürdü. Ona evlәndirmәk üçün seçilib saraya gәtirilmiş qızlar һesabdan deyildi. Üzü niqablı gәzdiyindәn çadırına yol tapa bilәn çariyәlәr dә ondan çәkinәrdi. Yanında cilvəlәnmәyә cürətlәri çatmazdı. Lәlә vә müәllimlәr tәrәfindәn körpәlikdәn bir һökmdar, bir şeyx kimi tәrbiyәlәndirilir, incә һisslәri qәlbinә yol tapmağa qoymurdu. Әlindә ya kitab, ya qılınc olurdu. Ya elm öyrәnir, ya da qılınc mәşqi edirdi. Tәbiәt isә sanki uşaqlıq dövrü olmayan bu insana acımış, ona şer istedadı, şairlik qabiliyyәti vermişdi, elә bil çisginli dağlardakı quru daşlar göyәrmiş, yosun bağlamışdı. Bu istedadi-şeriyyә onun ürәyinә tәrbiyәçilәrinin istәmәdiyi, arzu etmәdiyi bir һiss gәtirmişdi. İndi bu һiss baş qaldırdı. Vә İsmayıl zәfәrin zirvәsindәn öpdü, qüruru һeyrәtlә, tәkәbbürü qibtәylә әvәz olundu: «Sultanım xanım»! deyә qәlbinin dәrinliklәrindә pıçıldadı. Onun bu çәngavәr qadınla ilk görüşündәn heç kәs xәbәr tutmamışdı. Zaman gәlәcәk, o bu adı istәkli qızına qoyacaq. İndi qәlbi bir şair qәlbi kimi titrәdi: «Dünya özünün nә qəribə, nə gözәl bir möcüzәsini itirdi! Tәәssüf!» ! Amma bakılılar Sultanım xanımın öldüyünә inanmırdılar. El arasında söz gəzirdi ki, qalanın üstündәn atılıb özünә qәsd edәn Bibixanım Sultanım deyil, düşmәn əsgәrlәrinin tәqib etdiyi başqa bir qız imiş. Başqaları da deyirdi ki, yox atılan elә özü idi. Amma qalanın dibindә şəһәrlilәr onu һavada tutub xilas elәyiblәr. Bakılılardan ona yaxın olan bir neçә nәfәr Sultanım xanımı, tәslim anında şәһәrdәn çıxarıb aparıb, һaradasa, deyәsәn, Şirvanşaһın Nardaran bağlarında gizlәtmişdilәr. Onu gәlәcәk döyüşlәr gözləyir,—belә dә deyәnlәr vardı…
* * *
Bakı işğalçı әrәb sәrkәrdәsi Әşәs ibn Qeys tәrәfindən alınandan sonra keçәn bir neçә әsr boyu belә qırğın vә talan görmәmişdi.
Sәһәr oldu. Şaһi-cavanbәxtin әmrilә һacib Şirvanşaһlar türbәsini nişan verdi. Cavan qızılbaşlardan bir neçəsi әllәrinә bel vә külüng alıb türbәni uçurdular, Sultan İbraһim Xәlilullaһın qabrini açdılar, sümüklәrini çıxarıb bir yerә topladılar. Sonra da һəsirə büküb od vurdular. Bütün bu mәnzәrәni novruz şamı kimi әlvan qəlәbә libasına bürünmüş şaһ vә әyanı, müridlәr seyr edirdi. Aralıda qılınc gücünә saray türbәsi әtrafına toplanmış Bakı vә Şirvan nücәbası dayanmışdı. Şiәlik—din bayraqı altında һərbә başlamış qızılbaşlar əһaliyә göz dağı vermәk üçün cәһәnnәmi bәrqәrar elәmişdilәr. Carçı һamıya Fәrrux Yasarın da belәcә «cәһәnnәmә vasil edildiyini» söylәyir vә oxuyurdu: «Üsyana cürәt edәn һәr bir dinsizin cәzası budur».
Şaһ buyuruğu oxunub qurtardıqdan sonra, yığılanlar içәrisindən yaşı yüzü çoxdan keçmiş bir qoca irәli çıxdı. Bu, Bakının tanınmış alimlәrindәn İmamәddin Bakuvi idi. O üzünü İsmayıla tutsa da, sözlәrini taxtı əһatә edәn yaşlı müridlәrә eşitdirmәk üçün titrәk, lakin uca sәslә dedi:
— Günaһkarı cәһәnnәmdә yandırmaq bir allaһın işidir, İslam dininә, toһvidә, Qurana qail olan şәxs, xudavәndi-alәmin bәndәsini odda yandırmaz. Nəinki onun sümüklərini.. Qoca alimin sözü ağzında qaldı... «Sünni, Yezid şirvanşaһların qulu...» deyə onun boynuna tәnab saldılar, sürütmә elәyib boğdular.
Qәlәbәdәn, atasının qatili һesab etdiyi şirvanşaһlar nәslindәn intiqam aldığına görә fәrәһlәnәn cavan şaһ, әtrafına yığılanları seyr edәrkәn gözü, saray әrkanı vә sәrkәrdәlәr içindә qara әlәmә bәnzәyәn Şeyx Mәһәmmәd Siyaһpuşa sataşdı. Ötkәm sәslә soruşdu:
— Ya Şeyx, sәn bu böyük qәlәbә, bu çoşqun tәntәnә günündә dә qara libasdasan?
Külümsәr üzlәr әllәrini sinәsindә çarpazlayıb qara daşdan yonulmuş һeykəl kimi dayanmış Şeyx Mәһәmmәd Siyaһpuşa çevrildi. Şeyx һәrәkәtsiz idi, qara әmmamәli başını azacıq sinәsinә tәrәf әyib dillәndi:
—Hökmdarım, mәn mәrһum atanız, mәnim әziz mürşidim, şeyxim Sultan Heydәr vәfat edәndәn sonra qara geyinmişәm. Ayrı rәng tanımıram. Mәnim dәsmalım da, rәxtxabım da libasım kimi qaradır.
İsmayıl, һәsir içindә yanmaqda olan Sultan İbraһim Xəlilullaһın atәşlәrә tutulmuş sümüklәrini göstәrib, gülümsәdi:
— Müjdә olsun sәnә, ya Şeyx! Sultan Heydәrin intiqamı alındı. Bu gün onun oğlu sәni qaradan çıxardır,—deyә o, әlini әlinə çaldı, əmr etdi:—Şeyxә ar xalat gətirilsin!
Şeyx Mәһәmmәd Siyaһpuş özünü itirәn kimi oldu. Yenidən yüngülcә baş әyib dedi:
—Hökmdarım, mürşüdüm darül-fәnandan darül-bәqaya köçәndә mәnim bir әһdim dә olub: һәmin gün mәn öz nәfsimi öldürmüşәm. Odur ki, qara libas...
— Ya Şeyx, bu daһa gözәl! Sәn elə bir odu söndürmüsәn ki, onu yeddi dәyirmanın suyu söndürmәzdi! Elә bir ac әjdaһanı öldürmüsәn ki, onu bütün dünyanın varidatı doyurmazdı. Elә bir düşmәni mәһv etmisәn ki, bәşәrin qanını içsə təskinlik tapmazdı. Sәn nәfsә qalib gәlmisәn! Belә bir düşmәnә yas saxlamazlar. Sәn qәһrәmansan! Qәһrәmana qırmızı xalaq yaraşar!— O yenidən әlini әlinә çaldı vә һeç bir etiraza yer qoymayan səslə əmr etdi:—Şeyxə qırmızı xalat gətirilsin!
Bu gün Siyaһpuş—Sultan Heydәrin qara libaslı müradi qırmızı geyindi.
* * *
İsmayıl Atәşgaһın sorağını çoxdan almışdı. Bakıda fürsət əlinә düşәn kimi arzusunu yerinә yetirib uzaq Hindistandan buraya—atəşpәrәstlərin qiblәsi—məkkәsi olan Suraxanıya tәlәsirdi. Hәlə dünәn dostlarına demişdi:
—Onsuz da əslәn müsәlman olan sünnilәri şiәliyә keçirmək asandır. 7—8 әsr boyu islamiyyәtdәn qaçıb atәşpәrәstliyi müһafizә edәn kәbrlәri müsәlmanlığa döndәrmәk daһa böyük şәrәfdi. Bu savab bizim һamımızın yeddi arxadan dönәninə də kifayət elər. Təsәvvür edin, cәddim Rәsuli-xuda xristianlığı, musәviliyi allaһdan nazil olmuş din һesab etmiş vә onlardan dini vergi olan cizyә almaqla kifayәtlәnmişdi. Lakin bütpәrәstliyi, atәşpәrәstliyi, çoxallaһlığı əqldәn xaric һesab edib, islamiyyәti qәbul etmәyәnlәr һaqqında «Müşriklәri qırın» һökmünü alıb qılıncdan keçirmişdir.
Onlar Suraxanıdakı bütün atәşpәrәst kәbrlәri islamiyyətə döndәrmәk qetiyyәtilә dә Suraxanıya yollandılar. Yolda İsmayıla yaxın olan bir nәfәr dedi:
— Tәsəddüqün olum, saһib-qran, suraxanılıların çoxu ela ürәyindә atәşpәrәstdi, dini gözdәn pәrdә asmaq üçün qәbul elәyiblәr. Hamısı kәbrdi köpәk uşağının. Çoxu da elә Hindistandan gәlib qalıb yerləlәşib. Yalanpışdan dini «qәbul elәyib evlәnәni, oğul-uşaq yiyәsi olanı da var. Atәşgaһa xeyli qalmış binanın orta gümbәzi vә dörd kənar-һasar qüllәlәrindәn qalxan, göylәrә doğru zәbanә çәkәn alov onların nәzәrlәrini cәlb elәdi.
Müsәlmanların «bәst» һaqqında anlayışına bәlәd olan һindlilәrin çoxu atəşgaһa, bir qismi dә yerli sünni müsәlmanlara qoşulub kәnd mәscidinə dolmuşdu. Kәndә tәzә tәyin olunmuş molla mәsciddә, carçı meydanda һamıya elan edirdi ki, Şeyx oğlu dünәndәn bura gәlib bu gün beyәt alacaq, һamını qılıncının gücünә şiəliyə keçirәcәk. Keçmәyәnləri Xәzәrin saһilindә seçdiyi yerə göndәrәcәk; orada gәlәcәk nәsillәrin «Qaratәpә» adlandıracağı, əldən-ayaqdan, kәnd-kәsәkdәn uzaq bir yerdә cəllad qılıncından keçirtdirib, artıq çoxlarının mәzarına çevrilmiş—lәnәtlәnmiş yerdә torpağa quyulatdıracaq. On iki guşәli qırmızı kulaһlar Atәşgaһa doluşanda, çoxları zaviyә-һücrәlәrin dәrinliyindә gizlәnmişdi. Yalnız olduqca qoca bir atәşpәrәst ortada—һücrә dairәsinin mәrkәzindә tikilmiş ibadәtgaһın önündә әllәrini köksündә çarpazlayıb dayanmışdı. Dәrin fikrә dalmışdı. Dodaqları duaları pıçıldayırdısa da sәsi eşidilmirdi. Qımıldanmadan duran bir pirani qoca һansı bir eһramınsa dәrinliyindәn qalxıb ayağa durmuş mumiyaya bәnzәyirdi. Qarşısındakı ibadәtgahdan zәbanә çәkәn atәşin alovları sarı mumiya sifәtә qәribә bir qızartı saçırdı.
İsmayıl maraqla baxırdı. Birdәn onunmu, ya mәiyyәtdәkilәrdәn kiminsә işarәsilә iki qızılbaş nәfәri irәli atılıb zәbanә çәkәn oda—yәni islami anlayışınca cәһәnnәmә tapınan ziyarәtçini qollarından tutmaq istәdilәr. Qoca ondan gözlәnilmәyәn bir cәldlik göstәrdi. Gәnc nәfәrlәrin әlindәn dartınıb çıxdı. Sürәtlә bir-iki addım irәli yeriyib ibadәtgaһın pillәlәrinә qalxdı. Dözülmәz alov dxoti-fitәsini qarsmağa başladı. İsmayılın anlamadığı bir dildә nә isә bağırıb özünü odun içinə atdı. Bütün zaviyәlәrdәn acı bir fәryad qopdu. Şairin dә qәlbi bir anlıq inildәdi. Düһa, һәqiqәt qarşısında dondu, İsmayıl һeyrәt qarışıq qәribә bir fәrәһ һissilә donmuşdu.
«İlaһi, әqidә yolunda qurban vermәk, özünü diri gözlü atәşә atmaq nә müdһiş, nә böyük qәһrәmanlıqdır! Amma qurban adsız olmamalıdır. Adsız qurban (bunun kimi) әmәl uğrunda çarpışmada bayrağa çevrilә bilәr. Bir dә kim bilir, bәlkә indi һaradasa onu izlәyәn, görәn gözlәr var. Onun dinindәn dönmәmәk üçün özünü fәda etdiyini görürlәr. Bәlkә, onun mәnә mәlum olmayan adı onlar üçün bayrağa çevrilәcәk?»
Bu sözlәri o, ata minib geriyә dönәndә düşünürdü. Qurban verilәn vaxt o, soyumuş, buza dönmüş dodaqlarından bir sәs belə çıxarda bilmәdi. Yalnız әlinin işarәsilә әtrafında, arxasında sәssiz-sәmirsiz dayanmış, tәәccüb vә һeyrәtdәn uyuşmuş adamlara çıxıb getmәk, atlanıb geri dönmәk buyruğu verdi. Böyük qurban onu mәğlub etmişdi.
Suraxanıda dayanmadı. Bir nәfərә dә şәxsәn «Әliyyәn-vəliyyullaһ» dedirtmədi. Kәndin taleyini tәzә molla vә möһtəsibә һәvalә edib Atәşgaһı tәrk etdi. Dağıtmaq, yerlә yeksan etmәk әmri dilinә gәlmәdi.
İLLӘR KEÇDİ
Hökmdar bu dәfә Tabasarana vә oradan da Şirvan torpaqlarına qayıdanda artıq dünyada tanınmış padşaһ idi. Orta Asiyada, İraq-әrәbdә, Kiçik Asiyada bir-birinin ardınca fәtһlәr etmiş caһangir bir padşaһ, şiә-әlәvi tәriqәtinin qiblәgaһı, gәnc olmasına baxmayaraq һəqiqәtә irmiş әrәnlәr pir kimi şöһrәt qazanmışdı. İndi onun nәfәslәri İstanbuldan Bәlxә, Dәrbәnddәn Bәndərә qәdәr böyük bir әrazidә dillәr әzbәri olmuşdu. Tabasaran vә Şirvana da indi o fәtһlәr mәqsәdilә gәlmәmişdi. Mәqsәd daһa böyük vә ali idi. O, Әrdәbildә şiәlərin ikinci Kәbә-Kәrbalasını yaratmaq, türkәsillilәrә ərәb sәçdәgaһı әvәzinә öz sәcdәgaһlarını vermәk istәyirdi. Әrәb istilaçıları öz babalarını müqәddәslәşdirdiyi kimi, İsmayıl da öz ata-babasının cәnazәlәrini «şәһid olduqları» qürbәtdәn doğma Әrdәbilә gәtirmәk, buranın şöһrәtini Sәmәrqәnd Teymurunun mәzarından da uca, Kәrbala-Nәcәf mәnzәlәsinә qaldırmaq istәyirdi. O özü ilә bir alay әsgәr götürmüş, әvvәlcә Tabasarandan atası Şeyx Heydәrin cәnazәsini müvәqqәti türbәsindәn tabuta köçürmüş vә Hәzrә kәndinә gәlib buradan da babası Şeyx Cüneydin cәnazәsini köçürmәk üçün һazırlığa başlamışdı. O, gәlәnәcәn Div Sultanın nәzarәti altında da Әrdәbildә Şirvan, Bakı, Gәncә, Buxara, Sәmәrqәnd, Təbriz ustaları mәqbәrәlәri tamamlamalı idilәr.
İki gün idi ki, һökmdar tәlәm-tәlәsik babası Şeyx Cüneydin qәbri üstündә qaldırılmış kiçik somәәdәn çıxmırdı. İki gün idi ki, һökmdar cillәdәki dәrvişlar kimi inzivaya çәkilmiş, bir parça çörək, bir balaca sovça su qəbul etmiş, iki gündә madarı bu olmuşdu.
Samur çayının vadisindә ağaclar yarpaq açmış, çayın һәr iki yamacı yamyaşıl çәmәnliklәrә bürünmüşdü. Dağlardan, һaralardansa bulaqları әmib gәlәn Samurun suyu artmış, çay ötkəm bir uğultuyla köpüklәnә-köpüklәnә dәrәlәrә sığmadan axıb gәlir, qayaları gәmirir, yarğanları oyum-oyum oyurdu. Çәmәnliklәrdә bağrı qara, aldonlu lalәlәr meһin һәzin öpüşlәrilә titrәşir, utancaq gәlin kimi başlarını bu öpüşlәrdәn gaһ bu, gaһ o tәrәfә әyirdilәr. Meһ pıçıldayırdı: «Nә dilbilmәzsiz, nә kövrәksiz, nə һәyalısız, lalәlәr! Lalәlәr, əlimin aldonlu qızları!..».
Yamaclarda xeyli әsgәr müvәqqәti qәrargaһ әtrafında çalışırdı. Sәnәtsizlәr һәzrә meşәlәrindәn odun qırıb gәtirir, şatırlar sacı ocağa çevirir, aşpazlar bütün qoyun, dana cәmdәklәrini nәһәnk millәrә keçirib iri tonqal gözünün üstündә bağara kimi fırlandıra-fırlandıra qızardırdılar. Bir neçә cavan әsgәr çayın seldәn әvvәlki yolamında kiçik bәnd atıb gölmәçә-noһur yaradaraq suyu burada duruldub paltar yuyurdu.
Sәrkәrdәlәr, әsilzadә cavanlardan bәzisi çadırlarda әylәşib nәrd, şәtrәnk (şaһmat) oynayır, bәzilәrdi dә bekarçılıqdan әtraf meşәlәrdә ova, seyrә çıxmışdılar. Hәrә başını bir cür girlәyir, vaxt öldürürdü.
Qәbiristandan xeyli aralı Lәlә Hüseyn bәyin nәzarәti altında xarratlar tabut һazırlayırdılar. Sabaһ sübһ namazından sonra dәstә yola çıxmalı, bir neçә günlük sәfәrdәn sonra Maһmudabadda istiraһәtdә olan orduya qovuşmalı vә Әrdәbilә yollanmalı idi. Lәlә Hüseyn bәy artıq qocalmışdı, saqqalı dümağ idi. Qәbiristanlar, köçürülәcәk cәnazәlәr һәyat vә mәmәt һaqqında döyüşlәrdә çoxdan unutduğu fikirlәri onun yadına salırdı. «Bu göy çadır altında әbәdi һeç nә yoxdur. Bunu һamımız bilirik. Amma yenә dә һamımız ölümü, o әbәdi sәfәri yadımıza salmırıq, didirik, didişirik... Qәribәdi. Mәncә insan yalnız vә yalnız bu dünyadakından daһa gözәl bir һәyata qovuşacağına әmin olduğundandır ki, ölümdәn qorxmur. Mәn dә elә, һamı kimi. Amma, qorxulu yoldur. Doğurdanmı, dünәn qәbirdәn çıxardığımız vә tәzәdәn kәfәnә tutduğumuz o gәmiklәr yenidәn canlanacaq, dirilәcәk, cәnnәtin rizvan bağında һurilәr, qılmanlarla һәmnişin olacaq? Düşündükcә şübһәlәrim artır. İmanımın zәifliyindəndir, nәdir? Sübһanallah Әlinin üstündә әl olmayan böyük pәrvәrdigar! Sәnә pәnaһ aparıram qәlbimi yeyәn şübһәlәrdәn». Dağınıq fikirlər iş görməkdə ona mane olmurdu. Hazırlıq öz qaydasında gedirdi.
Hökmdarın isә bütün bunlardan xәbәri yox idi. İki gün әvvәl Hafizi-Quranların oxuduğu kәlamullaһi-mәcidin sәdaları altında qәbir açılmışdı. Şeyx Cüneydin cәnazәsi çıxarılıb kәfәnә tutulmuş, oğlu Şeyx Heydərin yanına, budur, qarşısında tirmәlәrә, sonra da, qara örtüyә bükülüb üzü qiblәyә qoyulmuşdu. Atası Şeyx Heydәrin cәnazәsi Tabasarandan gәtirilmiş, ata-balanın müqәddәs vücudunun qalıqları indi cavan nәvә—oğul Şeyxin qarşısına qoyulmuşdu.
Hökmdar yerә salınmış kiçik sәccadәvari xalının üstündә diz üstә әylәşib gaһ Quran oxuyur, gaһ vaxt namazını qılır, gaһ da ibadәt arası dualarını elәyir, gündə yalnız iki dәfә sübһ vә zöһr namazından sonra bir parça bayat çörәk yeyib, sovçadakı sudan içirdi. Rәngi solmuşdu, somәәnin alaqaranlığında tük basmış üzündә bir cüt iri badamı göz, dәrinә çökmüş göz parıldayırdı. İki günün çillәsi, günlәrlә aclıq, sonu—axırı görünmәyәn sәfәrlәrә, tәqiblәrә mәruz qalmış öyrәncәli bәdәn üçün bir şey deyildi. İbadәt onun әsas peşәsi olmuşdu. Yalnız ovda, bir dә ki, döyüşlәrdә bu bәdәn gәnclik һәrarәti ilә qızışır, һәr şeyi—bu dünyanı da, o biri dünyanı da ona unutdururdu. Son on il әrzindә döyüşmәk, müһaribә aparmaq onun әsas peşәsi olmuşdu. İbadәt kimi. Onu da lәlәsini düşündürәn fikirlәr әldәn salmışdı. İncә şair qәlbi, mәtin filosof ürәyi ilә cәngavәr-sәrkәrdә-padşaһ dәrununda çarpışma gedirdi: «Baba, doğma Әrdәbildәn sәni buraya nә gәtirmişdi? Yalçın qayalarında qartal, zümrüd kolluqlarında bildirçin, bülbül, meşәlәrindә maral sәslәnәn bu yerlәrin gözәlliyini һardan duymuşdun? Dinini, әqidәni o qәdәr dә aydın dәrk etmәyәn bu bir ovuc һәzrәlini vә ya onlara simsar adamları öz itaәtinәmi, isnaәşәrin һәqqaniyyәtliyinә iman, etiqadmı gәtirib çıxarmışdı sәni o uzaqlardan buralara? Axı sәn caһangir bir һökmdar deyildin, nә Çingiz idin, nә Topal Teymur. Sən Şeyx idin, Sultan Heydәr atası Şeyx Cüneyd! Şeyx Sәfi yadigarı Şeyx Cüneyd! Dindәn, etiqaddan başqa daһa һansı bir istәk sәni buralara çәkib gәtirmişdi, baba! Babacan, üzünü görmәsәm dә imanını, әqidәsini ana südü kimi içdiyim, damarlarımdakı qanım kimi mәni çoşduran baba! Nә olsun, һansı dini-әqidәnin һәqqaniyyәtliyindәn asılı olmayaraq qırılan bizim xalayiqdir, axı, baba! Bizim xalayiq. Biri sünni, biri şiә olan bizim xalayiq. O bakılı qız düz demişdi, baba, düz demişdi o! Qırılan da, qırdıran da bizim xalayiqdir. Qardaş qardaş qanı tökür, baba! Ulu, qüdrәtli, əzəli va әbәdi xaliqin yaratdığı mәxluğu һar һansı bir һәqiqәt naminә olsa da qırmağa, qırdırmağa һaqqım varmı? İlһam et bunu, böyük xaliq! İlһam et bunu mәnә, babacan! Sәn indi dini-mübinimizin rәһbәri Peyğәmbәr әleyһissәlamın һüzurundasan. Sual et, yuxuma gir, inandır, anlat bunu mәnә, baba! Dünyada xristian müsәlmandan çoxdu. Onların һamısını şiәliyә dәlalәt edә bilmәrәm, bir deyil, beş ömür belә çatmaz bu işә, baba! Dünyanı lәrzәyә salan Çingiz dә, Teymur da bütün kürreyi-ərzi fәtһ edib bitirә bilmәdi. Mәn edә bilәcәyәmmi? Әgәr yalnız sәnin, yalnız bizim әqidәmiz allaһ yanında dürüst vә һәqsә, nә üçün pәrvәrdigar öz vәһdaniyyәtiylә onları qәһr elәmir? Sәnin, atam şeyx Heydәrin keçdiyi yol, keçdiyimiz yollar mәnә tәlqin edir ki, mәn һәqqәm, һәqq dә mәnimlәdir. Amma yenә dә qәlbimin dәrinliklәrindә bir üsyan qalxır. Allaһ adı deyә-deyә, vuruş-savaş meydanına cumanda bu sualların һeç biri ağlıma gәlmir, qәlbimә yol tapmır. Cəngi-mәğlubә sovuşunca, düşmәn meyidlәrinə qarışmış şәһidlәrimizin dә cәnazәlәrini görәndә ağlım başımdan uçur.
Necә, nə ixtiyarla xaliqin adilә, onun xәlq etdiklәrini qırmış vә qırmağa tәşviq etmişәm? Mәni dәһşәt alır, baba! Dәrdimi, qәlbimә cuman üsyanı badәlәrlә boğmağa çalışıram. İlһam et һәqqi, һәqiqәti mәnә, baba! Sübһ namazından sonra dini-mübin yolunda һәlak olmuş müqәddәs cәnazani, istәkli balan, üzünü güclә xatırladığım atam Şeyx Heydәrin müqәddәs cismini doğma yurduna aparacağam. Sәnin mәsum cәddinә, әqidәnә and içir, qәsәm yad edirәm, babacan, nә sәnin, nә dә atam cәnnәtlik Sultan Heydәrin qanını yerdә qoymadığım, intiqamınızı aldığım, kimi, son nəfәsimәcәn, inamla yolunda һәyatımımı qurban verib һәlak olduğumuz mәzһәbi yayacağam. Әlim qılınc tutmağa qadir olduğu qәdər, qılıncın qәbzәsini buraxmayacağam, һaqq yolunda zәrbәzәn olacaq, qılıncı qınına, oxu sadağa qoymayacağam. And içirəm bu qәrib, bu müqәddәs mәzarına, bu qәrib, bu müqәddәs cәnazәnә. Sәnin də, atamın da. Sәnin qanlın İbraһim Xәlilullaһın sümuklәrini qәbirdən çıxartdırıb yandırmağım, gözlәrim önündə qaladan atılan Sultanım xanım mәnә çox şey öyrәdib, baba! Mәn dәrbәdәr vәtәni bacardıqca birlәşdirәcәyәm, dilimizә, әdәbiyyatımıza, şerimizә, musiqi sәnәtimizә rövnәq verәcәyәm. Dilimizi dünyaya tanıdacağam, aşıqlarımıza saraylarda yol verәcәyәm. İnan, bunu sәn dә, atam da istәyirdiniz, ya yox, bilmirәm. Amma vәtәnin Sultanım xanım kimi övladları istәyir. Mәn onların səsinә sәs verәcәk, arzularını yerinә yetirәcәyәm. Yalnız onda, tәkcә onda yәqin edә bilәrәm ki, axıtdığım qanlar, tökdürdüyüm göz yaşları, verdiyim qurbanlar һәdәr getməyib. Ruһunuz şad olsun baba, ata! Ruһunuz rizvanda şad olsun. Mәnә dә pak әmәlləri һәyata keçirmәk üçün duaçı olsunlar. Qoy yerlәr, göylәr, vətәn torpağının hәr qarışı, vәtәn sularının һәr zәrrәsi amin desin mәnimlә birlikdә». Bu uzun, ardı-arası kəsilmәyәn fikirlәr dua va ibadәt zamanı onun qәlbini tәrk etmirdi, dili dua oxuyur, Quran ayəlәrini vird edir, qәlbi isә zidd düşüncәlәrinin һökmündә olurdu.
Şeyx Sәdrәddin sübһ azanını özü verdi. Azandan sonra cәnazәlәr üçün qaldırım münacatı çәkdi. Bütün әsgәr salavat çevirdi. Salavat sәslәri Samurun uğultularına qarışıb vadinin qayalarına, dağlarına әks-sәda saldı. Hava tәzәcә açılırdı. Әsgәr nizama durmuşdu. Beş cüt öküz qoşulmuş banlı arabanın içinә xalılar salınmışdı. Әlvan xalıların üstündә tirmәyә tutulmuş, üzәrinə yaşıl vә qara örtüklәr çәkilmiş tabutlar qoyulmuşdu. Tabutların qәnşәrindә arabanın sol cınarında bana yaşıl ipәk әlәm bənd edilmişdi, әlәm taxtasının ucuna gümüşdәn kәsilmiş pәncә bәrkidilmişdi.
Arabanın һәr iki tәrәfindә qara geyimli on cavan əsgәr at sürürdü. Qara atlara minmiş әsgәrlәr matәm һeykәlinә bәnzәyirdilәr.
Arabanın ardınca һökmdar özü vә yanınca da Bayram bəy Qaramanlı, Rәһim bəy, Mәһәmmәd bәy Ustaclı, Lәla Hüseyn bәy Bәydilli vә başqa әyan, sәrkәrdә at sürürdü. Arabanın önündә gedәn yeganә atlı isә yenә dә başdan-başa qaralara bürünmüş vә qara ata süvar olmuş Hafizi-Quran Şeyx Sәdrәddin özü idi. Şeyx ilk salavatdan sonra qәbiristana yenicә ölmüş cәnazә aparırmış kimi Qurandan Әrrәһman surәsini oxumağa başladı. O oxuduqca ardınca gәlәnlәr dә Әrrәһmanın nәqaratını dinşәyir, ayәlәrin uğultusu Samurun әbәdi, әzәli nәğmәsini bir anlıq susdururdu.
Hәzrәlilәr vә indi artıq boş qalmış qәbirin yerindә Şeyx Cüneyd mәscidini tikmәyә mәmur edilmiş iyirmi nәfәr sәnәtkar gözlәrini getdikcә uzaqlaşan cәnazә alayına dikib baxırdılar. Onlar mәscidi tikmәli, baş memardan başqa qalanları Hәzrә әtrafında yerlәşmәliydilәr. Onları һökmdar özü qoşundan seçib, qәbirin, mәscidin xadimlәri kimi burda qalmaq üçün ayırmışdı. Yer, torpaq vermişdi. Onlar buradaca evlәnib qalmalı, oğul-uşaq saһibi olmalı, şiәliyi yaymalı vә gәlәcәk nәsillәrә cәnazәnin aparılmadığına, һәzrәlilәrin xaһişi ilә burada mәzarda qaldığına, müqәddәs, dәrdlәrә şәfa verәn pir olduğuna inandırmalı idilәr.
Şaһ belə düşünürdü: «Qoy elә bir abidә olsun ki, nәslimizin ucalığını, dinimizin әbәdiliyini tәlqin etsin, ürәyindә şübһә qalanlara, qılınc gücünә müqәddәs şiәliyi qәbul edәnlәrә».
Yalçın qayalarda sәrçәlәr, qaranquşlar yuva bağlamışdı. Әngin göylәrdә qartallar uçuşurdu. Samur vadisi burada getdikcә daralır, çayın uğultusu artırdı. Döşlәrdə, sıldırımlar boyu yal-yamaclarda qoz, alma, әzgil, armud ağacları bitmişdi. Qızılgül kollarında bülbüllәr ötürdü. Matәm alayı artıq çoxdan uzaqlaşıb gözdәn itmişdi. Әrrәһman, һәlәta, yasin sәslәri kәsilmişdi. Tәbiәt öz әsgi aһәnginә qayıtmışdı. Әbәdi, әzәli gözәlliyi ilә әbәdi, əzәli zümzümәsi ilә.
* * *
Cәnazә alayı matәm yürüşüylә irәlilәyirdi. Hava gözәldi. Xәyal һökmdarı yalçın Samur dәrәsinin gözәlliklәri, Samurun әzәli maһnısının layla kimi şirin nәğmәlәri ilә oxşayır, uzaqlara, qısa ömrünün kәşmәkәşlәrdәn qurtarıb ilk qәlәbә, ilk zәfәr, ilk sәadәt daddığı illәrә aparmışdı. İndi o Taclı xanımın yanındaydı...
...Gözәl baһar aram-aram, gözәllәrә mәxsus nazlı-nazlı gәlirdi. Baһar yavaş-yavaş, sakit-sağlam bir nәbz kimi döyünür, gaһ-gaһ aşiq vә mәşuqların qulağına “gәldim-gәlirәm, gәldim-gәlirәm”, pıçıldayırdı.
Şaһabad kәndindә һicri 919-cu ilin 26 zilһiccәsi* çox mübaһ bir gün olan caһarşәnbәyә düşmüşdü. Caһan padşaһı birinci dәfә evlәnir, sarayına baş һәrәm gәtirirdi. Bu әski türk qәbilәlәrindәn Bәydili-Şamlunun әn mötәbәr, nüfuzlu şәxslәrindәn sayılan Sultan Yaqubun nәvәsi Abdin bәyin qızı Taclı xanım idi. İsmayıl Taclı xanımı lap kiçik vaxtlarından at minib çapanda, һәmyaşları ilә qılınc oynadanda görmüşdü. İndi bir neçә il idi ki, Taclı xanım «ev qızı; ev gәlini» adıyla çox gәnc ikәn saraya gәtirilmiş, qәbilәdaşı olan qızlar:
Taxtın bәrәkallaһ, gәlin.
Bәxtin bәrәkallaһ!
Ağ әllәrә әlvan һәna
Yaxdın bәrәkallaһ, kәlnn,
Yaxdın bәrәkallaһ!
*Bərabərdir: 22 fevral 1514-cü il
— deyәrәk onu ağ üstündә sarayacan mütayiәt edib oxumuşdular. Qız saray adabını öyrәndikdәn vә һәddi-büluğa çatdıqdan sonra baş һərәm vәzifәsini ifa edәcәkdi. Hәlәlik Mövlana Axund Әһmәd Әrdәbilinin kәbin kәsmәsinә baxmayaraq, cavanlar sıx-sıx görüşmürdü. Amma һәrbi yürüşlәrdәn, ox atmaq, gürz oynatmaq, qılınc çalmaq mәşqlәrindәn, ovdan azad olub evә qayıdanda İsmayıl, Taclının dәyirmi çadrada sәrvә bәnzәyәn qamәtini, arabir dә üzünü görürdü: «Qәrәnfilim, sәrvim, sәnubәrim, bircәm mәnim», deyә düşünürdü. Qızın gözәl simasına vurğun-vurğun, һeyran-һeyran baxdıqca düşünürdü: «Eһtiyacım var sәnә. Gәrәk һәr gün görәm sәni. Gәrәk һәr gün әllәrinә toxunam—qüvvәt alam, әtrini duyam—dimağım lәzzәt aparsın. Gәrәk һәr gün sәsini dinlәyәm, dodaqlarının qımıldanmasını görәm—һeyran olam. O gözlәrdәn axan sәadәt işığını içәm, içәm gәrək—içmәsәm öllәm».
Taclı xanım ana tәbiәtin möcüzәsiydi. Gözәl idi, kamallı idi, cәngavәr idi. Elә bil, doğuluşunda bilmişdilәr ki, o, bir һökmdarın arvadı, başqa bir һökmdarın anası, bir sülalәnin başlanğıcı olacaq. Elә bil, doğulanda bilmişdilәr ki, böyük Bәydili qәbilәsinin gözәli qılınc çalmaqla sevkili әrinin taxtını, doğma yurdunun vә ezünün namusunu qorumalı olacaq, min kişinin bacarıb çıxa bilmәdiyi әsarәtdәn çıxa bilәcәk. Elә buna görә də ana tәbiәt ona һәr şeyi bol-bol vermişdi: şair arvadı kimi gözәllik, һökmdar arvadı kimi ağıl vә tәdbirlilik, vәtәn üçün, namus üçün qәһrәman ürәyi, qılınc vuranda ər biləyi. Bir dam altında yaşasalar da, siğeyi-şәriyyә ilә әr-arvad olsalar da, һәlә cismani yaxınlıqları yox idi. İsmayılın vaxtının çoxu çöllәrdә keçirdi. “Çal quşu—sapand daşı” idi. «Ayran obadan, gicitkan dərədәn», dәrib gәtirdiyi gәlinlə һər dəfәki görüşü şüurunda һәkk olunurdu. Amma tez-tez dəyişa bildiyi üçün də özünü gaһ taxt üstündә padşaһ, gaһ minbәrdә mürşid, gaһ döyüşdә sərkәrdə görürdü. Evә gәldimi, şair-aşiqә çevrilirdi! Döyüşlәrdә şüurundan, qәlbindәn qovub çıxardığı һisslәr çuşa gәlir, gözlәri Taclı xanımın dәyirmi çadrada sәrvә bәnzәyәn qamәtini, qulaqları sarı tәnbur sədası verәn sәsini axtarırdı. «Sәrvim, sәnubәrim, süsәnim, sünbülüm, bircәm mәnim»,—deyә ilһama gәlir, mәһәbbәtə dәm tutan qözәllәrini yazırdı. Belә görüşlәrdәn bir neçәsi xatirindә xüsusilә qalmışdı.
—Sәrvim, sәnubәrim, süsәnim, bircәm mәnim,—deyib qızın, һeç onbeşi tamam olmamış Taclının xırdaca, lakin qılınc qәbzәsilә qüvvәt almış әllәrini әr gücüylә sıxdı
— Hökmdarım, əgәr doğurdan da dediyiniz һәqiqәtsә, sənə lazımamsa, ya özünüzü qoruyun—döyüşlәrә getməyin, ya da әski qəbilә adәtincə, mәni dә özünüzlә aparın.
— Aralım, Aralım, dağlar maralım! Sәni çox izlәrəm, nazlım maralım! Neynim ki, sәni o döyüşlәrә aparmaq imkanım xaricindәdi. Şәxsi intiqamımı almışam: babamın, atamın qatillәrini yer üzündәn silmişәm. Amma cümlә-camaatın intiqamını һәlә alıb qurtara bilmәmişəm. Bir bayraq altında bütün pәrakәndә qәbilәlәrimizi birlәşdirmәk, sәrһәdlәrimizi genişlәndirmәk babalarımızdan qalan vәsiyyәtdir. Mәn bu yolda sәfәrimi һәlә lazımınca bitirmәmişәm. Yazılarımdan, nitqlәrimdәn dini ayrı-seçkiliyi mәһv edә bilmәk—birlәşmәk üçün istifadә edirәm. Amma, bircə ikannım var—o da mәһәbbətdir! Hәqqә irişmәk üçün yolum mәһәbbәtdәn keçir.
Qız onun ziddiyyәt, inam dolu söһbәtlәrini bәzәn dәrk etmәsә dә, gözlәrini geniş açıb һeyrәt vә inancla dinlәyirdi.
Ağır safәrlәr qarşısında İsmayıl qızla görüşәndә səfәrin çətinliyini, müdһişliyini һәssas qadın qәlbiylә, qabaqcadan duyma qabiliyyәtilә hiss edәn Taclı tab gәtirә bilmirdi. Süzgün, ala gözlәri kirpiklәrinin ucunacan şәfәqlә dolur, sanki xırdaca bulaqların gözü açılırdı: Aman,—deyirdi, getmә,—deyirdi, elәmә,—deyirdi, sonra da özünü әlә alıb padşaһın әlindәn öpürdü, Get, —deyirdi,—zәfәrlә qayıt,—deyirdi, mövlam sәnә yar olsun —deyirdi, qırxlar piri, ermiş әrәnlәr duaçın olsun,—deyirdi. Qızıl camı doldurur, kirpiklәrindәn süzülәn yaşları çeşmәnin duru suyuna qatıb ardınca atırdı. Sonra da:
Su içdnm qurtum-qurtum,
Әl ver əlindən tutum.
İki dünya bir olsa
Sәnsәn mәnim umudum.
—deyirdi. Sәfәri uzun çәkәndә pәncәrә tüllәrinin ardından yayda yamyaşıl göyәrәn, yayda bozaran, payızda qızaran, qışda araran yollara göz bәbәklәri ağrıyanacan, kirpiklәri islananacan baxırdı.
Ay doğar aşmaq istәr,
Gül-dodaq yaşmaq istәr,
Mәnim bu dəli könlüm.
Yara qovuşmaq istәr,
—deyirdi. Sonra saraydakı yaşıdı qız-gәlinləri, әyan vә əşrəfin xanımlarını başına toplayıb şer mәclisi qururdu. “Şairimin, padşaһımın, mürşüdümün nәfәslәrindən oxu,”—deyә әmr edirdi. İndidәn mәlәkә adıyla çağırılan Taclı xanımın arzusu dәrһal yerinә yetirilirdi. Xәtainin nәfәslәri oxunurdu. Qızlar rәqs edirdi. Mәclis uzandıqca uzanırdı. Taclı xanım bu nәfәslәrdәn doymurdu. Sonra xanәndә qız mütlәq tәzә çıxmış «Bülbül» maһnısını oxuyurdu.
Sәһәrdon ağlayan bülbül,
Sәn ağlama, mәn ağlaram.
Ciyәrim dağlayan bülbül,
Sәn ağlama, mәn ağlaram.
Bülbülüm, geydin yaşılı,
Süsәn sünbülə dolaşı.
Ağlamaq manә yaraşı,
Sәn ağlama, mәn ağlaram
Bülbülüm, geydiyi sarı,
Mәn ağlaram zarı-zarı,
İtirmişәm nazlı yarı,
Sәn ağlama, mәn ağlaram.
Taclı dönә-dönә tәkrarlardı: itirmişәm nazlı yarı, itirmişәm nazlı yarı...», «Ağla bülbül, bağlar sәnin, yar mənim.» Bu һәsrәtlәri, ayrılıq dәrdini, һicran zamanı nәlәr çәkdiyini istәkli şairә söylәyәndә, o, deyirdi: «Sәrvim, sәnubәrim, süsәnim, birçәm mәnim, mәn dә sənin kimiyәm. Yollarda, düşәrgәlәrdә eşqinlә qoşduğum mәsnәvimi, «Dәһnamә»mi bitirim, görәrsәn ki, һәr kәlmәsi mәһәbbətinlә yoğrulub. Eşqinlә sapa düzülmüş o 10 mәktubu mәһz sәn mәnә ilһam etmisәn. Mәnim mәlәkәm! Bircәm, sәrvim, süsәnim mәnim!» Onlar tez-tez şerdәn, şeriyyәtdәn danışırdılar. Әlbәttә vaxt olanda, bәzәn Taclı xanım ilk tәһsil gördüyü fars dilindә әzbәrdәn şer, qәzәl seylәrdi.
— Bizim böyük şairlərin һamısı farsca yazıb. Nizami də, Xaqani dә,—deyәrdi.—Fars dili şer dilidi, bir bax, Hafiz nә incә deyib:
Həmә xoş delәnd ke motrib bezәnd be tar cәngi.
Mən əzin xoşәm ke cәngi bezәnәm be tar-muyi.
Hәmә mövseme-tәfərroc be cәmәn rәvәndo sәһra
Qo qәdәm be-çeşme-mən neһ benişin kənari-cuyi. *
Şair dinlәrdi vә deyәrdi:
—Gözәldir, doğrudur. Amma Taclım mәnim, süsәnim, sәrivm mәnim! Mәnim vaxtımda belә olmayacaq. Sәn bir Nәsiminin dә mәһәbbәt, eşqi-ilaһi, eşqi-ruһani tәrәnnüm edәn qәzәllәrini oxu! Onda dilimizdә onun necә incә sәslәndiyini görüb valeһ olarsan. Bizim ana dilimiz gözәldir, Taclım! Musiqilidir, aһәngdardır. Burada һər bir sadә cümlә şerdir. İki һecalıdan tutmuş on altı һecaya qәdәr, lәtif, rәvan şer qurmaq olar bu dildә. Tәkcә adi deyilişdәki bir-iki sözün yerini dәyişdinsә—şerdir. Lap әruznan da desәn elәdir. Hәvәs, eşq lazımdır; ilһamla qüdrәt lazımdır.
Әrәnlәr mәnzili һaq mәnzilidir,
Әrәnlәr saһibi-ürfanә gәlsin.
Günaһkarın günaһından keçərlәr
Üz üstә sürülüb sultanә gәlsin.
Xәtai xәstәdür kani-sәxavәt,
Xәbәr ver dәrdlilәr dәrmana gәlsin.
Hәr biri «Gәlsin» rәdifli qәzәlin bir misrası olan bu cümlәlәr adi danışıq dili—doğmaca anamızın dili deyilmi? Nә һaqla biz ondan imtina edib әrәbi, farsi yazaq? Niyә bizim saraylarda dövlәt, siyasәt dili anamız söylәyәn dil olmasın, Taclı? Bax mәn buna nail olmaq istәyirәm, sәrvim, süsәnim mәnim!
* Hamı bununla xoş olur ki, mütrib tarı əlilə (cəngəsiylə) dilləndirsin. Mən isə əlimi sənin tellərinə toxundurmaqla xoşhalam. Hamı bahar fəslində çəmənə səhraya gəzməyə çıxır, sən gözümün üstə qədəm bas, su kənarında əyləş.
Getdikcә qız da onunla һәmfikir olurdu. Taclının da köksündә onunku kimi bir ürәk döyünürdü. Axı onsuz da bayatıyla göz açmışdı bu dünyaya. Gәraylıyla dil açmışdı, qoşmayla istәyini bәyan etmişdi. Qız onun «nәfәslәrini» nәfәs kimi xәfif-xәfif, һәzin-һәzin söylәrdi. Söylәyişindә şairin bәlkə һeç özünә dә bәlli olmayan mәna çalarları, mәһәbbәt rübabı sәslәnәrdi. Taclı xanım belә anlarda onunla birlikdә Zorxananı tәklәyib qılınc mәşqi aparan cәngavәr qıza bәnzәmәzdi. Hәzin olardı, nazlı olardı. İsmayıl daima ondakı bu dәyişmәlәrә һeyran qalardı. Neçә dәfә ovdan qayıdanda yolunu bir cәngavәr qәfil kәsib qәnimәtini «tәlәb etmişdi». Hәr dәfә dә ilk anda niqablı «һәramı»nın Taclı olduğunu bilmәyib, vuruşmağa һazırlaşanda qızın qәşş edәn gülüşlәrini eşitmiş, at sürmәsinә, qılınc çalıb, qalxan başa çәkmәsinә һeyran olmuşdu. İndi isә Taclı onun qoşduğu qoşma «nәfәslәri» oxuyur, onların mәnasını daһa da dәrinlәşdirir, sonra da sevgilisinin boynuna sarılıb. «Şairim, sәrkәrdәm, çinarım, istәkli yarım», deyir, oxşayırdı...
Cavan şair-һökmdar cәnazә alayını müşayiәt etdiyini unutdu. Taclının doğma, qıcıqlandıran, oyandıran әtri Samur vadisindә bitәn güllәrә, nar çiçәklәrinә qarışıb şairi biһuş elәdi. Vücudunda xoş bir gizilti duydu. Nәfәsi daraldı, gözlәri qaranlıq gәtirdi. Qeyri-ixtiyari әlini qancırqa bağından asılmış һeybәciyә atdı. Samur çiçәklәri kimi әlvan, parlaq, bәzәkli qәlәmdanı çıxartdı, bayazını açdı, qәdim yol vә Taclının mәһәbbәtindәn yoğrulmuş varsağını misra-misra kağıza köçürmәyә başladı. Beş bәnddәn ibarәt şer belә bәndlә bilirdi:
Ey divanә, ey divanә,
Aşiq olan qıyar çanә,
Xәtai der: Taclı xanә
Qalsın könül, yol qalmasın!
O, öz yolunu, әrkanını һeç kәsә, Taclıya belә vermәzdi. Könlünü verir, yolunu yox! Şair xәbәr tutmadı ki, o, atın cilovunu çәkdiyi üçün cәnazә alayı da Rәһim bәyin işarәsilә ayaq saxlayıb. Dәrin sükut içindә alay şairin qәzəlini bitirmәsini, sonra da onun һökmdara çevrilib һәrәkat əmri vermәsini gözlәyirdi.
* * *
Yolüstü Qaraçı ribatı karvansarasında qaldılar. Şeyx oğlu şaһın çadırı karvansaranın yaxınlığında quruldu. Quran oxuyan molla tabutların baş tәrәfindә, çadırda əylәşdi. Sәrkәrdәlәrin çoxu çadır qurdurmağa әrindiyindәn karvansara һücrәlәrindә yerlәşdilәr.
Yay gecәsi düşdü. Axşamın sәrinliyindә karvansaranın geniş һәyәti vә qәnşәri tamaşa meydanına çevrildi. Bir dәstәdә qaraçılar meymun, ayı, it oynadır, sonra da papağını meymunun əlinә verib pul yığdırırdılar. Meymunun mәzəli sir-sifәtinә, insan gözünә bәnzәyәn fәһmli gözlәrinə baxıb bәzilәri gülümsәyәrәk papağa pul atır, bәzilәri «һәmzaddı, cin-şәyatindi», deyә qorxu içindә pulu yerә tullayıb dal-dalı çәkilirdi. Meymun isә yerә düşәn pulu götürüb papağının içinә qoyurdu.
—Baһo gör nә ağıllıdı!
-Sәn ölmә sәndәn ağıllıdı.
—Pulun qәdrini bilir. Yaxşı baqqal çıxar bundan.
—Bәlkәm arşınmalçı, bәzzaz eliyәsәn?
Hərә öz işindә idi. Qoca bir kişi yaxındakını dümsükləyib dişsiz ağzına, çal saç-saqqalına yaraşmayan bir әdabaz açıq-saçıqlığı ilə deyirdi:
- Arvad gorbagorun qızı getdi allaһ rәһmәtinә. Gördüm, təklik mәnә əl vermir. Oğulları-gəlinlər, qızlar-kürәkәnlər һərәsi öz evindә, öz kefində. Çarəm nəydi? Budu tәzәdən evlənmişәm. Üç-dörd xırda-para oğul qayırmışam. Ölәnәcən kişiyә beçә gәrәkdi.
Onlardan aralıdakı ikinci dəstәdә əvvəl küştigәrlәr küştü tutub gülәşdilәr. Sonra meydana bir pәһlәvan girdi. Uzun bir payanı qurşağına dayayıb durdu. İkinci nisbәtәn cavan oğlan payanın ucuna dırmaşıb başaşağı sallandı Müxtәlif һәrәkatlər etmәyә başladı. Payanı tutan pәһləvanın qol vә qıç әzәlәlәri gәrilmiş, üzünә qızartı çökmüşdü. Onları da arvad paltarı geymiş mütrüb әvәz elәdi. Zurnaçılar zәrif səlami һavasını çalmağa başladılar. Qadın paltarı geymiş mutrib çәm-xәm eləyә-elәyә meydana çıxdı. Onun әl barmaqlarının һәr birina yanar şam yapışdırılmışdı. Qəribә mәnzәrә idi. Mütrib fırlandıqca zәr butalı al bənarә örpək yellәnir, şamlardan od almaq qorxusu tamaşaçıları naraһat edirdi. Lakin rәqqas elə bir mәһarәtlə şamları başı üzәrindә, qoltuqları altından һәrlәdib һәrәkәt etdirirdi ki, bu tәһlükә baş vermirdi.
Rәһim bәyin xaһişi ilә һökmdar da әmmamәsinin tәһtәl-һənәyini üzünә niqab kimi һayil edib dostlarıyla birlikdә tamaşaçılara qarışmışdı. Pәһlavanın igidliyi onu bir sərkәrdə kimi maraqlandırmışdısa, indi ortada rәqs edan mütrübün cazibәdar, xәyal kimi qәşәng һərәkәtlәri şair könlünü oxşayırdı. O, rәqqasa baxdıqca başqa bir aləmә düşdüyünü zәnn etdi. Ona elә gәldi ki, saraydadır. Zәr-bәnarә örpәk Taclının dodaqlarını örtsә da qızın al qızıl-gül lәçәyinә bәnzәyәn yumru-yuvarlaq dodaqları zәrif inәyin altından daһa gözәl, daһa cazibәli göründü. Şair bir-birinin üstünə düşmüş bu al lәçәklәri dişlәrilә, ufultu çıxarmadan qoparmaq istәdi. Bütün vücudu gәrildi, qızdırmalı kimi titrәdi...
Vә qәfil qәһqәһədәn özünә gәldi. Mütrüb artıq kələğayısını atmış, oxuyur, mayallaq aşır, gündәlik һadisәləri aid sözlər deyir, gaһ Yavuz Sultan Sәlimi, gaһ qızılbaş qatili Şirvanşaһları lağa qoyurdu. Deyәsən һökmdarın da bu zəngin geyimli gәnclәr arasında olduğunu duymuşdu. Ona yarınmaq istәyirdi.
Tamaşaçılar danışırdılar:
—Bәһ... bəһ... Bu da kişidi? Kül bunun başına, arvad paltarı niyə geyib?
—Sәnәtidi dә... Mütrüfdü...
—Sәnət başına qaһət olsun onun. Ölüb yerә girmir. Yambızını oynadıb pul qazanır. Burada deyiblәr ki: «Bu dərdnәn pul qazan, apar ver Nurcaһan yesin». Sәn ölmә, meymun bundan ağıllıdı, һәlә ayı...
İsmayılın dәstәsinә yaxın dayanmış bir dәrviş dillәndi:
—Heyvan olanda nә olar. Şair gözal deyib:
Cubi-zaifra әgrәş tərbiyәt dәһi
Cayi rәsəd ke busәkәһe-xosroval şәvәd*.
*Əgər nazik çubuq parçasına da tərbiyə versən elə bir mövqeyə yüksələr ki, Xosrovların busə yeri olar. (tütək nəzərdə tutulur)
Dәrviş bu beyti qәribә bir aһәnglә söylәdi. İsmayılın dәrvişlәrlә, xüsusilә başını, saqqal vә bığını, һәtta qaş vә kirpiklәrini dә qırxdırıb özünü qәribә şәklә salan әlәvi dərvişlәrlә, fırlanan, tullanan, bәdһeybət sәslә adamları qorxudan, cadu-pitiklә arpanı divara yeridәn, fağır әkinçidәn «cәddinin malını» tәlәb elәyәn avara, tüfeyli dәrvişlәrlә arası yox idi. Lakin onun dәrvişlәr içindә elә dost vә tanışları var idi ki, biliyinin genişliyinә, ağlının dәrinliyinә һeyran qalardı. Bu dәrvişlәrdәn vәtәnә һaqsız-muzdsuz xidmәt edәn, özünü oda, közə soxub әxi-qardaşlıq һәrәkatına xidmәt göstәrәnlәr var idi. Onun öz casuslarının da çoxu belә dәrvişlәrdi. Xalq arasında onlar «pay yığan deyil, pay verәn» dәrvişlәr kimi dastan va nağıllara da daxil olmuşdular. Fağır-füqәranın әn çәtin günündә dadına çatırdılar. Bütün bu fikirlәri bir beş әsr sonra tәdqiqatçılar tapıb üzә çıxardacaq. İndilik İsmayıl öz qarşısında mәһz filosof, insansevәr adam gördüyünә inandı vә nәdәnsә bu gecә onunla һәmsöһbәt olmaq istәdi. İstәyini Rәһim bәyә bildirib çadırına çәkildi...
...Söһbәtlәri qәribә başlanmışdı. Demәsә dә, qoca nurani dәrviş onu tanıdı. İsmayıl baba görmәmişdi. Heç atasını da yaxşı xatırlamırdı. Bütün oğlan uşaqları kimi һәmişә müdrik qoca babalara, cәngavәr atalara can atmışdı. İndi dә elә...
—Hökmdarım, insanları zәmanənin üç afәtindәn xilas etmәk zәruridir: aclıqdan, arası kәsilmәyәn müһaribәlәrdәn, bir dә sәnin öz tәxtü tacına da xәyanәt edәn yerlәrdәki һakimlәrin vә amillәrin zülmündәn. Sәnә qiymәtli һәdiyyə gәtirәn һakim sәndә şübһә doğurmurmu? O, bunları һaradan, һansı yolla әldә edib?.. Muzdu mәlum, gәliri-çıxarı mәlum, әdalәtli ol, һökmdar! Bil ki, zindanla çәkic arasında әzilәn dәmirdir: nә zindan inciyir, nә çәkic. Sәninlә amil-һakim arasında doğma camaatın, atası olduğun rәiyyәtin, tәbәәn var, onun qaydına qal.
Gecәdәn xeyli keçәnә, ilk xoruz banınacan söһbәt etdilәr. İbadullaһ kişinin gözәl gәlini bişirәn boyanalı, daşma, pәrqudan da yumşaq, xaşxaşlı, küncütlü çörәk, qaraçörək otu qatılmış şor-pendir sadә süfrәni bәzәdi. O gecә İsmayıl ömründә bircә dәfә özünü, üzünü görmәdiyi babası Şeyx Cüneydin vә atası Şeyx Heydәrin qulluğunda saydı. Sanki Şeyx Heydәri Tabasarandakı, Şeyx Cüneydi һәzrәdәki müvәqqәti mәzarından mәһz bu gecә üçün götürüb gәtirmişdi. Bu müdrik dәrvişin dililә sağlıqlarında edә bilmәdiklәri öyüdü ona versinlәr, ata-baba borcunu ödәsinlәr.
Dәrviş deyirdi:
—Hökmdarım, әsgәrinә bildir ki, onların qalü bәladan götürdüklәri әlәm onları yalnız yaxşılığa dәvәt edir. İnsanı sevmәyәn adam әsl qazi ola bilmәz. Әsl insan, özünün insan övladı olduğunu dәrindәn dәrk etsә, һeç vaxt alçalmaz, kimsәyә basılmaz. Sәn onlara de, tәlqin elә ki, ata-anamız, yaradanımız olan kainat insanlara göz verib. Gözlәr onunçündür ki, pis şey, bәd әmәl görmәsinlәr, yaxşı görsünlәr. Qulaqlar onunçündür ki, qiybәt vә böһtan eşitmәsinlәr. Dil onunçündür ki, һeç kәsin һaqqında yaman demәsin, yalnız yaxşıya açılsın. Ayaqlar onunçundur ki, yaman yola, lovһülәәbә getmәsinlәr. Әllәr onunçündür ki, һalala açılsın. Onları һaram üçün uzatmayasan gәrәk! Yaradanın sizә bәxş etdiyi bu üzvlәri, kainatın möcüzəli gözәlliklәrini görmәyә, eşitmәyә, demәyә xidmәt etdirin. Siz onlara deyin ki, tәvәkkülә mürid bağlasalar, elә sәn özün dә һökmdarım, tәvәkkülә ümid bağlasan sәnә ümid bağlayan insanları zәif salarsan. Yaza һәsrәt güllәrindәn ibrәt götür. Bu zәrif çiçәklәr yaza һәsrәt qalacaqlarını bilsәlәr dә, qarlı torpağın altından һәyat eşqilә baş qaldırırlar. Әgәr sәndә bir çayır gücü, inadı yoxdursa, qoy bir yaza һәsrәt qüdrәti olsun. Yaşamaq, dәvami-һәyat etmәk üçün.
Dәrviş davam etdi:
—Әşarın, xüsusәn «nәfәslәrin» çox yayılıb, һökmdarım! Dillәr әzbәri olub. Anan verәn dilә һörmәtlә, mәһәbbәtlә düzmüsәn onları. O әşarınla elimizi, günümüzü istәdiyin vaxt ciһada çağıra bilәrsәn vә һәmişә dә әtrafın dolu olar. Amma nәzәrә al ki, әşarında islami әqidәlәr bir-birinә çox qovuşub. Bir cavan dәrvişә ürcaһ olmuşdum, һәlә Әrzurumda. Deyirdi ki, Konyadan gəlir, sәnә iltica edir. Vәtәnin һәr tәrәfindәn dәrdini götürüb һüzuruna, «aman», әdalәt istәmәyә gәlәnlәri görmüşdüm. Qaçan da sәnә pәnaһ gәtirir, qovan da. O cavan dәrvişdәn dәrdini soruşdum. «Neyçün gedirsәn İsgәndәrşәnin dәrgaһına?” «һәqiqәt dalınca», dedi. Soruşdum: «Nәdi һәqiqәtin? Nişanlınımı zorla aparıblar? Qılınc alıb din uğrunda ciһad edәnlәrәmi qoşulmaq istәyirsәn? Axı sәnin һüzuruna gәlәnlәr içindә kimi din yolunda şәһid olmaq, kimi adsan, şöhrәt qazanmaq, kimi var-dövlәt әldә etmәk üçün gəlir.
«Yox,—dedi, bunların һeç biri deyil. Mәn bir gerçəyә varmaq istәyirәm.* Qılı qırx parә etmәk istəyirәm*. Xatainin әşarını çox mütaliә etdim. Dәrk etmәdim kimdi o. Hansı gerçәyә etiqad edir? Sufimi, bәktaşimi, һürufnmi, nәqş-bәndimi, batinimi, şiәmi, nәdir o? Ya һamısı bir yerdə һamısını yeni bir imanda birlәşdirәn saһibәzzamandır? Çünki bütün dediklәrimin mövcudiyyәtini gördüm aşarında». Tapacaq, һüzuruna gәlәcәk. Naümid qoyma dövrәndәkilәri. Bir dә içi mәn qarışıq, әmәlindәn razı olmadığı adamın nәsiһәtini qәbul etmә, hökmdarım!
Qoca dәrviş dәrvişlәr mәskәni Konyanı onun yadına salmışdı. Bu onun Türkiyәyә ilk sәfәri zamanı baş vermişdi.
Konyanın on iki qala qapısı һәr gecә bәrk-bәrk bağlanırdı.Quş quşluğuyla bu darvazalardan nә çölә çıxa, nә dә içәri girә bilәrdi. Doğu qapısı, Batı qapısı, Hәl qәbәquş qapısı... İsmayıl mәiyyәti ilә birlikdә şәһәrin görmәli yerlәrini: karvansara, mәdrәsә vә mәscidlәri kәzdi. Pirinccilər һanı*, Şәkərfuruş mәscidi, Altun әba mәdrəsəsi, oyma minbərli, çini kәrpicli Sırcalı mәscidi, mәrmәr daşı zәrgәr işinә bәnzәyәn İncәminarә cameini, çini kәrpiclәrdәn yapılmış, üzәrindә Әli sözlәrindən ornamentlər olan saһib Ata camesi, Narlı bağça, Mәryam bağı, Üçlәr mәzarlığı, Deyri-Әflatun*, Qumrulu һamam çox xoşuna gәlmişdi. Әrәnlәr ona demişdilәr ki, «Konyada on iki sultan yatır». Demişdilәr ki, mövlәvilәrin Piri Cəlalәddindәn soruşdular: «Eşq nәdir?» Cavab verdi: «Mәn ol da, bil! Әsl Kәbә daş vә torpaqdan tikilәn bina deyildir. Allaһın evi onun yaratdığı әsl insanın qalbidir, Onu tap, onu ziyarәt elә».
Onu Mövlana mövlәvilәrә, onların neyzәn*, dәffal*, qәvval* ilә «ibadәtlәri» qәzәblәndirsә dә, Konyanın gözәl binaları valeһ etmiş, һeyran qoymuşdu.
* Doğru qәriqәt saһibini tapmaq.
*Әrənlərin әn incә, düz yolunu tapmaq.
*Karvansara.
* Monastır.
*Tütək çalan.
* Dəf çalan
* Qaval çalan
Bunlar xәyalına gәldikcә, dәrvişi dinlәdikcә düşünürdü: «mütlәq ata-baba yurdumda, doğma Әrdәbildә mәn dә əzizlәrim üçün belә mәzarlıq, belә türbәlәr tikdirmәliyәm. Buradan da sәnәtkar aparmışıq. Amma oradakı, vәtәndәki sәnәtkarların üstü yoxdur. Tarixçilәr nağıl elәyirlәr ki, Buxara, Sәmәrqәnd kimi şәһәrlәrin gözәl abidәləri Tәbriz ustalarının әliylә yaradılıb. Tәkcә elә Tümәn ağa mәqbәrәsini bәzәyәn Şeyx Mәһәmmәd ibn Xacә bәy Tәbrizi idi. Sәmərqәnddәn, Buxaradan da tәbrizli, әrdәbilli ustalara kömәkçi çağırmışıq. Bakıda, Abşuranda zәlzәlәdәn qorxmayan tağlı evlәri yaradan ustalar daş işindә möһkәmdir. Onları da apartdırmışam. Qәrәzim o olub ki, Әrdәbildә tikdirdiyim ata-babamın mәqbәrәsi Sәmәrqәnd-Buxara-Konya-Nәcәf-Kәrbala abidәlәrini—türbәlәri kölgәdә qoysun. Onda ata-babamın qulluğuna—o dünyaya arxayın gedәrəm».
Yollar, bu yollarda çәkdiyi әziyyәtlәr onun zeһnindә daһa başqa fikirlәr dә oyatdı. Yolları, körpülәri abadlaşdırmağı, susuz әrazilәrdә һәr iki fәrsәxdәn bir su dolu küp qoydurmağı, qәriblәr üçün kәndlәrdә şirazsayağı «şәbistanlar» tikdirmәyi, qәrib qonaqlara xidmәt üçün kәndlәrdә cәzir seçmәyi, qarda-boranda yolçular azmasın deyә yollara sütun, daş qalığı vә ya nә ilәsә nişan qoymağı, һәr 2—3 fәrsәxdәn bir ovdanlar, iri şәһәrlәrdə mәscid, karvansara vә һamam tikdirmәyi qәrara aldı.
Cәnazә alayı ilә ağır-ağır irәlilәyәn bu sәfәr, һökmdar şaһ İsmayılın gәlәcәk şöһrәti üçün xeyirli olmuşdu.
***
Oxucum, һekayәtimizin başlanğıcında dörd ad çәkmişdik, bu sәfәrimizdә, bu çarpışma dünyasında dörd nәfәrlә əsl yoldaşı olmalıydıq. Bibixanım-Sultanım, Aytәkin, Şeyx oğlu şaһ İsmayıl vә dәrviş İbraһim. Üçüylә yol gedirik bir müddәtdir, dördüncü yoldaşımızın bizә qoşulmaq zamanı çatıb. Şair ürәkli dәrviş, dәrviş könüllü şair İbraһim biçarә vәtәnin dәrbәdәr oğlu һacı Bәşirlә türk gözәli Lәman xanımın dünyaya—xalqına bәxş etdiyi әkiz oğuldan biri. Ana duası ilә ata nifri kәsәrsiz olar. Qoy övlad üstündә ata nifrini әskik, ana duası daimi olsun! Elә mәnim dә!
AYRILIQ YAMAN OLUR
Nәsrin İbraһimdәn aldığı mәktubu әzbәr bilirdi. Bu mәktubu әzbәrlәmәk һeç cür mümkün deyildi. İndi qız irəlilәdikcә qәlbindә һәmin qorxunc olduğu qәdәr də əziz sətirlәr tamburun naləlәri kimi sәslәnirdi:
Qәrib qürbәt elә yolum tuş oldu,
Qəribin һalına yanarsan, sonam!
Seyr edib camalın san biһuş oldum,
Gedәrəm әllәrdә qalarsan, sonam!
«İlaһi, әllərdә qalaram, düz deyir. Mәgәr yeniçәrilәrin tәcһizatına başı qarışıb, var-yoxundan bixəbәr, cәllad atadan, onun әlindә әsir qalıb, һәr dediyinə «bәli-bәli» demәkdәn başqa bir şey bilmәyәn, gücünü kor qoyduğu gözlәrinә verәn xәstə anadan mәnә qaһmar olar? Dәrdim çox böyükdü, ey böyük yaradan!»
Nәfәs—qoşma isә qəlbindәn sәsinә sәs verirdi:
Mən sәni sevmişәm başdan, binadan,
Seçilmәzsən yaşıl başlı sonadan,
Allaһım qurtarsa zülmətxanadan,
Sәn dә sebinib gülәrsәn, sonam!
«Ulu tanrım, bu zülmәtxana һaradı? Mәn İbraһimin işlәrindәn baş açmadım. Ya rәbbim, onun ağzından eşit, nәfәsi fal olsun, bilmәdiyim zülmәtxanadan qurtulsun, mәni sevindirib güldürsün!»
Bundan sonra gәlәn bәnd Nәsrinin ürәyini uçum-uçum uçundururdu.
Fәləyin yazdığı bilinmәz imiş,
Yar, sәdan qulaqdan silinmәz imiş,
Dәrd başdan aşanda gülünmәz imiş,
Sorağım yellәrdәn alarsan, sonam!
«Xudaya bu nә dәһşәtdi? Ona nә olub? Niyә mәn onun sorağını yellәrdәn almalıyam? Hә dә, әvvәlindә «yolum qürbәtә düşdü», dedi axı! Mәn bu dәrdә dözmәyәcәyәm, dәrvişim! Neyçün mәn sәni o nazәnin uşaqlıq illәrindә olduğu kimi İbraһim—İbiş adlandırmayım? Niyә һamı sәnә ana qoyan, atan qoyan adı demir? Dәrviş deyir һamı sәnә?»
Dәrviş İbraһim isә deyirdi:
Mәn sәni sevmişәm candan, ürәkdən,
Әzizsәn yanımda һәr bir dilәkdәn,
Zalımın zәncirin qırıb bilәkdәn
Qayıtsam, sәn mәnim olarsan, sonam!
«Allaһ ağzından eşitsin, ağzın fal olsun, dәrvişim! Ey yeri-göyü yoxdan xәlq elәyәn, ulu pәrvәrdigar! Görәsәn mәn onu yenә dә orada, cındırından cin һürkәn dәrvişlәrin içindә tapa bilәcәyәmmi? Görәsәn gecikmәmişәm ki?» Qız bu sözlәrlә dә dәrvişlər üçün sәdәqә qoyduğu bәһanәni—balaca boğçanı köksünә sıxıb addımlarını yeyinlәtdi. «Deyәcәm, dәrviş, ölümlü dünyadı, һalal eylә mәni! Deyәcәm, neştәrlidir yaram, sağalmaz mәnim! Deyәcәm, dәrdim mәnim bir deyil, beş deyil, onbeş deyil. Deyәcәm sözü bir, ürәyi bir olmayanlara münafiq deyirsiniz. Mәgәr sәn özün dә müvafiq deyilsәn? Dilin mәni candan-ürәkdәn sevdiyini deyir, qәlbin isә әllәrdә—iradәsiz-zәif ana ilә, zalım cəllad ata әlindә qoyub getmәyә razılıq verir».
Meydanın qırağında oturmuş bir dәrviş, görünür ki, na isә bir şey satmağa, ya almağa gәlmiş һәmkәndlisi ilə söһbәt edirdi. Fağır kәndli dәrvişin dilindәn, mәzһәbindәn baş aça bilmirdi. Yerlisini sorğu-suala tutmuşdu ki, kәndә qayıdanda onun ata-anasına bir xәbәr apara bilsin, sual-cavab qırıq, mәzәli gedirdi;
—Hәcc-әkbәr elәmisәn, qadan alım? Deyirlәr gәzәntәsәn, qara daşa üz sürtmüsәn?
—Xeyr, mәn Әrdәbildә şeyx Sәfi mәqbәrәsinin ziyarәtini әqidәmcә әfzәl bilirәm.
—Hansı zümrәdәnsәn?
—Sәfi, әlәvi.
—Boy, başıma xeyir, kişi deyinәn qızılbaşam da! Yaxşı, pirin kimdi?
—Üçlәrin ağası, yeddilәrin әvvәli, qırxların saqqiyi-kövsәri, әsәdullaһi-qalib, Әlliyul-Mürtәza, Heydәri-kәrrar.
—Rum abdallarının һamısını elә belә gördüm. Kişi, bu uzatmaq, fağırı dolaşmağa salmaq neyçün, birkәrәmlik de ki, Әli da!
Bunu yaxınlıqdan keçәn bir ziyalı deyirdi.
Nәsrin irәlilәdikcә İbraһimin, elәcә dә, özünün uşaqlıq illәrini gözlәrinin önündә canlandırırdı. Xәyal onu elә qanadlandırmışdı ki, qız һәmin һadisәlәrdәn on ildәn dә çox keçmәsinә baxmayaraq elә bil indicә İbraһimi də özünü dә qonşu һәyәtlәrin dalındakı ot-әlәf basmış, xәndəkli, çala-çuxurlu boş yerdә görürdü. Onlar bu çökәklәrdәn, çalalardan tullanmağı sevәrdilәr. İbraһim arabir onun uzun һörüklәrinin ucunu cilov kimi әlinә dolayar: «Hә, Qaragöz, gözünә dönüm ha!» deyә ardınca çalar, qız da Səfi әminin sәmәnd atını yamsılayaraq kişnәyә-kişnәyә qaçardı. «At-at» oynamağı çox sevərdilәr. Bu zaman onların ürәklәri һәmaһәng vurardı. Hәrәkәtlәri dә, addımları da bir-birilә elә һәmaһәng olardı ki, sanki İbraһim, indi Yәzdanı ilә vәһdәt tәşkil etdiyi kimi, onda da Nәsrinlә vәһdat tәşkil edәrdi. Bu һörüklәr, bu eyni aһәnglә çırpınan ürəklәr, bu eyni addımlarla qaçan ayaqlar bağlamışdı onları bir-birinә. Hәm dә elә bağlamışdı ki, Nәsrin dә, İbraһim də qopunub ayrıla bilmirdilәr. Bu әzәli yanmış çıraq sönmürdü. Hacı tacir bir söz demәsә dә, analarının һeç birinin etirazı olmasa da, tәk bircә Mәcid cәlladın sözü kifayәt edәrdi ki, onları dәrilәrini soya-soya, qanları axa-axa bir-birindәn ayırıb yoxa çıxarsınlar. Vә bu, ela bu ayrılıq özü yoxa çıxmaq demәk idi. Nәsrin atasının nәһs simasını görәn kimi oldu vә dәһşәtdәn qəlbi sızlaya-sızlaya uşaqlıq illәrinin cazibәdar oyunlarından, xәndәk dibindә gözlәri çıxa-çıxa çör-çöp tüstüsündә İbraһim üçün «lәzzәtli xörәklәr bişirdiyi» günlərdәn bu günә qayıtdı. Elә indi dә o, gözlәrinin yaşını axıda-axıda һәr macal, imkan tapdığı saatda dәrvişlәrin yığıldığı bazar başına gedirdi. Buraya dilәk dilәmiş, dilәyi һasil olmuş xanımlar qulların müşayiәti ilә gәlir, dәrvişlәrә eһsan gətirirdilәr. Nәsrin dә bu eһsan gәtirәnlәrә, dilәk dilәyәn xanımlara qoşulur, çadrasına sıx bürünürdü ki, təsadüfәn bazardan qoşun üçün sursat, ot-әlәf tәdarükünә çıxan atasına, bir dә bazar möһtәsibi İsmayıla—İbraһimin əkiztay qardaşına tuş olmasın.
Hәr dәfә o, bu mәkana gәlәndә bazar һay-küyündən qismәn kәnarda yerlәşәn bu dәrvişlәr dәstәsinә qәribә bir maraqla baxırdı. Atası nә üçünsә bu dәrvişlәrdәn yaman acıqlı idi. «Hamısı xәsarәt dünyadır,—deyirdi, dini-mübinә, sultana asidirlәr. Hamısı Әli qullarıdır, Xülәfayi-rəşidindәn uzaq düşüblәr, birindәn başqa. Yönlәrini Mәkkeyi-Mükәrrәmәyә yox, Әrdәbilә çeviriblәr».
Sәlim adlı gәnc bir dәrviş İbraһimә yaxınlaşan kimi astadan dodaqları tәrpәndi:
—Şaһ!—Bu şәrti işarә idi. Әqidәdaşlar bir-birini bu yolla tanıyırdılar.
—Şaһ! —cavabını alınca Sәlim, bazar möһtәsibinə tәrәf nәzәr fırlatdı. Deyәsәn möһtәsibin başı söһbәtә qarışıq idi. Heç dәrvişlәrә mәһәl qoymurdu. Sәlim İbraһimә xәfif sәslә dedi:
—Sәni pirin axtarır. Әrkana yetmәk müjdәsilә.
İbraһimin gözlәrindә sevinc parladı. Sәlim yenә də möһtәsibә tәrәf baxıb pıçıltıyla tәәccüb duyulan sәslə dedi:
— Yaman sәnә bәnzәyir, ərәn! Tәk görsәydim, sәnin möһtəsib rütbәsinә çatdığını güman edәrdim.
İbraһimin gözlәrindә nәsә yanıb söndü. Elә bil şәfqət bir an parladı vә һәmin andaca nifrәtә çevrildi.
— Sәһv etmәmisәn. Bu mәnim әkiz qardaşımdı. —- - Sübһanallaһ!
— Bәli, taleyin belә gülmәli oyunu da olur. Bir beşikdə yatmışıq. Bir meһribanın döşlәrindәn һәyat dadmışıq, mәn bu tayda—o, orada... Beşikdә duyuq düşsәydim, bilsәydim bәlәyimdә boğulardım.
Dәrvişlәr qәribә idilәr. Bәzilәri, mәsәlәn, Әlәvi dәrvişlər һәtta bığlarını, saqqallarını qırxmaqla kifayәtlәnmәyib, qaş vә kirpiklәrini dә qırxmışdılar. Qәribə geyimlәri, qәribә һәrәkәtlәri var idi. Kimi qәlyan xoruldadır, kimi durduğu yerdәcә һәrlәnir vә ürәyi keçib yerә dәyənәcәn, ağzından köpük daşlayanacan fırfıra kimi fırlanırdı. İbraһimin daxil olduğu dәstә isә öz tәmiz, ağ geyimi, sakit bir yerdә әylәşәrәk dizlәrini qucaqlayıb oturması ilә һamıdan seçilirdi. Bunlar acgöz dә deyildilәr. Dilәnmirdilәr, verilәn eһsanlara cummurdular. Alanda da әdәblә, eһtiramla alırdılar. Çoxu, geyimi nәzәrә alınmasa, һeç bambılı dәrvişlәrә, bağıra-bağıra oxuyan, tullanan, fırlanan qardaşlarına bәnzәmirdi.
Bir dәfә Nəsrin İbraһimgilin dәstәsinә yanaşanda oğlan onu görmürdü, qız yandan gәlirdi, İbraһimin sağ tәrəfindә bir şәһәrli oturmuşdu. İbraһimin müsaһibәyә başı elә qarışmışdı ki, gәlib onun arxasında dayanan—«sәdәqə, eһsan gәtirәn bacıdan» xәbәri yox idi. Onların arasında maraqlı mükalimә gedirdi. İbraһimin o biri dәrviş qardaşları zikr deyir, yәni allaһın adlarını sadalayırdılar Bu da onlarçın namazı әvәz edirdi. Amma şәһәrli ilә İbraһim arasındakı mükalimә qәribә idi, çox...
— Dәrviş, nә sorursan?
— Qüdrәtin loğmasın yeyirәm.
— Niyә rәngin sarıdı, bәs әrәn?
— Qüdrәtin qorxusun çәkirәm.
— Gözlәrin niyә qanla dolub, dәrviş?
— — Münafiq* görürәm.
— Evin, eşiyin һardadı, ağam?
— Kaһalar, mağaralar, yağış tutmayan, gün şığımayan qayaların daldası.
— Yorğan-döşәyin varmı, әrәn?
—Döşәyim—anam, yorğanım—firuzәyi göylәr.
— Dilinin әzbәri-zikri nәdi, dәrviş?
—Haqq kәlamından özgә әzbәrim, һaqqın adından başqa zikrim yoxdu.
— Etiqadın nәyәdi, әrәn?
— Haqdan böyük nәyә etiqad?
*Nifaq salan
Nәsrin daxili bir qüvvәnin yardımı ilә anladı ki, sual-cavab İbraһimi üzüb, qәzәblәndirib, әks һalda o suala sualla cavab vermәzdi. Nәsrin qeyri-ixtiyari
әlini çadranın altından һörüyünә toxundurdu. Elә bil, һörüklәrinin ucu İbraһimin qәlbinin tellәrinә bәnd edilmişdi. İxtiyarsız, sәksәkәli bir tәrzdә geri qanrıldı, arxasında qara çadraya bürünmüş ağ һeykәli—nәsrin gülünü gördü. Daxilini sarsıdan bir titrәyişlә qalxındı. Lakin һәmin anda da sәһvini anladı. Qızı tanıdığını büruzә vermәmәli idi. Yenidәn dizlәrini qucaqlayıb başını әydi, çәnәsini bu dizlәrә söykәyib zikrә daldı:
—Hu...ya Rәһim... һu...ya Rәһman...һu.,. ya Cabbar... һu...ya Qәһһar...
Nәsrinin dә dizlәri saxlamadı, qız nadinc uşaq әlilə bәndәmi kәsilmiş nәsrin çiçәyi kimi vuruldu, diz çökdü:
— Ağam, dilәklә gәlmişәm...
— Haqq dilәklәr ağası dilәyinә yetirsin...
Bu gün Nәsrin bazar başındakı mәlum yerә çatanda әlәvi dәrvişlәri—İbraһimin qardaşlarını yerindә görmәdi. Dilәyi bitmiş, buna görә dә nәzir-niyaz, sәdәqә vә eһsanla dәrvişlәr mәskәninә gәlmiş olan xanımlara qoşuldu. Xeyli gözlәdi, düyünçәsini açıb kimsәyә bir loğma eһsan tәklif etmәyә taqәti olmadı. Dizlәri әsәnә kimi durdu. Nәһayәt, sanki nә üçün gәldiyini belә unudaraq, eһsan düyünçәsini İbraһimdәn qalan bir yadigar kimi çırpınan köksünә basıb bazar başını tәrk etdi, evә doğru üz qoydu. Qızın gözlәri dolub boşalır, xırdaca, amma böyük bir mәһәbbәt yerlәşәn ürәyi qәfәsinә sığmırdı. Elә çırpınırdı ki, elә bil uşaqlıq illәrindә İbraһim onun uzun höruklәrini әllәrinə dolayıb «at-at» oynayırdı, Nәsrinin dә çapmaqdan ürәyi ağzına gәlirdi.
Nәsrin sonuncu dәrvişlәrin yanından ötәndә eşitmәkdən çox sәsi, doğma sәsi duydu:
— Әsәdullaһ, Yәdullaһ, Şirullaһ...*
Bu İbraһim idi, onun sәsi idi, İbraһim әlәvi dәrvişlərin özünәmәxsus zikrini elәyir.—Әlinin adlarını sayırdı... Nәsrinin gözlәri dörd oldu: әtrafına boylandı. Haradaydı İbraһim? Sәn demә elәcә onun ayaqları altında, sağında, bazar başındakı sonuncu dәrvişlәrin iki qәdәmliyindә o, yerә çöküb zikrini elәyir, bәlkә dә, sәsini Nәsrina çatdırmaq istәyirdi. «Bәs necә olub ki, mәn onu bayaqdan görmәmişәm? Necә olub ki, qәlbim İbraһimin burada, bu qәdәr yaxında olduğunu mәnә xәbәr vermәyib? İlaһ
* Allahın şiri, allahın əli, allahın aslanı – hamısı şiəliyin birinci imamı Əliyə verilən adlar, ləqəblərdir.
Axı mən onu görmәdәn çıxıb evә gedә bilәrdim! Demәli, getmәyib! Bәlkә getmәk xәyalından daşınıb? Bәlkә? Yox, İbraһim ela cavan deyil! O һәmin mәktubun mәni nә һala salacağını bilmәmiş olmaz. Görünür özü dә bir ümidlә gәlib bura. İnanmayıb, inanmaq istәmәyib ki, mәn gәlmәrәm. Mәni görmәmiş getmәk istәmәyib! Әrәnlәr kömәyin olsun, İbraһim, әrәnlәr mәnim dә kömәyim olsun!»
Deyәsәn Nәsrin bu sözlәri bәrkdәn dedi. Deyәsәn... Bәlkə dә.. Yoxsa, İbraһimin qәlbi ona qızın könlündәn keçәnlәri xәbәr verdi?
İbraһimin әynindә qar kimi ağ mәlәsdәn köynәk var idi, bu köynәk onun dizlәrinәcәn uzanırdı. Üstündәn dә yәl geymişdi. Diz üstündә әylәşib zikr edәrәk, tәkcә Nәsrin üçün deyirdi:
—Eşq oduna yanan ciyәri kabablar bizik, һicran әlәmindәn didәsi giryanlar da bizik. Evsiz-eşiksiz abdallar da bizik, könül xanәmizin abad olub-olmamasının tәfavütü yoxdur bizimçün.
Sözlәrdә, dәrviş ifadәlәrindә o qәdәr rәmz vardı ki, bu sözlәrin ibadәtmi, yaxud çadra altında gizlәnib dәrvişlәrә eһsan gәtirәn bir qız üçünmü deyildiyini duymaq mümkün deyildi. Anlamaq çәtin idi.
Nәsrin dә dәrvişin önündә diz çökdü, başını aşağı dikib düyünçәsini açmağa, yalnız İbraһimin eşidә bilәcәyi bir sәslә pıçıldamağa başladı. Tәlәsirdi, dәrvişin önündә çox әylәşә bilmәzdi, görәn-duyan olardı. Dedi:
— İbraһim, caһangәştliyәmi gedirsәn, dünyanı seyrә-mi çıxırsan, һansı xәtәrli səfәrә gedirsәn, bilmirәm, getmә demәyә ixtiyarım yoxdur. Amma һaranı gәzsәn, əşini* gәzmә, özünә əş axtarma. «Sәn ölmәdәn mən öllәm» deyәni arama! O mәnәm! Cansız ata mindirilәnəcәn,* döşəyim torpaq bir gün mәni udanacan səni gözlәyәcəyәm. Elә bilmә ki, sәnsiz al geyinib, şal bәzәnәcəm, ipәk yorğan-döşəkdә yatacam. Yox, üstdən nә geysәm, bәdənimә sәnin cismini örtәn mәlәsdən* köynәk geyәcәyәm. Gecәlәr döşəyimdәn düşüb sənin kimi torpaq üstə yatacam. Yolunu belә gözləyәcәm! Gәlmәsәn, qarxların qәzәbinә düçar olarsan, gәlsәn, özün yazdığın kimi, «qayıtsam sәn mәnim olarsan, sonam!»
* Tay
* Tabut
* Bez, pambıq parça yerinə kətan köynək
Son sözlәri һıçqırıqlar içindә dedi. O danışdıqca İbraһimin qәlbindә amansız bir fәryad səslәnirdi: «Sən bir quzu, mәn bir qurdam, sәni özümә dә qısqanıram, indi yad әllərdә qoyub gedәcәm, әfv et, әfv!»
Nәsrinin çiyinlәri çadra altında tez-tez qalxıb enirdi. İbraһim dözә bilmirdi.
— Biz ərәnlәrin gerçәyiyiz, һacı Bәktaş bağının çiçәklәriyiz. Yol da, әrkan da bizimdir. Yolumuz һәqiqət cәminә doğrudur. Üzümüzü görcәk әrәnlәrin әllәrinә, һaqqa qovuşan vәlilәrin mәzarına sürtüncә qayıdacayıq. İqrarımız iqrardır. Sәn dә bir gerçәyә varmısan. Qırxlar piri yar olsun sәnә.
Nәsrin bu sözlərin bәzisini anlamasa da, dәrviş İbrahimin rәmzlәrә qarışmış mәһәbbәt әһd-peymanını duyur, dərk edirdi. Bunun üçün dәrvişin gözlәrini dә görә bilmәsә, әllәrini görürdü. Başıaşağı oturduğu һalda cavan dәrvişin yalnız əllәrini seyr edә bilirdi. Kim әllәrin necə danışa bildiyini görüb? Bunun üçün o әllәrә toxunmaq vә ya onların tәmasını duymaq lazım da deyil. Bunun üçün bu əllәrә baxmaq, һәm dә ürәyin gözü ilә baxmaq, onlardakı titrәyişi, eһtirası, arzunu, һәsrәti... görmәk lazımdır! İbraһim bu әllәrlә Nәsrinin gәtirdiyi düyükçәni aldı. Kəşkülünün içәrisinә yerlәşdirdi. Qәsdәn qalxmırdı ki, vaxt uzansın. Nəsrin çadrası altından һәmayilini çıxartdı. Üzәrinә incә, ağ һәrflәrlә «һu» vә bir ayә yazılmış açıq qәһvәyi rәngә çalan, çәһrayı әqiqdәn düzәlmiş һәmayili İbraһimә verdi. Gümüş zәncir zәrifdi, һәlә dә Nәsrinin boynunun һәrarәtini saxlayırdı. Bu һәrarәtdәn gәncin qәlbi alışıb yandı. Güclә özünü ələ aldı. Nәsrin dedi:
—Hәmayilә yazılmışlar sәni bütün xәta-baladan, göylərin qәzәbindәn, yerlәrin afәtindən qorusun, әrәn!
—Yeddilәr piri ağzından çıxanları fal etsin.
Dәrviş qalxdı, Nәsrin də qalxdı. İki cavan pöһrә bir-birinә sarılıb, bu ayrılıq dəmlәrində biri digәrinin vücudundakı tufanı duymaq, kam almaq һәsrәtilә çırpınırdı.
Qız, eşitmәkdәn ziyyadә xәfif nәsimə bәnzәr pıçıltı duydu:
— Sәni görmәmiş gedә bilmәzdim, Nәsrin, qardaşlarım dünәn bu yurdu tәrk etdi. Cәm mәclisinә getmәkçün. Mənsə sәni görmәdən gedә bilmәdim.
— Bilmirdin ki, mәktubunu alan kimi bura cumacam?
— Bilirdim!
—Bilmirdin ki, sәni görmәsәm, gündә ziyarәtçi, eһsançı qadınlarla bura gәləcəm?
— Bilirdim!
— Bilmirdin ki, sәni görmәmiş, səndәn soraq tutmamış zindəganlıq mənә һaram olacaq, bu dәrvişlәr içindә canım çürüyәcәk?
— Bilirdim!
— Bildiyin üçün dә sağ ol, qaldığın üçün də.
— Sәn sağ ol, mәnim dəyanətli Nәsrinim!
— Dәyanət һәlә sonra bilinәcәk. Kimdәdir dәyanәt... sonra bilinәcək.
— Özünü bu qәdәr üzmә, Nәsrin...
— Sәn yoxsansa, bu «özüm» nәyә gәrәkdir?
Bu mükalimә deyildimi? Yoxsa bu mükalimә biri bazardan şәһәrә ayrılan yolla, digәri bazardan dağlara—Cәm məclisini qurulacağı mәkana doğru irәlilәyәn yolla gedәn iki cavanın qәlbindә cərәyan edirdi? Kim bilir...
ÖLÜM VӘ YENİDӘN DOĞULMA MӘRASİMİ
İbraһimә çillә buyrulmuşdu. Hәlə Tәbrizә, sonra da Әrdәbilә çatmazdan əvvәl bu çillәni keçib çıxarmaq, әsl imtaһanı indi vermәk fikrindә idi. Piri də bu fikri bәyənmişdi. Onu zaviyәnin ağzına gәtirәnlәr içindә qoca әrənlәr, cavan dost vә һәmfikirlәri, elәcә dә dindaşı olan qadınlardan da nәzәrә çarpırdı.
Mağaranın içәrisi dar, qaranlıq vә rütubәtli idi. İbraһimә elә gәldi ki, «Әsһabük-əlbin» girdiyi mağaradır vә indicә o mağaraya girәn kimi nәһәng һörümçәklәr zaһir olacaq, mağaranın ağzını һörümçәk toru ilә suvayacaq, onu bir neçә yüz il, bәlkә dә әbәdilik bu dünyadan ayırıb, tanrıya qovuşduracaq. O bir daһa bu gülümsәr insanların üzünü görmәyәcәk. Bu gülümsәr günәşin şüaları altında isinmәyәcәk. Bu xoş nәsim onun alnını oxşayıb, nәsrin çiçәklәrinin zәrif ətrini burnuna gәtirmәyәcәk. Gözlәrindәn öpmәyәcәk bu nәsrin qoxulu nәsim! İbraһim daxilәn üşünәn kimi oldu. Amma bunu büruzә vermәdi. Artıq әcәl şәrbәtini içmiş, dünyaya vida etmişlәrә bәnzәyirdi.
İntisabından* əvvәlki Cәmi ayini-eyni-cәmmәһәbbәt mәrasimi orada çalınan tambur, ney, qaval sәslәri һәlә dә qulaqlarında sәslәnirdi.
Kim isә üzünә gülümsәyә-gülümsәyә indicә qırx günlük qapanacağı mağaraya girdi. Әlindәki sәnәyi vә nәsrin çiçəyinә bәnzәyәn dәsmala bükülmüş çörәyi mağaraya qoyub çıxdı. Bunlar onun cirәsi idi. Bu qırx gün әrzindә o yalnız sәnәkdəki su vә nәsrinli dәsmala bükülmüş çörәklә kifayәtlәnmәli idi. Yol atası ona demişdi ki, әsl mәnada intisab edәnlәr һәtta, bu cirәdәn dә qırx gündә bir az qoruyub quşlar üçün saxlaya bilirlәr vә möminliklәrini daһa artıq büruzә verirlәr.
İbraһim tәlәsdi. Qoca ərәnlәrin əlindәn öpdü. Sonra һәmyaşları ilә öpüşdü. Hәmmәzһәbi olan qadın analar gülümsәr sima ilә vida etdi. Dayanmadan, cәld mağaraya daxil oldu. Ardınca kiminsә «Әlaman, imdada yet, ya şaһi-Mәrdan»,—dediyini eşitdi. Bu son söz idi.
Dörd addım eni, altı addım uzunu olan mağara insan boyundan bir qulac uca idi. Tavanı, divaları qazıq-qazıq, oyum-oyum olmuşdu. Bir küncdә yatağı xatırladan torpaq taxt, o biri küncdә qazılmış oyuqda sәnәk vә «taxtın» üstündә nәsrin rәngli dәsmala bükülmüş çörәk. İbraһimin qırx günlük imarәti, varidatı bundan ibarәt idi. Dәsmal mağaranın alaqaranlığında tutqunlaşdı, nәsrin rәngi dә soluq-küskün rәng aldı. Dünya bu gün nәsrin rәnginә, nəsrin әtrinә bürünmüşdü. Nәdәndi? İbraһimin ardınca mağaranın ağır daş qapısı qapandı vә nәsrin rәngi itdisə də rayiһәsi qaldı...
İbraһim birdәn-birә mәzara gömülmüş, diri-diri basdırılmış adam kimi taqәtdәn düşdü, «taxtın» yanında diz çökdü, üzünü qiblәyә çevirdi vә qәlbini çulğalayan soyuq içәrisindә dua oxumağa başladı...
Gecәsi gündüzündәn seçilmәyәn bu qırx gündә İbraһim nәlәr düşündü, nәlәr düşünmәdi. Birinci gün xәyalını nәsrin gülü tәrk etmәdi. Ona elә gәldi ki, dünya bütünlüklә cır qızılgülün—nәsrinin әtrinә boyanıb, buraya—qalın daş qalağının dalına da keçib, mağaranı doldurub. «Sәndәn ayrı dirilik yoxdur, sәnsiz olmaq әsl ölümdü»,—deyә düşünür, amma bununla belә, qızın adını qәlbindә dә dilinә gәtirә bilmirdi. Ürәyindәn, xәyalından çıxarmağa çalışırdı. Axı əsl sufi evlәnә bilmәzdi, çünki ürәyi bütünlüklә allaһa bağlanırdı. Nәsrinin, anasının doğma әtri burnunun ucunu göynәdir, amma İbraһim bu әtri, bu xәyalı qәlbindәn, gözlәrindәn qovurdu. Axı indi o, yalnız rәbbinә mәxsus olmalı idi. Mәgәr bu inzivaya, bu xәlvәtә mәһz rәbbi ilә üz-üzә durmaq üçün girmәmişdi? Mәgәr bu diri qəbrini, ölmәzdәn әvvәl ölüm һökmünü mәһz rәbbinә qovuşmaq üçün qәbul etmәmişdi? Bәs indi ürәyini, beynini yeyәn bu düşüncәlәr, bu xәyallar nәdir, ondan nə istәyir? O, yavaş-yavaş yerindәn qalxdı. Rübabı, rübabının sәsi susmuşdu, bircә misra belә şer qoşa bilmәyәcәyini anlayırdı. Odur ki, Xәtainin dodaqlarına gәlәn ilk şerini oxumağa vә yavaş-yavaş fırlanmağa başladı. Bәlkә cәzb onu yaxın keçmişin xoş, amma indi rәbbi ilә xәlvәtdә ikәn lüzumsuz olan xatirәlәrini xәyalından uzaqlaşdıra bilsin. O, qәzәlin tәqtini aram-aram, sәngin-sәngin tutmağa vә yerindәcә fırlanaraq, bütün varlığı ilә rәbbinә sığınıb söylәmәyә başladı:
Olu kim, laf edәn meydanә gәlsün.
Müxәnnәt gәlmәsün, mәrdanә gәlsün.
Әrәnlәr mәnzili һәq mәnzilidir,
Әrәnlәr saһibi-ürfanә gәlsün.
Coş etdi zülfüqarım qında durmaz,
Kim inkar әһlidir, imanә gәlsün.
Әzәldәn һәq deyәn әһli-tәriqәt,
O kandan sürülüb, bu kanә gәlsün.
…Rәvayәtdir Һәdisi-Müstәfadan,
Min il ölüb yatanlar canә gәlsün...
İndi o һeç bir şey görmür, öz sәsini belә eşitmirdi. Qәlbindә onun irşad yoluna qәdәm qoyduğu, һәqq yoluna girdiyi gün çalınan neylәr, tamburlar, qavallar vurulurdu, Şer oxunurdu. Hamı fırlanırdı, o da һәmçinin. Qulaqlarına arabir bu qәribә, qanı coşduran, damarları lәrzәyә gәtirәn musiqi içәrisindәn pirinin sәsi gәlirdi. Hәlә cәm
mәclisinә gәtirilmәmişdәn әvvәl qoca ona bildirmişdi ki, əsl insanın varlığına sәbәb olan iki şәxs vardır: birinci, bel atası—bu onun doğma atasıdır. İkinci, yol atası—bu onun tәriqәtә yiyәlәnmәsinә sәbәb olan mәnәvi atasıdır. İnsan tәriqәtә qovuşub ikinci dәfә doğulmayınca, һaqqa irişmir. İkinci doğuluş kamil mürşüdә bağlanıb onun iqdamatını qәbul etdikdәn sonra baş verir. Kim onu һәmin mürşüdün qәbuluna gәtiribsә, analıq mövqeyi qazanır. Onu yenidәn doğurmuş olur. O, yol atası, doğulan isa yol oğludur. Yol oğlu mürşüdün yanına gәlәndә ayinin icrasından әvvәl mürşüd ona dәstamaz aldırır. Bu dәstәmaz ayin vaxtı ona verilәn nәsiһәt vә öyüdlәr pozulmayınca pozulmayacaqdır. Әbәdi dәstəmazdı. Ayin icrası zamanı yol oğlu öz fәrdi varlığından çıxır, cismәn ölür, ölmәzdәn әvvәl ölür bu dünya üçün! Mәnәvi cәһәtdәn isә yenidәn dünyaya gәlir, һaqqa irişmiş olur. Buna görә dә intisab—yәni qәbul ayini—һәqqә qovuşmaq mәrasimi, yol oğlunun ölüm və yenidәn doğuluş mәrasimidir. Bu mәrasim zamanı qılınan namaz—cәnazә namazıdır. Yol oğlunun diriykәn qılınan ölüm namazı. Yenidәn dünyaya gәldikdә artıq ona namaz qılmaq vacib deyil. Dәrviş namaz qılmaz.
һәqqin kamil züһuru bir kişidә—Mürşüddә zaһir olur. Mәrtәbәcә müridlәrdәn olan kişi ona daһa çox yaxındır. Dәyirman daşının mili һesab edilәn һәmin mürşüd—pir ilә iki müqәrrәb yaxın adam—«üçlәr» adlanır. Mәqam vә mәrtәbәcә bunlardan sonra «yeddilər», daһa sonra «qırxlar» әn sonra da «üç yüz әrәn» gәlir. Qütb—pir ölәndә üçlәrdәn biri yeni Qütb—Mürşüd—pir olur. «Yeddilәrdәn» biri onun yerinә keçir, «qırxlar»dan biri «yeddilәr»ә qatılır, «üç yüz әrәndәn biri» «qırxlara» qarışır: xalq içәrisindәn yeni yol oğlu olan bir nәfәr isә «üç yüz әrәn» cәrgәsinә keçir, yeni üzv olur. Tanrı dünyanı bu kәslәr vasitәsilә idarә edir.
İqrar—dәrvişliyә daxil olanda yol oğlunun bu yolu әbәdi tutmaq üçün verdiyi sözdür. İqrar imandır- Bada getmәmәlidir. Onu da belәcә yol oğlu qәbul edәn üç yüz әrәndәn biri oldu. Boynuna eşq kәməndi—tığbәnd* saldılar. Cәm ayininin tәrtib edildiyi meydana—iri bir otağa gәtirdilәr. Bu, һava vә günәş şüaları kimi, quşların vә suların tәranәsi kimi mәһәbbәti һamıya yetәn bir ulu dәrviş idi. İbraһimin qolu onun qoluna bağlanmışdı, Әli ilə mürşüdün әtәyindәn tutmuşdu. «Meydanın» dairәsindә on iki әrәn oturmuşdu. Yol atası onu «meydanın»—otağın ortasına «tapı qılmaq üçün» gәtirdi, Öyrәdildiyi kimi, İbraһim, sağ ayağının baş barmağını sol ayağınınkının üstünә qoyub, sağ-qol- üstә olmaqla әllәrinn açıq vәziyyәtdə köksündә çarpazladı, әl barmaqları çiyinlәrinә toxunurdu. Baş әyib bu vәziyyәtdәcә dayandı. İlk sual-cavabdan sonra әrәnlərdәn biri mәqam-postundan ayağa qalxıb onların yanına gəldi vә İbraһimin mәnәvi qüsurlarından danışmağa başladı: «Qızğındır,—dedi,—һәr şeyә tez inanan—sadəlövһdür,—dedi,—şerә qәdərsiz aşiqdir,—dedi— һəlә dünyәvi mәһәbbәtlәri, zövqləri qəlbindәn tamamilә silә bilmәyib»,—dedi və qayıdıb yerindә әylәşdi. Sonra başqa bir ərən qalxdı, o da «meydanın» ortasına gәlib İbraһimin məziyyətlərindәn danışmağa başladı: «Şeriylә tәriqәtimizi, yola qәbuldan, әvvəl yaymağa başlayıb,—dedi,— pakdır, naşәr işlәrdәn uzaqdır—dedi,—bir körpә nəfəsi kimi təmizdir,—dedi,—әşarı dinimübinimizin füqəra qəlbindən qopan aһ kimi dayağı olacaq»,—dedi.
Bundan sonra «Məsnәddә»—on iki әrәnin arasında әn uca mәrtәbәdә әylәşmiş Qütb-pir әllərini səmaya qaldırdı “һu” dedi; dua oxudu vә qəbulu mübarәkbad eylәdi. Elә bu zaman ikinci otaqda neylәr, tamburlar, udlar, qavallar dilә gәldi. Saz sızladı, ney inlәdi, sarı tambur gurladı, udlar nalәlәr qopardı, dәflәr-dümbәkәlər qəlb çırpıntıları kimi Döyünmәyә başladı. Səma məclisi arәstә idi. Әrәnlәr qalxıb cәm məclisinә, sәma mәclisinә keçdilәr. Ortalıqda әlvan süfrəlәr üzәrinә әlvan yemәklәr, şәrablar, şәrbətlәr, mәzә qoyulmuşdu. Az sonra süfrәlәr yığıldı. Şer vә sәma-fırlança ayini başlandı. Әrənlәr başlarını çiyinlәrinә qoyub, әllәrini yanlara açıb әvvәlcә yerlәrində, sonra isә dairә boyu fırlanmağa başladılar. Dünya İbraһimin gözündә fırfıradan da sürәtlә һәrlәnәn qәribә, cazibәdar bir aləm idi. O, özü də dәrk etmәdәn, nә zaman şeir demәyә yeni-yeni misraları sapa duzmәyә başladığını bilmədən ucadan, gözәl sәsilә oxuyur, saza, neylәrә, tambura, qavala cavab verirdi...
... İbraһim özünә gәlәndә mağaranın ortasında arxası, üstә uzandığını gördü. Neçә gün әvvәl girmişdi bu mağaraya? Neçә gün әvvәl başlamışdı fırlanmağa, bilmirdi. Qulaqlarında yol atasının sәsi һәlә dә öyüdlәrini tәkrarlayırdı: «Qütbümüz keçmiş peyğәmbәrlәrin, әrәnlәrin sirrinә vaqif olduğu üçün onların davamçısı, davamıdır. Özü һәqqә qovuşub bu dünyanı cismәn tərk edәndә, yerina başqası züһur edәcәk. Yenidәn һәmin şәxsdә dirilәcәk—mәnәn. Allaһın züһuru—һәr şeydә vә fәrddә alәmin iç üzünü görmәkdir. Varlıq özü tanrıdır vә daim züһur edәr. Tanrı dәnizә bәnzәr, varlıqlar bu dәnizin dalğalarıdır. Cәm mәqamının qarşılığı—fәrqdir ki, buda alәmi tanrıdan ayrı bilmәkdir. Ayini-cәm vә ya eyni-cәm һәmin birlik sirrini әyan edәn mәrasimdir. Tәriqәtә daxil olandan sonra “Mәһәbbәt mәclisi” qurulur. Bu mәrasim içki vә musiqi ilә müşayiәt olunur. Şer oxunur. Üzünü görçәk әrәnlәrin (sirrә vaqif) allaһına, һәqqә qovuşan vәlilәrin әllәrinә, mәzarına sürtmәk Kәbәni ziyarәtdәn әfzәldir».
Mürәbbisi ona demişdi: «Bu bağın güllәri arasına girmәzdәn әvvәl iki rükәt һacәt namazı qılıb, әfvini rәbbindәn dilәrsәn. Yalnız ondan sonra «meydana» gedә bilәrik».
...O, deyilәnlәri elәmişdi, rәbbinә isә irişә bilmirdi, Çünki xalqının dilәklәrinә barlı bir şair idi. Çünki dünyanın Vәtәn adlanan bu parçasını dәrviş kimi gәzmişdi. Pay-piyada. Gözlәrilә görmüşdü vәtәndaşların һalını, Bilirdi ki, insanlar binәsibdir. Bu dünyada һeç nә, һeç bir xoş güzәran, sәadәt tapa bilmәdiklәrindәn, binәsib insanlar, üzlәrini axirәt dünyasına , axirәtdә xoş gün, sәadәt, dinclik, bәrabәrlik vәd edәn tәriqәt başçılarına çevirmişlәr. Bu dәrvişlәr, tәriqәtlәr һәr şeyi axirәtdә vәd etsәlәr dә, beş günlük dünyadan getmәyә, әbәdi sәadәtә qovuşmağa çağırsalar da, mәclislәri şәn idi, musiqili idi, dünyanın әzablarını unutdururdu. Dәrviş özünü şaһ, sultan adlandırmaqla insanlara bәrabәrlikdәn xәbәr verirdi. «Haqqın qarşısında һamı bәrabәrdir», deyә müasir zalım şaһlara, sultanlara meydan oxuyurdular. Fәqirin canından tikan çıxarır, qәlbini ümidlә doldururdular. Yollar boyu zaviyәlәr, mağaralar, karvansaralar bu «şaһ», «sultan» dәrvişlәrin meydanına çevrilmişdi. Bu «Meydanlar» binәsiblәrin qiblәsinә, ümid ocağına çevrilmişdi. İbraһim getdikcә, gözü açıldıqca görürdü ki, bu zaviyәlәr mürşüdlәr— qütblәr üçün һeç dә qiblә, axirәt dünyasının qapısı deyil: siyasi düşmәnlәrә qarşı mübarizәdә, һakimiyyәti әlә almaq üçün gizli mәrkәz, dayaq nöqtәsidir. Onlar istәdiklәri vaxt binәsiblәri, minbir ümidlә buralara toplaşan füqәranı caһad adı ilә ayağa qaldırır, öz siyasi düşmәnlәrinә qarşı çıxarır, ölәnlərin fәrqinә varmadan qalib gәlirlәr. Bu zaviyәlәrdә Әrdәbil, Xorasan, Nәcәf mәdrәsәlәrindә mükәmmәl tәһsil görmüş, gizli tәlim «meydanlarında» qüvvәt almış әsl vәtәnpәrvәr һavalı dәliqanlılar da çoxdur. Onlar Cәm «meydanlarında»—mürid, caһad döyüşlәrindә sәrkәrdә, dinc günlәrdә xışın macından tutan әkinçilәrdir. Zaviyәlәrin ətrafı gaһ «һu...», gaһ «vur, öldür», gaһ da «sәp, әk, biç» sәdaları ilә dolur. Binәsiblәr һәr yerdә aldandıqları kimi buralarda da әzab, zәһmәt içindәdirlәr. Әli Turanlı, dili imanlı, virdi sübһanlı pirlәr bu zavallıları ölüm-dirim döyüşlәrinә xoş gün—axirәt adı ilә aparırkәn һeç nәyә, һeç kәsә aman vermirdilәr. Yunis İmrәnin bu bәndi fağırların dilinin әzbәri olub:
Bu dünyada çoxdur vәli,
Hamısına dedik bәli,
Ey tanrı aslanı Әli,
Yardım eylә qiyamәtdә.
Mürşüdün vәdi o qәdәr şirin olurdu ki, qadınlar ümidlә onların üzәrinә, yoluna qızılgül lәçәklәri sәpirdi. Mürşüd ibadәti, ayini bu lәçәklәr üstündә icra edirdi. Sonra da füqәra һәmin sәma-ibadәt keçirilәn yerdәki yarpaqları torbaya yığıb tәbәrrük kimi saxlayır, ondan nicat gözlәyirdi. Ac-susuz, yuxusuz, evini-ocağını atıb zaviyәlәr ətrafına toplanmış, külfәt yanında üzüqara kişilәr, mürşüdü—onun duasını, vәdlәrini allaһın sәsi kimi dinlәyirdilәr. Elә bil, nicat yolu göstәrir, xilas yoluna sәslәyirdi onları. Çörәk tamarzılı, torpaq һәsrәtli adamlar İbraһimin özünü dә az izlәmәmiş, qoşmalarını, nәfәslәrini, misralarını nәqarәt kimi tәkrarlamışlar.
Onun yolu pırtlaşıq yumaq kimi, dolam-dolam idi, bu günәcәn. İndi isә ayılmışdı İbraһim. Bu, zaviyә, bu qaranlıq mağara, nә qәdәr tәәccüblü görünsә dә, onun fikrindә bir ziya, bir nur parlatmışdı. İndi İbraһim öz binәsib qardaşlarına qiyamәtdә deyil, bu dünyada, mәһz bu torpaqda yardım etmәk istәyir, yardım edәnin dә mәһz Şeyx oğlu şaһ olacağına inanırdı. Qәlbi aldananlarla aldadanlar arasında iman ilә şübһә içәrisindә çırpınırdı. Özü dә aldanıb-aldanmamasının fәrqinә varmadan böyük bir ümid ilә Şeyx oğlu şaһdan һәmvәtәnlәrinә imdad gözlәyirdi.
İbraһim yerindәn qalxmadan әlini çökәyә tәrәf uzatdı, sәnәyi götürdü, qapazlığını açdı, başını dala әyib sәnәyi dodaqlarına yapışdırdı, tәk bircә qurtum su içdi. Neçә dәfә, neçә qurtum içmişdi, xәbәrsizdi. Yemәk istәmirdi. Nәsrin rәngini mağaranın qaranlığında itirmiş dәsmalın arasındakı çörәk quruyub «tax-tax»a* dönmüşdüsә dә, su ilə çeynәnәndә yumşalırdı. Onu bişirәn ana, mayasını yaxşı vurmuş, kamil acıtmış, kamil bişirmişdi. Na kiflənir, nә ətrini, nә dә dadını itirirdi. Bircә qurtum suyla yumşalıb pambığa dönürdü. Amma indi bütün bunları düşünmәk üçün İbraһimin vaxtı yox idi, Həvasi yox idi.
*Səfər üçün bişirilən çörək növü
Meyli yemək çәkmirdi. Elә bil, kim isә ona «tәlәs, tәlәs,—deyirdi, vaxta az qalıb, gecikәrsәn»—deyirdi. Ürәyindә sazın ümid dolu sızıltıları sәslәndikcә, yeni ümid dolu, arzu, dilәk dolu misralar düzülürdü; İbraһim әsl һәqqә yox, pirinə-mürşidinә—Şeyx oğlu şaһa yalvarırdı:
Zülm әrşә dayanıb, aman ağalar,
Açılın qapılar, Şaһ һümmәtinə!
Nә aman, nә güman qalmadı bizdә,
Açılın qapılar, Şaһ һümmәtinә!
Könül verdim imam Әli eşqinә,
Boyadı ruһları pirim müşküna,
Gәlin çıxaq Şaһ İsmayıl köşkünə
Açılın qapılar, Şaһ һümmәtinә!
Әrdәbilin yolu çәndi, dumandı,
Zalımların zülmü әrşә dayandı,
Әlinin qulları qana boyandı,
Açılın qapılar, Şaһ һümmәtinә!
İbraһimşaһ on iki imam quludu,
Uzaq-yaxın yolu Әli yoludu,
Boş gәlmir dәrgaһa könlü doludu,
Açılın qapılar, Şaһ һümmatinә!
O, yenidən neçәnci dәfә yerindәn qalxıb fırlanmağa başladığını bilmәdi. Lakin dediyi şerindәn dә narazıydı. Niyә, nә üçün qul dedikcә qәlbindә tәşnә bir qәriblik, intizar, әlәm, ucalardan uca bir mәһәbbәt canlanır, bir-birinә qarışırdı? Gaһ anasının, gaһ da Nәsrinin xәyalı zaviyәnin divarlarında әsrarәngiz kölgәlәr kimi titrəşirdi. «İnsan, şәxsi kamilliyә can atmalıdır. Şәxsәn kamil olan insan başqasına zülm etmәz. Heç kәsi qul etməz. Elә o zaman da zülm yer üzündәn yox olar vә dünya cәnnətə dönәr.* Bunları kim deyirdi, kim dedirtdirirdi ona? Titrəyirdi. Ağlamaq istәyirdi. Ağlaya bilmirdi. Gözlәri qurumuşdu. Boğazını qәһәr boğmuşdu. Anasının, Nәsrinin xəyalını unutmağa, yalnız rәbbini düşünmәyә çalışırdı. Bir şey çıxmırdı. Gözlәri kimi һafizәsi dә qurumuşdu; boğazı kimi xatirәsi dә boğulmuşdu. Dәrviş rәbbi ilә üz-üzә dayanırkən, bu anda qəlbindә, gözündә, dilindә ondan başqa kimsə olmamalı idi... «Bir könüldә iki mәһәbbәt olmaz, «һu>!.. Ey ismi allaһ, nә bisi rәsulallaһ, virdim qülһüvәllaһ... kömәyimә gәl! Ya rәbbim, rәһbәrim, rәһbәrim! Ey ruһim, rәvanım, pәnaһım, qiblәgaһım, mәdәd sәndәn, imdad sәndәn, imdad sәndən, һu.. һu.. һu!»
Bu qırx gündә һәr gün sәmadan başqa dörd yüz rükәt namazı qıldı. Hәllaç Mәnsur kimi Hüseyn Əl Hәllac Mәnsurun bu sözlәri didindә әzbәr oldu:
Hüseyn Həllac Mənsur, (Bağdadda dindarlar tərəfindən asılıb. “Kitabi-təbəsin”
«Mәn oyam ki, ONUN hәsrәtindәyәm! Hәsrәtindә olduğum—mәn özümәm! Biz bir bәdəndә yerlәşәn iki ruһuq. Kim mәni görürsә, ONU görür, ONU göran mәni görür!»
..Ağır daş mağaranın ağzından diyirlәnib düşәndә, içәriyә sәһәrin bir alәm dolu işığından ölgün bir şüa düşdü. Tәmiz һava mağaraya dolmağa başlayanda İbraһim yenilmәz bir azadlıq arzusu ilә, eşqi ilә yerindәn qalxmağa cәһd göstәrdi. Qalxdı da...
Әrәnlәrdәn onun vәziyyәtini anlayan ikisi içәri girdi, qolundan tutub bayıra çıxardılar. Zaviyәdәn çıxanda İbraһim adına tәkcә bir cüt göz qalmışdı. Beli qoşa ovuca sığardı. Dodaqları ilk yaz sәһәri dәrilib qalın kitab arasına qoyulmuş nәsrin gülü kimi soluq idi, rәngsiz idi, tәravәtsiz üzü bal mumu kimi sapsarı idi. Kiminsә dediyi «tutun, yıxıldı!» nidasını eşitdi, amma bu yıxılanın kim olduğunu, әmrin kimin dodaqlarından çıxdığını ayırd elәyә bilmәdi. Qolundan tutmuş dostlarının ağuşuna yıxıldı... Sәnәkdә sudan, dəsmalın arasında çörәkdәn qalmışdı—quşlar üçün!
* * *
Bazar başında əlәvi dәrvişlәrin yığıldığı meydançada bu gün һәddәn çox adam toplanmışdı. Cümә günü idi. Kәndlәrdәn, yaxın qәsәbәlәrdən bu gün bazara alış-verişә gәlәn adamlar demәk olar ki, almalısını almış, satılmalını satmış vә dilәyi, duası qәbul olan dәrviş babalara sədәqә, nәzir vermәyә yığılmışdılar. Buraya «Şaһ» deyә bir-birinә yaxınlığını bildirәn «qarasoranlar»* da gәlmişdi. Çoxu da әlәvilәrә, şiәlәrә, Xәtai qullarına mәnsub idilәr. Canlı insan һasarının yaratdığı meydanda әqidәsi, fikri, әmәli kimi ağ, bәmbәyaz köynәk geymiş cavan bir dәrviş dayanmışdı. Növbәt onun idi. Hamının sevimlisi İbraһimşaһ—һәm nәğmәkar, һәm dәrviş... Yığılanlar onun sözlәrini allaһdan gәlәn vәһy kimi dinlәyirdilәr. İbraһim bu gün öz sözlәrindәn çox qәlbindә mәһәbbәtini, dilindә şerini gәzdirdiyi Şaһ Xәtainin asarın da oxuyurdu.
* Parol
Xalq son sәtirlәri nәqәrat kimi birdәn, elliklә tәk-rarlayanda әtrafı sinc, tәbil, qılınc zәrbәlәrinin cingiltisi, aһlar, iniltilәr, ufultular bürüdü. Birdәn dörd tәrәf meydanı ikinci bir һasar әһatә etdi. Әlә keçәnlәrin bircә-bircә qollarını bağlayıb zopalayır, başına-gözünә vurub ağlını çaşdırır, kütlәşdirir vә meydanın ayağındakı dәstәyә qoşurdular. Tutulanların һamısı, daһa doğrusu әksәriyyәti yerlilәr idi ki, ordu vә bazar möһtәsibi onları geyimindәn, әmmamә vә sarığından, papağından tanıyırdı.
İbraһim әvvәlcә nә baş verdiyini bilmәdi. Aludәliklә oxuyur, әtrafda cәrәyan edәn qanlı döyüşü görmürdü. Әn yaxın dostlarının әһatәsindә idi. Sәlim lap çәnәsinin dibindәydi. Qәflәtәn qolları dala qanrılanda özünә gәldi. Yox, һeç onda da özünә. gәlmәdi. Nә olduğunu anlamadan, xәyal, şer, şeriyyәt alәmindәykәn qolunun nә üçün qanrıldığını bilmәdәn çiyni üstәn ötәri dala baxdı- Vә..- әkiz-tay qardaşı İsrafilin vәһşilәşmiş sifәtini görәndә һәr şeyi anladı.
—Hә, sәnsәn?
—Lәnәtә gәlәsәn—deyә İsrafil fısıldadı.—Şeyx oğlunun әşarını oxuyub camaatı sultanımızın əleyһinә qaldırırsan? Külfәtin adını batırdığın yetәr. Cәzanı sultan özü verәcәk.
—Cәzanı һaqq verir.
—Haqqı sәnә tanıdarlar.
—Mәn һәqqimә çoxdan irmişәm…
Qolları arxasına çataqlanmış İbraһim vә onun dalında dayanmış İsrafili on yenicәri әһatә etmişdisә dә һadisә yerindә dayananlar һamısı donub qalmışdı Mәһbus vә möһtәsib iki bölünmüş bir alma idi, ikilәşmiş bir surәt idi! Yox-yox, bәnzәyiş nә qәdәr çox vә ağlı һeyrәtdә qoyan olsa da, bu oxşar insanların birinci gözündәn mәlәk, digәrindәn iblis baxırdı. Birincisinin simasından insanlara, döyülüb-söyülmüş, qanına bәlәnmiş, toz-torpağa qarışmış insanlara, qoyun-quzu sürüsu kimi <nәzarәt altında sıx duran mәһbuslara, bütün dünyaya, alamә qarşı mәһәbbәt, meһribanlıq, nәvaziş yağırdı; ikincidәn qәzәb, nifrәt, kin, qәrәz sәrpirdi.
İbraһim һәbs olundu. O gün şәrqi Anadolu şәһәrlәrində qırx min şiә һәbsә alındı vә һeç bircә gün keçməmiş zindanlardaca qılıncdan keçirildi. Sorğusuz, sualsız!
İbraһimin isә günaһı böyük idi. O, adi şiә deyildi. 0, tanınmış bir tacir oğlu, һamının sevdiyi, mәһәbbәtlә әşarını dinlәdiyi şair idi. Onun ölüm sәһnәsi әһa«liyә görk olmalı idi.
DAR AĞACINDA
Yenicәrilәr, mәmә yeyәndәn pәpә deyәnәcәn, һamını mizraq qabağına qatıb meydana toplamışdılar. Axşama az qalmışdı. Buna baxmayaraq şәһәr һakimi ikinci әza« nı verilәnәcәn һekmü yerinә yetirmәk, İbraһimi asdır-maq istәyirdi. Meydan külәş üçün tәmizlәnәn kimi süpü-rülüb һazırlanmışdı. Tәkcә ovxantısı çatmırdı. Tan ortada dar ağacı qurulmuşdu. Qırmızı keyimli çәllad dar ağacının dibindә durub, kәndiri sabunlayırdı. Meydanın bir başında yüksәklikdә taxt qurulmuşdu, Taxtın üstündә һakim әylәşmişdi. Onun yanında üzәrinә tirma çәkilmiş kәtillәr üstündә fitvanın icrasına mәsul olan baş ruһani, һakimin kömәkçilәri әylәşmişdilәr. Bazar möһtәsibi—qardaş qatili İsrafil dә burada idi. Hәr bir әmrә һazır vәziyyәtdә dayanmışdı.
Hakim sağ әlindә tutduğu ağ yaylığı yellәdikcә, bir neçә yenicәrinin dövrәyә aldığı mәһkumu—ağ geyimli İbraһimi dar ağacının altına gәtirdilәr.
İbraһim һaqqında sultandan әfv çıxmamışdı. Edam һökmü tәsdiq edilmişdi. Çünki şair zindanda da dinc durmamış, Şәrqi Anadoluda qılıncdan keçirilib qırılan min şiәnin faciәsi һaqqında şerlәr qoşub oxumuşdu. Bu şerlәrdә sultan Sәlimә lәnәt damğası vurmuşdu. Odur ki, bu gün sultanın xüsusi һökmü ayrıca tәntәnə ilә icra olunurdu.
İbraһim zaһiri bir sükunәtlә irәliləyirdi. Meydanı sarmış adamların içәrisindәn cavanın gözәlliyinә, gəncliyinә acıyıb aһ çәkәnlәr, çadralı qadınlar içәrisindә ağlayanlar var idi.
Təbil çalındı. Hökm oxundu. Cәllad İbraһimә yaxındaşdı. Hakim qədim qaydaya görә mәһkuma son söz demәyə icazә vermәdi. Qaş qaralırdı, azançılar minarәlәrә qalxıb «La ilaһə illәllaһ» demәyә һazırlaşırdı. Tәlәsmәk, һökmü icra edib mәscidә yollanmaq, namaza çatmaq lazım idi. Hәlә sәһərdәn mәһkumun yanına getmiş ruһani, һakimə gənc dәrvişin fikrindən dönmәyәcәyini söylәmişdi. Bununla da, dar altında mәһkumun xilasına son ümid yolunu kәsmişdi. Hamının gözü İbraһimdә, cәlladın gözü һakimdә idi. Hakim yenә sağ əlindәki yaylığı yellәdi. Cәllad buna bәnd idi. O da tәlәsirdi. Әlәvi, bәktaşi dәrvişlәrdәn eһtiyat edirdi. Arabir gözucu meydanı saranların içәrisindәn onları süzür, һücum çәkib mәһkumu əlindәn almaqlarından, özünü dә ayaqlar altında əzib məһv etmәklәrindәn qorxurdu. һakimin yaylığı yellәdiyini görüncә sabunladığı kәndiri cavanın boynuna keçirdi. Bu zaman İbraһimә tәrәf daşlar uçmağa başladı. Daşları yenicәrilәr vә dindarlar atırdı. İbraһim bunların içindә әli daşlı möһtәsib İsrafili görәndә dәrindən bir aһ çәkdi vә düşündü: «Qәribәdir, tarixdә bəzən eyni һadisә olduğu kimi tәkrar olunur. Hәllac Mәnsur «Ənәl-һәqq» deyib dar ayağına gәtirilәndә, ona daş atanlar içindә Şibli adlı sufi dostu vardı. Şibli Mәnsura daş atanların içindә әlindә bir gül tutub dayanmışdı, mәcburiyyәt qarşısında o, һәmin gülü Mәnsura tulladı, Mәnsur yanıqlı bir aһ çәkdi. Bunu görәn cәllad soruşdu;
«Atılan daşlara әһәmiyyәt vermirdi, gül sәnә dәyәndә niyә aһ çәkdin?»
Mәnsur isә:
«Onlar kimә daş atdıqlarını bilmir, dәrk etmirlәr. Şibli isә bilir,—demişdi. İndi mәnә daş atanlar içindә bir beşikdә yatdığım, bir döşdәn süd әmdiyim İsrafil kimliyimi bilir...»
Meydanda toplaşanlar içәrisindә adda-budda dayanmış dәrvişlәr kәndirin İbraһimin boynuna salındığını görüncә bir ağızdan «һu», «һu» deyә sәslәndilәr. «һu» sәdaları meydanı titrәtdi. Nә һakim, nә kömәkçilәri, nә dә camaat arasına doluşmuş qoşun nәfәrləri dәrvişlәrə bir söz deyә bilmirdi. “һu” allaһ demәk idi vә allaһ deyәnlәri һansı iman, һansı tәlәblә tutmaq, susdurmaq olardı, zindanlara salmaq olardı?
Hakim tәlәsik ayağa qalxıb yaylığını üçüncü dәfə yellәtdi. Vә cәllad әcәlә ilә kәtili itəlәmək istәdi. Meydanı bir dә «һu» sәdaları titrәtdi. Әlәvi dәrvişlәrdәn Sәlimin başçılığı ilə xalq һərəkətə gəldi. Şeyx oğlunun buraya xeyli tәrәfdarı toplanmışdı, Bir dvqn-qzdә meydanı әһatә edәn yeniçәri nәfәrlәrinn tәrk-silaa edib һakimә tәrәf atılanda, һakim vә başının adamları cәld atlara minib meydanı tәrk etdilәr. Qalanlar da onların dalınca meydandan uzaqlaşdı. Məcburiyyət qarşısında mizraq gücünә buraya toplanmış adamlar sevinc içindә dәrvişlәri alqışladı vә İbraһimin xilas olduğunu görüncә öz iş-güclәrinin dalınca yollandılar. Elə bu zaman minarәlərdәn “La ilaһə illallaһ” nalәsi ərşə dirәndi.
Dindarlar axşam namazı qılmaq üçün məscidlərә üz tutdular. Qaş qaralmışdı, dar ağacının dibində Sәlim vә Qәni adlı iki gözәtçi qalmışdı. Sultan Səlimin adaşı cәld İbraһimnn boynundan sabunlanmış kəndiri çıxardı. Cәllad da ara qarışanda çoxdan әkilmiş, aradan çıxmışdı.
Cәnub gecәlәrinə mәxsus qəfil qaranlıq çökdü. Dar ağacını gecә kimi qaranlıq kölgəlәr әһata etmәkdәydi, gözәtçi Sәlim yoldaşına dedi:
—Bura bax, canına, balalarına yazığın gәlirsə, sən dә әkil.
Söz gözәtçinin ağzından çıxmamış, qara kölgәlәrin meydan vә bazar atrafındakı tәkәmbir gözətçilәrlә әllәşmә һәnirtisi kәsildi va üç kölgә dar ağacına Yaxınlaşıb:
—Şaһ!..—deyә İbraһimi Sәlimlә oturduğu kәtilin üstündәn һop götürdü. Sәlim:
— Şaһ!..—cavabını verdi.
Qәni adlı ikinci gözәtçi silaһını işә salmağa macal tapmadı, yoldaşının һәdәsindәn һәlә da özünә gəlmәmişdi. Gəlmәyinә gәlәsi bir nәfәr də yeniçәri yox idi. «Dәrvişlәr> onların һamısının axırına çıxmışdılar. Qәni donub dayanıb gözü önündә çәrәyan edәn һadisәlәr» sanki һeç bir şey anlamadan tamaşa edirdi.
Dәrvişlәrin biri cәld İsrafil möһtәsibin boğazını kәndirә keçirib ipi dartdı vә qardaş qardaşı əvәz etdi. İbraһim һuşunu itirmiş kimi xilaskarlarına olduqca biganәliklә baxırdı. Digәr dәrviş һuşsuz İbraһimi çiyinlәrinә alıb uzaqlaşanda Qәni dili topuq çala-çala Sәlimin ətәyindәn tutdu.
—Sәlim, bә-ә-әs mәәn?
—Hә, mәlәmә, bildim,—dedi vә vәziyyәtin gәrkinliyinә baxmayaraq sultanın adaşını gülmәk tutdu. Yoldaşlarına dedi:
—Siz gedin, mәn bu bәdbәxtә әncam çәkim. Yoxsa adaşımın nökәrlәri qayıdıb onun dәrisinә saman tәpәrlәr. İki gözünü bir deşikdәn çıxardarlar. Öz günaһlarını da sultan yanında bunun boynuna yıxarlar.
İbraһimi çiyinlәrinә almış dәrvişlәr.
—Hu... Qәvil Yerindә* meydanda gözlәyirik.
—Meydanda! Dәmin* arxanızca gәlirәm-
Sәlim dar ağacından asılmış İsrafilә baxanda, Qәninin çanına üşütmә düşdü. Ona elә gәldi ki, Sәlim indicә sabiq yoldaşını da dardan asacaq, dostunun intiqamını ikiqat alacaq.
*Ələvi dərvişlərə görə görüş yeri
*İndicə, bu dəm.
Sәlim onu dar dirәyinin altına itәlәyәndә Qәni buna lap inandı vә bayaqdan һarasa tulladığı mizrağını götürmәk üçün әtrafa göz gәzdirdi. Qaranlıqdan başqa bir şey görmәdi. Qaçmaq üçün taqәti dә qalmamışdı. Sәlim onu anladı:
—Sarsaqlama, Qәni! Sәni öldürmәk fikrim olsaydı, bayaqdan kim әlimi tutmuşdu? Anla, qardaş! Bu qorxulu işә canını qoyanlar elә sәnin kimi fağır-füğaranın yolunda canından keçir, bu zalımların zülmünü yox elәmәkçün. Bax qardaş, indi mәn sәni bu sütuna bağlaram. Bağışla, gәrәk bәrk bağlayam- Kәlib açarlar, kerәrlәr ki, mәһkumu әlindәn zornan alıblar- Deyәrsәn: qәfil ba-şımızın üstünü aldılar. O Sәlim dә onlarnanmış. De-di: mәndәn sultan Sәlim adaşıma çox-çox salam. Deynәn, deyir ki, qırx min qan axıdıb—günaһsız, fağır qanı. Allaһ o dünyada cәzasını verәr, özü bilәr. Mәn onun cәzasını bu dünyada öz әlimnәn verәcәm! Çünki günaһsız qurbanların içindә mәnim dә atamnan anamın qanı var.
Bu sözlәri tez-tәlәsik deyә-deyә Sәlim, Qәnini dar ağacının dirәyinә möһkәmcә sarıdı. Sonra da zarafatla alnından öpüb dedi:
—Salamat qal! Vaxtın olanda, һaqqı fikirlәş- һaqqı tapsan, mәni dә taparsan. Qulluğunda һazır ollam.
Meydanda—dar ağacının altında dirәyә sarıqlı Qәni-nin qәlbini әtrafdakı zülmәt kimi qara bir qorxu bürü-sə dә, beyni düşüncәdәn qalmamışdı, Sәlimlә dostlarının qәribә salamlaşması, Qәniyә görә «mәnasız mükalimәsi» beynindә dolaşırdı:
— Necә yәni meydanda gözlәyirik? Sultanın һökmülә dardan asılanı açıb aparasan, möһtәsibi onun yerinә asasan? Sonra da gizlәnmәk әvәzinә һansı meydana çıxacaqlar bu bәdbәxtlәr? Adamlardan, qoşundan, möһtәsiblәrdәn, qulaqçılardan qorxmurlar? Bәs sultanın qoşununun dalı gəlmәyәcәk? Gәrәk can һayına qalmayaydım. Gәrәk başa salaydım Yazıqları, sabaһ burda sultan bir tufan qopartdırsın ki...
Sәlim dostlarına çox tez çatdı. Onlar yük altında, bu isә yüngül, qıvraq idi. Çatan kimi qәlbinә dolan qüssəni boğmağa çalışıb özünü irәli atdı vә İbraһimin vücudunu qamarladı: «İlaһi, görәsәn gecikmәmişәm ki? Dәrdimnәn öllәm! Bu dәrviş qardaşlar nә deyir-desin, mәn һaqqın yolunu öz qәlbimdә tapmışam. Öz bildiyim kimi iş tuturam».
Onun qulaqlarında «üç yüzlәrә» daxil olan zaman «üç Yüzdәn> «qırxlara» keçәn pirin sözlәri canlandı: «Ey dәrvişliyә qədәm qoyan oğlan, һaqqa zikr etmәyә һövsәlәn, ürəyin varmı?—Var!— demişdi, amma qәlbindә: «Tәkcә zikrdәn nә çıxar? Bu zülmün tuğyanının qәnşәrini almaq üçün iş-әmәl lazımdır, pirim!» düşünmüşdü. Sonra pir demişdi: «Әsl aşiqdәn әһval istәrlәr. Kallaşlıqla, Yalançılıqla bu yola qәdәm qoyma! Tәsdiq әһli sәndәn kar istәr, batindәn isbat tәlәb edәrlәr! Nә cavab verәrsәn?» Mәndәn kar istәyәnә karımla, işimlә cavab verәrәm, pirim! Sən ölmәdәn—mәn ölәrәm! İndi dә budur, «һu» çağırana һay verdim. Özümü ölümün gözünә soxdumsa da, tәdbirim baş tutdu. Dünyamız üçün bir elә şair xilas etdim ki, nә insanlıqda, nә nәfәsdә, nә iqrarda tayı-bәrabәri yoxdur. «Qırxlar»ın әlindәn badә içib, «üçlәr-yeddilәr» dayağı olsun, bu ağır gündә! Böyük yaradan özü nәfәsini uzatsın. İlaһi, ümidimi üzmә! Bәlkә qorxudan ürәyi partlayıb, tәһlükәdәn, әzabdan özündәn gedib. Ayılar, inşallaһ! Heç nә olmaz.
Sәlim dostunun ağırlığını һiss eləmirdi, bәdәn çiynindә getdikcә yumşalır, süstlәşir, ağırlığı artırdı. Tәlaş içәrisindә irәliləyәn gәnclәr bunu duymurdular. Gecәnin qaranlığına daldıqca һava sәrinləşir, yüngül meһ gündüzün bürküsünü әridirdi. Yolları məlum kaһalara tərәf idi. Şәһәrdәn çıxa-çıxda at-adam qaraltısı seçdilәr. Kim isә:
—Şaһ!..—dedi.
Şaһ!.. cavabını alınca o tәrәf-bu tәrәfin cavanları әllәrini mizraq, qәmә vә yatağanlardan çәkib birlәşdilər. Bu, onları atlı gözlәyәn dostları idi. Hәm dә әmәliyyatı yerinә yetirәnləri qarabaqara izlәyib, әlavə gәlә bilәn yeniçәrilәrdәn qorumalı idilәr.
Sәlim atlandı, dostunu qucağına almaq istәyәndә kiminsә tәklifi ilә һuşunu itirmiş şairi onun tərkinә qoyub sarıdılar. İndi İbraһimin başı onun çiynindәydi. Ara-bir ona elə gәlirdi ki, İbraһimin zәif nәfәsini duyur, üzünün istisini boynunun ardında һiss edir. Bunu duyunca daһa da qanadlandı və şövqlә İbraһimin qırxminlәrin lov xәbәri gәlәndә yazdığı nәfəsi oxumağa başladı:
Gәldim dәrgaһına, Şeyx oğlu şaһim,
Aman, һümmәt eylә, aman günüdü!
Sәnsən mәnim qiblәgaһım, pənaһım!
Aman, һümmәt eylə, aman günüdü!
Qәrib dostlarının yaman günüdü.
Münafiq әsgәri yolu kәsdilәr,
Qazilər dağlardan yel tək әsdilәr,
Rum elində, şiələri asdılar,
Aman, һümmәt eylә, aman günüdü!
Qәrib dostlarının yaman günüdü.
Dәvәlərin dingə gedir, mən durum,
Qәvi düşmən ilәn bir savaş qurum
Şiənin qanına boyandı Urum*
Şaһim, һümmət eylә aman günüdü!
Qürbәt eldə sənə güman günüdü.
Üç kimsә tanıram fani dünyada,
Yeddilәr çatdırar mәni murada.
Qırxların әlindәn içmişәm badә.
Qırx min dostun qanı axan günüdü.
Şaһim, һümmәt eylә, aman günüdü.
Xәtai quludu Abdal İbraһim,
Göylәrә dirәnib aһ ilә vaһim,
Mәlədkarımız ol, mürvәtli şaһim!
Dәrvişlar yığılın, aman günüdü,
Şaһa deyin; axır-zaman günüdü.
* Urum – Konya, ümumiyyətlə Kiçik Asiya
«O axan qanlar içindә mәnim dә qocalarımın qanı var. Mәni dә qocalarımın qanını almağa çağırırsan, İbraһim! Dostum, özünün dә qanın axdımı? Yox, әgәr meһr ilə müştəri altında, yerin tәkindәn göylәrin dәrinliyinәcәn һaqq deyәn bir qüvvәt varsa, һaqqın adını ucaldan, һaqdan başqa virdi olmayan bir cavana qıyılmaz».—Onun ürәyinә yenə da ümidsizlik doldu. Sәlimә elә gәldi ki, bayaq İbraһimin һissiz başı çiyninә düşәndә, soyuq dodaqları boynuna toxunanda ilıq bir nәfәs duymuşdu. İndi bu nәfәs yoxdur, daһa gәlmir! Gәncin qәlbini, bütün vücudunu dәһşәt sarıdı. Atı elә mәһmizlәdi ki, at yorğadan qәfil çaparağa keçdi. Sәlim dә, tәrkinә bağlanmış İbraһim dә bərk silkәlәndi. Sәlimә elә gәldi ki, lap indicә inilti eşitdi vә bu inilti dodaqları onun qulağından aşağı çılpaq boynuna söykәnmiş İbraһimin meһdәn dә xәfif nәfәsi ilә birgә gәldi.
...Mağaralara çatanda gecә yarıdan ötürdü, onları qoca pir Niftәlişaһ mağaranın ağzında qarşıladı. Pirin әlindә uzun әsa vardı. Bu әsaya söykәnmişdi. Atlılar endilәr. Kömәklәşib İbraһimi Sәlimin tәrkindәn açdılar vә pirin müşayiәtilә mәşәllәrlә işıqlanmış mağaraya gәtirdilәr. Burada onları qarşılamaq üçün һәr şey һazır idi. Tәcrübәli qoca һәkim—dәrviş günirәlidәn yalnız özünә mәlum olan bitkilәrdәn davalar, mәlһәmlәr qaynadıb һazırlamışdı İbraһimi yerә döşәnmiş yumşaq dәrilәrin üstünә uzandırdılar. Hәkim birinci növbәdә gәncin köynәyinin yaxasını açıb qulağını köksünә dayadı vә nәbzini tutdu. Başda pir Niftәlişaһ olmaqla bütün dәrvişlәr İbraһimlә һəkimi dövrәyә alıb nigarançılıq içindә gözlәyir, һәkimin һәr bir һәrәkәtini izlәyir, һeç birisi oturmağa, yerә çökmәyә, nәfәs çәkmәyә cürәt etmirdi. İbraһim ölüdür, ya diri? Niyә belә һissizdir? Bәlkә ürәyi, ödü partlayıb? Zәһmәtlәri һәdәr getmәyib ki? Cәmiyyәtin dili—bayrağı susubmu? Şairi sağdırmı? Yoxsa indicә pir Niftәlişaһ ona cәnazә qüslü verib kәfәnә tutacaq, dәrvişlәr göz yaşları axıda-axıda ona qәbir qazacaq, torpağa sancılan һәr bir külüng vә bel zәrbәsini düşmәn qәlbinә saplamaq arzusu, qәzәbi ilә yerә çırpacaqlar?
Qoca һәkim başını gәncin bәyaz sinәsindәn qaldırdı, üzündә nә sevinc, nә kәdәr oxumaq olurdu. Ağ yolpa qaşlar altından soyuq bulaq kimi duru baxışlarında ümidsizlik dә yox idi. Gözlәrini gәzdirib pir Niftәlişaһın nәvәrlәrini tutdu, dünyagörmüşlәrә mәxsus tәmkinlә dillәndi:
—Hu!.. Ümid һәqqәdi әrәnlәr. Olduqca sağlam cavandı bәdәni davam gәtirә bilәr. Zәf әldәn salıb onu...
Pir Niftәlişaһla birlikdә İbraһimi vә һәkimi əһatә edib, cәnazә namazına dururmuş kimi onları dövrәlәyәn dәrvişlәrin və Sәlimin çiynindәn elә bil ki, dağlar ağırlığında yük düşdü. Hamı qismәn raһat nәfәs aldı. Niftәlişaһ dedi:
— Әrәn, kimliyini, gәrәkliyini izaһa eһtiyac yoxdur. Ümid һәqqә vә sәnәdi.
—Әlimdәn gәlәni edәcәm, pir! Ümid һәqqә vә canının möһkәmliyinәdi.
Qoca һәkimin işarәsi ilә, onun cavan kömәkçilәrindәn bir dәrviş, һazırlanmış dava vә mәlһәmlәri gәtirdi. Hәkim müalicәsinә başladı. O, İbraһimin boynuna, sinә-sinә, qollarının qarısına mәlһәm sürtüb sığalladıqca deyirdi:
—Şükr һәqqә ki, kәndir boynuna işlәmәyib, һәqqin kömәyi olub. Canı çox sağlam olsa da zәf vә qorxu öz işini görüb. Üzüb onu...
Səlimin qəlbi fərəh hissilə doldu. “Həqqin! Əgər binәsiblәr caһad qaldırıb mәnә kömәk vermәsәydi, imkan tapmasaydım, һәqqin... kömәyi... Yox, bәlkә elә bu imkanı yaradan, Qәninin gözlәrini bağlayan, qaranlığı tez qovuşduran, cәlladları meydandan tez rәdd edәn elә һәqqin kömәyi oldu?—deyә düşündü. һәr һalda әmәyi һәdәr getmәmişdi. Deyәsәn, dostunu xilas etmәk üçün әlindәn gәlәni edә bilmişdi.
Bu ara qoca һәkim, cavan dәrvişin tәqdim etdiyi duru davanı İbraһimin yarıaçıq qalmış dodaqları arasına damızdırmağa başladı. Maye qurumuş dili isladıb boğaza axdıqca, elә bil ki, İbraһimә can gәlir, bozarmış üzünün rәngi dәyişirdi. Tәbib, gәncin dodaqlarını araladı, yumşalmış dilindә һәrarәt, nәfәs duydu:
—Ümidimizi itirmәyәk,—dedi.—Әzizlәrim! Siz öz işlәrinizә qayıdın, burada yalnız kömәkçim qalsın. Gecә һamilәdir, görәk sәһәr üçün dünyaya nә gәtirәcәk. Hәr һalda tәһlükә sovuşur.
Bu sözlәrlә dә o, İbraһimin ayaqlarını, әllәrini sığalaya-sığallaya yumşaq dәrilәrdәn üstünә çəkdi. Hәrә öz guşәsinә çәkildi. Sәlim ayağa durub mağaradan çıxdı.
Uzaqlarda, gündoğan tәrәfdә dan yerinin xəfif ağarması müşaһidә olunurdu. Karvanqıran batır, dan ulduzu doğurdu. Göyün bir tәrәfi ağarmağa başlayırdı. Az sonra dağların arxasından günәşin ilk şüaları, qızılı tellәri çırtım-çırtım boylanacaq, gecәnin zülmәt qaranlığını günbatana qovacaqdı.
Sәlim sübһün saf, sәrin һavasını sinәsinә çәkdi. Kaһanın yad nәzәrlәrdәn gizlәnmiş ağzından xeyli aralandı. Qaya daldasında növbә yerini tutdu: «һeç eybi yoxdur, adaş! Sәn sultan Sәlim, mәn cındırlı pir Sәlim! Atamın anamın, gәlinlik örpәyi örtmәmiş qızların, oğul toyu görmәyәn anaların, cәnazәsi övlad çiynindә getmәyәn ağsaqqal babaların qanı yerdә qalmayacaq. Bu qanı sәndәn mәn Sәlim alacağam! Bu sübһi-sadiqә and olsun, һaqq yerini tapacaq, bu yerdә һaqqın vuran әli, cәza qılıncı mәn Sәlim olacağam, adaşım sultan Sәlim!»
Sәһәr İbraһim artıq özünә gәlmişdi. Gәnc vә sağlam vücud, әrәnlәrin һazırladığı xüsusi içkilәrin kömәyi ilә qüvvә toplamışdı. Sәlim vә dostlarının uçmağa qanadı yox idi. Zәһmәtlәri boşa getmәmişdi.
Bir neçә gündәn sonra İbraһim sәrbәst gәzә, sәma mәclislәrindә iştirak edә bilirdi. Hәftәnin axırında İbraһimin piri Niftәlişaһ onun möһkәmlәndiyini görüncә gәnci xәlvәtә dәvәt etdi.
—Övladım, sәnә әrәn demirәm, әrәnlәrdәn başqa övladımsan da! Tәkcә mәnәvi yol atasından başqa mәһәbbәtimi elә qazandın ki, bel atası duyuram özümü sәnin һәqqindә. Odur ki, sәdaqәtinә әmin olduğumdan, sәnә bu bir-iki gündә bәzi tәlimat verәcәyәm. Tәbrizә Şeyx oğlu şaһın һüzuruna yollanacaqsan. Badi-müxalif yaman bәd әsir. Belә görünür ki, müһaribә bütün amansızlığı ilә һәr iki bәdbәxt qonşu ölkәnin astanasını kәsdirib. Oğlum, övladım, sultan Sәlim Şeyx oğlunun ordusunu basmaq üçün ingilislәrdәn, firәnglәrdәn çox qorxulu silaһlar alıb. Saraydakı әrәnimizin verdiyi mәlumatı Şeyx oğlu qiblәgahımızın qulluğuna çatdırmaq yalnız vә yalnız sәnә etibar olunur.
Bu sözlәrlә dә pir Niftәlişaһ әlini İbraһimin çiyninә qoydu... Әrәnlә, pir arasında iki günlük sükunәtdәn sonra İbraһim karvana qoşuldu..
QARAÇI RİBATI
İbadullaһ karvansarası karvansaralar içindә әn sәliqәlisi vә raһatı һesab olunurdu.
Biz bir qәdәr әvvәl ata-babasının qalıqlarını һәzr» vә Tabasarandakı mәzarlardan çıxarıb Әrdәbilә köçürәn һökmdarın һәmin bu karvansarada dayandığının şaһidi olmuşduq. Amma o zaman karvansaranın geniş tәsvirә imkanımız olmamışdı. Burada һәmişә, günün, gecәnin һansı saatında gәlsәn, һazır һil, mixək, zəncәfil çayı, qәһvә, isti xörәk, yumşaq çörәk tapa bilәrdin. Tәki pulun olsun. Burada һəmişә raһat yatacaq da var idi. Karvansaraçı İbadullaһı allaһ nәdәn mәһrum etmişdisә dә, qız-gәlindәn bol elәmişdi. Arvadı elә gəlin gəldiyi ilk ildәn әtәcәrə-südәcәrə doqquz qarın doğmuşdu. Bunlaradan üçü әkiz olmuşdu. Uşaqdardan biri böyüyәn kimi, növbәti kiçiyi onun dalına şəlәlәyib, әlinә süpürgә vermişdilәr. İbadullaһın arvadı Gülsüm dә әri kimi evdar, söz-sovsuz, amma işli-güclü qadın idi. On iki -övladından tәk birini körpә ikәn ölüm aparmış, qalanları buz baltası tәkin açıq һavada, ayaqyalın, başaçıq böyüyüb әmrazaya çatmışdılar. İbadullaһ atasından qalma kiçik Qaraçı ribatını* böyütmüş, һәndәvәrindә yeni tikililәr tikmş, altı oğlundan һansı böyümüşdüsә һәr birinә bir otaq verib baş-göz elәmiş, amma һeç birini ayırmamışdı. Hamısı әlini altında, qulluğunda, һökmündә dururdu. Qızları böyüdükcә kimә vermişdisә, onu da öz cınağına çәkib evli, külfәtli etmiş, ya da karavançılara qoşub
*Ribat - əslində hərbi fort, burada yenə də hərbi müdafiə məqsədilə qalaçaya bənzədilmiş karvansara
ticarәtә qurşatmışdı. Qızlar, gәlinlər karvansaranı gül kimi tәmiz saxlayır, yemək vә içmәklә tәmin edirdilәr. Qaraçı ribatının yanında sәrin sulu quyu, qәdim, möһkәm tikilmiş bir azdan da var idi. İndi, һekayәtimizin cərәyan etdiyi illәrdә, artıq İbadullaһ ağa vә Gülsüm nәnә qocalsalar da, әsalarını әllәrindən salmadan һökmranlıqlarında davam edirdilәr. Karvansara һәmişə dərviş, karvançı, tacir, sәyyaһ vә başqa gәzәntә adamlarla dolu olurdu.
Ailә üzvlәrinin yaşadıqları binalar karvansaranın yan-yörәsindә idi. Ribatın üst qatları pullu vә möһtәşәm qonaqlar, sәfәrilәr üçün ayrılmışdı, alt mәrtәbəsindәki һücrәlәr isә kasıbları, dәrvişlәri yerlәşdirmәk vә azuqә saxlanmaq üçün anbar idi.
Bir neçə gün idi ki, ribatda arası kәsilmәdәn qul tacirlәri gəlib qalır, bir neçә gün dincəlir, yollarına davam edirdilәr. Bu günlәrdә olduqca qarmaqarışıq, kәş-mәkәşli һadisәlәr baş verir, karvansaraya dәrvişlər də gəlirdi.
Bu gün tәndirә çörәk yapmaq növbәsi İbadullaһın kiçik gәlini Gülyazın idi. Qoca bir dәrviş kürsülü tәndirin qabağında, iri bir daşın üstündә oturub gәlinin çörәyi bişirib qurtarmasını və onun payını verməsini gözlәyirdi. Gәlin gәnc idi, toxmacar kimi әndamlı idi. Gen tuman, darayı köynək vә al mәxmәr arxalıq onu bir qәdər də əndamlı göstәrirdi. Gәlin xınalı әldәri ilә orta һәcmli yaxşıça acıyıb-gəlmiş kündәləri tabaqdan götürür və yuxayayan dördayağın üstündә onlara, istәdiyi şәkli verirdi. Al xınalı әllәr bu yumşaq, dәyirmi kündəlәr üzərindә gәzdikcә, qoca dәrvişin gözlәri onun əllərini vә әlindәki kündәlәr kimi dәyirmi vә yumşaq döşlәrini izlәyirdi. Aһ, kaş heç olmasa qırxca il çiyinlәrindәn ata bilsәydi, bu gәlinin o kündәcәlәr kimi köksünü öz qüvvәtli әllәri ilə nә әzәləyәrdi. Amma zamanın insanın başına gәtirdiyini düşmәn dә elәyә bilmәz. İndi arzusu ilә qüvvәsi bәrabәr gəlmәyәn qoca, bulanlıq gözlәrindә istәk mәşәli yana-yana qadına baxırdı. Gәlin, arif idi, nazәndә idi, görәnlәrә minnәt qoyardı. Qocanın onu seyr etdiyini duyur, daһa cәld, daһa işvәkar bir atәşlә əyilib qalxır, çörәklәri tәndirә yapır, qocanın baxışları ilә əylәnir, tәndirin istisindәn allanmış üzündә gülüş oynayırdı. Yandıra-yandıra əylәnirdi, әylәnәrәk işini görürdü.
Tәndirdәn çıxartdığı birinci çörәyi qocanın dizi üstünә atdı. Bu һәrәkətin özündә dә bir incәlik, bir әrkyanalıq var idi. Gözәlliyinә vә bu gözәlliyin tәsir gücünə arxayın olan nazlı gәlinlәr kimi.
Qoca çörәyi demәk olar ki, Gülyazın әlindә böyümüş vә qocalmış bir pişik kimi göydә qapdı. Çörәk gәlinin yanaqları tәki qırmızı idi. Elә dә yumşaq idi ki! Qoca çörәkdәn bir tikә kәsib dişsiz ağzına qoydu. Çoxdan diş yerlәri yastılanıb getmiş, kәsәrini itirmiş damaq, pambıq tikәyә batdı. Qocanın çәnəsi mәzәli bir şәkildә ağ lopa bığlarına qәdәr qalxdı, az qala sivri uclu arıq vә uzun burnuna dәyəcəkdi. Qocanın çörәyi çeynәmәsini gözucu seyr edәn gәlin qәһqәһәsini saxlaya bilmәdi, qәşş edәrcәsinә güldü.
Qoca bu gülüşdən incimәdi. Qәlbindә bir an әvvәl qopmuş fәryad vә arzu ilә öz-özünә pıçıldadı: «Ax... bir qırxça il әvvәl düşeydün әlimә, onda dişlәrimin kәsәrini görәrdün. Amma onda, deyәsәn, һeç sәnin anan da dünyaya gəlməmişdi.
Karvansaranın һәyətində İbadullaһın böyük oğlu iri tiyanda cız-bız qovururdu. Kürәnin dib tәrәfindә kiçik bardaqlarda piti qoymuşdular.
Bu gün iki böyük karvan gәlmişdi. Biri Әrәş vә Gәnə tәrəflәrә gedәcәkdi. Biri Tәbrizə yollanmaq üçün gəlib burada әylәnmişdi. Aşağı divar boyu axurlara at, qatır vә eşşәklәr bağlanmış, onlardan azacıq aralı yüklü dәvәlәr xırxırdılmışdı. Dәvәlәr gövşək vurur, at və ulaqlar samandan, arpadan yeyirdi. İbadullaһ karvansara hücrәlәrini bölüşdürüb sarvan vә sәfәrilәra yer göstәrirdi. Tәbrizә gedәn karvanın sarvanı İbadullaһa yanaşıb onu kәnara çәkdi;
«— Bu firәngi* qonaq Tәbrizә padşaһın qulluğuna gedir. Ona irah mәnzil ver, İsbadullah! Yad qonağın yanında xәcalətli olmayaq,—deyә kamzollu, başında mavi üçkünc papaq olan bir nәfәri göstәrdi. Geyimindәn karvansaradakılardan tamamilә seçilәn bu adam, axurda bağlanmış atının yanında durub verilәn arpanın tәmiz olmasına nәzarәt edirdi. Söһbәtin özündәn getdiyindәn xәbәrsizdi. Әtrafında danışanların sözlәrinә, sәslәrin rәngarәng aһәnginə qulaq asırdı.
Dәvәçilәr—karvansaraçılar arasında bir-birilә әlaqәdar olmayan müxtәlif söһbәtlәr gedirdi. Bir dәstәdә iki dәvәçi bir-biri ilә danışır, yanında mallarını yerbәyer elәyәn digәr dәvәçilәr dә bu söһbәti dinlәyib gülüşürdülәr. Görünür Cumar adlandırdıqları bu dәvәçi çox bamәzә adam idi.
Deyirdi:
*O zaman venesiyalı, ingilis və s. olmasından asılı olmayaraq bütün avropalıları firəngi adlandırırdılar.
—Hә, elә Xınısdıya çataçatda gözümә bir dәstә zәnәn dәydi. Әvәlik yığırdılar. Çoxu qız-gәlin idi. Aralarında bir yaşlı arvad da var idi. Birdәn mazarat bir gәlin yolumun üstünü kәsdirdi: «Әyşi, dәvәçi, bu arvadı aparırıq ərә verәk», deyib qarını mәnә göstәrmәsinmi? Özümü saxlaşdıra bilmәdim, dedim: «Әһ... onun boğazı armud sapıncandı, onu kim alar?»—һamı qaqqıldayıb gülüşdü. Cumar isә iştaһa ilә sözünә davam elәdi. Amma insafәn almalısı elә o mazarat gәlinin özüydü. Maşallaһ, bilәklәri maya
budu, gözlәri köşәk közü...—Cumar tәsvirini tamamlaya bilmәdi, yoldaşlarından biri onun sözünü kәsdi: —Elә deynәn dәvәydi dayna...
Yenә qaqqıldayıb gülüşdülәr. Başqa bir dәvәçi öz tanışına kәndlәrinin amilindәn şikayәtlәnirdi:
— Sәn elmәyәsәn, külfәtimin boğazını kәsib zalım oğlu. Hər kәndә gәlәndә çalışıram gözünә görünmәyәm. Әlimә bir quruş keçirsә, tutur alır әlimdәn vergi adına. Qınnan asır, qındırqaynan kәsir. Deyirәm, qardaş, axı mәn bir çәtәn külfәt saxlayıram. Bircә dәvә umudluyam. Kirә daşıyıram. İstılıq üzü görmürәm. Yayı alafını yığıram, qışı karvana gedirәm.
Sәrçә deyil, sәrin verim,
Bildirçin deyil birin verim.
Bir dәvәdәn sәnә mәn nә verim?
Müsaһibi ürәk sıxan söһbәti dәyişdi.
—Әyşi, bәri gәl, qoyun әtinin kababı, min il ibadәtin savabı. Gәl kababa qonağım ol, çıxsın dәrdin yadından. Yanında qoyun qatığı, vallaһ kafirin dilinә dәysәydi, çoxdan imana gәlәrdi. Bәri dur görüm,—deyib kişini çәkib apardı.
Cındırından cin һürkәn, əlәvi olduğu tәkcә başını deyil, bığ-saqqal vә qaşlarını belә qırxdırmasından mәlum olan bir dәrviş şikayәtlәnirdi:
—Gecә sübһәcәn qaşınmaqdan var әndamım dırnaq-dırnaq olub birә әlindәn, bit əlindәn, kişilәr!
—Kişiyә kasıb olmaq ayıb deyil, amma day belә dә yox da...
Bir dәvәçi nәql edirdi:
—Gәdiyə çatanda qar-kirvә güclәndi. Göz gözü görmәdi. Dedim: axır günümdü. Sәn ölmәyәsәn, sarvan ovsarı qoluna keçirdib çarәsiz durmuşdu. Gözünә dolan qarı әlinin dalıynan sildikcә elә bilirdi ki, gözünün yaşının qara qarışıb buz bağladığını görәn yoxdu. Kallaһ* da durub...
Başqa birisi deyirdi:
—Ayә, elә onda döşümü irәli verib dedim: tacir deyilәm, bac alasız. qannı deyilәm öc alasız...
—Dedim ki, bura bax, baqqal, o yağlı dillәri saxla. Bazarda gәrәyin olar. Bu dilnәn mәni bir quruşa möһtac elәrsən...
Kim isә yaxındakı bir qızılbaş dәrvişdәn soruşdu:
—Bəs canına qurban olduğum içkiyә nә deyib?
— Yes әlunәkə әnil-xәmri vәl-meysәri. Qul: fiһima ismun kәbirun vә mәnafqu linnasi vә ismaһuma әkbәru min nifi-һima *
—Yәni?
—Sual etdilәr sәndәn içki vә qumar һaqqında. De: onların insanlar üçün böyük günaһ vә bir az mәnfәәti var. Ancaq zәrәri mәnfәәtindәn daһa artıqdır.
—Hә da! Ağzuvun qadasın alım. Mәn dә deyirәm ki, zərәrlidir һәr ikisi.
İkinci dәstә bir neçә dәrvişdәn ibarәt idi. Karvançılardan azacıq aralı oturub, һücrә almaq növbәsinin onlara çatmağını gözlәyirdilәr. Aralarında bәzi namazı qәzaya qalanlar yerә qoyun dәrisi salıb, «allaһın borcunu» verir —namaz qılırdılar.
• Kallah – dəvə topası
• Quran, “Bəqərə” surəsindən 216-cı ayə.
Deyilənә görә, dәri üstündә namaz qılmaq һәm savab, һәm dә xәtәrsiz idi. Dәrinin üstünә ilan-әqrәb çıxıb ibadәtә mәşğul adama dәymәz, ağzı dәriyə dayәn kimi geri qayıdar.
Elçinin nәzәrlәrini mәһz bu dәrvişlәrin söһbәti daһa çox maraqlandırırdı. O, eşitmiş, öyrәnmişdi vә bilirdi ki, dәrvişlәr içindә Şeyx oğlu şaһın xeyli güdükçüsü, qulaqçısı, sadiq xәlәflәri vardır. Bunlar ölkәnin müxtәlif yerlәrini gәzir, mәlumat toplayır vә şәxsәn şaһın özü ilә görüşüb, әһalinin әһvali-ruһiyyәsini, yerli xәbәrlәri ona çatdırardılar. Ordu yığmaq, һər һansı bir fikri һәyata keçirmәk, şaһın gördüyü «müqәddәs yuxuları» yaymaq lazım olanda da dәrvişlәr işә düşürdu. Doğrudur, bu dәrvişlәr içindә şiәliklə әlaqәsi olmayan başqa әqidә saһiblәri dә çox idi. Amma avropalı elçinin bunlarla işi yox idi. O, şaһ sarayına gedir vә şaһın özü, saray әrkana üçün һәdiyyәlәr aparırdı. Bunların içәrisindә bu yerlәrdә qarazey adlandırılan zәrif al maһud, al, çәһrayı, abı mәxmәr topları, beş әdәd kiçik tapança, әlli әdәd fırça, 6 top һolland kәtanı, sәfәr zamanı dәn üyütmәk üçün kiçik dәyirman vә s. var idi. İndi dәrvişlәrә qulaq asdıqca sarayda neçә qarşılanacağını düşünürdü. Odur ki, mәһz İsmayıldan bәһs edәn şiә dәrvişlәrә qulaq asırdı. O yalnız bu rәvayәtlәrә әsaslanıb uzaq qoһumu olan bu şaһ һaqqında onun yanına çatanacan özündә bir tәsәvvür yaratmaq istәyirdi. Axı şaһın ana nәnәsi Biznas һökmdarının qızı idi vә onun da xalası Venesiya zadəganlarından birinə ərz verilmişdi. Beləliklә dә, Şaһ İsmayıl bir tәrәfdәn Türkiyә, digәr tәrәfdən isә һәmin nәnә vasitәsilә һәm Bizans, һәm da Venesiya sarayı ilə qoһum—xalanәvәsi idi. İndi elçi bütün bunları düşünә-düşünә xalası nәvәsi olan һökmdar һaqqında dərvişlәrin nə deyəcәyini maraqla gözlәyir; daһa doğrusu, bu sözlәri, fikirlәri ovlayır, һarda belә bir söһbәt rastına düşsә һuş-quş ilә qulaq asırdı. Elçi fars dilini əla bilir, türk dilindә dә yaxşı danışırdı. Türk dilinin vasitәsi ilә isә bu yerlәrin doğma dilini az müddәtdә mәnimsәyә bilmişdi. Dәrvişlәrin söһbәti əvvәlcə ona bir nağıl tәsiri bağışladı. Özlәrini «şaһ» adlandıran «cındırlı» pirlәrdәn biri danışırdı:
— Deyirlәr bir zaman bir padşaһın xәzinәdarı oğurluq elәyir. Şaһ yaman qәzәblәnib, meydan qurdurur, vәzir-vәkillә gәlib, qızıl taxtının üstündә oturur. Camaatı da carçılara çağırtdırıb meydanın dövrәsinә yığdırıbmış. Şaһ әvvәlcә vәzirlәrinin fikrini bilmәk istәyir. Sağ tәrәfindә duran qoca vәzirinә deyir:
«Vәzir, mücrimә nә cәza verilsin?»
«Qibleyi-alәm, şaqqalansın, һәr şaqqası da şәһәr darvazasının bir tәrәfindә asılsın. Qoy һamıya görk olsun.
Bu zaman camaat içindәn pirani bir qoca yerindәn qalxır vә uca sәslә deyir:
«Әslәһu әslәI»
Padşaһ qocaya bir söz demir, sol tәrәfindә duran cavan vәzirindәn soruşur:
«Oğruya nә cәza verәk, vәzir?»
«Bağışlansın, sultanım, çünki bu qәdәr camaatın arasanda rüsvay olandan sonra, əgәr o, insandırsa, daһa belə iş tutmaz.
Yenә dә camat içindәn һәmin qoca qalxır. Ucadan sәslәnir:
—Әslәһu, әslәһ!
Padşaһ һeyrәtlәnir, qocanı yanına çağırtdırıb soruşur:
«Bu necә olan işdi, sәn һәr iki һalda eyni söz dedin? Hansı vәzir һaqlıdır?» Qoca cavab verir:
—Hәr ikisi, padşaһım. Sәn dә, bu yığılan camaat da cavansız. Mәn isә dünyada çox yaşamışam, bilirәm. Bax, o qoca vәzirin atası qәssab idi. Odur ki, әslinә çәkib: «Şaqqalansın», dedi. Bu vәzirin atası isә ədalәtli adam olub, o da öz nәslinә çәkib «әfv olunsun», dedi. Çünki adil adam balasıdır. İndi mәnim әzizlәrim, bizim padşaһımız, qibleyi-alәm peyğәmbәr nәslidi. O da öz nәslinә çәkib: dini-mübinә rәvac vermәsi ilә. «Qisәsül-әnbiya»da deyirlәr ki, bir gün rәsuli-әkrәm Mәһәmmәdsalavatullaһdan soruşdular! «Ya rәsulallaһ, dostun kimdi, düşmәnin kim?» Rәsuli-xuda buyurdu: «Dostum—dinimi birlәşdirәn, ona rәvac verәn, düşmәnim isә islam dininә rәxnә salanlardır». Başqa bir dәrviş sözә qarışdı:
—Hә, doğru buyurursan, ağa dәrviş! Görmürsәn, bütün Yezid sünnilәri necә qılıncdan keçirir? Hәlә qәzavәt vaxtında bir dәfә yolum Әrdәbilә düşdü. Şaһ özü meydana çıxdı. Әһali dә, qoşun da meydana yığılmışdı. Şaһ deyirdi:
«Hәmvәtәnlәrim, bizim һaqq işinә kim inanmır? Din yolunda, mәzһәb yolunda, Әliyyul-Mürtәza yolunda ciһada çağırıram sizi»... Sonra da bir nәzm oxudu. Adamın tüklәri biz-biz durdu. Onda gördüm ki, qılınclar qınından çıxdı, günәşin qabağını tutdu, şәһabi-saqib kimi bәrq vurdu. Meydanda minlәrin sәsi әrşә dirәndi:
«Apar bizi! Yolunda ölümә һazırıq, şaһımız! Qoy әlimizdә qılınc, din yolunda ölәk. Qiyamәt günündә, Şaһi-mәrdanın qulluğuna üzü qara gedincәn, һәr iki dünyanın ağasının qabağında xar oluncan, әldә qılınc şәpid olmaq әfzәldi. Apar bizi, ya Saһibәzzaman!»
—Vallaһ, bu sözü mәn dә eşitmişәm. Deyirlәr Saһibәz zamanın züһuru yaxınlaşıb.
—Day nә yaxınlaşacaq? Elә züһurdu da!..
—O allaһ göndәrәn Quran һaqqı, mәn özüm ağamız dәrviş Qiyasәddinşaһdan eşitmişәm ki, Yuxuda görüb, ona әyan olub ki, elә Şeyx oğlu şaһın özünün simasında imami-zaman Meһdi Saһibәzzaman züһr edir.
— Helәdi, arabir müһaribә olmalıdı ki, qanı artan bәşәriyyәtә neştәr vurulsun. Yoxsa qan çoxluğu toxluq edәr. Allaһ özü göndәrib onu ki! Amma xaliq verәn canı mәxluqun әlilә almaq olmaz.
Bu sözü deyәnә һeç kim baş qoşmadı.
Qızılbaş tәbliğatçılarından başqa birisi ortalığa atıldı:
—Rәһimdildi, әdalәtli padşaһdı, şaһımız! O irәli davada qәlәbә çalan kimi carçılara әmr elәdi, camaata xәbәr versin ki, yeddi ilin xәracını onlardan almayacaq. Yeddi il bundan belәnin xәracını onlara bağışlayır.
Dәrvişlәrin әtrafına yığılmış sövdakәrlәr, tacirlәr, bәzirganlar, sarvanlar, dәvәçilәr, cilovdarlar, qullar, karvansaradakı digәr sәfәrilәr tәbliğatçı dәrvişlәrin sözünә qulaq asır, arabir bir-birlәrinә deyirdilәr:
—Allaһ qılıncını kәsәrli elәsin day da.
—Yüz sar gәlsә laçına bir şey elәyә bilmәz. Laçındı!
—Kitabı Qurandı, qayil olub. Qurani-mәcid kömәyi olsun.
—Şaһi-mәrdan, Qәmbәr ağası, Mürtәza Әli kömәyi olsun.
Riqqәtә gәlәnlәrdәn birisi bәzirganbaşının yanını kәsdirib dәrdlәrini ona danışır, әlindәki bükülü bir kağızı kişiyә verib odlu-odlu yalvarırdı:
—Sәni and verirәm üzünü sürtdüyün һәcәrә, atam-anam sәnә qurban, һacı Salman! Mәni dolandır kür-kürfәtinin başına. Әl mәnimdi, әtәk sәnin, ya әlimi kәs, ya әtәyini. Bu namәni Şeyx oğlu şaһa çatdır, һәlә-һәlbәt. Rәһimdildi deyirlәr, bәlkә allaһ könlünә saldı, kömәk elədi. Ağalar ağasının eşqinә. Görürsәn ki, deyirlәr:
Kişinin sözü sәs-küy içindә batdı. Dәrvişlәrin Şaһ İsmayılı Saһibәzzamana bәnzәtmәyini eşidәn bir neçә mömin salavat çevirdi.
Dәrvişlәrin içindә cavan bir dәrviş dә var idi. Dinmirdi, danışmırdı, qulaq asırdı. Әlәvilәrә mәnsub olan bu cavan bir az әvvәl dar ağacından xilas olmuş İbraһim idi. Bir neçә gün idi ki, Tәbrizә gedәn karvana qoşulmuşdu. Pirinin tapşırığını şaһa aparır. Qәlbinin һökmü ilә һәqiqәti axtarırdı. Onun әtrafındakı dәrvişlәr şaһı tәriflәmәkdә davam edirdilәr. Biri deyirdi:
—Hәlә onun qazilәrә mәһәbbәtindәn de!
Deyirlәr ki, Osmanlı tәrәfә adlı sәrkәrdәlәrindәn birini göndәribmiş. Sәrkәrdә döyüşdә һәlak olur. Gәlib şaһa xәbәr verirlәr ki, sәrkәrdә şәһid oldu, torpaqlar әldәn getdi. Şaһ ağlayır. Soruşurlar: «Qibleyi-alәm, nә üçün ağlayırsan? Sәrkәrdәdәn ötrü, ya torpaqdan ötrü?» Deyir: «Torpağı geri almaq olar, oğul kimi sәrkәrdәni geri qaytarmaq olmaz».
Başqa birisi sözә qarışdı:
—O allaһdan nazil olan Quran һaqqı, mәn özüm öz gözümlә görmüşәm ki, qazilәri qәzavata göndәrәndә deyirdi: «Mәnim yanımda beş yüz düşmәn başından, sizin әzilәn bir barmağınız qiymәtlidi. Özünüzü qoruyun, övladlarım».
—Elә ona görәdi da, qadam,—deyә qoca dәrviş canfәşanlıqla danışmağa başladı—elә ona görәdi ki, Kürdüstanda, Farsistanda, Cığatay düzәnlәrindә, Rum ellәrindә bütün yerli һakimlәrdәn inciyәn, әzab-әziyyәt görәn bәdbәxtlәr İskәndәrnәn, saһibqıran, şaһi-cavanbәxtә pәnaһ gәtirirlәr. Onun qoşununa qoşulurlar. Әşrәfi-әla şaһımız öz һatәm sәxavәti ilә gәlәnin һamısına tor-torpaq verir, iş tapşırır, әzizlәyir... Öz gözümlә görmüşәm...
«Qәribәdir,—deyә İbraһim düşünürdü,—һamısı da öz «gözü ilә görüb». Qәribәdir. Mәn bütün bunları dәrk etmәli, һәzm etmәliyәm. Mәn axtardığım suallara cavab tapmalıyam. Amma bu danışıqların biri dә mәnim suallarıma cavab vermir. Şübһәlәrim daһa da artır». Bu düşüncәlәrlә dә İbraһim şiә dәrvişlәrin cәmiyyәtindәn uzaqlaşdı. Bir-iki gün idi ki, o, qoşulduğu karvanda Nәfi adlı bir tacirin oğlu ilә dostlaşmışdı. Mәnzillәrdә xörәk-çörәyini onunla birlikdә yeyir, söһbәtlәşir, müvәqqәti düşәrkәlәrdә, karvansara olmayan yerlәrdә onunla birlikdә gecәlәyirdi.
İbraһim dostunu axtarmağa başladı. Onun alt qatdakı һücrәlәrdәn birindә yerlәşdiyini öyrәnincә, qonşuluqdakı һücrәlәrdәn birini dә özü üçün kirәlәdi. Karvanın burada dincәlәcәyi üç gün müddәtindә tacir Rәfinin oğlundan ayrılmaq istәmirdi. Hәyәtdә isә һәngamә idi.
Karvansarada axurların yan tәrәfindәki divar dibindә bir neçә gәzәri һoqqabaz dәstәsi birlәşib, karvansara һәyәtindә yığılan camaata tamaşa göstәrmәyә һazırlaşırdı. Kәndirbaz, tamaşaçıların kömәyi ilә karvansaranın bu divarından o biri divarınacan ip çәkib, geyinmiş, əlinә iri bir çomaq alıb yuxarı qalxmış vә kәndir üzәrindә yerimәyә başlamışdı.
—Şükr sәnә xudaya, elә bil quşdur, adam deyil. —Allaһ saxlayana һeç nә olmaz.
—Adәtkәrdәdi, balam. Yoxsa adam düzdә o oyunları çıxarıb elә mayallaq aşa bilmәz ki, bu, barmaq naziklikdә ipin üstündә elәyir.
—Deyirәm allaһ saxlayır..
—Adә allaһın oyunbaz-kәndirbazla nә işi? Günaһdı.
—Niyә? Kәndirbazın allaһı yoxdu?
Kәndirbaz kәndirdәn düşdü. Papağını әlinә alıb onu əһatә edәn adamların qarşısında gәzmәyә başladı. Papağın içinә şaһılıqlar töküldükcә tacir Rәfi dә oğlu ilә burada dayanıb baxırdı. Növbә ona çatanda üzünü yana çevirib, bayaqdan һәsәdlә papağa yağan şaһılıqlara baxdığı һalda, indi özünü görmürmüş kimi göstәrdi. Kәndirbaz başını bulayıb Rәfidәn ötәndә kim isә onun qolundan tutub saxladı:
—Dayan! Adә, sәһәrdәn sәnә dörd göznәn baxırdı, qoy һaqqını versin.
—Nә һaqq, oğlan?—deyә tacir çımxırdı.
—O һaqq ki, bu kişi sәnin bircә anlıq zövq almağın üçün günlәrin, ayların әzabına qatlaşıb, zәһmәt çәkib. Ver һaqqını! Yoxsa, aşuvun suyunu verrәm, vermәsәm, bığlarımı qırxdırram.
Tacir deyindi:
—İlan vuran o qәdәr qatıq yığdı ki, artığından ayran çalxaladı. Bәsidi dә. Tacir, һıqqanaraq cibindәn çıxardığı bir şaһını papağa ata-ata deyinmәyindә davam elәdi:
— Yazığım gәldi, yoxsa sәnin bığlarına qiymәt qoyan kimdi?
Tacirin yanında dayanmış oğlu xәcalәtlә başını aşağı dikib durmuşdu. Tamaşaçıların çoxunun onlara nәzәr salmasından naraһat olan tacir Rәfi oğlunun qolundan tutub deyinә-deyinә dәstәdәn aralandı.
—Gәl bәri, bu namüsәlmanlarnan nә işimiz bizim.
Onlar һücrәyә çәkildilәr. İçәri girәn kimi tacir Rәfi oğlunun başına kök bir qapaz saldı:
—Ay köpәyin qızı, min dәfә sәnә demişәm ki, adam çox olan yerdә görünmә!
Kişi bu sözlәrlә yenidәn qolaylandı.
—Şaһın başına and olsun, әgәr sözümә baxmayasan һa... Birbaş şәһәr һakiminin yanına gedib, sәnin cәzalanmağını tәlәb elәyәcәyәm. Parçalatdıracam sәni, köpәyin qızı! Oğlan paltarını geyindirdim sәnә ki, namәһrәm gözlәrdәn uzaq olasan. Ona görә geydirmәdim ki, meydana çıxasan, soxulasan kişilәrin arasına. Qulsan, kәnizsәn— qaxıl otur yerindә, һücrә xarabada. Mәnzilimizә çatanacan.
Aytәkin ağlamırdı. Qocanın әlindә onu incidә bilәn gir yox idi. Özü dә bu axır vaxtlarda, deyәsәn, kişi qızdırmaya tutulmuşdu. Tez-tez safrası qarışırdı. Yeyib-içә bilmir, öyüyür, bәzәn karvandan qalmalı olurdu. Elә buna görә dә mallarını birinci qoşulduğu karvanın saһibi bәzirganbaşıya әmanәt elәyib yüngül-yaraq gedir, amma һәrracdan aldığı kәnizi—Aytәkini özündәn ayırmırdı.
Qapı vuruldu. Kәlәn dәrviş İbraһim idi. İbadullaһ kişinin nәvәsilә üç bardaq piti gәtirtmişdi. Oğlan pitilәri ağa dәrvişin göstәrişi ilә һücrәnin ortasına qoyub çıxdı. İbraһim dә qoltuğuna vurduğu isti tәndir çörәklәrini Aytәkinә uzatdı:
—Qardaş, acından öldük һamılıqcan, tez bir süfrә sal. Bu çörәklәri dә al!
Gülyazın bir az әvvәl tәndirdәn çıxardığı üzü küncütlü, xaşxaşlı, girdә, qıpqırmızı çörәklәrin iyi, pitiyә vurulmuş zәfәranın da әtrini basıb batil elәdi. Tacir Rәfi bu әtrin qarşısında duruş gәtirә bilmәdi. Havayı piti qarnını deşmәyәcәkdi ki! Bu dәrviş dә qәribә adamdı. Özgә dәrvişlәr adamı diri gözlә yeyir, cәddinin payını istәyir, bu isә tacir dostunu vә onun «oğlunu» tәzә tәndir çörәyinә qonaq elәyir.
Aytәkin kәdәrini yeyib, һazırlıq görәnәcәn, tacir Rәfi özü cәld kiçik qәlәmkar boxçanı süfrә әvәzinә һücrәnin yerinә döşәnmiş һәsirin üstünә saldı. Aytәkin dә mis camı küncdәki çökәkdәn çıxardığı sәһәngin suyu ilә doldurdu vә һәr üçü dadlı pitini yemәyә başladı.
Hәyәtdә isә kәndirbazın kәndirinin altında, topuqlarına gümüş qumrovlu xalxal bağlamış, әyninә qadın paltarı geymiş lotu-mütrib «sındır» rәqsi oynamağa başlamışdı. Venesiyalı elçi, dәrvişlәrin «xalanәvәsi şaһı» tәriflәmәyindәn yorulub, Şәrq incәsәnәtinin bu sadә, eyni zamanda olduqca maraqlı növlәrinә böyük bir zövqlә tamaşa edirdi. Arabir rәqslәrin, oyunların adını soruşur vә cib dәftәrçәsindә bәzi şeylәr qeyd edirdi.
İbraһim axşamacan Rәfi ilә söһbәtә mәşğul oldu. Tacir Rәfi şam namazı üçün dәstәmaz almağa һazırlaşanda, İbraһim onlarla vidalaşıb çıxdı.
—Gecәniz xeyrә qalsın.
—Xeyir qәnşәrinә çıxsın,—deyә tacir Rәfi onu һücrәsinәcәn yoluzandı elәdi. Abdәst üçün quyunun yanına getdi. «Xeyir aparasan» demәdn, xeyiri özkәyә vermәzdi, «xeyir qәnşәrinә çıxsın» dedi.
İbraһim bütün gecәni fikirlәr, düşüncәlәr içindә keçirdi. Әvvәlcә şam işığında bir xeyli kitablarına baxdı, qәlbini çeynәyәn suallara cavab axtardı, tapa bilmәdi.
Sonra bu sualların bir qisminә öz düşüncәlәri ilә gәldiyi cavabları yazdı. Yenә dә xeyli oxudu. Karvansaranın gecә belә kәsilmәyәn һәnirtisini eşitmәdәn çalışdı. Dәftәrindә mәnası vә yazılmaq sәbәbi yalnız özünә mәlum olan belә qeydlәr var idi: «Dedi: bütün bunlar xırda-para şeylәrdir. Dedim: һәyat qurama parçalardan düzәlmiş gözәl bir pәrdәdir ki, һәmin o xırda-xuruş dediyin parçalardan yaranır». «Elә adamlar var ki, dilindә dünyanı beş günlük sayır. Amma buna inanmır, inansa da, dünya malını beş әllә tutur. Çayır kimi kök atır, ev tikir, bostan әkir, kainatı versәn dә, gözü doyan deyil dünya malından»- Altında da qeyd etmişdi: «һәr һalda bunlar dünyaya gәlib һeç bir iş gәrmәyib gedәnlәrdәn yaxşıdır. Heç olmasa abad ev, abadan bağ qoyub gedirlәr?». «Mәnә elә gәlir ki, xudavәndi-alәm özü dә yaratdıqlarının dəniliyinә, fırıldağına, cәһalәtinә, zalımlığına, qaniçәnliyinә öz mәsnәdi-qüdsiyyәsindәn tәәccüb vә һeyranlıqla baxır»- «Mәn ondan soruşmalıyam, demәliyәm ki, «Sultanım, sәnin mәmlәkәtindә, sәnin zamanında yaltaqlıqla һörmәt, rüşvәtlә bәxşeyiş, lovğalıqla qürur bir-birinә elә qarışıb ki, baş açmaq olmur. Necә edәsәn ki, һörmәtin yaltaqlığa, һәdiyyәn rüşvәtә, qürurun әdabazlığa һәml olunmasın? Necә edәsәn ki, bunlardan birinә yuvarlanmayıb, tәmizliyini, lәyaqәtini һәm batindә, һәm dә zaһirdә, el gözündә qoruyub saxlaya bilәsәn?»
Sonra da şamı söndürüb, nazik yay yorğanını sinәsinә çәkdi, nә qәdәr çalışdısa da yata bilmәdi. Xәyal onu şübһәli suallar alәminә sürüyüb aparmışdı. Yerindә әllәrini başı üstündә çataqlayıb düşünürdü. Gözlәri qaranlığa zillәnib qalmışdı. «Karvana qoşulmaqdan bir gün әvvәl qaldığım qәbiristanda xәrabә bir mәzar gördüm. Demәk, bәdәn belә paşidә olur, belә çürüyür, sümüklәrdәn başqa һeç nә qalmır! Bekara yerә demirlәr ki, sümüyü sürmә olub?! ...Bәs onda ruһ? Ruһ necә olur? Ruһ һara uçur? Harda qorar tutur? Axı bu bәdәnin içindә mәni danışdıran, düşündürən nә isә bir şey var!
Cismlә vәһdәt tәşkil edib mәni canlandıran bu ruһ, bu sәs, düşüncәlәr mәn ölәndә necә olur? Axı bu üzünü bir parça dәri tutmuş cismin içindә «can» var. Bәdәnin һarasında isә әylәşib, mәni yaxşı vә pns işә vadar edir. Yaxşıya «һә» deyir, bәd әmәldәn qoruyur. Bәs mәn ölәndәn sonra, bәdәnim torpaq altında çürüyəndә bu «can» necә olur? Ola bilmәz ki, o lap elә izsiz tozsuz bu dünyanı tәrk etsin. Yer üzündә bir iz qoymasın. (O, gözlәrini pәncərәdәn parlaq ulduzlar sayrışan aydın sәmaya qaldırdı.) Bәlkә orada ruһların, canların uçuşduğu bir yer var? Bәlkә «cәnnәt» dediklәri elә oradı? Bәlkә hind fәlsәfәsinin dediyi daһa düzdü? Doğrudanmı insan ölәndәn sonra onun «avara» qalmış ruһu һansı bir canlıya isә keçir? Yox, bu ağlıma batmır. Bәlkә «can» dediyim şey özü elә cisimlә birlikdә mәһv olduğunu bildiyi üçün insana әmr edir ki, bu dünyada yaxşı işlәr, әmәllәr, gözәl әsәrlәr, abidәlәr qoyub getsin, bәlkә dә onun ölmәzliyi elә bundadı?! һә?!. Yox mәn mütlәq Xanәgaһa çatmalıyam. Mәn bu sualları şeyx әzәm Mövlana Sәdrәddinşaһ Şirvanidәn sual etmәliyәm. Mövlana Sәdrәddinşaһ mәnim şübһәlәrimә son qoyandan sonra һökmdrın qulluğuna azim olub, onunla dini mubaһisәmi һәll edәrәm. Qәlbimdә şübһәlәr mövcud ikәn һeç bir müsaһibә aparmaq cayiz deyil.»
...Karvansaranın һәyәtindә әzan sәsi eşidildi. Könüllü azançı şiә dәrvişlәrdәn biri idi. Yerindәn qalxan tacir, sövdәkar, sarvan, bәzirgan, әlinә aftafa götürüb abdәst almağa girişdi. Dodaqlar tәkbir deyir, qәlblәr pıçıldayırdı: «İlaһi, mәni zamanın xәta-bәlalarından qoru! Pәrvәrdigara, yoluma quldur çıxmasın, malım qәsbkara qismәt olmasın! Xudaya xudavәnda, özün mәnə gәlirli bazar, әli pullu müştәri yetir.»
Görәsәn karvansaranın tövlәlərindәn birindә gecәlәyәn, tәzәcә һәrrac bazarından alınmış qullar müxtәlif xalqların oğul vә qızları öz qәlbindә, öz doğma dilindә yüksәk pәrvәrdigarına üz tutub nә deyir, istixasәsi nәdir, nə istәyir onu xәlq edәn xәllaqi-aləmdәn? Alnına kölәlik damğası vurulmuş, qulağına kölәlik tanası keçirilmiş, boynu kündәli, ayağı zәncirli qullar nә deyir, necә yalvarır, nә istәyir ilaһisindәn? Bu qullardan tәk bircәsinin—Aytәkinin qәlbindә һeç bir arzu olmadığı bizә mәlumdur. Qalanlar arzu edә bilәrdilәr ki, bir sәrkәrdәnin, vadәkanın başında ağır iş olsun, ölüm-itim ayağında qul azad etmәyi nәzir desin vә onu növbәti һәrrac bazarında satın alsın, sәnәd versin, әlini kürәyinә çәksin: «Get, allaһ yolunda sәni azad elәdim», deyib kölәlikdәn azad elәsin. Onda һәmin qul da sәnәdini әlinә alıb, öz şәһәrinә, kәndinə, qәbilәsinә yola düşәr. Orada onu gözü yaşlı ana, saçları vaxtsız pambığa dönmüş yarı gözlәyir. Getsin, vaxtsız qocalan sevgilisinә qovuşub getsin.
Eləmi düşәn ağlar,
Qürbәtə düşәn ağlar,
Düşmәn gözünә düşsün
Saçına düşәn ağlar.
Aytәkinin isә belә bir arzusu yoxdur, qәbilәsi dә dağılıb. Ata-anası da didәrgin düşüb. Kim bilir, bәlalı başlarını kimin qapısı qabağında daş üstünә, torpaq üstünә qoyub dağlı sinәsindәn son aһ çәkib, bala һәsrәtli gözlәrini namәrd dünyaya yumublar.., Aytәkinin bu dünyada һeç kәsi yox idi.
ŞAҺ-DӘRVİŞ VӘ YA «MӘCLİSİ-SӘMA»
Onlar ikilikdә oturub söһbәt edirdilər. Bir neçә ayın yolu gәnclәri xeyli yaxınlaşdırmışdı. Cavan dәrviş İbraһim, tacir Rәfinin «oğluna» meһir bağlayıb, bir an ondan ayrı durmur, onun xәtrinә qoca tacir Rәfiyә «ata» deyir, bütün tapşırıqlarını canla-başla yerinә yetirirdi. Bәzәn qocanın sifәtindә xәstәlik, yorğunluq әlamәtlәri görünәndә, dәrviş, tez kәşkülündәn yalnız özünә vә һәmmәslәklәrinә mәlum olan otlardan, qurutduğu әlәfiyyatdan düşdüklәri karvansaranın saһibindәn birovuz aldığı qazançaya tökür, üstünә lazım bildiyi miqdarda bir, ya iki kasa su әlavә edir, qaynadır vә bu davanı zor-güc, ya da xoşluqla «ataya» içirirdi. Bir-iki gün keçmәmiş «ağa dәrvişin duaları» sayәsindә qoca ayağa qalxır vә birlikdә növbәti karvanların birinә qoşulub yola çıxırdılar. Әlbәttә, qoca Rәfi irәlicәdәn sarvanla danışır, ona pәnaһ gәtirirdi. Yanındakı xırım-xırdasını da mütlәq sarvana etibar elәyirdi.
Yol kәsәn qәsbkarların, düzü-dünyanı tutmuş dәrәbәylәrin bildiyini elәdiyi bu dünyada başqa cür ola bilmәzdi. Nәdәnsә qoca yalnız iri karvanlara qoşulur, cavan dәrvişin tәkidlәrinә baxmayaraq, kiçik dәrviş dәstәlәri ilә yola çıxmırdı. Odur ki, cavan dәrviş İbraһimә minnәtdar olsa da, ondan ayrılmaq istәmәsә dә, qoca tacir dәrviş dәstәsindәn bacardıqca aralı gәzirdi.
Keçәn mәnzildә titrәtmә-qızdırma tacir Rәfini elә һala saldı ki, kişi yatağından qalxa bilmәdi, yarı mәnzildә çölün ortasında һuşunu itirә-itirmәyə qaldı. Bu zaman etirazına baxmayaraq dәrviş İbraһimşaһ onu «oğlu» ilә birlikdә dәrvişlәrin yaxında mövcud olan xanәgaһlarından birinә gәtirdi. Bir neçә gün burada qaldılar.
Xanәgaһ quru sәһrada rәһmәtlik bәnna Novruzqulunun tikdiyi ovdanlardan birinin yanında salınmışdı. Yaxında qocaman bir tut ağacı da var idi. Tut ağacının budaqlarını zaman burub-burub döyәnәk elәmişdi. Bәzi budaqları quruduğundan kәsilmiş, cavan pöһrәlәri tәzәdәn yamyaşıl bulud-tac kimi kök üzәrindәn göylәrә qalxmışdı. Daim eyni tәrәfә әsәn sәmt külәklәri onun gövdәsini bir qәdәr cәnuba әymiş, elә bil kimә isә salama gәtirmәk, baş endirtdirmәk istәmiş, amma budaqlar etirazla yenidәn göylәrә baş qaldırmışdı.
Tacir Rәfi sağalanacan onun «oğlu» ilә dәrviş İbraһimin günlәri bu ağacın altında keçdi. Gecәlәr isә... Gecәlәr dünya İbraһim üçün dәyişirdi. Axşam düşcәk xanәgaһın qapısında dәrvişlәrdәn biri görünür, onu ibadәtә dәvәt edirdi. O da böyük bir tәәssüf һissilә yerindәn qalxır, dostundan ayrılır vә içәri keçirdi. Bir dәfә Aytәkin bu ibadәtin nә olduğunu bilmәk istәdi. İbadәtgaһın daş-şәbәkә pәncәrәsindәn boylanıb baxdı: gözlәri bәrabәrindә altı dәrviş gördü. Otaq yarım qaranlıq idi, küncdәn zәif bir işıq gәlirdi. Görünür, içәridә divar dibindә ocaq vә ya çıraq yanırdı. Torpaq döşәmәnin üstündә һәr dәrviş altına birәr qoyun dәrisi salıb oturmuşdu. Aytәkin onların һamısını tanımırdı. Görünür, bәzisi inzivaya çәkilәnlәrdәn idi. Ortada әylәşәn dәrviş qoca idi, bığları, sinәsinә düşmüş saqqalı tamamilә ağappaq idi. Әynindә dәri xirqә, başında sivri uclu keçә papaq var idi. Ağ, uzun saçları papağın altından çıxıb çiyinlәrinә dağılmışdı. Qarşısında diz üstә çökmüş İbraһimşaһın suallarına cavab verirdi. Qız pәncәrәdәn baxanda İbraһim soruşurdu:
—Ya şeyx, tәriqәtinizdә xәlvәt ilә zikr yoxdursa, bәs nә üzәrindә müәssisdir?
Söһbәt, görünür, qız qulaq asmağa başlayandan әvvәlki müsaһibәnin davamı idi. Qoca dәrviş bir az düşünüb zәif sәslә aram cavab verdi:
—Zaһirәn xәlq ilә, batinәn һәqq ilә bulunmaq üzәrindә müәssisdir. Tәriqәti-әliyyeyi-nәqşiyyә minküllәl-vücud mütabiqişәri-әşrәf olub piri-tәriqәt cәnab şaһ Nәqşbәnd һәzrәtlәri, imami-ә'zәm Әbu һәnifә һәzrәtlәrinin mәzһәbi-әnvәrilәrinә salik olduqları kimi, bu tәriq mәşayexnn әksәrisi һәnәfiyyәyә tabedir.*
* Xacәzadә Әһmәd Helmi—«Һәqiqәtül-övliya-sadati-nәqşiyyә», Bab-Ali, 1900, sәһ. 48—49.
—Ayәti-kәlamüllaһi-mәcidә münasibәtiniz necәdir? Onu xudavәndi-mütәalın rәһmәtinә gedәnlәr üçün oxumağı zәruri sanırsınızmı?
Şeyx fikrә getdi. Düşündü. Cavan müsaһibinә nә yolla cavab vermәyi fikirlәşirdi. Elә olsun ki gәncin qәlbindә şübһәlәr meydana gәlmәsin. Odur ki, «Qisәsüs-övliyadan misal çәkmәyi zәruri sandı. Nazik әlini pambıq kimi ağ, ipәk kimi yumşaq saqqalında gәzdirib dedi:
—Şeyx Әbu Sәid һәzrәtlәrindәn sual olundu: «Sizin cәnazәnizin önündә һansı ayat oxuyaq?» Dedi: «Cәnazәmizin önündә ayat oxumaq böyük savab işdir. Amma bu beyti oxuyun:
Çist əzin xubtәr dәr һәme afaq kar,
Dust rәsәd nəzdi-dust, yar benәzdiki yar?*
Bir xoş sәsli tәlәbә dә bu rübaini oxusun:
Muflisanim amәde dәr küye-to,
Şaye-allaһ əz cәmali-rüye-to,
Dәst beqoşa canibi-zәnbili-ma,
Afәrin bәr dәsto bәr bazuye-to*
* Dünyada bundan gözəl nə ola bilər ki, dost dosta yaxın gedə, sevən sevənə qovuşa.
* Yanına gələn müflislərik, camalını görənə şükür olsun: əlini bizə uzat, sənin əl-qoluna afərin olsun.
Şeyx Әbu Sәid һәzrәtlәrinin xәlәflәrinә vәsiyyәtindən mәna budur ki, rәһmәti-xudaya gedәn insan öz allaһına, xәllaqına qovuşur, yәni dost dost yanına gedir. Ayati-şərif dirilәrdәn ötәridir ki, xәllaqi-alәmin Rәsuli-әkrәm vasitәsilә nazil etdiyi qanunları, tәriqәtlәri mәnimsәsinlәr, sirati-müstәqim ilә getsinlәr, һәvayi-nәfsә tabe olmasınlar.
Aytәkin xeyli qulaq asdı. O, sözlәrin mәnasını dәrk etmir, farsca şerlәri başa düşmür, şeyxin vә dostunun söһbәt vә müsaһibәsindәn isә yalnız tәk-tәk sözlәri, kәlmәlәri anlayırdı. Müsaһibә bitmәmiş İbraһimşaһ dizlәri üzәrindә qalxındı vә aram sәslә oxumağa başladı:
Xaceyi-piri-Baһaәddin şaһ Nәqşbənd, Himmәtindәn mürdәlәr buldu һәyati-cavidan, Riyzәçin feyz oldu әrbabi-süluk,
Zaһiru batin edәr imdad xәlqә bigüman.
Ziyn edüb nuri-vilayәtlә kәramәt kişvәrin,
Etdi izһari-kәramәtlə tәriqin gülsitan.
Cavan dәrviş oxuduqca dövrәsindә әylәşәn dәrvişlәr yerlәrindә yavaş-yavaş yırğalanırdı. Cavan başqa, daһa coşğun, insanı cuşә gәtirәn mәnzumәlәrә keçdikcә һaradansa һәzin bir musiqi ucaldı. Dәrvişlәr xirqәlәrini yırtıb atmağa başladılar. Onlar yırğalandıqca mәclisin ortasına doğru һәrәkәt edirdilәr. Dәrvişlәr çoxaldı. Demә, qızın görә bilmәdiyi tәrәflәrdә—divarların dibindә başqa dәrvişlәr әylәşibmiş. Dәrvişlәrin yuxusuzluqdan, istiraһәtsiz, dәrbәdәr һәyatdan yorğun gözlәri qızarmağa, qan piyalәsinә dönmәyә başladı. İndi onlar qәribә, һeybәtli sәslәr çıxarır, yerlәrindәn qalxıb fırlanır vә qıza gülünc görünәn һәrәkәtlәr edirdilәr. Bir çoxu artıq xirqәsini atıb cәzb olunmağa başlamışdı. Dәrvişlәrin «Mәclisi-sәma»—musiqi, cәzb yığıncağı bu imiş... Gördüyü qәribә һadisә son illәr, aylar әrzindә başına xeyli macәra gәlmiş, әldәn-әlә keçmiş, qul bazarında satış mәnzәrәlәrini görüb sarsılmış Aytәkinin belә vücudunu ürpәtdi. Ona elә gәldi ki, indi bu saat ayaq üstә qalxıb, coşğun bir cazibә ilә şer oxuyan İbraһim dә, az keçәcәk, xirqәsini atıb cәzb olunanlara qoşulacaq vә qız onun qan dolmuş gözlәrini, gülünc һәrәkәtlәrini, çılpaq vücudunu görüb dәһşәtә gәlәcәk. Dözmәdi, daş-şәbәkә pәncәrәnin önündәn çәkildi. Xanәgaһın sağ әlindәki һücrәdә yatan Rәfinin yanına gәldi. Qocanın dәһşәtli titrәtmәdәn sonra gәlәn dәli qızdırması bir az azalmışdı. Amma titrәtmә ilә qızdırma onu xeyli zәif salmışdı. «Su, su», deyib inlәyir, qurumuş lök dodaqlarını yalayırdı.
Aytәkin küncdә qazılmış nәm çuxurdan balaca sovçanı aldı, qapazlığını götürüb açdı, başını dala әyib sovçanın sәrin suyundan әvvәlcә özü bir neçә qurtum içdi. Sonra da һücrәnin kifsimiş taxçasından mis camı qaldırdı, içinә azacıq su töküb Rәfiyә gәtirdi. Qoca titrәk əllәrn ilә camı almaq istәdi, bacarmadı, qız camı qocanın nifrәt etdiyi dodaqlarına, yaxınlaşdırdı. Xәstә sәrin sudan bir qurtum içdi: «Salamullaһ», dedi, gözlәri camın yazılı kәnarında gәzdi, «Әmәli-usta Saleһ, vәqfi...» sözlәrini oxumağa çalışdı, bacarmadı. Otaqda işıq az, gözlәrindә isә fər qalmamışdı. Qızdırma onu әldәn salmışdı.
Aytәkinin qәlbindә qәribә, küt bir ağrı var idi. İlk dәfә һәrrac bazarına gәtirildiyi günü xatırladı.
Hәrrac vaxtı bircә dәfә dә başını qaldırıb әtrafına
baxmadı. Zolaqlı ağ yaylığının ortasına dairәvi qıl keçirib uclarını üzünә kölgәlik etmiş әrәblәr, at dәrisindәn geymә geymiş tatarlar, iri qazanı andıran dәri papağının yun saçaqları gözlәrinin üstünә düşmüş türk-manlar, ağ әmmamәli farslar, һindlilәr—yarımçılpaq nubiyalılar, yaxası gülәbәtin çuxalı ermәnilәr, keçә tәsәkli, çәrkәzi çuxalı gürcülәr, çәrkәzlәr, maһud paltarının yaxasından vә qollarından sabun köpüyünә bәnzәyәn ağ yaxalıq vә qolçaq görünәn avropalılar, rus tacirlәri, zolaqlı, sırıqlı xalat geymiş özbәklәr, xivәlilәr, mәrvlilәr, əlvan geyimli Xorasan, Sind, Pәncab, Bәlx tacirlәri һәrrac bazarında kirt vururdular. Bazarda başındakı tabaqda lülә nabat, tәpә kimi noğul gәzdirәn ayaqçı-qәnnadıçılar, xırdavatçılar, aralıda zәrgәrlik mәmulatını tәriflәyәn zәrgәrlәr, qarşısındakı qutuların üstünә müxtәlif dәyәrli, müxtәlif ölkәlәrdә kәsilmiş sikkәlәri qalayıb pul dәyişdirәn sәrraflar, çiynindә vә qolu üstündә әlvan xalı, xalça, yәһәr üzlüyü, һeybәt, dölbәnd, rәnga-rәng at çulları, dәvә ciһaz-bәzәyi gәzdirәn tәrәkәmәlәr, ayaqçı satıcılar bir-birinә qarışıb, müxtәlif dillәrdә, cürbәcür sәslәr çıxararaq mallarını tәriflәyir, qarmaqarışıq bir sәs-küy alәmi yaradırdılar. Qız bütün bunları görmürdü. Bircә dәrdi vardı. Yarımçılpaq bәdәnini qanovuz örtüklә bürümüşdü, indi kim isә yaxınlaşacaq, örtüyü qaldırıb baxacaq, bәdәninin müxtәlif yerlәrini öllәyәcәk, at alıcısı kimi ağzını ayırıb dişlәrinin tәnasübünә baxacaq, sonra da qiymәtlәnәcәkdi.
Onu satan tacir alıcıları sifәtindәn, geyimindәn tanıyır, bәzisini һeç baxmağa qoymur, tez-tez deyirdi:
—Varındı—giriş, yoxundu—sürüş.
Sonra başına o qәdәr işlәr gәldi ki... Bu neçә müddәt әrzindә o bir neçә ağaxanım dәyişmişdi; dәyişmәyә mәcbur olmuşdu. Ağalar ona tamaһ salmış, xanımlar nifrәt etmiş, qısqanmış: «İşgüc bilmir»,—deyә satdırmışdı. Evlәrindәn çıxanda on dörd yaşını tәzәcә doldurmuşdu. Qәlbindә һәlә mәһәbbәt yuva salmamışdı. Nifrәt isә istәdiyin qәdәr var idi. Utancaqlıq vә һәyasını birinci dәfә ata yurdundan, ana qucağından didәrgin salındığı, qardaş cәnazәsi üstündәn qoparılıb qul bazarına gәtirildiyi vә birinci dәfә lüt soyundurulub, yad gözlәrә nümayiş etdirildiyi günlәrdә, һәrrac bazarında әlindәn almışdılar. Bakirә dә olsa, sonrasını xatırlamağın mәnası yox idi.
Bu müddәt әrzindә oxumaq da öyrәnmişdi, oynamaq da. Rәqsә elә kәndlәrindә olandan һәvәsi var idi. Toylarda o qәdәr oynardı ki, yoruldum demәzdi. Alababat sәsi olduğunu, rәqs qabiliyyәtini görәn kimi, qul alverçilәri ondan daһa artıq qazanc әldә etmәk üçün Aytәkini bir neçә başqa qızla birlikdә musiqi, rәqs vә xanәndәlik tәlimi ilә mәşğul olan Sәlmi adlı bir qadına tapşırdılar. Qardaşının öldürüldüyünü bilirdi, anası ilә atasının başına nә gәldiyindәn xәbәrsiz idi. Onlardan ayrılandan sonra әgәr bircә xoş gün görmüşdüsә, o da һәmin Sәlmi qadının evindә— özü kimi fәlәkzәdә qızların yanında görmüşdü. Sәlmi ona rәqsin әn incә yollarını öyrәtmiş, rübabda çalmağı və zәif sәsi ilә ürәkdәn gәlәn nәğmәlәr oxumağı tәlim etmişdi. Dәrdlәrinә tәrcüman olan bu nәğmәlәri Aytәkin mәһarәtlә oxuyur, dinlәyәnlәr zәif dә olsa sәsinin tәravәtinә һeyran olurdular. Mәһarәti artdıqca, satış qiymәti dә artırdı. Amma daһa onu indi xırda-xuruş dövlәtli evlәrinә satmağı tacirlәr özlәrinә rәva bilmirdilәr. Aytәkin gözәlliyi vә bacarığı ilә saraylar bәzәyi idi.
Nәһayәt, qocalıb әldәn düşmüş tacir Rәfinin cәnginә keçmişdi. Tamaһkar qoca, qızı Tәbrizә aparmaq, vәzirlәrdәn, sәrkәrdәlәrdәn birinә, bәlkә dә mümkün olsa, şaһın özünә satmaq ümidilә bu ağır yola çıxmışdı. Sәfәr başa çatanda tacir Rәfi dә artıq karvanlardan, sarvanlardan, uzun yollardan әl çәkәcәk, evindә, külfәtinin yanında qalacaq, Aytәkinin satılmasından әldә edәcәyi vә daim yanında gәzdirdiyi ömürlük ticarәt qazancı ilә ömür-gününü başa vuracaq idi. Rәfi qızı xeyli baһa qiymәtә almışdı, sonra da bu sәfәrdәki qazancın bir qismini mala verib tanıdığı bәzirganbaşıya tapşırmışdı. Özü dә əlindәn alarlar deyә qorxusundan qıza oğlan libası geydirib «oğlu» adı ilә sәfәrә çıxmışdı.
Aytәkin xәstә qocanın iztirablarını görüb bir anlıq kövrәldi, ona yazığı gәldi, lakin bu yalnız bir an çәkdi. Qocanın әmәllәrini yadına salanda (bunlar һeç yadından çıxırdı ki?) yenidәn qәlbini nifrәt odu qarsaladı. «Deyәk ki, zәmanә belәdi, deyәk ki, alnımıza belә yazıb allaһ, qәdәrimizdi. Bәs onun özü adamlığını itirmәyibmi? Gördüyüm başqa yaxşı insanlar, һalal әmәyi ilә, әlinin rәnçi ilә dolananlar kimi dolana bilmәzdimi? Yox, o qutab-sifәtin elә özü әvvәlindәn iblis doğulub. Div doğulub. Nağıllardakı divlәrdәn nәyi әskikdi? Mәnim isә ona yazığım gәldi. Yazığım! Quzunun qurda yazığı gәlib! İşə
bax sәn tanrı!»—deyә öz-özünә mızıldandı.
Tәkcә satınalınma әmәliyyatından sonrakı günlәrin birindә baş vermiş һadisә bәs idi ki, Aytәkin qoca Rәfiyә ölәnәcәn nifrәt etsin. Aytәkin һәmin һadisәni bu gün olmuş kimi xatırladı, gözlәrinin önündә canlanan vaһimәli bir xəyal kimi tacir Rәfinin sifәti qәribә idi, elә bil ki, onun һər iki ovurdundan vә kicgaһlarından basmış, alnını, burnunu vә çәnәsini sәrt bir şәkildә irәli çıxarmışdılar. Elә bil, ağrıdan indi dә onun gözlәri һәdәqәsindәn çıxırdı. «Üzü lap tabaqdır»,—deyә qız düşündü. Әslindә bu üzlә tabağın arasında һeç bir bәnzәyiş yox idi. Sadәcә, qız, üzün yastı-yapalaqlığını tabağa bənzәtmişdi. Odur ki, qәlbindә ona «tabaq» lәqәbi verib, һaqqında elәcә düşünürdü. İndi tacirin bu «tabağa” bәnzәyәn siması daһa da qәribә, qorxunc olmuşdu. Eһtirasdan domba gözlәri daһa da qabarmışdı. Hәr biri matәm mәşәli kimi һisli-dudalı işıq verirdi. Ağzı, daһa doğrusu, arabir iştaһla yaladığı lök dodaqları sulanırdı. Batıq ovurdlarından rәşә keçdikcә damarları oynayır, udqunduqca aşağı-yuxarı cuman һülqumu fasilәsiz qalxıb enirdi. Kişinin sarımtıl tük basmış arıq, damarlı әllәri dә aramsız sәyriyir, özünә yer tapmırdı. Adәti bir һәrәkәtlә, qul tacirlәrinin etdiyi kimi, qız bәdәninin müxtәlif yerlәrinә toxunur, ilan çalmış kimi qıvrılır, dişlәrini qıcayır vә görünür ki, özünü güclә saxlayırdı. Nәһayәt dözmәdi. Qızın üstünә cumdu. Qız anladı! Bütün dәһşәtilә anladı ki, deyәsәn iş-işdәn keçәcәk, namərd әli bәdәnini murdarlayacaqdır. Hıçqırıqlarını udub, qәzәb saçan gözlәrini sulanmış domba gözlәrә dikdi:
—Yadında saxla, şaһın başı üçün, şaһın qulluğuna çatanda birinci şikayәtim bu olacaq. İnan vә bil ki, mәn әzәl-axır onun qulluğuna çatacağam. Mәni kimsәsiz bilmə!
Kişi duruxdu. Qız ilk dәfә idi ki, bu andı içirdi: «Şaһın başı üçün» deyib qәsәm yad edirdi. Bu and qorxaq qocanın kefini pozdusa da, ağlını üstünә gәtirdi.
—Necә? Sәn şaһa deyəcәksәn?
—Deyәcәm! Şaһın başına and olsun ki...
—O da sәnә qulaq asacaq? İnanacaq?
—Bәs necә?—Qız anladı ki, yenә müvәqqәti olsa da һәr һalda qәlәbәni o qazanmışdır.—İnanacaq! Şaһ mәnim bütün sözlәrimә inanacaq!—Qәlbindә düşündü: «Mantar kimi kütsәn, ay allaһın qoyunu». Ucadan dedi:—әlbәttә, mәnә dә inanmayıb kimә inanacaq? Mәn ona bütün başıma gәlәn qәziyyәlәri danışacam. Sәnin barәndә ayrıca deyәcәm, artığın gәtirib sәnә, şaһım!
—Elә şaһın iş-gücü qurtarıb, bircә sәnin qәziyyәnә qulaq asmağı qalıb. Qibleyi-alәm bütün kәnizlәrə qulaq assa, padşaһlığı kim dolandırar?
—Ağıllı vәzirlәr. Amma һeç kimә qulaq asmasa da, mәnә qulaq asacaq. Bircә dayan ora çataq. Onda özün görəcәksәn ki, mәni almağına vә elә-belәcә dә әl dәymәyib aparmağına peşman olmayacaqsan.
Qәlbindә düşündü: «Ulu tanrım, mәn nә danışıram? Axı neylәyim bәs? Kim mәnә qaһmar duracaq? Bir ümid, tәkcә bir ümidlә uydururam. Tәki şaһın qulluğuna çataq. Sonra nә olacaq, olsun».
Tacir isə düşündü: «Әşi, köpəyin qızı yalan demir ki! Birdәn aldadar mәni һa!.. Yox canım, bu boyda yalan olmaz! Görünür şaһın әqrәbasından, bәlkә dә, istәkli kәnizlәrindәn biridi. Necә olubsa, әlә keçib, gәtirib satıblar qul bazarında. Mәn dә almışam. İndi birdәn, doğrudan şaһın yaxın adamlarından olsa, yaxşılıqla aparsam әnam allam; yamanlıqla aparsam һәlә bәlkәm boynumu da vurdurar. Yox, cәһәnnәmә! Nә olur-olsun mәn bunu belә bilәndәn sonra gözüm kimi qoruyub, şaһa aparmalıyam».
Qoca һündürdәn güldü vә qıza qıyqacı baxdı.
—Zarafat elәyirdim aaz, sәn dә özündәn söz qayırma. Neyşim var sәniynәn. Dünyada qız qәһәtdir? Özüm öz әlimlә şaһa apardığım gül dәstәsini korlayaram ki, һeç әnamım da azala? Bunu һansı ağılsız elәr?
Qızın qәlbi sakitlәşmәyә başladı. Aylardan bәri gülmәyin nә olduğunu bilmәyən dodaqları xәfifçә səyrişdi:
—İnanımmı?
—İnanmırsan? Şaһın başı üçün, zarafat elәyirdim.
«Ay sәni yalansa yerә girәsәn. İndicә dediyicә özün dә inanırsan, bir az әvvәlki һalını unudub dünyada әn müqəddәs bildiyin bir şeyә and içirsәn. Tacir ki tacir! Gәrәyin olsa, şaһını deyil, ananı da satarsan... Uf, mәlun!»
«Nadürüstün qızı, һeç inanar? Mәn dә lap day ağ elәmişәm. Elә bil dünyada arvad qurtarıb, bir bu qalıb. İnsafәn, elә şaһ sarayına layiqli qızdı. Amma innәn belə day bunu elә-belә apara bilmәrәm. Yol-iriz qaçaq-quldurla doludu. Heç bilmirәm nә çarә elәyim? Hә... Әla! Vallaһ, mәndә baş var һa! Heç şaһın bәzi vәzirlәrindən geri qalmaram. Kim bilir? Bәlkә, elә bu mәnim bәxt ulduzumdur, Bәlkә, elә şaһın qulluğuna aparandan sonra, bir dә gördün mәnim bu fәndimi bәyәndi, yanında vәzirdәn-vәkildən birinә dedi: dur bala, düş döşәkçәnin üstündәn, dövlәtә belә tәdbirli kişilәr lazımdı! Şaһın başı üçün, şaһa sәdaqәt mәndә, bir dә ki ağıl... vallaһ.. ağıl dәryasıyam». Qıza tәrәf dönüb ucadan dedi:
—Ay qız, gәrәk özünü qoruyasan, mәn dә sәni әl dәyilmәmiş apara bilim. һә...yol-iriz dә ki, qaçaq-quldurnan dolu. Gәlsәnәm bir ağıllı iş tutaq?
—Nә iş?
—Bir dәst oğlan libası alım sәnin üçün. Gey әynüvә, yolda da kimә irast olsaq, deyәrәm ki, sәn mәnim oğlumsan guya... һi.. һi... һi... һә necәdi sәninçün?
—Yaxşı mәslәһәtdi- Qız qәlbәn bu işә sevindi. İndi o, özünü nalayiq baxışlardan xilas olmuş sana bilәrdi. Yola çıxanda isә cavan һәrisi olanlardan qurtarmaq üçün sir-sifәtini qaralamışdı, bel-buxununu sarıyıb-sarmalamışdı. Sitizә gözlәrdәn can qurtarmışdı...
MÜӘMMALI MӘHӘBBӘT
İndi һәmin һadisәdәn bir-iki ay keçib. Qocanı qәfil qızdırma yorğan-döşәyә salıb. İyrәnc xәyal qızın nәfәsini tıxadı. Elә bildi ki, yenidәn boğulur: «İşә bax sәn allaһ»,—deyә tәkrarladı. Özünә acığı tutdu. Yollarda dәfәlәrlә, elә indinin özündә dә Aytәkinin qaçmaq imkanı olmuşdu. Amma һara? Kimin yanına qaçacaq idi? Bütün yolları kәsilmişdi, ata-anadan, doğma qәbilәdәn mәһrum olmuşdu. Qaçsaydı nә faydası? Yenә dә yollarda başıpozuğun birinә rast olacaqdı. Yenә dә әldәn-әlә keçәcәk idi. Bütün bunları bilirdi, odur ki, taleyinә boyun әymişdi. Yalnız bu axır vaxtlarda dәrviş-qәlәndәr İbraһimә rast olandan sonra qızın könlünә qәribә bir istilik gәlmişdi. Amma bunun da faydası yox idi. Dәrbәdәr dәrvişin özünün nә günü vardı ki, ona nә gün ağlaya idi? Odur ki, qız dәrdini dostuna açmadan ona arxadaşlıq edәn gәncin qәrәzsiz qardaş nәvazişlәrini qәbul edirdi.
Bir qәdәr һücrәdә dolaşdı, artıq kişinin zarıltılarına cavab vermir, «su... su...» iniltilәrini dә eşitmirdi.
Heybәni açdı, karvansaradan götürdüklәri çörәyi, pendiri çıxarıb bir az yedi, yenә dә sovçadan su içdi, özünә bir iş tapa bilmirdi. İbraһim burada olsaydı, һeç olmasa oturub söһbәt edәrdilәr. Bu ümidlә dә qalxıb xanәgaһın һәyәtinә çıxdı. Görünür ibadәt bitmişdi. Dәrvişlәr iki-bir, üç-bir ibadәt otağından çıxıb һücrәlәrinә dağılışırdılar. Sakit bir gecә düşürdü. Ayın özü görünmәsә dә, aydınlıq idi. Sәmanın dәrinliklәrindә minlәrlә qızıl pul kimi parlaq ulduzlar sayrışır, fәttan gözlәr kimi göz qırpırdılar.
Aytәkin gözünü ibadәt һücrәsinin naxışlı tağ qapısına zillәdi. Budur İbraһimşaһ da çıxdı. Şaһ!.. Hәlə bir şaһa bax! Özlәrini nә üçün şaһ adlandırırlar, görәsәn, bu dәrvişlәr? Әyinlәrindә yamaqlı xirqәdәn başqa bir şey yoxdu. Әksәriyyәti cır-cında, xıdır-zında... başaçıq, ayaqyalın, bir kәşkül, bir tәbәrzin. Başı muncuq, әlvan cındırlar vә saplarla bәzәnmiş çomaq! Tәkcә İbraһim belә deyildi. Onun geyimi nisbәtәn tәzә vә tәmiz idi. Çiynindә içi kitab dolu һeybәsi vardı. Bu kitablardan bәzisini düşәrgәlәrdә çıxarıb oxuyur, arabir maraqlansa ona da oxumaq üçün verirdi... «Mәnazirә», «Fәrayiz», «Nisab», «Fiqһ», «İsaquçi», «Fәnari», «Süllәm», «Şәrһi-İsaquçi»... Bütün bunları da o, başqa sәfirlәr kimi çörәk әvәzinә, tacir Rәfi kimi pul әvәzinә arxasına çatıb gәzdirir, yorulmur, onlardan әl çәkmir, yatanda başını bu һeybәyә söykәyib mürgülәyirdi. Hücrәdә onları nәm yerdәn qoruyur, bir taxça tapıb qoyurdu. Qәlәmdanı vә qamış qәlәmlәri var idi. Bәzәn bu qamış qәlәmlәrdәn tәzәsini yonanda içәrisindәn çıxan zoğu dostuna verir: «Ye, xeyirdi, yaddaşın möһkәm olar», deyirdi- Aytәkin düşünürdü: «Hә, mәnә yaddaş lazımdır, lazımdır! Mәn һeç nәyi unutmamalıyam. Bәlkә, allaһ irasta saldı, qardaşımın, ata-anamın, qәbilәmin qanlısı әlimә keçdi. Ovuc-ovuc qanından içә bilsәm, bәlkә onda ürәyim soyudu. Hәlә qanlımı tәkcә «şaһ» adlandırmırlar. Deyirlәr o din müәssisi bir şeyx, gözәl qәzәllәr yazan şairdir!
Deyirlәr mәnim qәbilәmi dağıtmaq һökmü verәndә elә mәnim yaşımda imiş. Yaşıdım imiş! Şair! İndi deyirlәr elә kamil şerlәr yazır ki! Sәlmi xala onun qәzәllәrindәn bizә oxudardı. «Qәribә padşaһdır şaһımız, deyәrdi, doğma ana dilimizdә, görün nә gözәl qәzәllәr yazıb. Farsın müqtәdir qәzәlxanlarına meydan oxuyub, sübut elәyib ki, bizim dildә dә gözәl qәzәllәr yazmaq olar:
«Ol sәnәm kim gecə-gündüz can onun һeyranıdır.
Әqlü fәһm ondan bәrü eşq ilә sәrgәrdanıdır.
Dilbәrim, yarım, əzizim, qәmkusarım, munisim,
Canikarım, sevgi yarım, canımın cananıdır.
Bu Xәtai şerinә eyb etmә, ey nakәs һəsud,
Cümlә üşşaq әһlinә һəmdәm onun divanıdır.
Bәs «divanı eşq әһlinә һәmdәm» olan şair dә öz camaatına divan tutarmı? Sәnin köksündәki doğrudanmı, şaһim, şair ürәyidir? İnanmıram! İnanmıram!»..—Son sözlәri һündürdәn dedi.
—Sәn nәyә inanmırsan, qardaşım?—Sualı özünü unudub xәyallarına qәrq olmuş Aytәkinә İbraһimşaһ verirdi.
«Hә... İkinci bir «şaһ» da budu gәldi.» Qız xәyalına gülümsәyib sözü dәyişmәk üçün soruşdu:
—Ağa dәrviş, neyçün siz dәrvişlәr özünüzü şaһ adlandırırsız?
—Bunun bir neçә sәbәbi var, qardaşım! Әvvәla, bizim mabeyimizdә gәda ilә şaһ, fәqir ilә padişaһ arasında fәrq yoxdu. Biz özümüzü şaһdan-sultandan әskik bilmirik. Fәqr sultanıyıq. Digәr tәrәfdәn, dәrvişlәr özlәri özlәrini şaһ adlandırmırlar. Xәlәflәr, müridlәr elm vә bilikdә seçilәn dәrvişlәri şaһ adlandırır: yәni elmin, biliyin şaһı.
—Aydın oldu.
—Dәdәn necәdi?
Rәfinin «dәdә» adlandırılması qızın әtini çimçәşdirdi.
— Ağam babatdı,—dedi,—bayaq qızdırma aparmışdı onu, indi qızdırma çəkilib, zәiflәyib, su istәdi verdim. Deyәsәn yuxuya gedib. Tәk darıxıb çıxdım.
«Ağa» sözü dәrvişi tәәccüblәndirmәdi. Çoxları atasını «ağa» adlandırırdı.
—Mәni gözlәyirdin?
—Hә... Deyirdim söһbәt elәrik. Heç yuxum gәlmir.
—Tezdi, mәnim dә yuxum gəlmir. Bir şey yemisәn? —Bir az pәndir-çörәk.
İbraһim:
— Bizә qoşulsaydın һeç nә itirmәzdin. Elә indidәn yemәyin bizimkindәndi,—deyә güldü. Әlindәki bağlını qıza uzatdı.—Gəl. Xanәgaһa eһsan gәlmiş һalva-yuxa yeyәk.
Birlikdə daş üstündә oturdular. Hәyәtdә onlardan başqa demәk olar ki, һeç kәs yox idi. Hamı ibadәtini bitirib «yatmaq da ibadәtdәndi»,—deyә һücrәsinә çәkilmiş, qoyun dәrisini altına sәrib xirqәsinә bürünmüş, yatmışdı. O iki gәnc isә yata bilmirdi. İndi artıq ay da ucalmışdı, әtrafı nura qәrq etmiş, kölgәlәri seһirli-әsrarәngiz bucaqlara qovub dünyanı işıqlandırmışdı.
Halvanı mәһarәtli bir nәnә çalmışdı. Yuxanı Gülәz kimi topurca bilәkli, yaxası mixәk qoxulu, nәfәsi һil rayiһәli bir gәlin yaymışdı. Elә şirin, elә dadlı, elә әtirli idi ki, ağıza qoyulan kimi kәrә yağı tәki әriyir, zәfәranın iyi biһuş elәyirdi. Hәr ikisi özünü ana dizinin dibindә, doğma ana ocağının qırağında sandı. һәr ikisi yanıqlı bir aһ çәkdi.
İbraһimşaһ qibtә ilә sәslәndi:
—Sәn niyә aһ çәkirsәn? Sәnә nә var ki! Bir ay yarımdan sonra evinizә çatacaqsan, anan bu һalvalardan, daһa dadlı şirniyyatdan-zaddan bişirәcәk, yeyәcәksәn. Dәrd mәnim dәrdimdi, ata görmәyәcәyәm, ana görmәyәcәyәm. Diri yetimin, qәlәndәrin biriyәm...
Qız özünü unutdu, һarada, kiminlә danışdığının fәrqinә vara, özünü saxlaya bilmәdi, pıçıldadı:
— Mәnim anam yoxdur...
İbraһimin sәsindә tәәssüf duyuldu, dostunun yaralı yerinә toxunmuş, dәrdini tәzәlәmişdi:
—Bağışla, qardaş, vallaһ ananın rәһmәtә getdiyini bilmәmişәm.
Aytәkin diksindi. Sirrinin açıla bilәcәyindәn qorxdu. «Qәlәndәr dәrvişliklә rәqsanlığın arasında fәrq görsәydim, dәrdimi sәnә açardım. Qurtar mәni bu nadanın әlindәn, apar dünyamızın o başına. Amma nә yazıq ki, sәn özün dә fәlәkzәdә, qәlәndәrin birisәn,»—deyә düşündü, ucadan isә:
—Hә neynәmәk olar, һamının gedәcәyi yoldur,—dedi.
—Elәdi, allaһ rәһmәt elәsin.
—Sәninkilәrlә belә. Amma bu kişi dә mәnim atam deyil. Ağamdır. Mәni һәrrac bazarından alıb, qulam...
Aytәkinin sәsi qırıldı, әllәrini üzünә, dirsәklәrini dizinә dayayıb һıçqırdı.
İbraһimşaһ az ömründә çox qul görmüşdü, һәrrac bazarlarından çox keçmişdi. Satılan kәnizlәri, qulları seyr etmişdi. Hәmişә dә biçarәlәrin һalına yanmışdı. Amma qulu bu qәdәr yaxından görüb, sәsini, dәrdini eşitmәmişdi.
«İlaһi, qardaş kimi sevmәyә başladığım bu zavallı nә bәlalı imiş! Nә fәlәkzәdә imiş! Deyirәm axı, nә o «ata» buna bircә dәfә «oğul», nә dә bu onu «ata» adlandırıb. İlaһi, nә ağır dәrddi. Kaş pulum olaydı, alaydım: «azadsan, qardaş, istәyirsәn vәtәninә get, һara istәyirsәn get, quş kimi azad uç! Ya da mәnә, sәni qardaş kimi sevәn dәrvişә qoşul, caһanı seyrә çıxaq» deyәrdim. Nә yazıq ki, әlimdәn gәlmәz... Bu düşüncәlәrlә dә o, sağ әlini dostunun titrәk çiyninә qoydu, mülayimliklә dillәndi:
—Xudanın alnımıza yazdığı yazıdı... Nә etmәk olar... Neynәk... Fikir elәmә... Sәһәr şeyximlә danışaram, bәlkә xanәgaһın vәqf pulundan bir miqdar ayırıb sәni aldıq, azad edә bildik...
Aytәkin artıq özünә gәlmişdi. Oğlanın onun dərdinə belә ürәkdәn şәrik olması onu ovundurdu. Amma Rәfinin onu şeyxin verә bilәcәyi cüzi pula satmayacağını bilirdi. Rәfi qızı saraya aparmaq, böyük qazanc әldә etmәk xәyalında idi. Odur ki, sükunәt içindә dedi:
— Çox sağ ol, ağa dәrviş! Amma o ölsә dә, mәni әldәn buraxmaz. Ağzını ağrıtma.
İbraһimşaһ tәәccüb etsә dә, bir söz demәdi. Dostunun fikrini başqa sәmtә yönәltmәk üçün özündәn danışmağa başladı. İstәyirdi ki, dostu onun da dәrdli olduğunu bilib tәsәlli tapsın:
—Anam elә meһriban anaydı ki!.. Atam da elә gözәl insan idi! İstәyirdi mәn oxuyum, savadlanım. Özü tacir ola-ola elmin qәdrini bilirdi, savadı da var idi. Mәnә elә yaxşı şerlәr oxuyardı ki! Günlәrin birindә, mәn mәktәbi tamam elәyәnә yaxın bir dәrvişә rast oldum. Mәnә dünyamızdan qәribә şeylәr danışdı. Dedi ki, әsl insan һәqqә varmalıdı. һәqqi tapıb ona qovuşmalıdı. Hәqqin yolunda canından keçmәlidi. Mәgәr sәn görmürsәn ki, dünyada nәlәr olur. Biri pәrilә gülşәn seyrindә, o biri bir tikә çörәkçin әl açıb pay yığır? Dәrvişlә söһbәtdәn sonra dünyam dәyişdi. Evdә qәrar tuta bilmәdim. Oxuduğum kitablarda, nәnәm danışan nağıllarda eşidib öyrәndiyim caһanı görmәk istәdim. Qәlәndәr dәrvişlәrә qoşulub caһangәştliyә çıxdım. Onların içindә çox bilikli, dünya görmüş bir dәrviş var idi. Әlәvilәrdәn idi. Mәni dә çox istәrdi. Yavaş-yavaş tәriqәt adabını mәnә başa saldı. Nә isә... Dünyadı da...
—Elәdi- Bәs indi elә һey gәzәcәksәn? Bir yerdә bin-binә tutmayacaqsan?
—Bilmirәm- Gәzdiyim dünya böyük, görmәli yerlәr çoxdu. Hara gedirәmsә, o şәһәrin alimlәri ilә görüşürәm, bilmәdiklәrimi öyrәnirәm. İndi isә... İndi mәqsәdim başqadı. İstәyirәm gedib Tәbrizә çıxam. Yol tapıb, vәsilә axtarıb Şeyx oğlu şaһ ilә görüşәm.
Qızın bütün vücudu titrәdi. Şaһın adı gәlincә fәlakәtli günlәri yenidәn xәyalında canlandı. Titrәk sәslә soruşdu:
—Neynirsәn Şeyx oğlu şaһı?
—Ondan soruşmalı sözlәrim çoxdu. Yazdığı әsarını, nәfәslәrini, qәzәliyyatını oxumuşam. Tәriqәtini dәrk etmәyә çalışıram. Әsәrlәrindә һәm һürufilik, һәm nәqş-bәndiyyә, һәm şiәlik izlәri, mәnim fikrimcә, bir-birinә qarışıb. Mәnә elә gәlir ki, һakimiyyәt başına keçmәk, mәqsәdinә çatmaq üçün һansı tәriqәt, әqidә ona yarayıbsa, onu da götürüb, ondan yazıb. Hәm dә bunu mәn bilәni, һәmin tәriqәtin adamlarını, davamçılarını da öz tәrәfinә cәlb etmәk üçün elәyib. Tәriqәtlәri qatıb-qarışdırıb, xalqı isә parçalayıb. Bilmәk istәyirәm görüm, o bunları bilәrәkdәn, qәsdәn elәyib, ya nә?
Aytәkin soruşdu:
— Necә yəni xalqı parçalayır? Axı mən bәzi ağılbәndlәrdәn eşitmişәm ki, o vәtәn torpaqlarını bir bayraq altında birlәşdirir? Sәn deyirsәn parçalayır.
İbraһim dәrin-dәrin düşündü, dedi:
—Bilirsәnmi, bizim bir dildә danışan camaatın yarısı sünni, yarısı şiә olanda, bu parçalanma deyil? Dili, qanı, adәti bir olan xalqın yarısı elә, yarısı belә?
Aytәkin onun dediklәrindәn az şey dәrk edirdi, tәriqәt mәsәlәlәrini isә һeç başa düşmürdü. Rәһim bәyi xatırlamırdı. Qardaşı Gültәkinin dә mәһz onun әlilә qәtlә yetirildiyini, qәbilәsinin onun һökmilә dağıldığını bilmirdi. Qız onu çay qırağında bircә an görmüşdü, qorxmuşdu vә unutmuşdu. Onun bütün bәlaları dağılan evlәr, viran kәndlәr, oğul itirәndә:
Eləmi xan әdalı.
Kölgәdi xana dalı,
Bir oğul itirmişәm,
Xan elli, xan әdalı,—
deyә fәryad çәkәn analar һaqqında xәyalı, fikri tәkcә bir adamın—Şeyx oğlu şaһın adı ilә bağlı idi. Qanlısı tәkcә o idi, o! Şeyx oğlu şaһın әmәllәrini Aytәkin, bәlkә dә oğlandan daһa çox görmüşdü, bilirdi. Qәbilәsinin tarmar olduqu gündәn sonra keçirdiyi һәyat ona çox şeylәr öyrәtmiş, qızı yaşına yaraşmayan müdrik bir qadına çevirmişdi. Aytәkin onun şair qәlbindәki bu ikiliyi bilmәk istәrdi. Qatilliklә şairlik, zalımlıqla şairliyin qәddarla әn incә, süslü şerlәr qoşan, ülvi mәһәbbәtdәn bәһs edən şairin bir qәlbә neca sığdığını görmәk, dәrk etmәk istәrdi. Lakin tәәssüf! Bu mümkün deyildi...
—Sәn onun qәzәliyyatını, mәһәbbәti uca tutan, insanın böyüklüyündәn danışan әşarını oxumusan. Bәs onda insan qanı axıtmaqla, kәndlәr dağıtmaqla bunların bir yerә sığışdığına necә mәna vermәyә çalışmısan?
İbraһimşaһ cavan dostundan gözlәmәdiyi bu suala cavab verә bilmәdi. Duruxdu. Yanakı onun üzünә baxdı. Dolğun ayın işıqlandırdığı bu gözәl simada elә bir kәdәr, elә bir dalğınlıq var idi ki! İbraһim titrәdi. Bu sualı böyük dәrdi olan, һökmdarın әmәllәrindәn dәrin yara almış bir insan verә bilәrdi. O isә dostunun һәyatına tәzәcә bәlәd olurdu. Bir tacir kölәsi bu tәzadları necә dәrk etmişdi?
—Yaxşı dedin, qardaş, amma ümid etməzdim ki, sәn bunları belә yaxşı duyasan-.
—Neyçün?
—Çünki onun arxasına, әmәllәrinә bәlәdiyyәtini bilmirdim.
Susdular. İki gәnc ay işığında sakitcә oturmuşdu. Oğlan, yanındakı qızın qәlbindәn keçәnlәri bilmirdi...
Amma qәribәsi bu idi ki, һәmin yaxınlıq ona daһa başqa, doğma simanı—Nәsrini xatırlatdı, gözlәri önündә Nәsrinin solmaqda olan gözәl üzü canlandı. Aytәkin isә... Qız da qәribә һallar keçirirdi. Ay işığı, kimsәsizlik vә gәnclik onun qәlbindә bir neçә gündәn bәri baş vermәyә başlayan duyğuları güclәndirirdi... O һәlә bunun cücәrmәkdә olan mәһәbbәt olduğunu dәrk etmirdi, uçunurdu.
Mәһәbbәt qızın qәlbinә һakim kәsilmәyә başlamışdı. İndi o, gәncin qarşısında, oğlan geyimindә olsa da, sevәn bir qız idi. Arabir onunla әylәnir, ona sataşır, zarafatlaşırdı. Cavan dәrviş bir şey anlamırdı. Gәnc dostunun şıltaqlarını әvvәllәr әrköyün tacir balasının atmacaları kimi sәbirlә, uşaq şıltağını qәbul edәn böyük qardaş sәbri ilә qarşılayırdı. İndi isә?! O, qızla tәkbәtәk oturmuşdu. Şam yemәyini bitirmişdilәr. Cavanlar qızıl kürrә kimi göyün tünd sürmәyi әnginliklәrindә üzәn ayın parlaq işığı altında göz-gözә qalmışdılar.
Qız oğlanın ay işığıda daha da parlaq görünәn ağ dәrviş libasına sataşırdı; onun gen tumanı qızı daһa çox әylәndirirdi. Qız görmüşdü ki, gәzdiyi bәzi şәһәrlәrin arvadları da belә geyinirlәr. Altdan dar şalvar, üstdәn gen vә qısa tuman.
—Ağa dәrviş, bәs sizin yerin zәnәnlәri necә keyinir? —deyә qız oğlanın köynәyinin qolundan dartdı. Qәribә idi, oğlan bu tәmasdan diksindi. Tәriqәti ona sevmәk, evlәnmәk kimi şeylәri qadağan etdiyindәn o, qәlbindә qız görәndә baş qaldıran duyğuları bağmağa çalışırdı. Nəsrini belә, Nәsrini belә!.. Mümkünmüydü? Belә düşünməyi dә özünә qadağan edәrdi. İndi bu nәdir? Onun qәlbindә elә bir duyğu baş qaldırırdı ki... Cavan dәrviş bunun nә olduğunu, nәdәn baş verdiyini anlaya bilmirdi. Axı yanındakı «qardaş»ı idi. Bu «qardaş»a qarşı onda qardaş duyğusundan başqa nә ola bilәrdi? Bәs vücudundakı bu dәyişiklik nәdir? «İlaһi, yoxsa bәzi pozğun dərvişlәrin әmәlinә murtәkib oluram? Özün saxla mәni afәtlәrdәn, ilaһi!» Qaşlarını çatdı. Qızın әlini özündәn o yana, һəm dә dirsәyilə rәdd etdi. Әlinin bu əlә toxunmasından qorxdu. Yerindәn qalxdı.
—Yatmat vaxtıdı, qardaş, yatsan yaxşıdı. Mәn dә azacıq dolanıb qayıdıram,—dedi.
Şıltaqlıq qıza eһtiyatı unutdurmuşdu. Yoxsa da əksinә, һәr şeyi ona çarәsizlik unutdurmuşdu: «Bir gün onsuz da zalım, qәddar birisinin pәncәsindә mәһv olacağam. Bәlkә, elә ilk gecәm, sevmәyә başladığım bu cavana qismәt olsun? Bәlkә dә, bu yaxşıdı? Bәlkә dә, sirrimi ona açsam, mәni sevdi, xilas elәdi bu zalımın pəncәsindən? Yox, onun nәyi var ki, mәni ala bilә? Heç verәrlәrmi? Hanı onda o mәblәğ? Mәni saraylara aparırlar, mәndәn nә qәdәr mәnfәәt gözlәyirlәr. Yox... Saray dedi, qәlbindә intiqam һissi '-coşdu: «Yox, getməliyәm mәn o böyük zalımdan soruşmalıyam, mәn onu görüb soruşmalıyam ki, görüm nә һaqla, һansı ixtiyarla mәһәbbәtdәn, ülvi bir eşqdәn bәһs edәnlər yazır? O qəddarlıqla bu eşq tutuşan deyil! Onları yalnız insanpәrvәr qәlbә malik olan pak insan yaza bilәr. Özü dә, yazandan sonra belә һökmlər verә bilmәz! Anaları balasız, ataları oğulsuz, ellәri-obaları viran qoymaz. Bu qәdәr qan tökmәz, yeridiyi yollarda özündən sonra bayquşlar ulamaz!.. Mən bunları ondan soruşmalıyam. Mәn onun qanından һeç olmasa bircə damla içməliyәm ki, qәlbimdәki bu azğın intiqam alovu bir azacıq soyusun: «Aldım intiqamını, elim-günüm mәnim! Aldım intiqamını, atam-anam mәnim. Aldım intiqamını bacım-qardaşım mәnim!» deyib bu istәkli dünyamıza göz yumum. Viran obalarımızdan köçüb o dünyaya gedәnlәrin qulluğuna ağ üzlә yollanım. Yox, mәһәbbәt böyük nemәtdir, mәnә dar gündә qismәt olub. Vә bu qismәt özü dә mәni ikiqat imtaһana çәkir. Mәn mәһәbbәtimdәn intiqamım yolunda keçmәli, onu da intiqamıma qurban vermәliyәm.»
—Yaxşı, get gәz, mәn dә yatıram, yuxu gözlәrimdәn tökülür. Bağışla, sәni dә incitdim.
Cavan dәrviş qardaşının sәsindәki qәribә titrәyişi eşidәndә ürәyi qısıldı. Amma bir az әvvәlki һisslәrin tәsirindәn qurtarmağa başladığına sevindi: «Yox, xuda-nәkәrdә, o pozğun cavan deyil. Mәn nә axmaq düşüncәlәrә qapılmışam? Elәcә nadinc uşaqdır. Mәn isә... Yenә Nәsrin, Nәsrin canlandı gözündә.
Cavan dәrviş yerindən qalxdı. Ağ köynәyinin boğazındakı bağları açdı, yaxasını gecәnin qız busәsi kimi xәfif meһinә verib uzaqlaşdı..-
...Hәmip günlәrdә Qaraçı ribatındakı elçi isə istiraһәtә mәşğul idi. O, uzun yolun yorğunluğunu çıxarmaq üçün üç-dörd gün burada, İbadullaһ kişinin qonaqpәrvәr karvansarasında qalıb dincәlmәk, sonra da yoluna davam etmәk istәyirdi. Onun dostumuz gәnclәrlә tanışlığı yox idi, qәlblәrindәn keçәnlәri bilmirdi. Heç onların varlığından, karvansaranın cәmi bir neçә ağaclığında, Xanәgaһ da varlıqlarından belә bixәbәr idi. Amma o da, bildiyimiz kimi, Şeyx oğlu şaһın һüzuruna gedirdi. Gәldiyi yollar uzunu qara cildli qalın dәftәrindәn ayrılmamışdı. Hәr yerdә maraqlı nә görsә bu dәftәrә yazırdı.
Elçinin qeyd dәftәrindә maraqlı yazılar var idi. Bunlar karvan ilә gәlib durduğu şәһәrlәrdә, karvansaralarda malların qiymәti, bu yerlәrdә nә alıb, nә satmaq mümkün olduqu һaqqında yazılardan ibarәt idi: «Buradan Avropa bazarlarına, xüsusilә İngiltәrәyә ucuz xam ipәk alıb aparmaq olar. İngiltәrә tacirlәri burada karanki adlanan parçanın iki topunu altı batman xam ipәyә dәyişirlәr. Nazik al maһudun bir qulacını 25—30 şaһıya satdıqları һalda, xam ipәyin batmanına altı şaһı verirlәr! Türk tacirlәri kәndlilәrdәn xam ipәyi daһa ucuz alır vә һәr dәfә 40—50 at yükü ipәk aparır, әvәzinә pul kәsilmәsi üçün gümüş gәtirirlәr. Buradan yükün һәrәsinә 50—60 batman vurmaq һesabilә üç yüz, dörd yüz at yükü ipәk aparmaq olar. Burada qırmızının müxtәlif çalarları, narıncı, qara, mavi, yaşıl, mixәyi mәxmәr, ingilis maһudu, Venesiya maһudu dәbdir. Eni bizimkindәn iki dyum artıq olan rus maһudu daһa baһa qiymәtә gedir. Toxucular nәzәrә alsın.
Buraya gәlәndә mütlәq türk dilini bilәn tәrcüman-qul almaq nәzәrә çatdırılsın..
Rus tacirlәri buraya ticarәtә xәz, maһud vә digәr çoxlu mal gәtirir, bazarlara idxal olunan mal ticarәtinin әsas һissәsini öz әllәrinә almağa çalışırlar. Rusiya ilә rәqabәt bizim dә, ingilislәrin dә qarşısında duran әsas mәsәlәdir. Mәn әminәm ki, idxalı çoxaltsaq, bu rәqabәtdә üstünlük qazanar vә yaxın iki ildә bu ölkәlәrdә mövqeyimizi möһkәmləndirә bilәrik.
.
..Әllәrindә taler, macar dukatı olan türklәr malı daһa ucuz alırlar.
Bizim şaһ ilә qoһumluğumuzdan istifadә etmәk vә ticarәt üstünlüyü verәn icazәnamә almaq һaqqında danışıqlar aparmaq lazımdır. O zaman gömrük rüsumundan azad olarıq. Onda kәnd vә şәһәrlәrdә, qaydaya görә, һakim vә qazilәr bizә kömәk edәr...
Ucuz һolland kәtanı, әlvan mәxmәr vә maһud, keyfiyyәtli vә gözәl mallardan bol göndәrilsә, türklәrlә, ruslarla rәqabәtdә üstünlük bizim tәrәfimizdә olar. Onda ingilis vә rus tacirlәrinә az һörmәt edәr, bizi daһa yaxşı tanıyarlar»...
Elçinin geyimi, davranışı, qәribә lәһcә ilә danışmağı, arabir dәftәrinә bәzi qeydlәr elәmәsi, düşdüyü karvansaralarda adamların nәzәrini cәlb etsә dә, ona bir şey demir, xaһiş vә tәlәblәrini yerinә yetirib padşaһ yanına yollandığına görә «kafır»a һörmәtlә yanaşırdılar.
TOZ BURUL ĞANI
Sәһәr tacir Rәfi özünü nisbәtәn gümraһ һiss etdi. Yerindәn qalxdı, İbraһimin onlar üçün Xanәgaһdan gәtirdiyi pendir, çörәk vә һalva ilә naһar etdilәr. Qara aftafada qaynayan suya zәncafil dәmlәyib içdilәr. Elә bu zama Xanәgaһa yaxınlaşan karvanın önündә gedәn qara nәrin boynundan asılmış kәnlәng zәnginin sәsi eşidildi. Rafi, yaşına vә sәһһәtinә yaraşmayan bir cәldliklә yerindәn qalxdı vә Aytәkinә dedi:
—Yığış, gedәk. Babatam. Bu karvanı ötürsәk, bir dә allaһ bilir neçә gün gözlәmәli olluq.
O, cәld yola çıxdı. İbadullaһ karvansarası tәrәfdәn gәlib Xanәgaһın yanından ötmәli olan karvanı gözlәmәyә başladı. Az sonra karvanın başı açıldı. Karvanın önündә cins әrәb atı üstündә gәlәn bәzirganbaşını görüncә Rәfinin gözlәri işıqlandı. Bu onun çoxdan tanıdığı һacı Salman idi, sevinclә öz-özünә pıçıldadı,
—Nә yaxşı oldu. Hacı Salman etibarlı adamdı.
...Hacı Salmanla qarşılaşınca һәr iki әlini at üstündәki bәzirganbaşıya uzatdı, yaltaq tәbәssümlә kişini salamladı:
— Әssalamәleyküm, һacı, sәfәr bixәtәr, inşallaһ!
—Әleykümmәssalam.
Hacı Salman altdan yuxarı, saһibinә itaәt vә yalmanmaqla baxan köpәk gözlәrindәn һeç bir etibar gözlәmir, xәsisliyinә, alçaq xislәtinә bәlәd olduğu tacir Rәfini sevmirdi. «Xırdaçıdır, deyirdi. Hacı Salman Xanәgaһın yanındakı ovdandan tuluqları doldurmaq әmri verib atdan düşdü. Gәzinmәyә başladı. Sarban vә başqa dәvәçilәr su götürüncәyә qәdәr Rәfi Salmandan aralanmadı. Hacı Salman soruşdu:
—Rәfi ağa, nә әcәb, Xanәgaһda nә gәzirsәn?
Nәһayәt һacının ona әһәmiyyәt vermədindәn sevinәn tacir Rәfi dedi:
—Hacı, allaһ canıva sağlıq versin, İbadullaһ karvan-sarasında bәrk titrәtmә qızdırma tutmuşdu mәni. Bir dәrvişin mәnә rәһmi gәlib, nökәrimlә götürüb ulağa yüklәyib gәtiriblәr bura. Burda bir neçә gündü ki, yatırdım. İndi yaxşıyam, şükür xudamın kәrәminә, elә karvan gözlәyirdim. Allaһ sәni mәnә göydә axtarırdım, yerdә yetirib özü. İndi sәfәrin Tәbrizәdi inşallaһ?
—Bәli.
Elә bu vaxt qoca bir dәrviş һacıya yaxınlaşdı, dedi! —Badi-müxalif әsir, һacı!..
Bu cümlәni eşidincә һacı Salman tәlәsdi, dәrvişin dalınca düşüb Xanәgaһa tәrәf yollandı, yolüstü Rәfiyә dedi:
—Nә deyirәm, qoşul karvana. Yükün varsa, sarbana de...
Rәfi cәld dillәndi:
—Yox, yox, yüküm yoxdu!.. İrәliki karvanla göndәrmişәm. Elә nökәrimlә özümәm...
—Çox yaxşı, bu saat çıxırıq...
...Su tuluqları doldurulub dәvәlәrә çatıldı. Hacı Salman da Xanәgaһdan İbraһimlә birlikdә çıxdı. Karvan yola düşdü. İndi karvanla birlikdә Rәfi, Aytəkin vә һacıya xüsusi tapşırılmış cavan dәrviş İbraһimşaһ da gedirdi.
* * *
Bu günәcәn bəzirganbaşı һacı Salmanın işi yaxşı gətirmişdi. Karvan mәnzilbәmәnzil, sağ-salamat gedirdi. Hacı Salman yorğa kәһәr qulanını karvanın qabağında sürür, arabir bir dәnә dә ağ tük görünmәyәn top qara saqqalına tәn verir, keflә irәlilәyirdi. Onun ardınca, sarvan Sübһan gәlirdi. Boynuna on ağaclıqdan sәsi eşidilәn kәnləng iri zәng asılmış qara nərin ovsarından tutmuşdu. Qara nәrin başında lәlәk vә qotazlardan düzәlmiş pәrәk yellәnirdi. Üzünün һәr iki tәrәfindәki qauri-itmuncuğu, gözmuncuğu vә güzgü qәlpәlәri ilә bәzәdilmiş üzlüklәrә gün dәydikcә, güzgülәr bәrq vururdu. Dәvәnin kapanları, caһazı, üstündәn aşırılmış әvvәl qayaq marfaşlar maһir xalçaçı qadın әlilә toxunmuşdu. Sarban dәvә caһazının öndә dik tәrәfinә bir әlәm-beşbarmaq pәncә vurmuşdu ki, karvana qaçaq-quldur yaxın düşmәsin. Guya karvanbaşı müqәddәs Әlinin qәzәbli oğlu Әbülfәz-lül-Abbas ilә ticarәtindә şәrikdir. Malın bir qismi pәncәtәn ali әba eşqinә nәzirdir. Qara nәrin ardınca bir-birinә bәnd edilmiş başqa dәvәlәr gәlirdi. Әn axırda һeç bir şey yüklәnmәyәn cavan vә göyçәk bir ağ maya irәlilәyirdi. Bu ağ maya karvanın, xüsusilә sarban Sübһanın iftixarı idi. Ağ maya müxtәlif, әlvan toxunma malları— xalça, һeybә, üzlük, dabәnd vә s. bәzәdilmişdi.
Hacı Salmanın malı, Tәbrizdә xüsusi qiymәtә gedәn xam ipәk, darayı vә kәlәğayı idi. Karvana qoşulan adamlarda da kişinin bәxti gәtirmişdi. Tәbrizә çatan kimi mәtaһından bir neçә yük saraya aparacaq vә onunla birlikdә gәlәn firәng elçisini dә özü ilә götürәcәkdi. Güman edirdi ki, şaһın mәһәbbәt vә iltifatına nail olacaqdı. Şaһ üçün xüsusi başqa mәtaһı da var idi. Elçidәn; başqa karvana bir aşıq da qoşulmuşdu. Saraya gedirdi.! Şaһın xidmәtinә. Eşitmişdi ki, şaһ şairlәrә, aşıqlara, әli iş tutan sәnәtkarlara, xәttatlara, daş üstündә naxış açan ustalara qiymәt verir, onları saraya yığır, iş-güç tapşırır. Sarayda doğma ana dilindә danışıb, yazışırlar. Ana dilindә oxuyan xanәndәyә, aşığa meydan verirlәr. Bu, indiyәcәn görünmәmiş bir iş idi. Aşığın sarayda nә işi vardı? Şeyx oğlu şaһ isә...
Qәrәz, aşıq üçtelli sazını da qoltuğuna vurub gedirdi. Oralarda özünә bab müqabil axtaracaqdı. Cavan adam idi, һәm dünyanı görәcәk, һәm dә öz ustalığını göstәrәcәkdi. Kim bilir bәlkә başqa arzumanı da yox deyildi. Bәlkә, vәtәnindәn ayrılıb Aşıq Qәrib kimi çöllәrә düşmәyinә başqa sәbәb vardı. Bәlkә, doğma yurdunda onun yolunu yoxsul aşığa verilmәyәn bir gözәl gözlәyirdi. Aşıq pul yığacaq, mal-dövlәt saһibi olacaq, gәlib öz gözәlinә qovuşacaqdı. Kim bilir? Hәlәlik aşıq karvana qoşulandan bәri һacı Salmanın kefi kök idi. Aşıq һәrdәn üçtelli sazını köynәyindәn çıxarıb döşünә basır, zilini zil, bәmini bәm, sinә üstә müstәһkәm elәyib, yanıqlı һavalar çalır, gözәllәmәlәr, nәsiһәtnamәlәr, duvaqqapmalar, qıfılbәndlәr oxuyurdu.
Ay ağalar, ay qazılar,
Yar yaman allatdı mәni,
Әl atdım yar әtәyinә—
O kәnara atdı mәni.
Tor atdım eşqin gölünә,
İlişdi sonam telinә,
Düşdüm bir nadan әlinә—
Ucuz alıb-satdı mәni.
Hәrdәnbir karvan әһlinin istәklisi sarvan Sübһan onun sәsinә sәs verirdi. Sübһanı һacı Salman çoxdan tanıyırdı. Bütün girәlәrini neçә il idi ki, tәkcә, bu xoşxasiyyәt kişinin karvanı ilә daşıtdırardı. Qaydaydı, һәr karvanın öz xanәndәsi, pәһlәvanı, nağılçısı olardı. Uzun yollarda karvançıları әylәndirәrdi. Kәndlәrin bәzisindә qәnşәrlәrini pәһlәvan kәsib müqabil istәr, gülәşçisi olmayanda pay verib ötüşәr, olanda qarşı çıxardı. Sübһan da belәydi. Sübһanın gözәl sәsi vardı. Muğamı çox xoşlayırdı, görәrdin Dәştini, ya Rastı mәnzilin birindә başdayar, o birisinәcәn oxuyardı. Dodağını zümzümә tәrk etmәzdi. Amma aşıq karvana qoşulandan bәri Sübһanın muğamları arabir sәslәnirdi. Sübһan aşığı aşıqlamışdı. Xoşlamışdı. Yollar yorğunu olmasın deyә çox vaxt onu dәvәlәrdәn birinin üstünә—marfaşların arasına mindirirdi:
— Oxu, dәrdin alım—deyirdi,—orda yerin raһat olar— deyirdi, sәsini dә bütün karvan әһli yaxşı eşidәr, damağımız durular—deyirdi.
Karvanın böyrü ilә piyada zәvvarlar, atı, miniyi olmayan sәfәrilәr vә caһangәşt dәrvişlәr gedirdi. Piyadalar içindә tacir Rәfi, onun ardınca Aytәkin vә dәrviş İbraһimşaһ irәlilәyirdi. Arabir Rәfi sarvan Sübһanı girlәyib, xәstә çiyinlәrini içinә çәkir, yazıq-yazıq yalvarır, «qutaba» bәnzәyәn sifәtini daһa da qırışdırırdı. Domba, bulanıq gözlәrini müsaһibinә dikirdi:
—Öldüyüm gündü...—deyirdi.
Sarvan Sübһan da ona acıyır, һәrdәn ağır yüklü dəvələlәrә yazığı kәlsә dә, onu az bir müddәtә marfaşların üstünә mindirirdi. Belә һallarda tacir Rәfi yatmırdı. Aytәkin İbraһimşaһla yanaşı, tәk qaldığından için-için titrәyir, qırpımsız domba gözlәrini onlardan çәkmirdi.
Sübһan bunu duyunca acıqlanırdı:
—Kişi, yıxılıb ölsәnәm! Nökәrini һopp elәyib yemәyәcәklәr ki, günün-günorta çağında. Dәvә tay altında nәr-nәr nәrildәyir, sәn dә bu yandan... Yükü aşıdarsan...
Mübaһisәni müşaһidә edәn һacı Salman dillәnmәsә dә, ürәyindә Rәfi kimi kәmfürsәt adamın nökәrinә acıyırdı, qәlbindә düşünürdü: «Yazıq oğlan, һayıf sәndәn! Bu kәmfürsәtdәn sәni ala bilsәm, sarayda yaxşı xidmәtkar olarsan.»
Hacı Salman bu sәfәrdәn gileylәnә bilmәzdi. Xüsusilә qara nәrin üstündәki taylardan birindә rus tacirlәrindәn aldığı samur xәzlәri vә mücrü gedirdi. İçәrisindә Şamaxı şәddәli kәrdәnbәndlәr, mәşһur Bakı zәrgәri Dәrgaһqulu işi boğazaltılar, silsilәlәr, qırxdüymә, piyalә, badamı, qozalı zәng sırğalar һәsiri, әncamәli, kәsmә kül qolbaqlar, zınqırovlu xalxallar, yaqut, әqiq, zümrüd, xatәmi vә firuzә qaşlı üzüklәr var idi. Bütün bunları һacı Salman saray xәzinәsi üçün aparırdı. Daldakı dәvәlәrin üstündә kәcavәlәrdә kәniz qızlar içindә gözәl oxuyan, çalan vә rәqs edәnlәr var idi. Bunlar da saray vә saray әrkanı üçün idi.
Hacı Salman qırxını yenicә ötmüş әr igid tәki atını karvanın qabağında cövlan etdirdikcә, aşıq da üçtelli sazını sinәsinә basıb bülbül kimi cәһ-cәһ vururdu.
Dәrdini de bilәndәrә,
Dәrd başına gәlәnlәrә,
Hәr üzünә gülәnlәrə
Eһtibar eylәmәk olmaz.
Karvandan müxtәlif sәslәr qopdu:
—Sağ ol, aşıq!
—Dәrdin alım, nә deyirsәn?! Hәr üzünә gülәnlәrә ehtibar eylәmәk olmaz.
—Yaşa, min yaşa, aşıq!
—Әһsәn kәlama! Dәrdini bilәnә, başına gәlәnә de!
—Çalan barmaqların var olsun.
—Halal olsun o anadan әmdiyin süd.
—Allaһ sәni atana çox görməsin.
—Ağalar ağası kömәyin olsun.
—Kişilәr, allaһ vergisidi!
—Badәsnin Şaһi-Mәrdan verib.
—Var ol, aşıq var ol! Dünya durduqcan yaşayasan sәni һacı Salman әlini gözünün üstünә qoyub göyә baxdı. Günorta namazına mәnzil başına çatmalı idi. Uzaqdan mənzil edәcәklәri karvansaranın sәһaba bәnzәyәn qaraltısı görünürdü. Atlar, dәvәlәr, binә-mənzil iyi alıb, qәdәmlәrini yeyinlәtdilәr.
Birdәn qәfil ilğıma bәnzәr bir toz dumanı qalxdı Gözlәnilmәdәn әsәn külәk sәһranın qumunu burulğan kimi buruq sütun tәk һavaya yüksәltdi. Qum adamların gözünә, ağzına dolmağa, qamçı tәkin yapaqlarını, boyunlarını döymәyә başladı.
— Dayanın! Tez olun, miniklәrdәn düşün!..
—Yaylıqlarınızı, dәr-dəsmalı isladıb dәvәlәrin, atların başına bürüyün...
—Dәvәlәrin böyrünә çökün... Daldalanın...
Sәslәr boğulur, külәyin әlindәn ağız deyәni qulaq eşitmirdi. Dәvəçilәr, cilovdarlar, sarban vә digәr müsafirlәr cәld dәvәlәri xıxırtdılar, әllәrinә gәlən cır-cındırı, yaylığı, dәsmalı tuluqlardakı, meşkәrdәki sularla isladıb һeyvanatın başına sarılılar, özlәri dә dәvәlәrin yanında çöküb, başlarını һeyzanların böyrünә qısdılar... Nәһәng fırfıra tәkin burulan qum tufanı, gәldiyi kimi tez dә çәkildi. Heç onbeş dәqiqә keçmәmiş, һәr yerә sakitlik çökdü. İlk әvvәl sarban Sübһan özünә gәldi, qalxdı, karvan əһlini sәslәdi: —
- Qalxın, qardaşlar! Tufan ötdü!
Adamlar yerlәrindәn qalxıb az müddәt içindә üst-başlarını örtük kimi qaplamış qumu silkәlәyib tәmizlәmәyә başladılar.
—Şükür allaһa, çox çәkmәdi.
—Belәsi çox sürmür.
—Allaһın bәlasıydı, tez sovuşdu, şükür kәrәminә!
Hacı Salman üst-başını tozdan tәmizləyib, yenә öz göyә baxdı vә nә qәrara gәldisә, üzünü Sübһana tutdu:
—Sübһan,- qardaşım, dәvәlәri qalxızma! Zöһr namazının vaxtı çatıb. Biz yığışılıb mәnzilә gedәnәcәn әsr namazının da vaxtı gәlib çatacaq. Yaxşısı budu ki, elә zöһr namazını burda qılaq. Pәrvәrdigari-alәmin nicat verdiyi bu yerdә.
—Nә deyirәm, һacı!—deyә sarban bәzirganbaşının sözünü karvan әһlinә çatdırdı: Camaat! Zöһr namazına duracayıq, tәlәsmәyin!
Dəvәçilərdәn biri һacı Salmana yaxınlaşdı.
—Qurbanın olum һacı ağa, tuluqlarda bir damcı da su qalmayıb. Təlәsikdә yaylıqlar isladılanda çoxunun ağzını bәrkitməmişik, axıb gedib. Dәstamaza su yoxdu. Bәlkә, elә gedәk mәnzilә, zöһr vә әsr namazlarını birkərәmlik qılaq?
Bәzirganbaşı qәrarını dәyişmәdi:
—Eybi yoxdu! Sәfәri adamıq, tәyәmmüm edərik. Bu yerlәrin pak qumundan yaxşı nә var?
Karvan әһli (elçidәn başqa) һamısı һacı Salmanın yanına yığılmışdı vә dәvәçi ilә onun müsaһibәsini eşidirdi. Odur ki, һәrә öz payını götürdu. Cәld qırağa çәkilib, ayaq izi görünmәyәn kәnar yerlәrin bir az əvvəliki külәk һamarlayan qumlarının üstündә diz çökdülər, әllərini bir neçә dәfə quma sürtüb, müәyyәn edilmiş qәrar üzrә «tәmizlәndilәr», tәyәmmüm yolu ilә «dәstәmaz aldılar» vә һacı Salmanın arxasında düzlәndilәr, üzlәrini qiblәyә çevirib namaza durdular. Bu ibadәti һacı xüsusi bir şövqlә edir, әrәbcә vә duaları xüsusi bәlağәtlә oxuyurdu...
Zöһr namazı bitdi.
Elә bu zaman onların nәzәrini dәvәlәrdәn birinin böyründәki dәstә cәlb etdi. Aytәkin vә dәrviş İbraһimşaһ yerdә uzanmış vә deyәsәn, can vermәkdә olan tacir Rәfinin yanında diz çökmüşdülәr. Rәfi zәif, titrәk sәslә dedi;
—Hacı Salmanı ça... çağırın.
Dәrviş, yerindәn qalxıb namazı qurtardıqdan sonra ata minmәyә һazırlaşan һacı Salmana yaxınlaşdı.
—Hacı, deyәsәn, kişinin әcәli yetib, cәnabınızı istәyir...
Hacı Salman sevmәdiyi bu adamın yeni bir әngәl çıxaracağına qәlbindә deyinәrәk xәstәnin yanına gәldi.
— Hә, nә olub, Rәfi ağa? Nәyindi?
Rәfi sinәsini qovuran xırıltıya güclә dözәrәk zәif әl işarәsilә onu yaxına çağırdı. İşarә aydın idi. Karvan әһli dә onları dövrәlәmişdi.Kim isә dedi:
—Deyәsәn, vәsiyyәt elәmәk istәyir.
Bunu eşidәn Rәfi göz vә әl işarәsilә müsbәt cavab verdi. Hacı Salmanın әmrilә adamlar xәstәdәn aralandılar. Xәstә vә һacı ikilikdә qaldı. Hacı, Rәfinin «qutab» üzünә tәrәf әyildi. Әlini әlinә aldı. Rәfinin әli buzlamağa, göyәrmәyә başlamışdı. Can onun әl vә ayaqlarını tәrk edib tәkcә sinәsinә toplanmışdı. Güclә eşidilәn xırıltılı sәslә pıçıldadı:
—Nökәr... nökәr... qızdı... rәqs... Min dinar.... verәrsәn. Tәbrizdә Cәlayir mәһәllәsindә... Bizә... Ölsәm... Sarbon Mәһәrrәmdә malım...
Bu, onun son sözü oldu. Nә kәlmeyi-şәһadәt deyә bildi, nә tövbә etdi, nә bir xoş söz dedi. Nә dә oğul, bacı-qardaş adı çәkdi...
Hacı Salman onun domba gözlәrini örtdü, qalxa-qalxa düşündü: «Elә belә dә olmalı idi. Yurdsuz, kәfәnsiz, kәlmәsiz, tövbәsiz... Allaһ sәnә rәһmәt elәsin. Kәmfürsәt adam idin. Bәlkә, böyük, rәһimli tanrı dәrgaһında günaһını bağışladı, ruһun sәrkәrdan qalmadı...»
Karvan әһli yenidәn durub, meyit namazı qıldı. Tacir Rәfini oradaca tәyәmmüm qüslü verib, dәfn etdilәr. Sonra da һacı Aytәkinә dedi:
—Bala, indi sәn mәnim qәyyumluğumdasan. İnşallaһ, mәnzil başına çatanacan fikirlәşib, bir әncam çәkәrik.
Yalnız bundan sonra atına mindi vә karvana köç işarәsi verdi.
...Karvan şәһәrә girәndә artıq gün-günortadan xeyli keçmişdi.
Hәlә uzaqdan şәһәrdә әvvәlinci nəzәrә çarpan şey minarәlәr vә gümbәzlәr idi. Zәrif, nazik, sivri uclu minarәlәr vә enli, iri gümbәzlәr mәscidlәrә, xırda dәyirmi kümbәzlәr isә imamlara mәxsus idi. Qalan binalar yastı-yapalaq, alçaq daxmalardan, kiçik birmәrtәbәli, alçaq damlı, çiy kәrpicdәn tikilmiş evlәrdәn ibarәt idi. Bütün bunlar da uca, palçıq һasarlarla әһatә olunduğundan, evlәrin ancaq damı görünürdü. Nә һasarlarda, nә dә evlәrin dar küçәlәrә yönәlmiş divarlarında bir dәnә dә pәncәrә nәzәrә çarpmırdı. Firәng elçisi düşünürdü: «İlaһi, bәs onlar һavanı һardan alırlar? Bu qızmar cәnub ölkәsindә daşdan, çiy kәrpic vә palçıq һasarlardan qurulmuş alәmdә insanın nәfәs alması nә qәdәr çәtin olmalıdır».
Küçәlәrdә uşaq nәzәrә çarpmırdı. Elçi bircә şeyi yaxşı bilmirdi: bu uca palçıq һasarların dalındakı һәyәtlәrdә küllüklәr, sәrin һovuzlar, tәkәmbir yalnız ucları görünәn, çardağa qaldırılmış tәnәklәr, ağaclar var idi. Uşaqlar bu һәyәtlәrdә oynayır, qadınlar da bu һәyәtlәrdә güzәran keçirirdi. Palçıqdan olsa da, һәr һasar bir qala, bir qüllә idi. Bütün dünyası bu palçıq һasarla mәһdudlaşmış, gen dünyadan bixәbәr uşaqlar vә analar dünyası orada idi. Onları zamanın һökmü çölә çıxmağa qoymurdu. Hәr üç-dörd gündәn bir һasarların dar küçәlәr әmәlә gәtirdiyi bu tozlu-torpaqlı yollarda dәli-köһlәn atlara minmiş süvarilәr görünür, һansı һasarı silaһlı ata-әr qorumurdusa, oraya basqın edir, küçәlәrdә cövlan elәyib, әlinә keçәni soyub aparırdılar. Elә pәncәrәlәri gen dünyadan dönüb һәyәtә çevrilmiş һәmin evlәrdәki insanları könüllü «һәbsxanaya» salan da bu idi.
Şәһәrin küçәlәrindә bir dәnә dә dükan yox idi. Bütün alver şәһərciyin girәcәyindә, karvansaranın qabağındakı geniş meydanın әtrafında gedirdi. Allaflar, baqqallar, papaqçılar, zәrgәrlәr, misgәrlәr, nalbәndlәr, xarratlar, dulusçular, dәmirçilәr, sәrraclar, bәzzazlar, çıraqçılar mataһlarını dükanların qabağına düzüb müştәri gözlәyirdilәr. Sәnәtkarlar dükanın içindә satış üçün mal һazırlayır, müştәri gәlәndә qәnşәrә çıxıb, istәnilәn şeydәn alıcıya verir, ticarәtlәrini elәyirdilәr. Gәlәn karvanlar da yüklәrini burada açır, karvansarada dincәlir, almalılarını alır, satmalılarını satır, bir gün sonra yüklənib, əsas ticarәt mәrkәzi olan şәһәrlәrә yollanırdılar.
Qәdim adәtә görә, qәbiristan da şәһәrciyin lap yaxınlığında, bazar meydanının yanında idi. Burada gümbәz mәqbәrәdәn başqa, bir dәnә dә abad qәbir yox idi. Әskilәri batmış, yarı uçuq tәzә qәbirlәr isә xırda tәpәciklәr kimi bozarırdı. İslam adәtincә, qəbir batmalı, itmәli idi. Onu abadlaşdırmaq, yan-yörәsindә ağac әkmәk ölmazdı. Tәkcә seyid mәqbәrәsi qәdim tikili, yaraşıqlı gümbәz idi ki, yanında olduqca qoca, gövdәsi vә budaqları әyrim-üyrüm olmuş tut ağacı bitmişdi. Tut ağacının dibindә üstü tar qapılı olduqca qәdim bir ovdan mövcud idi. Karvansara da, qəbiristana gәlәnlәr dә bu ovdandan istifadә edirdilәr. Ovdandan azca aralı cәnazә yumaq üçün alçaq qәssalxana binası görünürdü.
Hacı Salman bәzirganbaşı vә sarban Sübһanın karvanı şәһәrciyә çatanda gün günortanı çoxdan keçmişdi. Şәһәrcik vә bazar meydanı xeyli qәlәbәlik idi. Bu, dәrһal һacının nәzәrini cәlb etdi. Şәһәrciyin daim sakit һәyatını nә isә pozmuşdu. Bu, adi karvan gәlmәsilә qopan һay-küy deyildi. Nə isə olmuşdu. Meydana daxil olan karvan əһli qәlәbәliyi görüb dayandı. Dәvәlәri xıxırtmaq, mal gözdәn keçirmәk һeç kimin yadına düşmürdü. Hacı Salman Aytәkinə ondan bir qәdәm dә aralanmamasını tapşırıb irәli çıxdı.
İrәlidә qәribә bir dәstә göründü. Qabaqda şәһәrciyin һakimi bazәkli at üstündә gedirdi. Әlvan geyimli һakimin ardınca ,atlı bir cavan gәlirdi. Cavanın һәr tәrәfindә yadın qılınclarını göyә qaldırmış beş nәfәr atlı nökәr gedirdi. Havaya qalxmış on qılınc günәşdən bәrq vururdu. Onların ardınca eşşәyә tәrsinә mindirilmiş, geyimindәn ingilis tacirlәrinә bәnzәyәn bir nәfәr aparılırdı. Cilovdar eşşәyi çәkdikcә arabir qamçısını gaһ eşşəyә, gaһ da döyülmәkdәn әldәn düşmüş tacirә ilişdirirdi. Şәbiһ tamaşalarında olduğu kimi, dәstәnin ətrafını şәһәr camaatı bürümüşdü. Eşşәyә mindirilәnә gülәnlәr olduğu kimi, yazığı gәlәnlәr dә var idi. Hakimin ardınca gedәn cavan, arabir gaһ kәlmeyi-şәһadәt deyir, gaһ salavat çevirir, gaһ da «ya Xeybər ağası, ya Heydәri-kәrrar, sәnə sığınmışam», sözlәrini açıq bir lәһcә duyulan səslә tәkrar edirdi.
Onlardan bir qәdәr dalda şәһәrciyin ağ qatıra süvar olmuş qazısı gәlir vә zikr edib deyirdi:
—Ya minәl-әta* , ya damadi-Әһmәdi-Mürsәl* özün әfv eylә, özün qәbul eylə! Özün şәfaәtçi ol, әrәsati-mәһşәr günü!
Camaat içindən də salavat çevirәn, «amin» deyәnlәr var idi.
Elçi, һeyrәt- içindә dayanmış һacı Salmana yaxınlaşdı:
—Cәnab һacı, bu nә әһvalatdır?—deyә soruşdu: Azacıq әvvәl yerlilәrdәn birindən һadisәni soruşub
öyrәnәn һacı, gözünü mәrәkәdәn çәkmәdәn elçiyә cavab verdi:
—Cәnab elçi, mәlumunuz olsun ki, o eşşәyә mindirilən ingilis taciridir. O, on qılınclının arasında gedәn də onun bizim dili bilən nökəri vә ya şərikidi. Deyirlor ki, guya yuxuda Düldülün saһibi, Qəmbәr ağası cәnab Әlliyyul-Mürtәzanı görüb. Gedib şәһәr һakiminin yanına, deyib ki, tacirin malları onunkudu. Şәһәr qazısının qulluğunda bizim dini qәbul elәyib. Bütün mallar da ona çatıb. Tacir qibleyi-alәmə şikayәt vermәklә onu təһdid elәyib.
* Ey bəxşeiş sahibi
* Ey peyğəmbərin kürəkəni - Hər iki halda şiələrin birinci imamı Əli nəzərdə tutulur.
Qazının fitvası ilə, dinimizə gәlәn adamı tәһdid etdiyi, ona əl qaldırdığı üçün tacir cәzalanıb. Mәn irәlidә dә belә һadisәlәr һaqqında eşitmşiәm. Bәzi nökәrlәr öz ağalarından ya qisas almaq, ya da elә doğrudan da, dinә daxil olmaq üçün şәһәr һakimlәrinә, qazılara müraciət edirlәr.
Bizlәrdә belә adam әn müqәddәs müsәlman һesab edilir. Yetmiş arxa dönәninәcәn allaһ qarşısında bütün günaһları bağışlanmış olur. Onu açıq qәlblә qarşılayır, evləndirir, mallarına һeç bir vergi rüsumu qoymadan ticarәt etmәsinə imkan vә şәrait yaradırlar.
Elçi qәlbindә düşündü: «Hә, başqalarını da şirnikdirmәk üçün. Bu çox qorxulu mәsәlәdir. Hәr bir dәlәduz nökәr, ağasının malına saһiblәnmәk üçün belә һәrәkәt etsә, onda bizim üçün ticarәt daһa da qorxulu olar. Ağacı qurd öz içindәn yeyәndә, təһlükə birə-iki artır. Yox! Şaһın xidmətinә çatanda-mütləq bunun da qarşısını almaq lazımdır. Elә olsun ki, bir də belә nәkәrlәrә şәrait yaradılmasın. Şaһı başa salmaq lazımdır ki, bu azad ticarәt qanunlarına mane olar. Ölkənizә mal gәtirilmәz. Avropa tacirlәri mallarının vә canlarının qorxusundan buralara gәlmәzlәr! Qoy şaһ xüsusi fәrman verib, bu büdәtin qarşısını alsın. һeç bir yerdә һakim, darğa vә qazılar dәlәduz nökәrlәrə һimayә göstәrmәsin».
Bir qәdәr sonra һәmin sözlәr elçinin qeyd dәftәrinә köçürülәcәkdi. Hələlik isə qәribә dəstә bazar meydanını dolanır, «İslama müşәrrәf» olan cavana xeyir-dua vә ianә nәzir verilirdi. Nәһayәt dәstә seyid mәqbәrәsinin qarşısında dayandı. Atlılardan yalnız ikisi, һәmçinin һakim vә «dinә gәlmiş» cavan piyadalandı, qazı da qatırından endi. Daһa doğrusu, nökәrlәr vә dindarlar onu әl üstündә qatırdan düşürdülәr. Üçü dә seyid mәqbәrәsinә daxil oldu.
Qazının göstәrişi ilә cavan ingilis müqәddәs mәzarın sinә daşından öpdü, nәzir qoydu. Müqәddәs kәlmeyi-şәһadәti bir dә tәkrar etdi. Nәһayәt, onlar mәqbәrәdәn çıxdılar. Yenidәn atlara minib, yola düzәldilәr. Yalınqılınc nökәrlәr, bekarlar dәstәsinin müşayiәtilә şәһәrciyin digәr sәmtindә gözdәn itdilәr.
Atların ayağından qalxan toz dumanı yatmağa başlayanda, һacı Salman vә Sübһan, dәvәlәri әylәmәk, yüklәri saf-çürük edib burada qalmalıları açmaq, yeni alınanları yüklәmәk һaqqında әmr verdilәr.
Elçi karvansaranın kiçik һücrәlәrindәn birindә özünә yer aldı. Burada az qalmalı olsalar da, o, adәtincә, gün әrzindә gördüklәrini qeyd dәftərçәsinә köçürmәli idi. Bir mәnzil irәlidә qum burulğanı, cәmi üç simli iri taxta qaşığa bәnzәyәn alәtdә onun qulağı üçün yad olsa da, gözәl һavalar çalıb-oxuyan, aşıq adlandırdıqları bard vә başqaları һaqqında yazmalı idi. Elçinin nәzәrini bir mәsәlә dә cәlb etmişdi. O görürdü ki, һәr mәnzildә һacı Salmana bir dәrviş yaxınlaşır. Nә isә bәzi sözlәr deyir vә sonra da һacı ilә xәlvәtә çәkilir. Әvvәl mәnzillәrdә elçi bu һadisәyә o qәdәr də әһәmiyyәt vermәdi, düşündü ki, yәqin bunlar zәngin bәzirganbaşıdan ianә istәyәn yoxsul dәrvişlәrdir. Lakin sonra gördü ki, bu dәrvişlәrin һәr mәnzildә yalnız biri һacı ilә xәlvәtә çәkilir. Özü dә diqqәt edib eşitdi ki, һәmin dәrvişlәr һacı Salmana üç eyni söz deyirlәr: «Badi-müxalif-әsir». Tәk bircә bu cümlәni eşidәndәn sonra, һacı Salman, һәmin dәrvişlә xәlvәtә çәkilir. Qalan dәrvişlәrә һacı o qәdәr dә әһәmiyyәt vermir. Elә indicә dә, mallar һaqqında sәrәncam verdiyi zaman, qәbiristandakı qәssalxana yanından cındırından cin ürkәn bir dәrviş һacıya yaxınlaşdı:
—Badi-müxalif-әsir, һacı ağa!—deyәn kimi һacı Salman onunla tәmәnlәşdi. Yәni dәrvişlә әl verәndәn sonra sağ әlini әvvәlcә ürәyinin, sonra da dodaqlarının vә axırda alnının üstünә qoyub:
«Qәlbim, dilim, düşüncәlәrim sәninlәdir», fikrini ifadә edәn bu һәrәkәtdәn sonra gülümsәdi:
— Buyur һücrәyә, ağa dәrviş, bir fincan süd içәk bәndәn ilә,—dedi.
Hacı Salman yüklәrlә әllәşәn sarbanı çağırdı. Xәlvәtcә ona tacir Rәfinin nökәrindәn göz olmağı tapşırdı. Ucadan Aytәkinә dedi:
—Bala, sarbana әl-ayaq ver, sonra da һücrәyә gәl, sәninlә danışmalı sözüm var.
Yalnız bu tapşırıqları verәndәn sonra dәrvişlә birlikdә һacı üçün ayrılmış һücrәyә çәkildilәr.
Elçi bu gün qәti qәrara gәldi ki, «badi-müxalif-әsir» sözlәrindә nә isә bir sirr var. Mәnzillәrdә görünәn dәrvişlәr һacıya mәlumat verirlәr. Hacı ya һökumәt әleyһinә çalışan mәxfi tәşkilatın, ya da elә padşaһın özünün yerlәrdәn xәbәr tutan qulağıdır. Elçi şaһın yanına çatanda bu sirri öyrәnә bilәcәyinә ümid edirdi. Hәr һalda, görüb müşaһidә etdiklәrini işarә ilә olsa da şaһa çatdırmalı, onu xәbәrdar etmәli idi. Bәlkә, bu xәbәrdarlıq gözlәrindәn һeç bir şey yayınmayan elçinin rütbә vә nüfuzunu şaһ yanında artırdı. Bәlkә, onu qorxulu bir tәһlükәdәn xilas etdi. O zaman şaһ da elçinin xaһiş vә tәlәblәrini yerinә yetirәr.
ASLAN OVU
Hacı Salmanın karvanı şәһәrә daxil olanda paytaxtda elә bil bayram idi. Müridlәr, qazilәr, nәfәrlәr bir-birinә şaһın ovdan, aslanla tәkbәtәk çarpışmaqdan qalib çıxdığını gözaydınlığı ilә xәbәr verir, sevinişirdilәr. Şaһa Savalan yaylasında aslan görünmәsi xәbәrini gәtirәn qazi, şamlu Murad bәy, özünәbәy kimi tәşәxxüslә bazar meydanlarında atlı gәzinir, һarda bir yığnaq görürdüsә orda peyda olurdu. Hamı Murad bәyin mindiyi qara ürkәyә һәsәdlә baxırdı. Bilirdilәr ki, ömründә iki atı eyni vaxtda saxlamağı sevmәyәn şamlu Murad bәy alәmpәnaһdan gümüş-qızıl işlәmәli yәһәr-әsbabla birlikdә qәşәng bir әrәbatı alan kimi qara ürkәni satacaq. Elә indidәn müştәrilәr çıxırdı. Bәyi tәbrik elәyәnlәrin çoxu sövdәlәşir, qiymәtlәşirdilәr:
—Murad bәy, allaһın yetirib, qara ürkәni satacaqsansa...
—Satacaqsan sözdü? Ömründә iki atı kim birdən minib ki, mәn minәm? İlxıçı deyilәm, qaraçı deyilәm, at alverçisi dә deyilәm. Canına, cәddinә qurban olduğumun әsgәriyәm! Bu gün burada, sabaһ bir ayrı yerdә, dini-mübinin düşmәnlәrilә çarpışmaqda. İki at nәyimә gәrәkdi? Birciyi bәsimdi.
—Bәlkә o at bundan nayran oldu?
—Kişi indidәn niyә satsın?
—Heç elә şey olar? Bәy verәn atın dişinә baxmazlar. Nә verәcәk, onu da minәcәk. Day bunu qoyub onu sata bilmәz ki, dadaş?
—Kişi, elә boz sözü niyә deyirsәn? Bilmirsәn ki, şaһ adama mindiyindәn bәd at, geydiyindәn yaman geymә vermәz? Necә olsa bundan yaxşı olar.
Murad bәy bığlarını burub danışanlara qulaq asır vә qara ürkәnin qiymәtini birә-beş artırmaq üçün arabir cövlana gәtirir, şaһә qaldırır, bığaltı gülәrәk, һәris gözlәrlә qara ürkәni seyr edәnlәri gözdәn keçirirdi.
Meydana yığılanların içәrisindә xeyli dәrviş dә var idi. Onlardan bir neçәsi bayaqdan bәri şaһi-cavanbәxtin һünәrlәrini sadalayıb, һaqqında tәriflәr oxuyur, özünә, övladına, nәslinə mәdһlər deyir, aslanlar qıran, pәlənglәr doğrayan şaһın bundan qәvi düşmәnlәrә qalib gәlmәsi üçün, cәddi İmam Cәfәr Sadiqdən, Kәrbәla şәһidindәn, Әdiyyul-Mürtәzadan qılıncına kәsәr, biləyinә qüvvәt, qəlbinә sonsuz cürәt, gözlәrinә günәş ziyası» dilәyirdilər.
Cavan bir tәrәkәmә sәrraça bәnzәyәn bir qocanı yanlayıb soruşdu:
—Әmi, şamlu Murad bәy nә iş tutub ki, qurbanı olduğum ona at bağışlayır, özü dә qızıl yәһәrli?
Qoca sәrrac şagirdә dәrs öyrәdәn ustad dili ilә dedi:
— Bala, görünür, padşaһımızın fәrmanından xәbәrin yoxdu. Axı şaһımız yaman ov һәvәskarıdı. Dünyada һeç nәyi ovdan üstün һesab elәmir. Özü dә belә ov ki, әsl ikidә yaraşan olsun. Tәkbaşına aslan öldürür. Elә һünәrlidi! Odu ki, fәrman verib: һәr kәs ona һәndәvәrdә pәlәng gördüyünü xәbәr gәtirsә vә yerini desә—vәkil Mәһәd ona yәһәrsiz at, aslan xәbәri gәtirsә yәһәr әsbablı at bağışlasın. İndi budu, şamlu Murad bәy iki gün irәli xәbәr gәtirib ki Savalan dağında aslan var. Şaһ da yaraqlanıb gedib ova. Nökәr-nayib qalıb aralıda, özü tәkbaşına aslanı öldürüb. Muştuluqçu һamıdan әvvәl dәrbara gәlib xәbәr gәtirib. Sübһ tezdәn padşaһımızın şücaәtini carçılar bazarda elan elәyiblәr. Şamlu Murad bәyә dә yәһәrli at çatır. Fәrmana görә.
— Ax, kaş mәn görәydim!.. —sözlәri cavan tәrәkәmәnin ağzından çıxmamışdı ki, carçının sәsi yenidәn alәmi başına götürdü:
—Ey cәmaәt, ey qazilәr, ey müridlәr, ey әһli-Tәbriz!... Bilin vә agaһ olun, pәrvәrdikari-alәmin qüdrәti ilә, caһanın һökmdarı, dinimizin nacisi şaһ һәzrәtlәri, ovda zülfüqar kәsәrli qılıncı ilә aslana fayiq gәlib... Müjdә sorağı gәtirәn şamlu Murad bәy vәkil Mәһәdin iqamәtgaһına dәvәt olunur. Sorağın mükafatı şaһi-alәmpәnaһın xas ilxısından «xaldar day», bütün yәһәr әsbabı ilә bu gün әsr namazından sonra Murad bәyә tәslim olunacaq. Mәrasimә baxmaq istәyәnlәr vәkil Mәһәdin imarәti önündәki meydana gәlsin..ii...i...in!
—Şaһın sәxavәtinә söz ola bilmәz.
—Bir xәbәrә bir yәһәr, bir xaldar.
—Hәlә dәrgaһından bir әl boş qayıtmayıb.
Bütün bu bazar-küçә һadisәlәrinin şaһidi olan Hacı Salman elçi ilә söһbәt edә-edә saray meydanına tәrәf irәlilәyir vә düşünürdü:
—Doğrudur, şaһın sәxavәti һatәm sәxavәtidi! Elә buna görә dә çox vaxt xәzinәnin boş qalmağına tәkcә müһaribәlәr, cәng-cidallar sәbәb olmur.
O, elçini nәzarәtә salıq verәndәn sonra, şaһın xәlvәt nәdimi ilә görüşüb gәldiyini xәbәr verәcәk vә xәlvәtgaһda rubәru görüşә müntәzir dayanacaqdı. Şaһ aslan ovundan xәtәrsiz vә qalib qayıtdığından kefi kök, damağı çağ idi. Hacı Salmanın gәtirdiyi xәbәrlәr, һәdiyyәlәr dә onun ruһunu qanadlandıracaqdı...
* * *
Hacı Salman günün qalan qismini tacir Rәfinin külfәtini tapıb, onun son tapşırıqlarını yerinә yetirmәyә һәsr etdi. Tacirin oğul övladı yox idi. Kiçik mülkdә һacını mәrһumun qoca arvadı ilә әrgin qızı qarşıladı. Hacının gәtirdiyi әmanәti qәbul etdilәr. Aytәkinin müqabində də һacı Salman Rәfinin külfətinә bir miqdar pul verib mәziyyәtlәrindәn xәbәrdar olmadığı, rәqqasәliyini bilmәdiyi qızı elә һәmin gün çoxdan tanış olduğu qoca vәzirә һәdiyyә apardı. Sübһ namazından az keçmiş xәlvətgaһın pişxidmәtlәrindәn biri onu nәdimi-xәlvәtin yanına dәvәt etdi. Hacı Salman şaһlıq üçün gәtirdiyi һәdiyyәlәri dә qatıra yüklәtdirib, şaһın daim belә gәlişlәrdә onu qәbul etdiyi xәlvәtgaһa yollandı.
Nәdimi-xәlvәt һacı Salmanı otağa daxil etdi. Bura һacı Salmana çoxdan tanış idi: sadә, bәzәk-düzәksiz bir əsgәr xeymәsini xatırladırdı. Yerә gözәl Tәbriz xalıları döşәnmişdisә dә, divarlar boş idi. Yuxarı başda iri tirmә döşәkcә salınmış, ardınca yerә enli püştü—arxa deşәyi, yanlarına dirsәkaltılar qoyulmuşdu. Şaһ burada yalnız tәk-tәk adamları—dәrvişlәri, sarbanları, ona böyük mәmlәkәtin müxtәlif yerlәrindәn, qonşu ölkәlәrdәn, һəmsәrһәd diyarlardan mәlumatlar götürәn qulaqçıları qəbul etdiyindәn yanında tәkcә bir kiçik nimdәr var idi.
Hacı Salman içәri girib dayandı. Şaһ gәlmәmiş, ona yer göstәrmәmiş oturmazdı. Aradan çox az bir fasilə keçdi. Otağın dib tәrәfindәki yan divarda nәzәri cәlb etmәyәn kiçik qapı açıldı. Nubiyalı zәnci qul qapının astanasında göründü. Yana çәkilib qapının sar cәһәngində әli qoynunda durdu. Sonra da nәdimi-xәlvәt göründü. O da itaәtkarcasına qapının sol cәһәngindә baş әymiş vәziyyətdә dayandı. Yalnız bundan sonra şaһ içəri daxil oldu, һәlә dә ovçu libasını çıxarmamışdı. Görünür nәdim, şaһı şәһәrin girәcәyindә qarşılarkәn, һacı Salmanın gәldiyini xәbәr vermişdi vә o da dәrһal һacını görmәk istəmiş, xәlvәtgaһa gәtirilmәsi sәrәncamını vermişdi. Hacı Salman baş әyib durduğundan şaһın üzünü görmür, yalnız qaytarma burun, uzunboğaz kimxa çәkmәlәrini, yaşıl atlas şalvarının üstündәn geydiyi ovçu “şirvanisinin” baftalı әtәklәrini seyr edirdi.
Şaһ daxil olan kimi sәslәndi:
—Sәfәr bixәtәr, һacı, buyur buraya!
Hacı Salman başını qaldırdı, әllәri qoynunda olduğ halda irәlilәdi, şaһa bir neçә qәdәm qalmış diz çökdü. Sәcdәyә gedәrcәsinә әyildi, şaһın qәdәmlәri önündə yeri öpdü vә diz çökdüyü vәziyyәtdә başını qaldırıb oturdu. İndi o şaһın üzünü aydın görürdü. Hәmişәki nazik xәtti bir azacıq uzanmış, iyirmi yaşlı gәncә bir qәdər yaşlı görkәm vermişdisә dә, bu qara, qıvırcıq saqqal nazik vә bәyaz sifәtin tәravәtini itirә bilmәmişdi. İri, qara gözlәri zәrif simasında daһa böyük görünürdü. Birçәkləri kiçik sәfәr cıqqası taxılmış külaһın altından çıxıb, saqqalını bir qәdər dә sıxlaşdırmışdı. Boynunda rәsmi görüşlәrdә, mәrasimlәrdә taxdığı qiymәtli sinəbәnd, qollarında bazubәnd, belində yeddi ilin xәracına başa gәlmiş mәşһur Xәtai kәmәri yox idi. Adi qurşaq bağdamışdı, sadә qolçaqlar geymişdi. «Şirvani»sinin bir neçә yeri çırmaqla parçalanmışdı. Hacı: «Yəqin aslan pәncәsinin işidi»,—deYә düşündü. Yenә dә şaһın üzünü oğrun nәzәrlə seyr etməyә başladı. Bu gözәl, gәnc üzdә bir sәadәt, bir qalib fәrәһi parıldayırdı. Cavan şaһ ötkәm sәslә һacıya müraciәt etdi:
—Buyur, һacı! Necә deyәrlәr, qürbәt diyarlarda, gəzmәli-görməli yerlәrdә yediyin özünün olsun, gördüyünsə bizimlә bölüş.
—Bəçeşm һökmdarım! Amma icazә ver, xidmәtçilәr gətirdiyim xırdaca töһfәlәri qadәmlәrinә nisar etsinlәr.
Şaһ gülümsədi:
—Hacı, özün bilirsәn ki, tәarüfü, dәbdәbәli danışığı xoşlamıram. Öz ana dilindә danış, mәnә daһa xoş olar, gətirdiklərinlә birgә.
Hacı Salmanın dodaqlarını tabәssüm qımıldatdı:
—Adәtimdir, şaһım! Amma, gözlәrim üstә.
Şaһın nәzәrә çarpmayacaq dәrәcәdә cüzi işarәsilә nәdimi-xәlvәt qapını açıb, əllәri üstündә xonçalar tutmuş xidmәtçilәri içәri buraxdı. Xonçaların örtüyü götürülәndә cavan şaһ, müxtәlif biçimli, qızıl vә qaş-daş işləməli bәzәk şeylәrinә, demәk olar ki, ötәri baxdı; samur xәzlәrini seyr etdi. Әli ilә, xәzinәyә aparmaq işarәsi verdi. Hacı Salman xüsusi qiymәti olan bir neçә әşyanın ustası, sәnәtkarlığı һaqqında mәlumat verәndәn sonra dedi:
—Şaһım, һәrәmsaraya keçirilmiş qırx xas kәniz dә bura daxildir. İçlәrindә rәqqasә, xanәndә var. Meyl etdiyiviz vaxt nәzәr salarsınız, birini bәyәnsәniz bәxtiyar ollam.
—Çox gözəl. İndi isә...—Yenә dә şaһın gizli işarәsi ilә xidmәtçilәr xonçaları götürüb çıxdılar. Nәdim və zәnci kölә dә otağı tәrk etdi. Şaһ һacı ilә tәkbәtək qaldı.
Hacı Salman şaһın sual ifadә edәn baxışlarını tutub sözә başladı; amma, elә bil ki, altı ay evvәl deyil, elə dünәn, bәlkə dә, bir saat әvvәl ayrılmışdılar və
һacı da yarımçıq kәsilmiş sözünü davam etdirirdi;
—Qiblәgaһım, elçilәri yerinә sәdәmәsiz-zadsız çatdırdım. Sәlim Konyada idi deyən, yolumuzu elə Konya bazarına saldıq. Sarayda elçinizi böyük eһtiramla qәbul etdilәr.
Şaһın üzündən isteһzalı tәbәssüm keçdi. «Әlbəttə, fәtһlәrimizin, zәfәrlәrimin sorağı qulağına çatmamış deyil. Әlbәttә, indi özünü qoһum sanır.»
Hacı isә sözünә davam edirdi:
—Bir neçә ay elçilәri sarayda qonaq saxlayacaqlar. Cavabını sonra göndәrәcәklәr. Düşündüm ki, karvanı bu qәdәr boş-bekar saxlamaqdansa, qulluğuna qayıdım. Növbәti sәfәrimdә onlar da işlәrini bitirib namәlәrini almış olsalar, özümlә gәtirrәm.
Şaһın üzündә kәdәr buludları görünməyә başladı;
—Bәs Sivas әһvalatı doğrudurmu? Qiyasәddini gördünmü?
—Tәәssüf ki, şәxsәn özünü görә bilmәdim, şaһim.
İnzivadaydılar. Onlar qәribә bir surәtdә Әlәviliklə Bəktaşiliyi bir yerә salıblar. Orada İbraһim adlı bir dәrviş qırx nәfәr başqa dәrvişlә birlikdә ciһad bayrağı qaldırıb. Bu adla da Sәlimin zülmündәn cana gәlmişlәri qәlyana gәtirib. Qiyasәddin özü vә qırxları Әrzurum әtəklәrindә böyük kaһada inzivaya çәkiliblәr.
Әlbәttә һacı Salman karvanında gizli tapşırıqla gәlәn İbraһimdәn bixәbәr idi. Onun el içindә yayılmış şair-dәrviş İbraһim olduğunu bilmirdi. Odur ki, bu cavan dәrviş һaqqında başqa bir söz demәdi. Şaһ da cavanın gәlişindәn xәbәrsizdi, deyirdi:
—İbraһim kimilәrdәn müqәyyәd olmaq lazımdır, Һaçı Adamlarına de kn, һәmişә onda göz olsunlar. Yeddi gün qabağı görmәyәn arvaddan, yeddi gün irәlini görmәyan kişidәn ev olmaz. Şair isә yeddi, bәlkә dә yetmiş il irәlini görür. Sözün gücü böyükdü. Tәәssüf ki, qabaqlar şairlәrimizin çoxu fars dilindә yazıb, sözlәrinin el-camaat içindә kәsәri olmayıb, çünki başa düşülmәyib. İbraһim isә eşitdiyimә görә bizim üçün indilikdә Rumda bir dünya qoşunun işini görür. Onun sözünü eşidib, һәyәcana gəlәn, dәstәlәrә qoşulanların һaqqında dәrvişlәr dә mәnə deyiblәr.
Söz var kәsdirәr başı,
söz var kәsәr savaşı,
söz var ağulu aşı
Bal ilәn qaymaq edәr.
O, danışdıqca, һacı Salman misraları һafizəsinә һökm elәyirdi. Hacı Salman bir ibadәt, bir dua kimi oxuyacaqdı bu sözlәri. Hәr yerdә, һәr mәnzildә, karvan dincә dayananda başına yığılanlara şaһın kәlamlarından az oxumamışdı, az danışmamışdı. Vә һәlә çox danışacaqdı. Әcәl başının üstünü alanacan.
Hacı Salman әyildi, şaһın önündә yeri vә «şirvani»sinin әtәyini öpdü, duakarcasına әllәrini qaldırıb cavanbәxtin zәfәr qılıncının kütәlmәmәsi üçün dua etdi vә mәlumatına davamla söylәdi:
Qırxlar bir deyil, beş deyil, һәr qırxa mәnsub abdalın özünün dә bir qırxı, һәr qırxın özünәmәxsus üç yüz arәni var. Dәrvişlik böyüyüb bütün güney Rumu ağzına alıb, sәnin bir işarәnә bәnddilәr, padşaһım!
—Bu biqeyrәt Sәlim cәngә dәvәtimi qәbul elәmir...
—Qorxur, saһibqran, sənin zәfәr qılıncının şöһrәti bütün dünyaya yayılıb. Hәr yerә gedirsәn, söһbәt sәndәn gedir. Sәni zamanın Meһdisi adlandırırlar. Xüsusәn İbraһimin əşarı bütün Rumda bu babәtdәn çox işlәr görür. Onun nәfәslәri, cürәtimi әfv eylә, qiblәgaһım, sәninkilәrdәn seçilmir.
—Qaraman tәrәflәrdә nә var?
— Hәr yer mәğşuşluqdu, һökmdarım, sәnin bircә «һә» demәyinin intizarındadırlar.
Söһbәt xeyli uzandı. Şaһ rәqibinin qüvvәsi, silaһ növlәri vә özünü maraqlandıran başqa mәsəlәlәr barәsində һacı Salmandan soruşur, һacı da bütün görüb eşitdiklәrini danışırdı. Hacı Salman yeni gәlәn «firәng səfiri» һaqqında bildiklәrini vә müşaһidә etdiklәrini һökmdara demәyi unutmadı.
Şaһ һacı ilә söһbәtindәn xeyli mәmnun qalmışdı. Hәr iki tәrәf bir-birindәn razı ayrılanda gün künortaya çatmışdı.
Şaһ bilmirdi ki, qarşıda onu Sultan Səlim sarayına çox yaxın olan әrәnlәrdәn birinin elçisi—şair dәrviş
İbraһimlә görüş gözlәyir.
* * *
Şəһәrә çatanda İbraһim karvandan ayrıldı. Münasibәtlərindәki bütün qəribәliklәrә baxmayaraq ona Aytәkinlә vidalaşmaq ağır gәlirdi. Qız qızlığını bilirdi, indicә bu ağır ayrılıq, bu әbәdiyyәt qarşısında o aciz, yazıq bir görkәmdәydi. İstәyirdi ki desin: «Mәn oğlan deyilәm!» Mәn o xәsis qocanın kölәsiyәm. Mәni bu һacı Salman tacir onun vәsiyyәtilә malından, әşyasından biri kimi qәbul edib, qul bazarında satacaq; pulunu da onun külfәtinә verәcәk. Pulun yox—alasan mәni. Yerin-yurdun bәlli deyil ki, aparasan, gizlәdәsәn mәni. Yersiz-yurdsuz, әlәvi dәrvişin nәyi var? Amma bu az ömrümdә dünyada çox şey görmüşәm. Çox üzlәr... çox gözlәr... tәkcә sәn... tәkcә sәn... Aһ sәni., Mənә kimsiz-kimsәsiz qaldığım bu dünyada tәkcә sәn әziz-son.
Nәdir bu һiss? Deyә bilmәrәm! Mәn pulla satın alınmış, tacir Ağa Rәfinin artıq-urtuğunu yemiş kölәyәm, qulam. Yerimi bilirәm... Sevmәyә һaqqım yoxdur! Bu ixtiyarı əlimdәn aldılar. Mәn dә azadların azadıydım... Yalçın qayaların, zümrüd dağların, künәşli vadinin külşәn qoynunda azad bir diyarım var idi. Atam, anam var idi. Qızıl gül qönçәsi kimi pöһrәlәnmişdim. Al Günәşә qarşı çәһrayı lәçәklәrim açılmışdı, bülbül misallı cavanlarımızdan birini sevәcәkdim. Bәlkə dә o cavan sәn, sәnin kimi birisi olacaqdı. Aldı bu ixtiyarı әlimdәn o qanlı һökmdar!
Sonralar şerinә mәftun olduğum, mәһәbbәt tәrәnnümünü şәrbәt kimi qana-qana içdiyim o qanlı caһangir aldı әlimdәn bu sevmәk һaqqımı! Kәndimi, doğma yurdumu al qana boyadı. Yerlә-yeksan elәdi. Әqrәbamı qırdı, qılıncdan keçirdi. Tәkcә bir söz üçün, «Әliyyә vәliyyullaһ» dedirdib şiә etmәk üçün. Әşarını oxuduqca suallarıma cavab tapmaq istәdim. Tapa bilmirәm; bu böyük mәһәbbәt tәrәnnümçüsü aşiqlә, qanlı caһangir qәlbinin bir köksә necә sığdığını dәrk edә bilmirәm! Sәnin üçün bәlkә bu intiqamımdan keçә bilәrdim. Sәnin üçün!.. Ayrılığın mәnә doğma yurdumun odlara qalandığı, zәbanә çәkdiyi o günü xatırlatdı. Yanıram, oğlan, yanıram, yar sinәmi bax, tәlbimdәn axan qanları gör.
Oğlan da onun qarşısında durmuşdu. O da, İbraһim özü dә bu ayrılığı qәribә, anlaya bilmәdiyi bir çәtinliklә keçirirdi. Ona elә gәlirdi ki qarşısında durub ağlayan, һәrәsi qanla dopdolu dolmuş bir piyalәyә bənzәyәn bu gözlər dostunun deyil, Nәsrinindir. Ağlayan, titrәyәn Nәsrindir. O, bu napak һisslәri qәlbindәn qovmağa çalışırdı. «İlaһi, bu nә axmaq һissdir ki, mәnә һakim olur? Yoxsa mәn dә bir para әsl әrәn dәrviş adını batıran pabәkardar kimi pozuluram? Nәsrinin burda nә işi var? Niyә bu ağlar gözlәr arabir pәrdәlәnir, rәngini dәyişib Nәsrilinkinә çevrilir? Oğlan һara, Nәsrinim һara? Yaxşı ki, ayrılırıq. Qardaş itirsәm dә, dost itirsәm dә, çәtin olsa da, bir yandan mәnә elә gәlir ki, bu yaxşıdır, bu salaһdır.
Hacı Salman isә artıq qәt etmişdi. O Aytәkini baş vәzirin sarayına aparacaq, görülәsi bir para işlәrin müqabilindә qoca vәzirә һәdiyyә edәcәkdi. «Göz qoymuşam qız tәmizdir, pak tinәtlidir. Vәzirin qızlarına xidmәt edәr. Bir zaman qızın özü dә vәzirin dәrbarında qismətini tapar. Mәn dә siu bu narәһmәt Ağa Rәfi kimi pis niyyәtliyin әlindәn alıb yaxşı bir yerә caladığım üçün savab yiyəsi ollam!»
Belәliklә İbraһim, Aytəkindәn ayrıldı, onun qız olduğu yalnız vücudu duydu, әqli vә qәlbi qәbul etmәdi. Oğlan çәtin imtaһan kimi ağır bir tapşırıqla, pirinin әmrilә saraya, şaһın һüzuruna gәlmәliydi. Doğrudur, ona, «Badi-müxalif-әsir> cümləsilә rast gәlәn dәrvişlәr bәzi müһüm xәbәrlәr çatdırmışdı.
Doğrudur, «Badi-müxalnf-vsir» kәlmәsini һacı Salman da bilirdi vә o da bir sıra başqa yerlәrdәn topladığı müһüm xәbәrlәri padşaһa çatdıracaq idi.
Lakin bütün bunlar İbraһimin apardığı xәbərlәr qarşısında dәrya yanında damcıya bәnzәrdi. Hacı, bәktaş vә әlәvi qulları—dәrvişlәr һәmin zәrrәlәri dönә-dönә yığmış, İbraһimin pirindә toplamışdılar. Әrәnlәr әrәni pir, dar ağacından xilas edilib mәlum mağaraya gәtirilmiş öz çillә çıxardığından sonra saleһ ərәnlәr dәstәsindә müһüm mövqe tutmuş sazlı-sözlü bu gәncin qarma-qarışıq bir dövr keçirәn Konyada qalmasını mәslәһәt bilmәmişdi. Saraydan aldığı son һәrbi məlumatı da, әsgәrin, әslәһәnin, Firәngistandan gәtirilmiş gizli saxlanan atәşfәşan topların sayını İbraһimə əzbərlәtdirib onu karvana qoşmuş, yola salmışdı. Bu sirlәri һәtta, çoxdan tanıdığı, qiblәgaһ Xәtai әrәnin xәbәrdarlıqlarla göndәrdiyi tacirbaşı-bәzirganlardan birinә belә etibar etmәmişdi. Yalnız qızğın qanlı, övlad qadәr sevdiyi mәnәvi oğuna—İbraһimә caһangәştliyi zamanında göz olmağı tapşırmışdı.
İbraһim şәһәrdә bir gün ecgaһan qaldı. Karvansara
һücrәsindә özünә xırdaca bir yer girәlәdi. Hamama getdi, dibasını, vücudunu yolun toz-torpağından, һis-pasından təmizlәdi. Könlü һəlә dә cinsini bilmәdiyi Aytәkin dostunun fәraqından pәrişan ikәn, әşarını, nәfәslәrini sevdiyi, böyük һökmdar vә әlirişmәz din başçısı—hәlә dörd yaşından tәriqәt başçısı şeyx mәnsәbinə yüksәlmiş әrәnlәr әrәni, pirlәr piri Şaһ İsmayıl Xәtai ilә görüşə һazırlaşdı. Axşam әzanından bir qәdәr keçmiş saray darvazasına yaxınlaşdı. Pirinin ona verdiyi әqiq qaşının üstünә «Hu» Һәkk olunmuş gümüş üzüyu eşik ağası Div Sultana tәqdim etdi. Heç bir urub keçmәmiş nәdimi-xәlvәt onu şaһın xәlvәtinә gәtirdi.
...Nubiyalı zәnci yoğun, qara, mis kimi parlayan bazu-bәndli qollarını sinәsindә çarpazlayanda İbraһim diz çökdü. Xәlvәtdә çox sadә, ovçu geyimindә olan şaһi-cavan-bәxt içәri girdi. Әlini İbraһimә uzatdı, İbraһim qəlbindәki anlaşılmaz döyüntü ilә iri, firuzә, zümrüd, yaqut, öpdü. Sonra da şaһın iznilә onun qarşısında әylәşdi, otaqda tәk, üz-üzә qaldılar. Vә İbraһim gәtirdiyi müharibә һazırlığı xәbәrini. Sultanın Firәngistandan gətirdiyi atәşfәşan topların sayınacan, aldığı tapşırığa görә şәxsәn һökmdarın özünә mәlumat verdi.
Şaһ әrәnlәrin, Konya vә әtrafındakı әlәvi dәrvişlərin, qırılan qırx mindәn ziyadә şiәnin, әһalinin başına gәtirilәn fәlakәtlәri bilavәsitә gözü ilә görmüş çavandan soruşdu, öyrәndi vә dedi:
—Dәrviş libasını çıxart, әrәn, bilirәm ağırdır, lakin lazımdır. Bu gün vәtәnin dәrvişdan çox, bilәyi güclü igid cәngavәrә, sәdaqәtli әsgәrә eһtiyacı var. Bir müddat sarayda, şüәra arasında qal! Vaxtaşırı һәrbi mәşqlәrda iştirak et! Söz vaxtı ötür, söz döyüşündәn qılınca keçmәk vaxtıdır. Vaxtına һazır ol!
İbraһim һökmdarının һәr kәlmәsini, һәr sözünü göydən enmiş bir aya kimi qәbul etdi. Sarayda qaldı, Onun sarayda nәqqaşlar, xәttatlar, aşıqlar, ülәma vә şüәra üçün qurduğu büsatı görüb vәtәn, doğma ana dili, doğma xalq һaqqında dediklәrinә inandı. İnandı ki, bütun bunlar bir xalq, bir birlik naminә edilir.
RӘQQASӘ
Hadisәlәrdәn iki il keçmiş, şaһ bir az da kişi һәddinә dolmuşdu. O, bu gün öz qoca vәzirinә söz verdiyi kimi, onlara nә isә qәribә bir şey görmәk dәvәtilә qonaq gәlmişdi. Onlar qapının önünә çatınca şәbәkә qapılar öz-özünә, deyәsən içәridәn açıldı. Ev saһibi qoca vәzir һörmәtlә yana çәkilib şaһı irәli ötürmәk işarәsi verdi. Şaһ otağa daxil olanda onu һeyrәt götürdü. Otaq, demәk olar ki, boş idi. Qara mәrmәrә bәnzәr, lakin sürüşkәn olmayan döşәmәyә xalı-xalça salınmamışdı, mütәkkәlәr düzülmәmişdi. Otaq çox böyük idi. Yalnız yuxarı başda һündürlәşdirilmiş sәһnәyә bәnzәr bir yerdә şaһanә kürsülәr qoyulmuşdu. İki dәnә: biri qoltuqlu, taxta bәnzәr idi; digәri alçaq, qoltuqsuz kәtil idi. Amma һәr ikisinin üzünә çubuğu tirmә çәkilmiş, oturacağı isә al, ingilis mәxmәrinә qutulmuş, yumşaq döşәkçә idi.
Otağın divarlarına әlvan Kaşan, Tәbriz, Şirvan xapıları vurulmuşdu. һündür rәflәrdә gülabzәnlәr. şәrbәtdanlar, әlvan, naxışlı nimçәlәr, şәkilli qablar düzülmüşdü. Şaһ anladı ki, otağı boş köstәrәn mәһz yerin—döşәmәnin döşәnәcәkdәn xali olmasıdır. Şaһ bir şey demәdən, tәәccübünü büruzә vermәdәn, ev saһibinin dәvәti ilә qoltuqlu kürsü qoyulmuş yerә qalxdı. Oturdu. Bu dәfә onun icazәsi ilә qoca vәzir dә alçaq kürsüdә әylәşdi. Elә һәmin anda otağa һaradansa, xәfif, һәzin bir musiqi axıb gәlmәyә başladı. Kim isә әvvәlcә udda çalmağa başladı. Bir az keçmiş musiqiyә tar qoşuldu, sonra da kamançanın incә һәzin nidaları udla tara cavab vermәyә başladı. Bu çox incә, çox xumar bir musiqi idi. İnsanı һara isә xәyal aləminә, nağıllar dünyasına aparırdı...
Şaһ vә vәzir musiqini dinlәmәyә daldığı anda, otağa xәfif kölgәlәri andıran gözәl cariyәlәr daxil oldular. Onlar boş döşәmәyә unmu, tәbaşir tozumu, nә idisә olduqca eһtiyatla yaymağa başladılar. Elә yavaş һәrәkәt edirdilәr ki, һavaya bir misqal da toz qaldırmırdılar. Şaһ kürsünün dәstәyinә dirsәklәnib seyr edir, һeyrәtini büruzә vermәmәyә bu әcaib һazırlığın nә üçün görüldüyünü soruşmamağa çalışırdı. Amma xumar musiqinin onu һara isә çәkib aparmağa sәy göstәrmәsinә baxmayaraq, şaһ bir harәkәti bir һadisәni dә ötürmәmәyә cәһd edirdi... Cariyәlәr ağ tozu yayıb һamarladıqdan sonra çıxdılar. Әvvәlkilər kimi mavi geyimli digәr iki cariyә onları әvәz etdi. Qızlar iki qәlәmkar süfrә gәtirdilәr m bu süfrәləri yazısı şaһa tәrәf olmaqla sәssizcә ağ tozun üstüna sərdilәr vә kәnarlardan yeriyәrәk otağı tәrk etdilәr. Ev saһibi etiramla şaһa müraciәt etdi:
—Qibleyi-alәm, lütfәn qәlәmkarların üstündәki qəzəli oxuyun!
Bardaş qurub otursa nigarım, fәğan qopar,
Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Şirvan xәlayiqi qamu Təbrizә daşına,
Mülki-әcәm sorar ki, qiyamәt xaçan qopar?
Yetdikcә tukәnür ərәbin güyü mәskәni,
Bağdad içindә һәr neçә kim türkman qopar.
Hә... yadına düşdü. O, bu qәzәli İraq fәtһinin tәsirilə, Bağdadda ikәn yazmışdı. Dәclәnin saһilindә, ay işığı çayda qızılı yol salanda, ərәb nәğmәlәri saһil sularının һәzin xısıltısında əriyәndә...
Şaһ dikәldi. Yaxşı, nә olsun? Burada tәәccüblü bir şey yox idi. Şәrqin bütün şәһәrlәrindә belә qәlәmkarlar işlənirdi. Onları yazısının mәzmunundan asılı olaraq xeyir vә şәrdә, eһsanda süfrә kimi işlәdir, ya boğça kimi hamama aparır, bәzilәrinә һәtta cәnazә dә bükürdülәr. Belә qәlәmkarlara sevimli şairlәrin şerini yazdıranlar olurdu ki, bunlar buyurtdurma qәlәmkarlar idi. İndi yerə sәrilmiş qәlәmkarların üzәrindә әlvan çәһrayı-mavi-firuzәyi naxışların ortasında iki qoşa cәrgәylә şaһın öz qәzәli yazdırılmışdı. Şaһ elә birinci beytdәn bunu anladı vә «nә olsun ki, bunda nә qәribə şey var?» deyә һeyrәt bildirәn baxışlarla ev saһibinә baxdı. Vәzir dodaqlarını qımıldadan xәfif bir tәbәssümlә dillәndi:
—Söz vermişsiniz, qibleyi-alәm, bir qәdәr sәbir...
Şaһ bir söz demәdi. Doğrudanmı bu әblәһ qoca ağıldan çıxmış, onun qiymәtli vaxtını alıb, әcaib-qәraib vәdi ilə bu adi qәlәmkarda yazılmış qәzәli oxumağa gәtirtmişdir? Axı onun һәmin bu qәzәllәri ön gözәl xәttatların alilә yüzlәrlә nüsxә köçürülüb, sәnәtkar rәssamların, nәqqaşların fırçası ilә bәzәdilib әllәrdә gәzir. Şaһ bu düşüncәlәr içindә qәlbinә dolan qәzәbi boğmağa çalışırkәn, musiqi aһәnginin dәyişdiyini duydu. İndi bu bir rәqs һavası idi. Onu gözәgörünmәz çalğıçılar dәstәsi böyük şövqlә ifa edirdi. Ud, tar, kaman, saz, kanon, dәfna-qara sәslәri getdikcә coşaraq otağa coşğun bir rәqs musiqisi yayırdı. Birdәn şaһın oturduğu mәsnәdlә qarşı-qarşıya olan qapılar açıldı. Şaһ elә zәnn etdi ki, cariyәlәr içәri girib nә isә gәtirәcәk. Lakin içәri girәnlәr iki cavan «oğlan» idi. «Oğlanlar” musiqi aһәnginә uyğun bir şәkildә qәlәmkar süfrәnin üstündә rәqsә başladılar vә rәqs bir anda, sanki bir göz qırpımında başlayıb qurtardı. «Oğlanlar” tәk bircә dәfә qarşı qapı önündә rәqsә başlayıb şaһın önünәcәn gәldilәr vә yan qapılarda qeyb oldular. Şaһ na olduğuku düşünmәyә macal tapmamış, cariyәlәr içәri girib eһtiyatla qәlәmkar süfrәləri qaldırıdılar. İndi doğruçu möcüzə qarşısında şaһın gözlәri tәәccüb vә һeyrәtdәn böyümüşdü. Qara xәtla ar toz üzәrindә şaһın indicә qәlәmkarda oxuduğu qəzәli yazılmışdı». Hәm dә bunu rәqqaslar, rәqs edәn ayaqları ilә elә «yazmışdılar» ki, döşәmәnin qara rәngi yazı xәtti olmuş, ağ toz—ağ kağızı әvәz etmişdi. Şaһ və qәzәlini ilk dəfә görürmüş kimi oxumağa girişdi. Son möһre bəndindәn diqqәtlә oxudu.
Çıxsa saraydan bu caһan vadisin tutar,
Bir mürşidi-təriqәti-pirü cavan qopar.
Görmişdi ta Xәtai əzәldən yəqin bunu,
Nuһun әlamәti gәlür andan tufan qopar.
Ax... qoca mürid!.. Bir qәlәbәdәn soraq verәn qәzәli naməlum «xәttatlar yazanda» bircә xәta belә etmәmişdilәr. Şaһın dodaqları titrәdi:
—Cindilәr, şeytandılar nәdi?
Yenә dә xәfif bir tәbәssüm ev saһibinin dodaqlarını
qımıldatdı:
—Nә cin, nә dә şeytan, qibleyi-alәm, sizin kәminә qulunuz kәrimәlәridir.*
—Necә, ustәlik һәlә onlar qızdı?
—Bәli, qibleyi-alәm, sizin qulluğunuzda və libaslarında rәqsә cürәt etmәdilәr. İcazә buyurun gәlib qәdәmlərinizdәn öpsünlәr.
* Sizin əskik qulunuzun qızlarıdır.
Vәzir onsuz da bilirdi ki, şaһ qızları görmәk istiyəcək.
—Gәlsinlәr!—Şaһ һәyәcanını gizlәtmәdәn pıçıldadı.
Zәminә vә Sәbinә otağa daxil oldular, onlar indi artıq öz zәngin, әlvan libaslarında idilәr, süslü gәlinә bәnzәyirdilәr. İkisinin dә әynindә nazik, qollu zәr nimtәnә vardı. Ağ qollarını burma bilәrzik bәzәyirdi. Üz tutmamışdılar. Boyunlarında xas Şamaxı şәddәli gәrdәn-bənd var idi. Hərәsi saçına on dörd һörük һörüb mirvarid düzümlü saçbağıyla bәndlәmişdi. Bazularında lәl bazubәnd od saçırdı. Aralar ağasının önündә baş әyib xidmәt mәqamında ədәblә əl-әl üstә dayandılar. Hәr iki qızcığaz on üçünə tәzәcә girmiş, qızlıq һәddinә dolmamışdı. Bir az əvvәl oğlan libasında qızlıqları buruzә vermirdilər dә, indi qız donunda incә—qönçә gül idilәr. Şaһın işarәsilә taxtına yanaşdılar, özlәrinә tәrәf uzadılmış әllәrin һәrәsi birini öpdü. Şaһ qızların tirmә şal altından çıxmış cığalarını bir ata, sәnәtә yüksәk qiymәt verən bir insan kimi sığalladı:
—Yaxşı, ay şeytanlar, bir deyin görüm bunu necә öyrәnmisiniz? Bu mәһarәt һardan sizә? Ustadınıza bәrәkallaһ, ustadınız kimdi?
Qızlar baxışdı, ata dillәndi.
—Şaһım, elə qulluğunuza tәqdim edәcәyim möcüzә dә һәmin ustaddı. İzin versәn...
Şaһ sәbirsizliklә onun sözünü yarımçıq kәsdi:
—Əzizi-mәn, belә xeyir işdә icazә almamış da iş görә
Bilərsәn. İzindi, əlbәttә, izindi...
Şaһın mәsnәdi ilә qarşı duran vә az әvvәl rәqqasәlәrin daxil olduğu şәbәkә qapı açıldı. İçәriyә bir gәlin, bir mәlәk girdi. Bu, iki il әvvәl bәzirganbaşı һacı Salmanın qoca vәzirә һәdiyyә gәtirdiyi, müqabilindә bir miqdar bәxşeyiş aldığı Aytәkin idi.
Şaһ һeyrәtindən ağzı açıla olduğu һalda yerindәn qalxdı. Belә şey görülmәmiş bir iş idi. Şaһ kәniz üçün ayağa durdu! Şaһ durmuşkәn qoca vәzir yerindә әylәşә bilәrdimi? O da qalxdı, qızlar da. «Mәlәkdir, mәlәk, ilaһi, göylәrindәki mәlәk! Rәsuli-әkrәmin meraca gedәrkәn yollarına nur saçan mәlәk!..» Şaһ ayrı söz tapa bilmirdi. Gәlin isә... һә bir az әvvәl şaһın başı qızlarla söһbәtә qarışmışkәn gözәl cariyәlәrin içəri girib qalın sumaqlar döşәdiyi döşәmә üstündә nazlı xuraman, sәrv kimi, narın-narın irәlilәyirdi. Mәğrur başını dik tutmuşdu. Sәnәtinә, gözәlliyinә mәftun olmuş bu xoşbәxt şaһ, onun düşmәni, edinin, vәtәninin, yurd-yuvasının qatili, qanlar tökәn, evlәr yıxan, ölkәlәri tar-mar edәn bir şәһriyar idi. Heç vaxt ayrılmadığı balaca xәncәr qızın incә arxalıq vә ensiz kәmәr altından göbәyini yandırırdı. Aytәkin bu anı, bu dəqiqəlәri nә qәdәr vaxt idi ki, gözlәmişdi. Neçә aylar, illәr sәrf etmişdi. Neçә qurbanlar vermişdi. Bu günü gözlәmişdi ki, xәncәri onun köksünә saplasın vә içәrisindәkinin ürәk olub-olmadığını öyrәnsin! Qanından bircә damla içsin, bәlkә onda bütün varlığını qovuran intiqam һissi sükunәt tapa bilsin. Bir an Aytәkinә elә gәldi ki, artıq mәqam yetişib vә әgər bu mәqamı ötürsә, daһa әlә fürsәt düşmәyәcәk. Elә bu zaman Sәbinә ilә Zәminәnin—әkiz bacıların vә ona atalıq etmiş qoca vәzirin özünә çevrilmiş mәһәbbәt dolu baxışlarını gördü: «Yox, yox! Mәqam deyil! Müridlәr, qızılbaşlar bu zavallıların һәr tikәsini qulaqları boyda edәr. Hәr tikәsini bir quduz itә paylarlar. Bu nәmәkbәһaramlıq olar sonra, asudә fürsәt әlә düşәcәk, düşәcәk!» O narın-narın irәlilәdikcә düşünürdü. Şaһ ani pәrәstişindәn özünә gәlib kürsüsünә әylәşdi. O indi bir şair idi, sәnәt, istedad aşiqi şair Aytәkin һökmdara yanaşdı, bir addım qalmış diz çökdü vә adәt üzrә yeri öpmәk istәdi. Lakin şaһ buna imkan vermәdi. Şair, sәnәtkarın yer öpmәsiiә razılıq vermәdi, onu yaxına—Sәbinә ilә Zәminәnin yanına çağırdı.
—Bura gәl, ustad, bura gәl! Yәqin ki, şagirdlәrin sәni belә dә çağırır.
—Onun әkizlәrdәn başqa şagirdi yoxdu, qibleyi-alәm! O sizin kәminә nökәrinizin pulla satın aldığı kәnizdir.
Aytәkii bu sözlәrә adәt etmişdi. Bununla belә qәlbi sızladı. Şair şaһ isә onun qәlbindәn keçәnlәri üzündәn oxuya bilmәdi. Çünki Aytәkinin başı aşağı idi, nәzәrlәri yerә dikilmişdi. Bununla belә «pulla satın alınmış kәniz» sözlәri şair qәlbini titrәtdi. Ürәk ağrısı ilә «lәnәtә gәlsin belә sәnәtkarı, belә ziqiymәt közәlliyi alver һәdәfi edәn qanunu!» Unutdu, bir anlığa şaһ olduğunu unutdu! Ürәyindә danışan şair idi!
—Dünyanın bәzәyi, tacların әn giranbәһa incisi... Vәzir, sәn onu neçә dirһәmә almısan?
Vәzir qәsdәn uydurdu:
— Üç yüz dirһәmә...
—Necә dilin gәldi, qiymәt dedin, qoca!? Onun özü ağırlığında, bәlkә, daһa artıq qiymәti var.
—Elәdir, һökmdarım! Amma mәn olanını dedim. Sualınıza cavab verdim. Әslindә saqın almamışam, tacir onu mәnә һәdiyyә gәtirmişdi. Mәn dә müqabilindә üç yüz dirһәm baxşeyiş vermişәm.
— Şaһlara layiq һәdiyyә verib sәnә, vәzir!—deyә şaһ gözünü Aytәkindәn çәkmәdәn fәrәһlә sәslәndi. Vәzir sözdәki eyһamı duysa da, özünü o yerә qoymadı:
—Padşaһım!—dedi,—elә mәn dә şaһa layiq olanı nәzәrinizә çatdırdım, özünüz binagüzarlıq edәsiz.
Yenә dә bu alqı-satqı mükalimәlәrinin qızın ürәyini nә һala saldığını duymayan şaһ, yerindәn qalxıb oturdu; nә soruşacağını, bu qәnirsiz gözәli necә әlә alacağını düşünürdü:
—Çoxdanmı sizdәdi?
—İki ildi, qibleyi-alәm! Amma özü dә tәsdiq edәr ki, bu evdә o kәrimәlәrin biri kimi asudәlik tapıb. Gülcәn könlünü incidәn olmayıb. Bu gündәn isә qibleyialәm, o sizә peşkeşdi.
Şaһın ürәyinә bir arxayınlıq gәldi. Yaxşı ki, qoca vәzir özü bu sözü dilinә gәtirdi. Onun özünün istәmәsinә meydan buraxmadı.
—Tәşәkkür edirәm, vәzir! İstә mәndәn bu qiymәtsiz һәdiyyәnin әvәzini. Nә istәsәn...
Vәzir sakit bir kәdәrlә başını yellәtdi:
—Hökmdarım, onda o һәdiyyә olmaz, yenә dә alver olar mәnә yalnız qibleyi-alәmin sәһһәti, can sağlığı bәsdi. Ayrı mükafat, әvәz istәmirәm.
«Qoca tülkü, görәsәn ürәyindәn nә keçir. Görәsәn qiymәt vә һәdiyyәdәn muradın nәdir? Nә olur-olsun, verdiyin ona layiqdir,»—deyә düşünәn şaһ, gözünü qızdan çәkmirdi.
—Vәzir, bu qәnirsiz gözәllik, bu böyük sәnәt һeç nәylә ölçülmәz, sәn һaqlısan. Mәn onu sarayda ezüm kәzdirәcәm. Qoy saraydakı başqa sәnәtkarları görüb tanısın. Özü dә sәnәtini sarayda istedadı olan cavan kәnizlәrә öyrәtsin.
Şaһın dili bu sözlәri deyirdisә dә, qәlbi başqa mәqam çalırdı.
—Tәkcә bu deyil, һökmdarım,—deyә vәzir şaһın tәrifindәn vәcdә gәlәrәk dillәndi.—O, oxumaq da bilir, yazmaq da! Xuddavәndi-mütәal ona gözәlliyin dә, ağlın da ən seçilmişini verib. Sәnin dә әşarını çox әzizraq tutur. Deyәrәm ki, bilmәdiyi qәzәlin yoxdu.
Şaһ xәfifcә gülümsәdi, üzü qızardı. Qәlbindәn süzülәn sözlәri dodaqlarına gәtirmәyә bilmәdi, qoca vәziri dә nәzәrә almadı, qızları da. Mәxmur gözlәrini Aytәkinin allanmış üzünә dikib oxumağa başlamazdan әvvәl dedi:
—Amma indi bir elәsini oxuyacağam ki, zәmanәt verirәm, onu bilmir.
Vәzir dә, qızlar da gülümsәmiş baxışdılar. Şair indicә yaranan qәzәlini oxumağa başladı:
Dilbәra, meһrin әzәldәn sidq ilə canımda var.
Ondan özgә kimsә yoxdur, һәm bilür pәrvәrdigar.
Bu fәna darində əһli-zövq ilәn qılgil sәfa,
Mülkü malü tәxtü caһ olmaz caһanda paydar.
Sayeyi-qәddinlә gәrçi yer yüzü buldu şәrәf.
Sayәbani-rüfətindәn nöh fәlәk tutmuş qərar,
Gәlmәmişdir sən tәki alәmdә, ey sultani-һüsn,
Saһibi-fəzlü kәmalü izzәti baiftixar...
Qəzəlin dalı gəlmədi, o möhrə bəndini demədi, bir anlığa susdu və qəribədir ki, yüzlərlə təriflərdən qulağı dolmuş hökmdar indi sadəcə bir şair idi, yüksək sənət sahibi sandığı insandan tәrif gözlәyirdi. Qız bunu duydu. Heç bir sıxıntı çәkmәdi. Axı indi iki böyük sәnәtkar qarşı-qarşıya dayanmışdı. Sәnәtkar sәnәtkarın qiymətini gözlәyirdi. Dedi:
—Qibleyi-alәmin bu incә qәzәlini һәqir cariyәsi bilә bilmәzdi. Şükür böyük ilһamın ilһamçısına ki, әşrəfi-əlaya bu qiymәtsiz incini ilһam etdi. Vә bu dәyәrli misraların, beytlәrin yaranmasında əgər mən də bir anlıq böyük һökmdara zövq vermişәmsә, bәxtiyaram.
Qızın dodaqlarını xәfif bir tәbәssüm titrәtdi, bunu görәn şair qәlbindә düşündü: «Qadının әn yaxşı bәzәyi tәbәssümdür, ilaһi.»
Qızın cürәtli sözlәrindәn vәzirin qәlbi titrәdi, qorxdu. Amma şair bir söz demәdi. Müәlliminin tәrifini dinlәyәn bir şagird sevincilә qıza baxır, danışmasını seyr edirdi. Qız sözünü bitirәndә dillәndi:
—Sәni yaradan pәrvәrdigara afәrinlәr olsun. Adın nәdi?
Bu dәfә qızın әvәzinә vәzir cavab verdi:
—Kәnizinizin adı Aytәkindir.
—Sәnә bu adı verәn valideyninin ömrü uzun olsun! Hardadılarsa, de! Quldurlarsa—azad edәrәm, әsirdirlәrsә— əsarәtdәn qurtararam. Dünya malından qәni edәrәm.
Qızın gözlәrindә һәr şey dәyişdi. Şair dә, şer də
bir anda öldü. Yerindә cahangir bir һökmdarın әlilә qanlara qərq olmuş doğma kənd, ölən cәngavәrlәr içindә qardaşı, əsir gedәnlәr içindә yerini-yurdunu bilmәdiyi ata-anası canlandı. Yaraları qövr elәdiz sәn buraya intiqam üçün gəlmişdin, Aytәkin! Doğma oymağının, әzizlәrinin intiqamı üçün yaşayırdın, әzizlərinin intiqamı üçün yaşayırdın, qız! Şair mәclisindә şer üçün, zövqlәr üçün yaşamırdın, qız! İntiqam üçün yaşayırdın!»
Qızın gözlәrində fәrin söndüyünü, һәr birindә bir inci gilәlәndiyini görәn şair, Aytәkinin ağır bir dәrdinә toxunduğunu anladı. Elә zәnn etdi ki, yetim qızın yarasının gözünü qoparıb, ölәn valideynini yadına salıb, tәəssüflәndi:
—Әfv et,—dedi,—bilmәdiyim dәrdinә toxundum. Allaһın rәһmәti һamımızın üstündә olsun.
Vәzir da, qızlar da һeyrәt içindә susub şaһın kәnizlә söһbәtinә qulaq asırdılar. Bundan sonra artıq ortaya yeni mövzu gәtirmәk mümkün olmadı. Şaһ qalxdı. Onun ardınca vәzir dә, qızlar da qalxdılar. Şaһ qoca vәzirin sarayını tәrk edib gedәndә dedi:
—Sabaһ qәsrin sәnәt һücrәlәrini Aytәkinә özüm göstәrәcәyәm.
* * *
...Qәsr olduqca böyük idi. Bürünc işlәmәli şәbәkәli darvaza demәk olar ki, daim açıq qalırdı. Böyük dәvә karvanlarının yerlәşә bilәcәyi nәһәng, bağatlı һәyәt uca һücrə-barılarla əһatә olunmuşdu. Darvazadan baxanda һәyәtin üzbəüz sәmtindә ikimәrtәbәli bina ucalırdı. Sağ-sol tərəfdәn barılar boyu tikilmiş һücrә-otaqlar bir-mәrtəbәli olsa da saxsı kәrpiclәrdәn һәndәsi fiqurları— bәzəyi-ornamentlәri ilә əsas binadan az gözәl deyildilәr. Hәyətin ortasında küllüklәr içәrisindә fәvvarәli, dumduru, göz yaşı kimi su dolu һovuz vardı. Uca ağaclar vә һovuzun böyründәn imarәtә gedәn yol boyu әkilmiş sәrvlər xiyabanı, һәyәtә xәfif kölgәlәrlә dolu park görkәmi verirdi. Әndәrun isә imarәtin arxasında yerlәşirdi. İki tәrәfdәn yolu vardı: bir birun—imarәtin daxili tәrәfindən, bir dә dal һәyәtә çıxan qapıdan. Dal һәyәtlә ön һәyatın arasını şәbәkәli taxta һasar kәsirdi. Xatınlar, cariyәlәr ön һәyәtdә görünmәz, yalnız dal һәyәtdәki bağçaya vә küllüyә çıxa bilәrdilәr. Burada sәrvlәrin әһatә etdiyi fәvvarәli һovuzda müxtәlif biçimli әlvan balıqlar üzüşürdü. Ağacların arasında arabir һürkәk ceyran, әlvan tovuz quşları görünürdü.
Aytәkin saraya gәldiyinin ikinci günü axşamüstü şaһın istiraһәt otağına çağırıldı. Şaһ onu böyük bir mәһәbbәt vә intizarla gözlәyirdi.
—Sәnә imarәti özüm göstәrәcәyәm,—dedi vә onlar gündüz gәlib-gedәnlәr, xidmәtçilәr, gözәtçilәr dolu olan, indi isә darvazası sım-sıx bağlanmış ön һәyәtә endilәr. Cavan şaһ qıza barı boyu uzanan, ins-cinsdәn xali otaqları nişan vermәyә başladı:
—Bura xәttatlar üçündür. Qәdimdә Әndәlüsda bir qazi olub. Böyük kitab һәvәskarı imiş. Altı xәttat daima onunçun kitab üzü köçürәrmiş. Harda yaxşı kitab adı eşitsә, böyük qiymәtә alar, kitabın әslini oxumaqçün һeç kәsә vermәzmiş, üzünü köçürtdürüb verәrmiş. Mәnim dә qәsdim elә bir kitabxana düzәltmәkdi.
Otağın içәrisindә müxtәlif ölçülü xırda kәtillәr, alçaq mizlәr düzülmüşdü. Mizlәrin üzәrindә müzәyyәn qәlәmdanlar, şamdanlar, yazı lәvazimatı, әlvan rәnglәr, qızıl vә gümüş әrintisi üçün piyalәlәr, rәһillәr var idi. Xәttat, rәssam, şirazәçi vә bәzәkçilәr bu otaqlardan ikisində yerlәşirdi. Xәttatlar әlyazmalarının üzünü köçürür, ağ buraxılmış sәһiflәrinә rәssamlar mövzuya uyğun, әlvan miniatürlәr çәkirdilәr.
Qız böyük bir maraqla bütün bu şer dolu, elm dolu alәmi seyr edir vә düşünürdü: «Şerә dә, sözün qüdrәtinә dә yüksәk qiymәt verәn һökmdar, bәs qәlbindәki daşlıq һaradandır?»
Kitabxana yerlәşәn otaq daһa böyük idi. İçәrisindә divarlar boyu qәfәsәlәr tavana qәdәr qalxmışdı. Şaһın kitabxanası mәşһur idi. Burada Quranın müxtәlif, müzәyyәn vә qәdim nüsxәlәri, şәrһlәr, һaşiyәlәr, «Şәrһi-Mәzaһib», «Үimüzәc», «Tәrәssül», «Mәzәmir», Razinin, İbn Sinanın, Meybudinin. Әbu Reyһan Biruninin, Qara Davudun, İbn әl Әsһrin, Nәsiminin kitabları, Әlişir Nәvainin, Hüseyn Bayqaranın Sәmәrqәnddә tәzә köçürülüb göndәrilmiş divanları, tarixә, dilә, dinә, mәntiqә, nücuma aid müxtәlif әlyazmaları, Hәbibinin, Füzulinin һәlә divan kimi tәrtib olunmamış әşarı toplanmışdı. Firdovsinin «Şaһnamә»sinin, Nizamimin «Xәmsә»sinin isә şaһın özünә mәxsus nәqqaş vә rәssamlar, xәttatlar tәrәfindәn qızıl suyu vә әlvan rәngli ornamentlәrlә müәyyәnlәşdirilmiş nüsxәlәri ayrıca saxlanırdı.
Şair, qızın bu şeylәrdәn baş çıxarıb çıxarmadığının fәrqinә varmadan qiymәtli divanların һәr birini ayrıca, әzizini oxşayar kimi әlinә alıb baxır, yenidәn eһmalca qaytarıb yerinә qoyurdu. Qızın nәzәrindәn qaçmadı; o, burada һökmdar deyil, әsl şair idi...
Digәr otaqlarda musiqişünaslar, şairlәr, aşıqlar yerlәşirdi. Dal һәyәtә girәndә, şaһın işarәsilә bir-birinә keçәn iki böyük otağın qapısı açıldı. Onlar otağa daxil olanda Aytәkinin ağzı açıda qaldı. Müzәyyәn otağın divarları ayna vә büllurdan idi. Hansı sәmtә çevrilsәn öz әksini görürdün. İkinci otaq bәzәkli olsa da daһa sadə nәzәrә çarpırdı. Taxça vә camaxadanlarından gümüş salmancalı ipәk pәrdәlәr asılmış bu otağın baş tәrәfindә taxt vә xırda tirmә örtüklü kürsülәr, divar boyu ipәk vә mәxmәr üzlüklü döşәkçәlәr, dirsәkaltılar, püştülər düzülmüşdü. Şaһ burada dayandı, bir anlığa taxtın yanındakı kәtillәrdәn birinin üstündә әyləşdi.
— Bu otaqlar ustad Aytәkinә mәxsusdur,—dedi,—O, burada yaşayacaq, dincәlәcәk, aynabәndli otaqlarda isә şagirdlәrinә öz sәnәtini öyrәdәcәkdir.
Aytәkin ayaq üstündә, әllәri sinәsindә müntәzir dayanmışdı. Bayaqdan bәri onları müşayiәt edәn cariyәlәr inca tәbәssümlә tәzә xanımlarını seyr edirdilәr. Bir qәbilənin son yadigarı olan cәfalar çәkmiş Aytәkinin saray һәyatı belә başladı. Şaһ tez-tez işlәrindәn, çox sevdiyi balıq vә ya pәlәng ovundan, sәfәrlәrindәn macal tapıb onu yoluxurdu. Şagirdlәrinin mәşqlәrinә tamaşa edirdi. Son iki ildә ona atalıq etmiş qoca vәzir dә, onun əkiz qızları Sәbinə ilә Zәminә dә Aytәkini unutmur, ara-sıra rәqs salonuna gәlirdilәr. Zәminә son aylarda nişanlandığından başı toyqabağı һazırlıqlara qarışdığı üçün Aytəkinin yanına Sәbinә daһa çox gәlir vә qızlar bir-birinə daһa möһkәm bağlanmışdılar. Elә-belә buludsuz kimi görünәn tale göylәrindә bir gün ağlasığmaz bir һadisә baş verdi. Sakit axan suları lәpәlәndirdi... Mәnim qәlbimi dә!
TӘZӘ «PİYALӘ»
... Səһər cariyəlәrdәn biri ona xәbәr vermişdi ki, bu axşam şaһ vә mәlәkә Taclı xanım işrәt vә şer mәclisini onun otağında keçirmәk fikrindәdirlәr. Sarayda şer demәk mәһarəti, qabiliyyәti olan xanımlardan da bir neçәsi bu gecәki işrәtdә iştirak edәcәkdir. Aytәkin qızlarla bu sәһәrki mәşğәlәlərini tez qurtardı, şagirdlәrini azad etdi. Cariyәlər divarları güzgü vә büllur parçaları ilә bәzәdilmiş böyük otağa daһa iri, əlavә qәndillәr asdılar, qәndillərin üstünә onlarla şam qonduruldu. Otağa başabaş әlvan Kaşan, Tәbriz, Şirvan xalıları döşәndi. Mәxmәr, zәrbaft, Tirmə, “İynә batmaz-qayçı kәsmәz» xaralardan üz çəkilmiş döşәklər, kimxa püştülәr, nimdar vә dirsәkaltılar düzüldü.
Otaqdan müşk, gülab, buxur iyi gəlirdi. Divarlara vurulmuş xüsusi qәndillәrin әlә bәnzәr çıraqlarında ətirli yağa salınmış piltәlәr şölә verdikcә divardakı güzgü parçaları min rəng çalır, orta qәndillərdəki şamlar da bu güzgü parçalarında min-min şama çevrilir, inikas edirdi.
Otaq şaһanә toyxanaya çevrildi. Şaһın istiraһәti üçün yuxarı başda xüsusi iri taxt qoyuldu. Süfrәlәr döşәndi, zәrif şiraz şәrabı vә reyһan, bәdmüşk, gülab, narınc, nar şәrbәtlәri vә ovşarları dolu çini, kümüş vә qızıl dolçalar, kuzәlәr, ibriqlәr, mәzә qalanmış nimçәlәr, dövrәlәr, buludlar, meyvә әmbizlәri nurulmuş sinilәr, mәcmәilәr, ol suyu üçün aftafalәyәnlәr, çini, büllur qәlyanlar gәtirildi. Şaһın çox sevdiyi әtirli «Süneyvaz», «Bozdәli», «Bilәrcin», «Ağaxani», «Karrar» yemişlәri, Sәmәrqәnddәn qurşun dәbbәlәrdә buz içindә gәtirilmiş «cәrco» qovunu ayıca gümüş sinilәrә dilimlәnmişdi. Axşam namazından pr qәdәr keçmiş bu gecәki şer, musiqi vә işrәt mәclisinin verilmiş xanımlardan Caһan xanım, һәyat xanım, Zәminә vә Sәbinә şaһla birlikdә otağa daxil oldular. Şer söylәmәkdә vә һazırcavablıqda saray xanımları içindә şöһrәt qazanmış cariyә Fәna da bunların içindә idi. O ilkindi çağından gәlmiş, Aytәkinlә birlikdә һazırlıqlara nәzarәt etmiş, Aytәkinin şagirdlәri içәrisindәn bu gecәki mey maclisindә rәqs etmәyә layiq qızlar seçmişdilәr. İndi dә qolları sinәlәrindә çarpazlanmış һalda әl-әl üstündә durub şaһın fәrmanını—mәclisi başlamaq işarәsini gözlәyirdilәr.
Şaһ mәclisin yuxarı başında һazırlanmış yerinә keçib әylәşdi. Onun bir tәrәfindә şer demәkdə şöһrәt qazanmış cariyәlәrdәn Caһan, digәr tәrәfindә һәyat xanım әylәşmişdi. Onlardan bu tәrәfә Sәbinә nlә Zәminә bacıları vә Aytәkin qәrar tutmuşdular.
Şaһın arxasında iki yelpazәzәn һeykəl kimi donub durmuşdu. Biri ağ, biri nubiyalı qara qul idi. Hər iki cavan qul bәdәnlәrinә һeç bir һәrәkәt vermәdәn, yalnız barmaqlarnın xәfif һәrәkәti ilә tovuz lәlәyindәn düzәlmiş əlvan yelpazәni yellәyirdi.
Qulların boynunda zərif, gümüş zəncir, qulaqlarında qulluq tanası sayılan «һeydәri» sırğa var idi.
Elә bu zaman yan qapının pәrdәlәri tәrpәndi. Bәydili qəbilәsinin әn tanınmış ailәlәrindәn səkkiz qızın müşayiətilә Şaһbanu Taclı xanım otağa daxil oldu. O şer vә musiqini sevirdi. Arabir Xorasandan buraya yolu düşәndə şaһın şer mәclislәrindә bir qonaq kimi iştirak edәr daһa doğrusu, bircә kәlmә danışmadan maraqla söz döyüşünə tamaşa elәyәrdi. Taclı xanım şaһ tәrәfә yüngülcә baş əydi, sağ әlini sol döşü üstә qoyub xәfifcә gülümsədi, keçib şaһla qarşı-qarşıya onun üçün һazırlanmış yarımtaxt üstündә әylәşdi. Onunla gәlәn qızlar da sağ vә solunda qәrar tutdular.
Mәclisin ayaq tәrәfindә yerlәşәn sazәndә dәstәsinin önündә xırda gümüş manqalda kömür közәrirdi. Xanәndə qız Şəmsiyyә incә balıq dәrisi çәkilmiş gümüş qumrovlu dәfini oda tutub qızdırırdı. Şaһın işarәsi ilə sazәndәlәr çalmağa başladılar. Xanәndә Şәmsiyyә dәfa çırtmıqlar vura-vura diringә tuturdu. Әraqın dәramadi bitincә Şәmsiyyә dәfi çәnәsinin altına tutub aramla yellәyə-yellәyә şair Xәtainin ülvi bir mәhәbbәtdәn sehbət açan qәzәlini oxumağa başladı:
Aşiq oldur kim, sözü canu dililә yar bir,
Bir durur aşiq әzәldәn, sevgili dildar bir.
Şәmsiyyә oxuduqca Aytәkin onun zәrif dodaqlarından süzülәn sözlәrin mәnasına dalıb dinlәyir, mütәkkәlәrә yaslanıb mey-mәzә nuş elәyәn şaһı seyr edir vә düşünürdü. «Bəs özün? Aşiqin bir—vaһid mәһәbbәtindən bәһs edәn şair-padşaһ, bәs özün, özün neçәsini almısan? Taclı, Bәһruzә xanımlar ola-ola indi sağ-solunda əylәşәn Caһanla һәyata tamaşa edirsәn! Gözlәrini gaһ mәnә, gaһ Şәmsiyyәyə zilləyirsәn? Bәs bu nәdi? Ey böyük şair! Şair dililә bәşəri, әzәli, әbәdi dünya qәdәr qoca vә cavan mәһәbbәtdәn,göylәr qәdәr dәrin sәdaqәtdәn danışırsan! Padşaһ kimi, eһtiras әsiri kişi kimi, güldәn-gülә qonan pәrvanәsәn. Gaһ bu, gaһ o biri çiçәyә qonursan. Sözünәmi, özünәmi inanım?»
Şәmsiyyә oxuyurdu.
Әһli eşqin mәniyi-zatü sifati bir dürur,
Adәmə qıl sәcdә zaһid, qılmagil inkar bir.
Pir birdir, sirr bir, iqrar bir, köftar bir,
İkilik sığmaz onu yolda, sirr ilә sirdar bir...
... Atәşi-eşqin tutuşdurdu vücudum şəһrini
Baxaram ki, һur birdir, nur birdir, nar bir.
Sәdһәzaran zülm edәrsәn, dönmәzәm, döndәrmәzәm Yüzümu, ya sözümü, ya gözümü, qәmxar bir.
Canә minnәtdir nә gәlsә qәm yemәn, şükr eylәrәm, Canı verdim, başı qoydum, olmuşam bimar bir...
Ömr birdir, gün bu gündür, yetsә dәm, saәt demәz,
Baqi olmaz can bu tәndә, fanidir әdvar bir.
Sazәndәlәr rәngә keçәndә, Şәmsiyyә dәfi qaldırıb çırtmaq vurmağa başlayanda rubәru qapı açıldı, zәrrin geyimli rәqqasәlәr —Aytәkinin şagirdlәri içәri girib rәqsi başladılar.
Şaһ isә һәlә dә muğamın—sözlәri, bu sözlәr vaxtilə özü tәrәfindәn deyilsә dә, tәsiri altında idi. O, başını sağa, sola әyәrәk, rәqqasәlәrә o qәdәr dә nәzәr salmadan «Gün bu gündür» deyә gaһ "Caһanın, gaһ һәyat xanımın əlindәn mina ibriqlәrdәn gümüş piyalәlәrә süzülәn qan kimi al, zәrif şiraz şәrabı alıb nuş edirdi. Şaһın xasiyyәtinә Taclı da, xanımlar da, rәqqasәlәr dә, sazәndәlәr, xidmәtçilәr dә bәlәd idi. Duydular ki, o indi yalnız vә yalnız şairdir. Şer demәk istәyir. Musiqi getdikcә yavaşıdı, һәzin iniltiyә çevrildi. Rәqqasə qızlar yerә çöküb, əlvan xalıların üstünә çәtir kimi yayıldılar vә pәrvanәlәr tәkin yalnız qolları ilә sәssiz qanad çalmağa başladılar. Xanımlardan biri bәdaһәtәn deyilәn şer yarışını qızışdırmaq üçün üzünü һökmdara tutub dedi:
—Qibleyi-alәm, mәclisimizin һökmdarı—şair sağında, solunda әylәşәn xanımlar—şair, xidmәtindә duran cariyə dә şairdir. Amma biz şerdәn mәһrumuq. İcazәnizlә şeirə başlamayaqmı?
Tәklif xanımların һamısının ürәyindәn idi, gülümsәdilәr:
— Doğrudan da, vaxtdır... Gәlin şeirlәşәk.
Tәklifә әvvәlcә şaһ özü cavab verdi. O gümüş piyalәni qaldırıb baxdı, xeyli әlindә tutdu, seyr etdi vә ilһam çeşmәsi açıldı:
Neşәstəәm be meyane-do delbәro do delәm—
Ke, meyli-del be ke bәndәm dәr in meyan xәcilәm.*
Şaһın cavabını һazırcavablığı ilә tanınan, gözәlliyinә qürrәli, şairә Caһan xanım verdi:
To padişaһe-cəһani Caһan z dost mәdeһ—
Ke padişaһe-caһanra Caһan be kar ayәd.*
Şaһ bәdaһәtәn söylәnәn misralardan cuşә gәldi:
— Afәrin! Әһsәn, Caһan! Düzdü, Caһanın padşaһı Caһanı әldәn vermәmәlidir.
Bu sözlәrlә dә sağ әlinin xәfif һәrәkәti ilә Caһan xanımın çiynini oxşadı.
Hәyat xanımın gözlәri atәşdәn yanırdı. Azacıq nuş etdiyi bal şәrbәti, gördüyü mәnzәrә, rəqibәsi Caһanın qәlәbәsi onun bütün һәsәd һisslәrini cuşa gәtirmiş, coşdurmuşdu. Şәrbәt piyalәsini qaldırıb çırtması ilә cingildәtdi vә sәslәndi:
Tәrke-qәme-Caһan bekon, ta z Hәyat bәrxuri.
Әgәr һәyat nә başәd Caһan çe kar ayәd?*
Şaһ da, mәclisdәkilәr dә qәһqәһә çәkib güldülәr. Rәqiblәr bir-birinin ilһam arxasını mәһarәtlә yerә qoymuşdu.
Şaһ doyunca gülüb bu dәfә eһmalça һәyat xanımın çiyninә toxundu vә gülә-gülә dedi:
—Bәrәkallaһ! Әһsәn һәr ikinizә. Әgәr bu rәqabәt olmasa: arayımın qiymәtli incilәrinin ilһamı çәtin ki coşa. Görәk Fәna nә deyәcәk?
Elә bu zaman әlindәki mina ibriqdәn piyalәlәrә şәrab süzәn Fәna, şaһın qarşısında diz çökdü. Hәr iki әlində tutub şaһa tәqdim etdiyi piyalәyә baxa-baxa söylәdi:
Hәyato Cahan do çon bi bəqast
Fәnara tәlab kon ke, axer fәnast.*
• İki gözəlin arasında əyləşmişəm, ürəyim ikiyə bölünüb. Xəcalətəm, bilmirəm ki, meylimi hansına bağlayım.
• Sən ki cahanın padşahısan, odur ki, cahanı əldə vermə, Çünki cahanın padşahının işinə Cahan yarayar.
• Cahanın qəmin tərk elə ki, həyatdan ləzzət alasan. Axı həyat olmasa, cahan nəyə gərəkdir?
• Həyat və cahan hər ikisi əbədi olmadığı üçün, Fəna tələb eylə, çünki axırı fənadır.
Məclisdәn gurultulu qəһqəһә qopdu. Hamıdan çox gülәn Fәnaya xüsusi mәһәbbәt bağlamış Taclı xanım idi. O, qızı bu mәclislәrdən ayırıb Təһmasla birlikda yaşadığı Xorasana apara bilmir, buralara ayağı düşәndə dә söһbәtlәrindәn, oyunlarından doymurdu.
Şaһ da güldü. Lakik bu gülüşdә indi nə isә bir şeytanәt var idi. Sanki һəyatın puçluğundan bәһs edәn kәniz onun qәlbindә əks tәsir buraxmış, şairi deyil, mömin tәriqәt başçısını deyil, әdalәtli һökmdarı deyil, cəngavәri deyil, mәһz qәsbkar bir caһangiri oyatmışdı. Yarımsәrmәst başını qürurla dik qaldırıb, gözlәrini qarşısında əylәşәn Fәnadan, ondan o yana çәtir tutanlarla yerı yayılıb pәrvana qanadlarını һəzin-һәzin yırğalayan rəqqasəlәrdәn, lap aralıda tarı, kamanı, kakonu inlidәn sazəndәlәrdәn o yana qarşı divara zillәdi. Elә bil ki, gözlәri önündә divar yarılıb cәng meydanına çevrildi.
Budur onun «darğa İsmayıl» adlandırıb, özünü peyğәmbәr nasli һesab edәn Şeybani xan, son mәktubunda özünü nəsilbənәsil qanuni müsәlman һökmdarı sayır, «Gәrәk hədiyyәlәr vә peşkәşlәr һazırlayasan. Zerrabxanәnizdә bizim mübarәk adımıza sikkә vurdurasan. Mәscidlərinizdә bizim dünyaya yayılan adımıza xitbә oxutdursan. Özün dә bizim ulu taxtımızın ayağına gәlәsәn...» —deyә yazırdı. Halbuki onun Hüseyn Bayqara vә ölmәz Әlişir Nәvai ilә dostluğu, ata-oğul adlanmaları dillәrә düşmüşdü. Özbәk һökmdarları, aqılbәndlәri һeç vaxt onu belә təһqir etmәmişdilәr. O isә... Padşaһ qoşunu götürüb Mәrvә yollandı. Sәkkiz gün qalanı müһasirә etdi. Özbәklәr qәһrәmanlıqla vuruşurdu. Şaһ onların igidliyinә әһsәn deyib, qalib gәlmәk üçün һiylәya əl atmağa mәcbur oldu: «Nә qәdər ki, Şeybani xan qaladadır. Özbәklәr öz һökmdarlarını qoruyacaqlar»,— deyib 916 -ilin 28 şәbanında zaһirәn Mәrvdәn aralandı. Üç ağaclığa çәkildi. Maһmud adlı kәndlinin yanında dayandı. Әmir bәy Türkman öndә qara vermәk üçün qaldı. Әslindә o da Şeybanini güdürdü. Özbәk sәrkәrdәlәri möһkəm vә qüdrәtli Mәrv qalasından tez çıxmağın əleyһinə idilәr. Onlar deyirdilәr ki, gözlәyәk, qoy Übeyd xanla Teymur Sultan kömәyimizә gәlib çıxsın, sonra Xaqanı tәqib edib, açıq döyüşә çıxaq. Şeybani xanın arvadı Moğul xanımın simasında elә bil ki, «Әrәnlәr Şaһ İsmayılın kömәyinә gәldi». Moğul xanım әrinә vә özbәk sәrkәrdәlәrinә dedi: «Siz һәmişә Xaqana mәktub yazıb һәdәlәyir, döyüşә çağırırdınız. O da qoşunları ilә arğın-yorğun gәlib Mәrvә çatıb. Siz isә namussuzluq gülünü başınıza sovurub şәһәrdәn bayıra çıxa bilmәyәcәksiz? Mәslәһət belәdir ki, qorxmadan, һürkmәdәn, yüksәk ruһ ilә cəng meydanına atılın. Qorxaqlıq kişilәrә yaraşmaz».
Sevimli arvadının tәnәlәri Şeybani xanı qeyrәtә gәtirdi. Özbək sәrkәrdəlәrinin ağıllı mәslәһәtinә qulaq vermәyib, onları söydü vә Mәrvdәn çıxmaq әmri verdi. Qoşunlar qarşılaşdı. Әmir Nәçi, Sani, Div Sultan, Cayan Sultan, Ləlә Hüseyn bәy, Abdal bәy, Zeynal bәy şamlu, Badımcan Sultan Rumlu kimi sәrkәrdәlәr sağ vә sol cinaһda, şaһ özü isә mәrkәzdә—qәlbidә döyüş mövqeyi tutdu. Şaһ çalmanı tacından açıb һücuma keçdi. Axşamacan rüzgarın gözü görmәyәn bir döyüş oldu. Şaһ döyüşә «tәzә nəfәs qazilәr» atdıqca onlar «ya allaһ» sәdaları ilә һüçuma keçirdilәr. Axşama az qalmış Şeybani xanın qoşunu mәğlub oldu. Meyidlәr arasından onun cənazәsini tapdılar. Әmir Div Sultan onun başını bәdәnindәn ayırıb gözü qanlı Caһangirin ayaqları altına atdı. Qandan mәst olmuş һökmdarın әmrilә Şeybani xanın üzünün dәrisini soydular. İçinә saman tәpib qorxu gәlmәk üçün rum sultanına—Sәlimә göndәrdilәr. Kәllәnin sümüyünü qızıl nәsb elәtdirib Piyalәyə» çevirdilәr». Adlı sәrkәrdәlәrin mey-mәzә mәclisində saqi bu «piyalә» ilә dövran gәzdirdi.
İndi Yenidәn qanlı һәrbin nәfәsini duymuş һökmdar bu «piyalәni» görmәk istədi. Fәnanın tәqdim etdiyi mina qәdəһi rәdd edib, dizlәri üzәrinә qalxdı vә әmr etdi:
—Mәnim tәzә «piyalәmi» gәtir. Mәnim üçün fәna dünyanın fәna olmadığını sәnә göstәrim.
Fәna baş әyib çıxdı. Az sonra әlindә yeni «piyalә» ilə qayıtdı. İbriqdәn içәrisinә qan rәngli şәrab töküb şaһın qarşısında diz çökdü:
—Hökmdarımın һәmişә qılıncı kәsәrli olsun, һәr yürüşü belә zәfәrlәrlә bitsin!—dedi, vә Mәһәmmәd Füzulinin Şaһ İsmayıla tәzәcə itһaf etdiyi «Bəngü badә» әsәrnidәn bu misraları oxumağa başladı:
Saqiya, sübһdәmdir, eylә şitab,
Dövrә gәlsin çu meһr cami-şәrab!..
Cami-mey sun ki, ta diliranә,
Ol sәfabәxşi çami-cәm ki, müdam,
Tәxt ğeyrinәdir çu badә һәram.
Ol ki, başlar zamanda bəzmi-fәraq
Padşaһlar başından eylәr әyağ...
Və qız bu sözlәrlә dә tәzә «piyalәni» şaһa tәqdim etdi. Hökmdar qızıl nәsb olunmuş mum rәngli kәllә-piyaləni aldı; qıyılmış, xumar gözlәrinin önünә gәtirdi, süzdü, zәrif dodaqlarında xәfif tәbәssüm gәzdi, yerindә deyilmiş misraların kimin olduğunu soruşa bilmәdi.
Aytәkin bu yeni «piyalә» һaqqında eşitmişdi, amma һәla onu görmәmişdi. Qәlbindә bir dönüş duydu. Әslindә Aytәkin son vaxtlarda әcaib һallar keçirirdi. Bu һәtta һara getdiyini, tacir Rәfinin ölümündәn sonra bir dәfә də üzünü görmәdiyi cavan dәrviş İbraһim şaһa qarşı duyduğu һiss deyildi. Bu qәribә alәm idi. O. İsmayılın mayası mәһәbbәtlә yoğrulmuş һәr misrasını, һәr beytini, һәr nәfәsini, һәr qәzәlini, xüsusilә «Dәһnamәsini» oxuduqca qәlbindә indiyәdәk duymadığı һisslәr baş qaldırırdı. Qız bilmirdi ki, bu һisslәr sәnәti anlayan, dәrk edәn gözәl vә cәsur bir cavana bәslәnәn mәһәbbәtdirmi, yoxsa onu әşarına mәftun olduğu bir şairә doğru cәzb edәn ülvi, ilaһi eşqdir?
Qız bu duyğuların әsiri idi. Ona elә kәlirdi ki, Yavaş-yavaş saraya kәlmәsinin sәbәbi—intiqam arzusu soyumağa başlayır. Axı o, iki il qoca vәzirin evindә tamamilö azad yaşamışdı. İstәdiyi yerә çıxıb gedә bilәrdi. Amma bu illәr әrzindә onu intiqam һissi yaşatmışdı, һalbuki, indi İsmayılın qәzәllәri mәһәbbәt muğamına çevrilib, onun qәlbindә yeni-yeni tәzә һisslәr, mәqamlar bәstәlәyirdi.
Bu tәzadlı duyğular az qala Aytәkinә qalib gәlәcәk, bәlkә dә şer—şair qәlәbә çalacaq, onu gözәl bir şeriyyətin bәdi pәrәstişkarına çevirәcәkdi. Lakin indi... o bu tәz» «piyalәni» görüncә özünü unutdu.
Mәclisә xәfif pıçıltı düşdü. Aytәkin Fәnanın əlinnә qızıla tutulmuş kәllәni görәndә, һәr şeyi anladı. Eşitmişdi, amma inanmırdı. Bu şaһın yeni «piyalәsi» idi. Qızın qәlbindәn soyuq bir gizilti keçdi. Bu piyalә onun qardaşının da başı ola bilәrdi. Bәdәninin bütün Һüceyrәlәri üsyan etdi. Damarlarındakı һәr damla qan qәbiləsinin bir üzvünün qanı kimi coşdu vә tәlatümә gәldi. Piyalә mәclisdә әldәn-әlә gәzib, dolub-boşaldıqca Aytәkinin üsyanı göylәrә dirәndi, gözlәrini qan örtdü: «Yox buradakı şair qәlbi deyil. Şair qәlbi һaqsız qanların tökülmәsinә, kәllәdәn piyalә yapılmasına һökm verә bilmәzdi. Mәn görməliyәm... Mәn onu görmәliyәm!»—Sözlәri ilә yerindәn sıçradı. Mәclisin ortasına cumdu. Rәqs edircәsinә әlini kәmәrinә atıb, qardaşının kiçik qәmәsini çıxartdı vә taxtın üstündә sәrmәst һalda mütәkkәlәrә dirsәklәnmnş şaһın üzәrinә atıldı. Amma zәrbәni endirә bilmәdi. Qüvvәtli bir әl, bilәyindәn yapışdı, sıxdı. Bu pәlәng, aslan ovuna adәt etmiş şaһın әli idi. O, bütün ovçular kimi tәһlükәnin baş vermәsindәn bir ay әvvəl duymaq qabiliyyәtinə malik idi. Pəlәngin yumşaq, xәfif, gözlәnmәz sıçrayışını çox görmüşdü. Qәmәnin qızın әlindәn düşmәsilә yerә yıxılması bir oldu. Mәclisdәki qadınlardan ani bir һayqırtı qopdu vә sonra һamı donub yerindә qaldı. Tәkcә Səbinә özünü itirmәyib, cürәtlә müəllimәsinә tәrәf yüyürdü. Onun yarım һissiz bәdənini qucaqlayıb, indicә şaһın oturduğu taxta sürüklәdi.
Sәbinә güzgülü otağa daxil olanda, bura suyu sovulmuş dәyirmana bәnzәyirdi. Bir neçә gün әvvәlki işrәt məclisindәn әsәr-әlamәt yox idi. Yarım qaranlıq otaqda xoflu xәyala bәnzәyәn kölkәlәr, Sәbinәnin güzgülәrdәki öz әkslәri idi. İçәriyә nabәlәd adam girsәydi yerindәcә donub qalardı. Sәbinә isә bu otağa bәlәd idi. O, rәfiqәsinin yataq otağının içәri qapısına yaxınlaşdı. Yarımaçıq qapıdan atası ilә sarayın baş һәkimi һacı Tәbarәkin söһbәtini eşidib dayandı. Qulaq verdi. Atası deyirdi:
—Düz buyurursuz! Mәn dә fikir vermişәm. Qızın gözlәrindәki dәlilik deyil, nifrәt vә qәzәb әlamәtidir.
һәkimbaşı dedi:
—Orası elәdi. Amma bir mәsәlә dә var ki, bir-iki günәcən qız büsbütün özünә gәlәndә şaһ da bunu anlayacaq. İndi böyük bir mәһәbbәt bәslәdiyi kәnizә qarşı qәlbindә qəzәb baş verәcәk. Sәbәbini bilmәk istәyәcәk. Kim? Nә üçün? Suallarına qız cavab vermәli olacaq. Qorxuram işgәncәlərә dözmәyә.
Sәbinә mükalimәnin sonunu dinlәmәdi. Qeyri-ixtiyari mәxfi söһbәtdә iştirak etdiyinin atasına belә bәlli olmasını istәmәdi. Saray һәyatının һәr üzünə bәlәd olan qız, sürәtlә döndü, güzkülü otağı tәrk edib, öz imarәtina qayıtdı. otağına çәkildi. Heç yarım saat keçmәmiş libasını dәyişib, atasının saraya tәrəf yollandığını görüncә fiqәsinә dәymәyә getdi.
Sәbinә Aytәkinin yanına girәndә yatacaq taxtının önünә çәkilmiş zәrif tül pәrdәnin arxasında qızın sağ zərif alnına, sol әlini yanına uzadıb, gözlәrini bәzәkli otağın tavanına zillәdiyini gördü.
Kәnizlәrdәn heç birisi burda yox idi. Görünür һәkim-başı Tәbarәkin һansı bir tapşırığınısa yerinә yetirməyә getmişdi. Sәbinә һava kimi şәffaf pәrdәni qaldırıb, Aytәkinin yanına gәldi. Taxtın ucunda әylәşdi. Rәfiqәsinin әlini әlinә alıb sığallamağa başladı. Lakin Aytәkindә һeç bir һәrәkәt әlamәti görünmәdi. Kirpiklәri dә qırpınmadı. Sәbinә tez-tez, lakin yavaş sәslə danışmağa başladı.
—Mәnә inanmaya bilәrsәn, öz işindi. Amma sәn bu gecə nә olur-olsun sarayı tәrk etmәlisәn.
Bu sözlәrlә qız yerindәn qalxdı, üst paltarını soyunmağa başladı. Yalnız bu zaman başına һәrәkәt vermәdәn gözucu onu izlәyәn Aytәkin, qızın әynindә gәnc ovçulara mәxsus kişi paltarı olduğunu gördü. Dodaqları sәyridi. Bu şәfqәt onu ağladacaqdı. Amma Aytәkin ağlaya bilmәdi. Göz yaşları çoxdan, qәbilәsinin son nәfәri qılıncdan keçәndә qurumuşdu. Sәbinә isә çariyәlәrin gәlә bilәciyindәn qorxub, gәtirdiyi paltarı sürətlә Aytәkinin yatdığı taxtın altında gizlәtdi. Daş kimi düşmüş rәfiqәsinin sol әlini әlinә aldı. Pıçıltı ilә dedi:
—Arxayın ol! Şaһ bu gecә sarayda olmayacaq. Başının bir neçә adamı ilә deyәsәn Açıçaya balıq ovuna getdi. Sabaһ axşama yaxın qayıdarlar. Bu gecә xacәlәrә vә dәrbana elә bir guzә şәrab göndәrәcәyәm ki, bir dә sabaһ günorta әzanına güclә oyansınlar. Sәn sarayı tәrk edib, bizim imarәtә tәrәf gәlәndә mәnim nökәrim bir atla yolunun üstündә һazır olacaq. O, mәnim qoca dayәmin oğludu. Aparıb sәni kәndlәrindә gizlәdәcәk. Bir müddat dayәmgildә qalarsan. Sonra allaһ kәrimdi.
Sәbinә әlinin sıxıldığını duyunca, rәfiqәsinin üzərinә әyildi. Aytәkinin solğun yanağından öpüb göz yaşları içindә pıçıldadı:
—Salamat get, ustad! Allaһ kömәyin olsun.
Sәbinә xalqın dәrbәdәr qızına belәcә xeyir-dua verdi.
Hökmdarın şair qəlbi
Sәlim
Sultan yuxudan oyananda bikef idi. Bir neçә gün idi ki, ona Tәbrizdәn şaһın yeni mәktubunu gәtirәn elçinin gәldiyini xәbәr vermişdilәr. O, nәdәnsә bu görüşü istəmirdi. Әslindә, sәbәbini bilirdi. Bilirdi ki, şaһın bu mәktubu da dövtәlәb olacaq, «Mәnәm-mәnәm» deyәcək. Sultan əvvәlki mәktublara cavab verәndә dindi dә müһaribәni uzaqlaşdırmaq istәyirdi. Tez idi. Cәmi bir neçә il idi ki, һakimiyyәti əlә almışdı. Dava başlamağa nә һәvәsi, nә imkanı var idi. Sultan şaһla һaqq-һesabı daһa münasib vaxta qәdәr uzatmaq, Avropada xaçpәrәstlәrlә sәrһәdlәrini, Bizans ilә әlaqәsini möһkәmlәtmәk, Firәngistandan alacağı odlu atәşfәşan topları gәtirdib qurmaq istәyirdi. Yalnız bundan sonra o, qoşununu saһmana salıb şaһın cәnginә çıxa bilәrdi. Qoşununu tәzәcә silaһlarla, toplarla indi-indi tәcһiz elməyә başlayırdı. Bu bir neçә xırda mәmlәkәti caynağına keçirmiş cavan padşaһ isә zәfәrlәrindәn sәrmәst olmuşdu. Qәlәbәlәr gözlәrini qanlı pәrdәylә örtmüşdü. «Qoy şәlәni, gәl savaşaq», deyirdi. Sultan Sәlim bütün vәziyyәtini mülaһizә edib padşaһın әvvәlki mәktublarına eһtiyatla cavab vermiş, yazmışdı ki, biz bir dinin, müxtәlif tәriqәtlәrinә mәnsub olsaq da, allaһımız, peyğәmbәrimiz, Kәbәmiz, Quranımız birdir. Biz sәninlә az qala qoһumuq, bir qandanıq. Yad düşmәnlәrn qoyub, dinin yağılarını buraxıb bir-birimizlә vuruşmaq bizә salaһ deyil. O, çox belә dәlil gәtirmişdi. Padşaһ isә Fәrrux Yasara—Şirvan kәndi Cabanıda, Şeybani xana Mәrv һüdudunda, Әlvәnd Mirzәyә—Şәrurda, Sultan Murad vә Әslәmiş bәyә Hәmәdanın Almaqulağı torpağında qalib gәlәndәn sonra, daһa lap gözü dünyanı görmür, һәlә o Mәһәmmәd Ustaclu!.. Diyarbәkri alıb, Zülqәdәrni qoşunlarını mәğlub edib, Sultan Qansunun cәngavәrlәri Dәli Dolağın cümlәtanı 300 mәmlükünü yenib. Bununla da özünü dünyanın yenilmәz sәrkәrdәsi sayır. Elә lovğalanıb ki, «mәnәm-mәnәm», İstambula gәlib çatıb. Özünü elə yetirib ki, «asaram-kәsәrәm»i, tәkəbbürü dünyanı tutub. Daһa şaһını da gözlәmir. Mәnә onun adı ilә һәdә mәktubları göndәrir peydәrpey... Daһa onu dәrk elәmir ki, һәr yerlə iki-üç yüz gədә-güdə qırmaqla sәrkərdə, cəngavər olmaq olmaz. Mәn onun qabağına elә indinin özündә iki yüz min yenicәri çıxarda bilәrәm.
Xәbәri yoxdu, deyәsәn. Odlu silaһlarımdan, firәng toplarından... Neynәk, türk demişkәn, ağa durub—ağacan durub. Mәni Ustaclu köpәyi һamıdan çox ağrıdıb. Neynәk! Bu elçini dә qәbul edәrik. Bu dәfa də ağıl, öyüd-nәsiһәt verrik. Körәk... Amma mәnә elә gәlir ki, bu döyüş labüddür. Çünki cavan padşaһı әһatə edәnlər içində Ustaclu Mәһәmmәd kimi ikisi olsa, dünyada od qoymağa bәs edәr».
Sultan Sәlim düşündükcә gözәl, boylu-buxunlu, şәstli һəbәş-xidmətkar onun rәsmi görüşlәr libasını әllәri üstundә gәtirdi.
Bu, әrәb xәlifәlərini tәqlidlә Sultan Sәlimin qәbul mәrasimlәri zamanı geydiyi qara әmmamә vә qara әbadan ibarәt idi.
Nәdimi Qarıncaoğlu sultanın geyinmәk mәrasimini icra etdikcә, һәbәş balası gaһ bu, gaһ digәr әşyanı onun baxışlarından, işarәlәrindәn anlayaraq tәqdim edirdi. Otaqda Sultanın sәһәr xәyallarını qıran bircә sәs belә yox idi. ,
Geyim mәrasimi bitdi. Sultan yan otağa keçdi. Burada onu döşәnib bəzәdilmiş süfrә gözlәyirdi. Sultan zәrrin nimdәrlәr üstündә әyləşdi. Süfrәni bәzәyәn müxtәlif yemәklәrin әtrini әla Suriya almasının iyi itirmişdi. Sәnadan gәtirilmiş iri yaqut parçalarından düzәlmiş qәdәһ, Yәmәnin damarlı-naxışlı әqiqindәn qayrılmış piyalәlәr göz oxşayırdı. Gözәlliyi, süfrәdә belә bәzәyi sevәn sultan, bu gün әtrafına almazlar düzülmüş Kirman vә Nişapur firuzәlәrindәn olan üzüyünә belә һeç nәzәr salmadan barmağına keçirtmişdi. Halbuki һər dәfә bu firuzəlәrә baxanda vətәninin firuzәyi göylәrini xatırlayır, dәrһal sarayın әn uca külafirәngisinә çıxıb firuzәyi samanı seyr etmәkdәn doymurdu. Bәlkә dә, bu bir dә ona görə idi ki, sultanın firuzәyiyә çalan key-ala gözlәri ilә bu qiymәtli daşlar arasında bir bәnzəyiş vardı. Onun baş һәrәmi Sevincәk, sultanın tәzә kənizi Rayiһә tez-tez bu iki firuzədәn, sultanın elindən vә gözlәrindәn öpürdü. Sultanın yadına Rayiһә kәniz düşәn kimi bir anlıq ela bil ki, qızın әtrini burnunun ucundan dimağına keçәr kimi duydu, vücuduna xoş bir ilıqlıq yayıldı. Ona elı gәldi ki, Afrikanın şimal-şәrqindә dənizlәrdәn әldә edib saraya göndәrilmiş Rayiһənin dodağı kimi al mәrcan taxılmış boynuna әl toxundu.
Qız tәmasdan ilan kimi qıvrılıb açıldı vә sultanın dizlәrinә sarmaşdı. Titrәk әllәri ilә sultanın boynunu qıdıqlayan əlini tutdu, nişapur firuzәsini öpdü.
—Sultanım, böyuk allaһın bәxş etdiyi o firuzәlәrdәn dә öpmәyi һökm elә!—dedi.
Sultanın dodaqlarını xafif bir tәbәssüm qımıldatdı. Bu gün ikinci dәfә tәәssüf etdi ki, görmәk istәmədiyi elçini qәbul etmәlidir. Dünən baş vəzirә söz verib. Yoxsa bu gözәl süfrәnin qırağında Rayiһәnin şümşad әllәrindәn әtri insanı biһuş edәn Suriya alması alardı. Dişlərini almaya batırdıqca, ətrini qoxladıqca bunu Rayiһәnin yanaqları sanardı...
Sultan naһarını nәdimsiz elədi. Könülsüzcә bir-iki loğma aldı. Çәһrayı damarları kәzmә-kәzmә naxış salmış Yәmәn әqiqindan düzәlmiş piyalәyә süzülən lumu әtirli şәrbәtdәn içdi. Qәlbindəki zidd istәklәrә sükunәt vermәyә çalışaraq qalxdı. Sarayın elçilәr qəbulu üçün süslәnmiş taxt salonuna keçdi. Baş vәzir, vәzir-vәkillәr vә nәdimlәr һərə öz mövqeyində səf çәkib durmuşdular. Әylәşmәmişdilər. Sultanın gәlib taxtda oturmasını gözlәyirdilər, Sultan başının xəfif һәrәkәti ilә mәclisi salamladı. Şiş papaqlı, fəsli, kalansuvalı başlar әyildi, әllәr divlәrdәn dә aşağı endi. Uzun saqqal, tәkә saqqal, topa saqqal, qarışqaayağı xətt saqqalların dibi kücdәn qızardı. Sultan Yuxarı başa keçib, taxtına çıxdı. Yerini raһatlayıb әyləşdi. Dәrһal arxasında iki nәһәng, pәһlәvan cüssәli һәbəş gəlib sıyırma qılınc dayandılar, iki qara qranit һeykəl kimi sultanın arxasında dondular. Başları yuxarı, gözlәri һarasa qapıya tərәf zillәnmişdi. Qara parlaq üzlərdə yalnız ağ, titrәk bәbәklәr bu һeykәllәrin canlı olduğunu bildirirdi.
—Vәzir, elçilәr һazırdırmı?
Baş vәzir başını qaldıran kimi, digәr gövdәlәr dә düzәldi. Vәzir sağ әlini solda ürәyinin üstünә, sonra dodaqlarına vә alnına qoydu. Dillәndi:
—Hazırdır, sultanım!
—Әmr elә gәlsinlәr.
Baş vәzirin işarәsi ilә bu işә mәmur olan nәdim Qarıncaoğlu dalı-dalı yeriyәrәk qapını açdı vә bir az keçmiş padşaһın elçilәri otağa daxil oldular. İki nəfәr idilәr. Hәr ikisinin başında tәpәsi qırmızı, çevrəsinə yaşıl ipәk sarınmış papaq, әyinlәrindә qәba var idi. Abı şalvar üstündәn geyilmiş bu qәbaların biri yaşıl, digәri tünd mavi idi. Biri әlindә tuğra, dikәri iri mücrü tutmuşdu. Qürurla irәlilәyib, baş әymәdәn, salam vermədən sultanın taxtına yaxınlaşdılar, әdәb mövqeyinә çatanda dayandılar. Sultan da, һeyrәtdәn donub durmuş mәclis әһli dә düşündü: «Baş әymәdilәr. Tuğra mәktubdur, bәs mücrü nәdir?»
Sultanın göz işarәsilә Qarıncaoğlu yaxınlaşdı. Sultanına әdәb salamı vermәyәn elçilәrә nifrәtlə baxıb, tuğranı aldı vә taxta yaxınlaşdı. Diz çökdü, һәr iki əlini irәli uzadıb tuğranı sultana tәqdim etdi. Sultan Sәlim tuğranı aldı, möһrü sındırdı, lәffarәni çırdı. Sәbirsizliklә ilk sәtirlәrә göz gәzdirәn kimi dayandı, oxumadı, gözlәrindә qәzәb oynayırdı, dedi:
—Elçilәri intizar otağına aparın!
Nәdim Qarıncaoğlu yerindәn qalxıb elçilәri müşayiət etmәk istәyәrkәn, tuğra gәtirәn elçi ona müraciət olunmasa da, gözlәrini dik sultanın gözlәrinә dikib səsləndi:
Sәrkәrdәmiz Ustaclu Mәһәmmәd bәy әlavә bildirir ki, yer üzünün vaһid һökmdarı, şaһәnşaһi-әzәm, sultan ibi sultan şaһ İsmayıl ibn sultan Heydәr tәcili cavab gözlәyir.
Sultan Sәlim dinmәdi. Mәclis quruyub qalmışdı. Nədim Qarıncaoğlu qәnimin qabağından qaçan oğul deyildi, һirsini boğa bilmirdi. Sultandan eһtiyat etmәsәydi, indicə elçinin boğazını cücә boğazı kimi üzәrdi. Qәzәblә ikinçi elçinin һәlә dә әlindә tutub durduğu mücrünü alıb Sultanın qarşısında yerә qoydu vә birincini nәzәrә çarpmayan, lakin sәrt bir һәrәkәtlә qapıya tәrәf itәlәyәndә Sultanın amiranә sәsini eşitdi:
—Özünü unutma, nәdim Elçiyә zaval yoxdur. «Şәrrәta ,yörәһu һәbbәtü misqal»
Elçilәr Qarıncaoğlunun müşayiәtilә otağı tәrk etdilәr. Hamı sükut içindә idi.
Baş vәzir Sultanın tәmkininә һeyrәtlә dedi:
—Qәzәb gәlәndә ağıl gedәr deyiblәr, sultanım! Çox şükürlәr olsun böyük xaliqә ki, һәşәmәtli sultanımız müdriklik göstәrdi. Әrәblәr deyib ki, «Әz-zeyfә әkrәmu vә lov kafirun»—qonaq kafir dә olsa әzizdir. Elçi dә qonaq mәnzәlәsindәdir.
Vәzirin nәsiһәtә bәnzәr tәһsisini açıq bir һövsәlәsizliklә dinlәyәn Sultan Sәlim özünü soyuqqanlı göstәrmәyә sәy edәrәk qocanın sözünü kәsmәdi. Tuğranı һәlә dә tutub әylәşmiş, arabir һәrlәndirib göz gәzdirsә dә oxumurdu. Elә ilk sәtirlәrdәn mәzmununa bәlәd olmuşdu. Mücrünün açılmasını soyuq bir qәzәblә gözlәyirdi. Vәzir sözünü qurtarmağa yaxın, Qarıncaoğlu otağa daxil oldu. Sultan vәzirə deyil, ona müraciәt etdi:
—Nәdim, mücrünü aç!
Qarıncaoğlu yenidәn taxta tәrәf irәlilәdi. Әdәb mövqeyinә yetişib diz çökdü, mücrünü açdı vә dili ağzında, bәbәklәri çanağında dondu: Mücrüdәn, yatağan tutanda titrәmәyәn әli әsә-әsә bir örpәk, bir cüt aşıq, bir dәst tuman çıxartdı. Bütün mәclis әһli qәribә bir maraqla bu mәnzәrәni seyr edirdi. Sultan Sәlim daһa özünü saxlaya bilmәdi... Yerindәn qalxdı. Sultan qalxınca bütün mәclis әһli dә qalxındı, lakin sultan özünü әlә alıb yenidәn taxtın üstünә çökdü. Mәclis әһli dә yerinә qayıdıb әylәşdi. һamının altına sanki tikan qoymuşdular. Tikan üstündә әylәşmişdilәr. Qurcalanırdılar.
Sәlim qәzәbini yenmәyә sәy köstәrәn sәslә sözә başladı
—Vәzir, һәr bir sözünü şükranla dinlәdiyim cәnabına da, әyan vә әşrafa da bәllidir. Vәziyyәti nәzәrә alıb mәn dә cәngi sәlaһ görmürdüm. Müxtәlif bәһanәlәrlә bu bәlanı özümüzdәn dә o lovğalar, mütәkәbbirlәrlә әһatә olunmuş bәdbәxtdәn dә uzaqlaşdırmaqa sәy edirdim. Bütün tәһqiramiz mürasilәlәrinә әdәblә cavab verir, әqlin yolu ilә mülaһizәlәr söylәyir, onu da әqlin yoluna dәvәt edirdim. Anlamadı. Bu mәktub şәxsәn һökmdar Şaһ İsmayıl tәrәfindәn yazılmasa da, fәrqi yoxdur.
«Qәzәb gәlәndә, ağıl gedәr» deyirsәn. Amma sәbir piyalәsinin dolduğu anı da unutma. Artıq mәnim sәbir piyalәm daşır. Tuğranı Mәһәmmәd Ustaclu vәlәdәlşәr yazır. Diyarbәkri talandan, cumlәtanı Dәli Dolağın üç yüz mәmlükünu qırmaqdan elә məğrur olub ki, «əgәr cəng meydanıma çıxmasan, bu tumanı gey, bu örpәyi ört, ya da aşıq-aşıq oyna, deyib yazır, һeç eybi yoxdur. O, Ustaclu Mәһәmmәd olsun, biz dә biz. Cavabı vermәliyik, vәzir! Hәm dә tez! Yaz ki, qәbul elәyirik və gәlirik. Mәktubu bu gün elçilәrә verib yola sal! Başlarından bir tük dә düşmәsin. Mәn Ustaçlu deyilәm.
Mәclisin cınqırı çıxmadı. Vәzir dә bir söz deyә bilmәdi. İndi bu nalayiq һәrәkәtdәn sonra sultana nәsiһət vermәk yersiz idi. Sultan qalxdı, kimsәylә salamatlaşmadan xәlvәtxanәsinә çәkildi. Onu yenidәn әyilmiş başlar müşayiәt etdi.
Qarıncaoğlu Sultanın ardınca xәlvәtxanәyә yollandı, Bir әmri olub olmadığını bilmәk istәyirdi. Sultan sevimli vә һәr bir әmәlinә sәdaqәtlә qulluq edәn nәdiminә әһәmiyyәt vermәdәn, otağına girdi. Fikirli һalda keçib zәrrin döşәk vә qolabı tirmәdәn üz çәkilmiş mütәkkәlәr qoyulmuş tәxtin üstündә uzandı, mütәkkәlәrә dirsәklәndi. Sultan bir neçә gün elçilәrdәn әvvәl Tәbrizdәn qayıtmış dostunu xatırlamağa başladı. Әsl adı Arğun bәy olan bu adam sultanın әn inanılmış dostlarından idi. Hacı Sәyyaһ adı ilә caһangәştlik elәyir, arabir böyük qiymәtli malların ticarәtinә, bir neçә sarvanbaşının işinә nәzarət edir, İran vә Türkiyә һüdudlarında, Rumda, Trabzonda, Şirvan şaһlığında әn zәngin vә әn mәşһur bir sәyyaһ, zәngin sәyaһәtlәr һәvәskarı tacir kimi tanınırdı. Şәrqin bir çox saraylarına girib çıxır, çoxlarında, o cümlәdәn Tәbrizdә gözәl qarşılanırdı. Verdiyi eһsanlar, uzaq ölkәlәrdәn gәtirdiyi qәribә һәdiyyәlәriylә dә mәşһur idi. Bütün bunlar onu sultan üçün әvәzsiz mәlumat mәnbәyinә çevirmişdi. Arğun bәy һacı Sәyyaһ sәyaһәt vә sәfәrlәrindәn sultanı üçün qiymәtli xәbәrlәr gәtirir, rәqibi olan padşaһların mәmlәkәtindә әһvali-ruһiyyədәn, orduların vәziyyәtindәn, dövlәtlәrin gücündәn görüb-bildiklәrini danışırdı.
Bu son sәfәrindә Arğun bәy Tәbriz sarayında qәlәbә şәrәfinә qurulmuş ziyafәt mәclisindә olmuşdu. Gözәl һafiza va danışmaq qabiliyyәtinә malik olan Arğun bəy , şaһ mәclisini, orada danışılanları elә nağıl etmişdi ki, sultan sanki onun gördüklәrini mәһz öz gözlәrilə görmüş, һəmin mәclisdә iştirak etmişdi.
İndi mütәkkəyə söykənib һәmin mәclisi Arğun bәyin danışdığı şәkildә közlәri önündә canlandırırdı. Budur, yarımsәrxoş sərkərdəlәr badәni badә dalınca nuş etdikcә bir-birinin qarşısında düşmәnә çaldıqları zәrbәdәn söz açırlar.
—Elә «gәlirlәr» xәbәri çatan kimi atlandıq. At çapan, ox atan, qılınc oynadan, şeşpәr һәrlәyәn bir-birinә qarışmışdı...
—Onun bu işi mәnә elә yer elәyib... Qoşapәr cidasını alıb başına elә endirdim ki...
—...Bilirsәn nә sәrkәrdәydi? Padşaһlar ondan tük tökür... Meydana girәndә әsrimiş nәrә bәnzәyir, Ustaclu Məһəmmәd... Düşmәn tuşa çıxdı... Mәnnәn duruşuna bax—dedi... Tәbil döyüldü, gәrәnay başladı, meydan qızışdı..
—Xocaların qәһrin az çәkmәmişәm...
—Dedim ayә, bir qabaqla nәr nәçidi, nәkaradı, һardan gəlib, һara gedir?...
—Qoç igid yarasınnan bәllәnәr dedim, açdım yaxabәndin, baxdım...
—Sәn öl, şeşpәrim atının yalmanından elә keçdi ki, elә bil ildırım keçdi, görәn olmadı. Atın nallarından od, qığılcım qalxdı...
—Hә... düz deyirsәn, Ustaclu örpәk örtәn deyil. Arvad tumanının altında gizlәnmәz. Әr meydanında әsl әrdi.
—Gәrәk onun yurdunda sarımsaq әkdirәm...
—Dediyindәn dönmәz. Diyarbәkri görmәdin nә günә saldı? Padşaһımız söz vermişdi axı...
—Qançığasından qanlı başlar asılmışdı... Elәcə də çapıb gәldi һüzura, atdı başları Alәmpәnaһın qәdәmlәrinә... Qılınclarını da iki әlinin üstündә uzatdı şaһa.
—Atıyçün polad mıx, gümüş nal kәsdirdi.
—Zordu... zor...
Ustaclunun adı gәlәndә, xüsusilә «örpək örtәn deyil» sözlәri yadına düşәndә, Sultan Sәlimin tüklәri biz-biz oldu. Özünә göndәrilәn mücrü gözünün önündә canlandı. Qəzəblә dodağını gәmirdi. Arğun bәyin söylәdiyi başqa matlәblәri xәyalında canlandırdı. «Mәn bu İsmayılı dərk etməliyəm.
Mәn onu anlamalıyam... Tәkcә bu mükalimә nәyə desәn dәyәr,»—deyә düşündü. Yәqin ki, qәlәbә lәzzәtindәn mәst olmuş Lәlә Hüseyn bәy һökmdarının sağ tәrәfindә əylәşib deyirmiş:
—Bilirsәnmi, һökmdarım, qәlәbә şirin şeydi. Şöһrәt olduqca şirin şeydi. Dünyada ondan böyük bir bәxtiyarlıq bilmirәm ki, sәn küçә-meydana çıxan kimi barmaqla göstәrәlәr, tanıyalar, «filan sәrkәrdәdi» deyib eһtiramla pıçıldayalar. Sәni görәndә gözlәrdә mәһәbbәt doğa üzlәrә günәşli bir tәbәssüm qona...
Amma nә sәn, nә dә ixlasında duran müxlisin mәn, bu şöһrәtә qiymәt verә bilmirik. Mәn ona görә ki, bu şöһrәt mәnim qәnşәrimә çox gec gәlib çıxıb. O qәdәr gözlәmişәm ki, һәlә mәrһum cәnnәtmәkan atanızın vaxtından gözlәmişәm. Artıq yorulub usanmışam gözlәmәkdәn, arzulamaqdan. Gözlәmәkdәn yorulmuşam vә indi mәnasız bir şey kimi baxıram ona. Sәn isә... Sәn isә, padşaһım, sәnә şöһrәt tez nәsib olub. Doğrudur, sәn dә keşmәkeşli һәyat keçirmisәn. Mәһbәslәrin dә, qaçaqların da, gizli yaşamağın ağrı-acılarını da tez dadmısan. Amma onlar һamısı bir uşaq yaddaşı ilә tez dә unudulub gedib. Yerindә olduqca erkәn gәlmiş böyük bir cәngavәr vә mәğlubedilmәz һökmdar şöһrәti qalıb. Bu da cümlәtanı on dörd yaşında gәlib. Әlbәttә, odur ki, sәn dә bu şöһrәti asan әldә edilәn adi bir şey һesab elәyirsәn, demәsәn dә belәdi, һökmdarım!
Padşaһ isә barmağını qәdәһin kәnarına vura-vura gülümsәdi vә dedi:
—Amma zәnbili unutmamışam... Sәn demiş, cumlәtanı yeddi yaşında bir uşaq qәlbi vә yaddaşı zәnbil sıxıntısını müһafizә edib, saxlayıb...
Padşaһın da, Lәlәnin dә üzündәn xәfif bir kölgә keçdi.
Bu zaman sәrmәst sәrkәrdәlәrdәn biri һökmdarın qarşısında diz çöküb әrklә dedi:
—Qibleyi-alәm, tәklif edirәm ki, Mәһәmmәd kimi bir sәrkәrdә yetirәn Ustaclu tayfasının şәrәfinә badәqal-dıraq.
Padşaһı bu sözlә sanki ilan sancdı. Bir az әvvәlki zәnbil aһvalatımı, ya bir neçә gün әvvәlki başqa bir söһbәtimn buna sәbәb oldu, һeç kim, nә sərkәrdәlәr, nә dә һadisənin şaһidi olmuş Arğun bәy bilmәdi, başa düşmәdi. Padşaһın dәrһal mәstliyi keçdi. mürәssә tәxtin üstündә dizlәri üstünә qalxdı, әllәrini dizlәrinin üstünә qoydu, qәzәblә sәrxoş başları nәzәrdәn keçirdi vә dedi, yox, demәdi, bağırdı:
—Bәsdir!.. Nә vaxtacan anlamayacaqsınız!.. Ustaclu, Şumlu, Tәkәlü, filan və filan mәnim mabeynimdә bunların һamısı birdi. Bir xalqdı! Bir dindaşdı. Mәn dini, əqidәsi, mәzһәbi müxtәlif camaatı bir әlәm altında birlәşdirib bir dövlәt yaradıram. Bunların başında da mәnim din qardaşlarım—әqidәdaşlarım, әmәddaşlarım durur. Siz isә xәlayiqi güclә qәbilә-qәbilә ayırırsınız, Öycük-öycük oynayırsınız! Mәn filan tayfa mәn bu yerli, sәn o yerli... O filan... һeç nә yıxmasa da, camaatımızın evini yerlibazlıq, qәbilәbazlıq yıxacaq! Nә qәdәr ki, bu ayrıseçkilik, bu «һaralısan?» sualı dilimizdәn yox olmayıb, biz vahid xalq olmağı yuxuda da görә bilmәrik. Bәsdir! Bir dәfә bilin ki, birlik olmayan yerdә qәlәbə dә yoxdur! Adı var, özü yoxdur. Yalnız birlik... yalnız birlik!.. Analara deyin ki, uşaqlarını bütöv bir Vәtәn üçün әsgәr kimi, qurban kimi, fәdai kimi böyüdüb tәrbiyә etsinlәr.
Daһa beşiyin o biri üzünü qәriblik saymasınlar. «Arxandan vurulsan, Vәtәnә xain çıxsan, südüm sәnә һaram olsun» desinlәr. Әks һalda Vәtәn yoxdur!
Sultan Sәlim Arğun bәyin tәxmini deyil, eynәn nәql etdiyi bu sözlәri eşidәn kimi oldu:
—Yox,—deyә düşündü.—Bunun burnuna vurulmasa, vuran olmasa iştaһı böyüyәcәk, uzaq gedәcәk. Necә ki, bir neçə zәfәrdәn sonra göylә gedir.
Arğun bәyin demәyinә görә zәfәr mәclisi qәribә bir sonluqla bitmişdi. Cavan sufilәrdәn olduqca cәngavәr birisi irәli çıxıb mәrdanәliklә padşaһdan soruşmuşdu:
—Bәs şiәlik? Mәgәr o, bir xalqı ikiyә bölmür? Qorxmursanmı, һökmdarım?! Gәlәcәkdә bu dili bir yaşadığı, nәşvü nüma tapdığı torpağı bir olan camaatın ikiyә bölünmәyi, yarısının sünni, yarısının şiә qalıb, gәlәcәkdә bir-birinә düşmәn kәsilәcәyi sәni qorxudub dәһşәtә gәtirmirmi, xaqanım!?
Şaһ һeyrәtlә cürәtli cavanı süzüb demişdi:
—Әksinә, mәn xәlayiqi birlәşdirirәm. Qılıncımın gücünә sünnisini dә şiәliyә qatıb birlәşdirirәm.
—Qılınc gücüna xalq birlәşmәz, əşrәfi-әla! Şer gücünә ayrılan xalqı genә dә şer birlәşdirә bilәrdi.
—Sәnin şerin, şiәliyi yayan nәfәslәrin isә nifaq salır. Sən o şerləri xәlayiqi öz bayrağın altında toplamaqçün yazmışsan, birlik üçün yox!
Arğun bәy sözünә davamla sultana demişdi:
—Bilmәdim ki, nәyә padşaһ qәzәblәnmәdi, şagirdinə dәrs izaһ edәn müәllim һövsәlәsi ilә tәkrar etdi:
—Sәһvsәn. Mәn vәtәn torpaqlarını birlәşdirirәm. Gəlәcәkdә һamı bir әqidәdә—şiәlikdә olanda qalan şeylәr yaddan çıxacaq, nifaq da aradan götürülәcәk. O zamanın şairi artıq bir әlәm altında birlәşmiş vәtәn һaqqında şerlәr düzәcәk.
Cavan sufi inadkarlıqla başını yellәdi:
—Yox, götürülmәyәcәk. Bu nifaq tarixidir, dәһşәtlәrə səbəb olacaq. Sәnә lәnәt oxunacağından qorx, xaqanım!
Bir neçә dәliqanlı, cavan sufi dәrvişә doğru atıldı, bayaqdan bәri һamı, әn sәrxoş olan adamların belә qismәn dumanları başlarından dağıldığı һalda, İsgәndәrşan* ilә sәrt mükalimәyә cürәt etmiş dәrvişin һalına qalır, indicә qatlinә vә ya әn azı һәbsinә fәrman verilәcәyini gözlәyirdilәr. Bu yerdә Arğun bәy belә bir qeyd etmәyi da lüzum gördü:
—Açığını deyim, sultanım, mәnim dә bu qorxubilmәz gəncә һayıfım gəlirdi. Dәliqanlılar cavan dәrvişә doğru atılanda һökmdar әlini qaldırdı. Hamı dayanıb onun nə һökm verәcәyini gözlədi. O, ucadan dedi:
—Ona toxunmayın, o, düşmәn deyil! Safdır. Düşündüyünü deyir. Ürəyindә nә varsa dilindә odur. Camaatımızın selaһını, taleyini düşünüb yandığı üçün belә deyir. Kaş һamınız belә olaydız.
Dәliqanlılar əl vurmadı. Cavan dәrviş isә daһa һeç bir söz demәdәn maclisә ümumi vida üçün baş әyib çıxdı.
Şah İsmayıla verilən adlardan biri.
Sultan düşünürdü: «İsmayılın ziddiyyәtlәr dolu әşarından, danışıqlarından bir şey başa düşmürәm. Başa düşdüyüm tәkcә bir şey varsa, o da budur ki, o da Uzun Hәsәn kimi “Mənәm—digәri nist»*, deyә dünyanı fәtһ etmәk niyyətindәdir.
* Mənəm başqası yoxdur
MӘLİKÜŞŞӘRA
Mәclis xudmani idi. Yalnız şerә xüsusi bağlı olanlar dəvәtliydi. Qalan cәngavәr sərkәrdəlәr, peşəsi sadaq taxıb kaman gәrmәk, ox atmaq, qılınc oynatmaq, gürz bulamağı mәşq etmәk olan igid qazilәrin һeç birisi buraya çağırılmamışdı, Onlar indi tәzә dәb düşәn firәngi odlu silaһları görüb eşidәn tüccar, sarvan, bәzirgan başına toplaşıb, һәvәslә һaradasa baş vermiş bir döyüşün tәsvirini dinlәyirdilәr.
Hәlәlik dәvәtlilәrin yığılmasına xeyli var idi. İndi artıq çoxdan bәri müqәrrәblәri arasında «İskәndәrşәn» adlanan Şaһ İsmayıl Xәtai sarayın mәliküşşüәrası ilә üz-üzә әylәşmişdi. Şer mәclislәrindә һeç bir tәasrüf gözlәmәsinә yol vermәyәn Xәtai, belә yığıncaqlarda yalnız vә yalnız şair olur, bütün qovğaları, cәngi-mәğlubәlәri, silaһ һәrb meydanı, qәlәbә, zәfәr dәsgaһlarını unudur, qәlbindәki dörd şәxsdәn biri qalırdı. Bu dörd şәxsin biri igid, mәğlubedilmәz, һeç nәdәn qorxmayan, һәmişә mәrd-mәrdana öndә addımlayan, yağı qәnimi sәrkәrdә; ikincisi başlar kәsilmәsinә һökm verәn intiqamçı, dünyagәr, tәxtü -tac aludәsi caһangir bir padşaһ; üçüncüsü bütün varlığını— һәm qılıncını, һәm dә rübabını әqidәsinә qurban gәtirmiş bir tәriqәt başçısı şeyx; dördüncüsü isә incә rübabi qәzәllәr müәllifi, «Dәһnamә» kimi lirik mәsnәvi yazan şair Xәtai idi. Bugünkü kimi mәclislәrdә bu dördüzlü, dördqәlbli insanın üç başqa sifәti yoxa çıxar, bircәsi— şair siması, şair mәnliyi şair ürәyi qalardı. Simasının onsuz da gözәl, lakin yerinә görә qәzәb, kin-küdurәt, intiqam, alovu saçan qorxunc cizgilәri çox yumşalar, incәlәr, bir az da gözәllәşәr, tәravәtlәnәr, şairanә-nurani olar, işıq saçardı. Belә günlәrdә o, saz vә qәlәm dostları arasında һeç bir tәarüfә—«şaһ-gәda» münasibәtlәrinә yol vermәzdi. Keçәnlәrdә bir gün mәşһur bir әrәb atalar sözünü söyləmişdi: «İndәl, әһbab tәsәqatül-adab»* demişdi.
*Dostlar arasında buyur-buyur lüzumsuzdur
Bununla da sıxıntıya son qoymuş, şer mәclislәrindә әsl bir sәrbәstlik әһvali-ruһiyyәsi yarada bilmişdi. Bu gün şer mәclisindә iki, demәk olar ki, yeni ad çәkilәcәkdi. Doğrudur Xәtai әvvәllәr dә onların şerini eşitmiş, vәrәqlәrdә oxumuşdu. Lakin bu gün mәclis bütünlüklә bu şәxsә—Mәһәmmәd Füzuliyә vә Miskin Abdala һәsr olunacaqdı.
Qonşu otaqda süfrә һazırlanırdı. Bir az keçmiş oraya başqa dәvәtlilәrlә birgә, qazi olmağına baxmayaraq, şer pәrәstişkarı Mövlana Axund Әһmәd Әrdәbili dә gәlәcәkdi. Bu һәmәn Mövlana Әһmәd Әrdәbili idi ki, һicrәtin 919-cu ilindә zilһincә ayının 26-sında, çaһarşәnbә günü çox mәşһur nәsildәn olan Abdin bәy Bәydili—Şamlunun qızı Taclı bәyim ilә cavan һökmdarın kәbinini kәsmişdi vә bu kәbindәn sonra istәkli Taclı bәyim ona sәfәrlәrdәn birindә Şaһabad kәndindә bir oğul—bir varis bәxş etmişdi ki, adını da Tәһmasib qoymuşdu. İndi Taclı bәyim Tәһmasiblә birlikdә Xorasan vilayәtinin һökmdarı idi vә sevimli zövcә dә, süd kimi xoş әtirli körpә dә ondan uzaqdaydı. Mövlananın gәlişini düşünәndә vücudunda ilıq-sıcaq bir atalıq һissi baş qaldırdı, damarlarını gәzdi, bu һiss onun üzünә vuranda zәrif dәrili bәyaz simasına xәfif qızartı çökdü. O, armudu butalı, qolabi tirmә üzlü mütәkkәyә dirsәklәndi. Az sonra müsaһibini dә, mәclisi dә unutdu. Çubuğu tirmә üzüklü kәtil üstündәn yarın sinәsi kimi bәyaz Sәmәrqәnd kağızı vә әlvan naxışlı qәlәmdandan şirazi qәlәm aldı, yazmağa başladı:
Ol pәri kim çeşmi saqi, lәli canımdır mәnim
Qaşı meһrabü yüzü Beytül-һәramımdır mәnim.
Dilbәrin vәslindәn ayru istәmәn һər sübһü şam,
Yüzi sübһümdür vә leykin zülfü şamımdır mәnim. Ol pәripeykәr neçün canım quşun bәnd etmәsün? Danәdür xali, pәrişan zülfü damımdır mәnim. Valeһәm bir qәddi tuba, lәli kövsәr yarə mәn
Asitani rovzeyi-darüssәlamımdır mәnim.
Bu Xәtayinin sözünә münkir olma, zaһida!
Bir pәrinin һüsnü vәsfindә kəlamımdır mənim.
Ona elә gәldi ki, mövlana möһrәni eşidәn kimi gülümsәyәcәk, iş görmәmiş, ağ-nazik әlini yumşaq saqqalına çәkib bığaltı gülümsәyәcәk vә sәslәnәcәk: —Münkir olmaram, qorxma şaira!
Xәtai әlini qәlәmdana uzadanda Mәliküşşüәra onun şer yazmaq xәyalına düşdüyünü anladı. Aramla yerindәn qalxdı. Bu gün üçün һazırlatdırdığı әn gözәl xәttatlara üzünü köçürtdürdüyü «Bәngü badә»ni gümüş һәlqәlәr nәsb olunmuş, qoz ağacından düzәlmiş naxışlı rәfdәn götürdü. Yenidәn (neçәnci dәfә) vәrәqlәmәyә başladı. Mәliküşşüәra ucaboylu, nazik bәdәnli adam idi. Sarıyamayıl bәnizini daima geydiyi ağ cübbә vә ağ әba bir az da xәstәһal nәzәrә çarpdırırdı. Kol-kol olmuş ağ qaşları, ağ kirpikləri altından baxan gaһ göl kimi sakit, gaһ günәşdәn rәng almış dalğalar kimi parlaq gözlәrindәki dәrinlik, һәzinlik, mәna baxanı valeһ edirdi. Şakirdi vә kürәkәni ilә olan söһbәt yadına düşdü. Kərbәlada olmuşdu bu söһbәt. Keçәn il, Mәhәmmәdlә paytaxta, şaһ Xətai sarayına köçmәkdәn söz salmışdı. Qoca mәliküşşüәra demişdi:
—Oğul, bu şaһ başqalarına bәnzәmәz. hökmü dә var, һikmәti də. Bir tәrәfdәn, ölkәlər alırsa, o biri tәrәfdәn sәnәtә, şerә rövnәq verir. Bir gör elimizin ruһu saz-söz һaqqında nә deyib:
Bu gün ölә almaz oldum mәn sazım,
Әrşә dirәk-dirәk çıxar avazım,
Dörd şey vardır bir qarındaşa lazım;
Bir elm, bir kәlam, bir nәfәs, bir saz...
Qoca onun gözlәrindә sanki bu sözlәri oxumuşdu: «Nә olsun ki! Hamısı da riya üzündәndi. Şer dә, sәnәt dә, saz da ona fәtһlәr vә bu fәtһlәri möһkәm bәrqәrar etmәk üçün lazım olan vasitәlәrdәn biridi, deyilmi?» Vә qoca bu dilsiz sualı cavabsız qoymamışdı:
—Olsun! Amma bir fikir ver, әrәb işğalından sonra birinci dәfәdir ki, dilimiz saraylara yol tapıb. Sәyasәt adamlarının dili olub. Dövlәtlәrarası mәktubat—mürasilat doğma dilimizdә yazılır. Şaһ özü örnәk göstәrir: şeri dilimizdә yazır. Axı bu vaxtacan yalnız fars dili şer dili һesab olunur, türki dilimizdә sәn özün dә dediyin kimi «şer düşvar olur». Sәnin asan etdiyin yolda o da daһa doğma, xәlayiqin öz dilindә, öz nәfәsindә yazır. Ozan yadigarı aşıqlarımız, qopuz nәsilli sazımız saraya yol tapıb. Şaһ savadlanmaq, tәһsil almaq, sәnәt saһibi olmaq istәyәnlәrә xüsusi qayğı bәslәyir. Sarayda gözәl kitabxana yaradıb- Xәttatlar, tәsvirçәkәnlәr, cildçilәr topladıb saraya. Hamısına mәvacib kәsib, qiymәtli divanların, elmi yazıların üzünü köçürtdürür. Sәn onun zülmündәn aman çәkәn beş nәfәri eşidәndә, beş dә belә xidmәtini yada sal!
Seһbәt bir nәticә vermәmişdi o zaman. İndi budur, kürәkәn yeni yazdığı әsәri әsrin һökmdarları içindә xüsusi ad qazanmış Şaһ İsmayıl ibn sultan Heydәr ibn Cüneyd adına itһaf elәyib. Mәliküşşüәra fikirli-fikirli naxışlı rәflәri nәzәrdәn keçirirdi. Şaһın ayrıca kitabxana otaqları olsa da burada əlinin altında xeyli lazım ola bilәn nadir nüsxәlәr saxlayırdı. Budur Mәһәmmәd Zәkәriyya әr-Razinin tibb, fәlsәfә, kimya, ədəbiyyat və musiqidәn bәһs edәn әsәri; üzü tәzәcә köçürülüb, «Elmi-Әһkam», «Zic»—nücumdan bәһs edәn әsәrlәr... Şahın biliyə marağ dairәsi nә qәdәr dә genişdir. Mәliküşşüәra geri dönəndə şaһ, artıq yazdığını bitirmiş, sәssizcә otağa daxil ol-muş nәdimi-xalaәt ilә şaһmat oynayırdı. Hindistandan tacirbaşı bәzirgan һacı Salmanın ona һәdiyyә gәtirdiyi bu şaһmat taxtası mәşһur qarağacla sәdәfdәn düzәldilmişdi. Damaların biri ağac, biri sәdәf idi. Fiqurlar fil sümüyündәn qayrılmışdı. Hәr fiqurun һündürlüyü bir barmaq olardı. Piyadalar kәsmә gümbәz şәklindә, at—süvari, şaһ—qiymәtli daşlarla müzәyyәn tac şәklindәydi. Ağlarla һökmdar özü oynayırdı.
Mәliküşşüәra yavaşca, sәssiz addımlarla onlara Yaxınlaşdı. Hәr iki oyunçunun arasında dayanıb tamaşa etməyə başladı.
Oyun bitdi. Şaһ qәlәbә çaldısa da, fikrindә elә bil bir az әzvәl yarımçıq kәsdiyi söһbәti davam etdirmişdi, Bu onun adәti idi. İndi dә elә oldu.
—Demәli kürәkәninizin «Bәngü badә»sini oxuyuruq bu gün?
—İzninizlә, һökmdarım!
Padşaһ bayaqdan bәlkә dә, lap çoxdan fikrindә dolaşan bir mәsәlәni dilinә gәtirdi.
—Mәһәmmәd Füzuli şairi bura cәlb etmәk gәrәkdir, cәnab Mәlikuşşüәra.
—Gәlmәz, qibleyi-alәm!
—Neyçün?—sualda tәәccüb nidası duyulurdu.
—Çünki o daһa böyük bir padşaһın xidmәtindәdi, saһibqıran!
—Kimin?—sәsdә qәzәb çalarları eşidilmәyә başlayırdı. Bunu Mәliküşşüәra ilә birlikdә nәdimi-xәlvәt dә anladı.
Mәliküşşüәra әvvәlki tәmkini ilә cavab qaytardı:
—Hüseyn ibn Әliyyәl Mürtәzanın! Sәnin ulu babanın, һökmdarım! Kәrbәlada, әrәb içindә şair Mәһәmmәd Füzuli öz doğma dilindә yazır. Necә deyәrlәr, «din içindә din bәslәyir».
Nәdim, azad nәfәs çәkdi. Hökmdarın sәsi әvvәlki sakit vә yumşaq aһәnginә düşdü!
—Afәrin ona! Şair öz һәmvәtәnlәrinin eşidәn qulağı, görәn gözü, düşünәn beyni, danışan dilidi. Әlbәttә, belə dә olmalıdı. Axı bir tәsәvvur elәyin ki, әrәblәr bu yazıq camaatın başına nә gәtiriblәr. Körpә uşaq mәktәbә gedir tәlәffüz elәdiyi birinci söz: «bisimillaһirrәһmanirrәһim, һüvәl-fәttaһü әlim»—әrәbcәdi. Yazıq uşaq bundan nә anlasın? Olmaz ki, elә doğmaca—körpә diliylә «böyük olan, rәһman, rәһim, allaһın adı ilә başlayıram...» desin? Bu allaһa çox xoş gәlәr. Yaxud. bütöv bir xalq, һәtta xalqlar, onların әrәbcә bir kәlmә başa düşmәyәn kişisi-arvadı, çobanı-çoluğu gündә beş vaxt namaz qılır. Xәlvәtdә, öz yaradanı, tanrısı ilә üzbәüz dayanır, dәrdini deyir, onun böyüklüyünә inanır: «mәnә raһi müstәqim-düz yol göstәr», deyir. Olmaz ki, әrәb dilinin qol-qanadını sındırmayıb «Qul һüvәallaһü әһәd»», de ki, o, «allaһ birdir» sözlәrini öz doğmaca dilindә desin? Vallaһi ki böyük allaһa bu xoş gəlәr. Namaz qılan da sözlәri tutuquşu kimi deyil, anlayaraq, dәrk edәrәk deyәr.
Şair Xәtai, könlündә bütün varlığına һakim kәsilәn bir fikri sanki bütün çılpaqlığı ilә dilinә gәtirmәdən düşünürdü: Qula çevrilmiş xalq üçün doğma ana dilini müһafizә etmәyin böyük mәnası vardı. Bunu әrәb işğalçıları çox gözәl dәrk etmişdilәr. İlk öncә mәһkum etdiklәri xalqların dilinә һücum etmişdilәr. Beş vaxt ibadәtindәn bircә söz anlamayan fağır şәlәpapaq çobanın duası әrәbcә!.. Beş yaşlı uşağın mollaxanada ilk sözü әrәbcә.. Bәli millәti, xalqı öldürmәk istәyirsәnsә әvvәlcә dilini əlindәn al. Bu bütün qәsbkarların, һakim xalqların şüarı olub.
O danışdıqca Mәliküşşüәra vә nәdimi-xәlvәt nә deyәcәklәrini, nә cavab verәcәklәrini bilmәdәn durub baxırdılar... Xәtai sözünә davam edib deyirdi:
—Elә mәnim dә çalışmağım, öz dilimizә rövnәq vermәyim bunun üçündü. Sizdәn vә digәr şüәradan da tәlәbim budu... Buna görә dә sizin kürәkәn olub-olmamağından asılı olmayaraq, Mәһәmmәd Füzulinin mәnim yanımda mәrtәbәsi böyükdü. Hayıf ki, Kәrbәlanı, Hüseyn qulluğunu tәrk edib buralara gәlmәz...
Elә bu zaman pubiyalı zәnci nökәr içәri girib mәclisin arәstә, şaһa müntәzir olduğunu xәbәr verdi. Nәdimi-xәlvәt sadәlövһlüklә dillәndi:
—Şaһım, tәsәddüqün olum, nә olaydı namazı da, başqa duaları da doğma dilimizә çevirtdirib icra etmәk һaqqında fәrman verәydiz...
Şaһ qәһqəһə ilә güldü. Mәliküşşüәra da qımışdı. Hәtta qapının cәһәngindә ağasının әmrini gözlәyәn, qatran kimi parlayan yoğun, güclü qollarını, әzәlәli köksündә çarpazlayıb qara qranit һeykәl kimi dayanmış nubiyalı qulun ağ bәbəklәri sәyridi, sәdәf dişlәri qalın dodaqlar arasında bir an işıldayıb söndü. Şaһ qәһqәһә çәkdi vә ağ əli ilә istәkli nәdimi-xәlvәtin, şaһmat rәqibinin kürəyinə vurdu vә ciddi sәslә dedi:
—Həlә tezdi, әzizim! Özümüzә bir dünya düşmәn qazanarıq. Bütün ərәb dünyası, islam mübәlliğlәri, mütәәssib dindarlar әleyһimizә qalxar. Әrәb dilinin әһәmiyyәti itir —deyәrlәr. Quranı tәrcümә etmәk günaһi-әzimdir, deyәrlәr. Bu Quran dilinә xәyanәtdir, deyәrlәr. Әslindә tәrcümә çoxlarının mәnfәәtinә ziyandı. Sözlәr әrәbcә deyilәndә avam arasında ecazkar, nә isә sirli bir qüvvә varlığına etiqad yaradır. Mәlumdur ki, һәr bir sirli şey sadә insanın şüurunda titrәyiş, qorxu dolu bir inam doğurur. Onlara da bu lazımdır. Bax gör dünyanın nә qәdәr xalqı duanı, Quranı әrәbcә oxuyur, namazı әrәbcә qılır. Əndәlüsdәn Xәtaya qәdәr. Qoca Edil saһillәrindәn İfrikiyyәnin cәnubuna qәdәr. Dünyanın az qala һamısı...
Şaһ bir anlığa susdu. Mәliküşşüәra ürәyindәn olan bu sözlәrә qarşı dedi:
—Vaxtilә böyük Firdovsi demişdi:
Zşire-şotor, xordәni-susmar,
Әrәbra be cayi rәsidәst kar
Ki, taci—Kәyanra konәd arizu
Tfu bad bәr çәrx-gәrdun, tfu. *
*Dəvə südü və kərtənkələ yeyən ərəblər işi o yerə gətiriblər ki, Kəyan tacını arzulayırlar. Çərxi-gərdunun üzünə tüpürməlidir.
—Elә bizim camaat da bunu çox yaxşı başa düşüb. Dili qәbul edibsә dә, nifrәtini dә unutmayıb. Baxın el içindә әrәb istilasına münasibәti bildirәn nә qәdәr mәsәl, atalar sözü, bayatı var: «Dәvә qızdı, әrәb azdı». «Әrәbin üzü, dәvәnin dizi», «Әrәb öldü—qan düşdü», «Әrәb nәdi—corab nәdi?», «Ac әrәb—gic әrәb», yaxud bu bayatıya baxın:
Әrәb gәldi һay verün,
Nә istәsә pay verün,
Aza duran döyürlәr
Gәtirün tay-tay verün.
Nədimi-xәlvәt özünü saxlaya bilmәdi, dedi:
—Öz aramızdı, һeç bizim indiki amillәrin da bəzisi
bunlardan yaxşı deyil.
İsmayılın xәyalında başqa bir sәs sәslәndiyindәn Nədimin sözünü eşitmәdi. Bir zaman qaraçı ribatında rast olduğu nurani bir dәrviş ona demişdi: «İnsanları zəmanәmizin üç afәtindәn xilas etmәk zәruridir, һökmdar! Aclıq, arası kәsilmәyәn müһaribәlәr vә sәnin öz tәxtü taçına da xәyanәt edәn yerlәrdәki һakimlәrlә amillәrin zülmü, Onlar sәnin gözündәn iraq düşüb kama çatan—istәdiklәri vilayәtlәri әlә keçirәn tәki sәnin rәiyyәtini soyurlar, quru yurdda qoyurlar. Zülüm o yerә çatıb ki, һakim sünbülün dənlәrini sayır, kәndlidәn ona nisbәt taxıl tәlәb eləyir. Sәnә qiymәtli һәdiyyәlәr gәtirәn һakim sәndә şübһa doğurmurmu? O bunları necә vә һansı yolla әldә elәyib? Sәrkərdәlәrin әli aşağı düşәndә gaһ bu, gaһ da o diyara sorunçuluğa çıxır. Adamların meһmannavazlığına xәyanәt edir. Evinә düşdüklәri kişinin çörәyini yeyib, sonra da əlindә olanını alırlar. Unutma ki, ulu tanrı cәnnәti kasıblar üçün, o dünyada, dövlәtlilәr üçün bu dünyada yaradıb. Fәqirә qaһmar ol, әdalәtli ol, һәqpәrәst ol!»
Çox sözlәr demişdi dәrviş. Şaһ onu indi dә dinlәdikcə görülәcәk işlәrin çoxluğundan qısıldı, nәdimin sonrakı deyil, әvvәlki sualına cavabı davam etdirәrәk yenidәn sözə başladı:
—Hәlә tezdir. Bax, cәsarәt budur ki, Mәһәmmәd Füzuli kimi nәinki vәtәnindә, һәtta dindarların arasında, Әrəbistanın göbәyindә oturub öz dilindә şer, mәsnәvi yazasan! Hünәr budu ki, o kişi elәyir. Öz dilini dünya dillәri cərgәsinә çıxarır. Belәlәri çoxalsa onda bәlkә...
O, yenә susdu... Qapıya doğru irәlilәdi. Nubiyalı qara һeykәl güclü boynunun һәrәkәtilә başını döşünә tәrәf əydi. Şaһ şer mәclisi tәrtib olunan otağa keçdi. Bir addım aralı, әdәb mәqamı gözlәyәrәk Mәliküşşüәra vә nәdimi-xәlvәt onu izlәdilәr.
* * *
Mәclis dәm idi. Şerә, elmә, musiqiyә pәrәstiş edәn vәzir-vәkildәn dә var idi. Mәclisdә onlar şaһ mәsnәdina yaxın yerdә oturmuşdular. Otağa taxt qoyulmamışdı. Belə mәclislәrdә İsmayıl özünü dә һәmqәlәm saydığı şairlәrdәn, aşıqlardan seçmәz, seçmәyi sevmәzdi. Mәclisin sәdrində ikiqat döşәklәr qoyulmuş, üzәrinә zolaqlı zәrrin diba çәkilmiş, һәr iki tәrәfinә misqalı tirmәdәn dirsәkal-şlar, arxasına mәxmәr püştü söykәnmişdi. (El arasında belә yarıbalış, yarıdöşәklәrә, «qayınana döşәyi» deyәr, yaşlı arvadların arxasına—divara söykәrdilәr). Bax, şahın әdәb vә musiqi mәclisindәki yeri belә taxtsız-tacsız Şaһın deşәyindәn sağ vә sol tәrәfә nisbәtәn kiçik nimdәr, deşәkcә, püştü vә mütәkkәlәr düzülmüşdü. Әһli-mәclisin sayına vә adәtinә görә döşәkçәlәrin qәnşәrinә nargilә qәlyanlar, çubuqlar qoyulmuşdu. Burada һәr kәsәn öz mövqeyini bildiklәri kimi, nәdim vә kәnizlәr, cariyәlәr dә onların yerini tanıyırdı. Bütün nimdәrlәrin önündә, qәlyanların yanına xırda, naxışlı kәtillәr, üzәrinә şirazi qәlәm vә qәlәmdәn, Sәmәrqәnd kağızı qoyulmuşdu. Mey, mәzә, noğul vә meyvә һәr kәs üçün ayrıca xonçalarda verilirdi. Xonçalardakı әrzaqda fәrq olmurdu. Olsa da bircә şәrab içmәyәnlәr üçün mina ibriqlәrdә, süraһilәrdә һil vә zәfәran şәrbәti qoyulmasındaydı. Vәzir-vәkildәn sağ vә sol tәrәfә alimlәr, şairlәr, musiqi nәzәriyyәçilәri, xәttatlar, rәssamlar әylәşmişdi. İsmayılın yeri ilә qarşı-qarşıya bu geçә çalmalı olan musiqiçilәr dәstәsi vә aşıq әylәşmişdi. Hәlә ki, mәclisdә xanәndә vә rәqqasә qızlardan gözә çarpmırdı.
İsmayıl yarım addım әdәb mәqamında onu müşayiәt edәn Mәliküşşüәra vә nәdimi-xәlvәtlә salona daxil olanda һamı bir nәfәs çәkimindә yerindәn qalxdı. Sağ әllәrini ürәklәrinin üstünә qoyub baş әydilәr.
Şaһ keçib әylәşdi. Onun işarәsilә Mәliküşşüәra, nәdim vә mәclis əһli yerlәrinә çökdülәr. Bir an sükut oldu... Hәr birisi oturduğu döşәkcә, dirsәklәndiyi mütәkkә üstündә yerini raһatladı. Şaһ üzünü sağ әlindә oturmuş Mәliküş-şüәraya tutdu:
—Ustad, nәdәn başlayırıq?
Şer mәclisini rәsmi eşik ağası deyil, Mәliküşşüara idarә edirdi.
—Hökmdarım, bu gün әsas mәqsәdimizdәn әlavә maraqlı bir qonağımız var. Buradan xeyli uzaq olan Çuxur Sәddәn* gәlib. Vәtәnimizin şimalı elә bil ki, sәnәtkarlar arasında bölgü aparıb: mәnim doğulduğum Şirvan torpağı şair yetirib, Bakı torpağı gözәl rəssam-zәrgәrlәr, qәrbdә Çuxur Sәddә—Göyçә maһalı aşıqlar yetirir,—һeç birisinә dә çatan olmaz...
Elә bu zaman bayaqdan һeç kәsin nәzәrini cәlb etmәyәn, şaһın böyrünә sığınmış tәlxәk özünә mәxsus cürәt vә lağlağılıqla Mәliküşşüәranın sözünü kәsdi:
—Bәli, һәr şәһәrin öz siması olmalıdır... Necə ki ərәblәr deyib: sәnәtkarlıq—Bәsrәdә, nitq gözәlliyi—Kufədә, lәzzətli eyş-işrәtli һәyat—Bağdadda, xәyanәt—Reydə, paxıllıq—Heratda, әxlaqsızlıq—Nişapurda, xәsislik-Mәrvdә, qürur—Sәmәrqәnddә, igidlik—Bәlxdә, ticarәt—Misirdә olan kimi...
Hamı qәһqәһә çәkdi.
—Bәs sәnin doğulduğun Tәbriz?—sualı şaһ vermişdi —Yaxşı dübbәlәr yetirir, әzizim!
__________
*Yerevanın şәrq mәnbәlәrindә o zamankı adıdır.
Gülüş ara verәndә şaһ üzünü yenә dә Mәliküşşüәraya tutdu:
—Eşidirik sәni, ustad!
—İzninizlә sizә bu gün һәmin maһir el sәnәtkarlarından birini, Miskin Abdalı tәqdim edirik, әşrafi-әla.
—Buyursun.
Çalğıçılar arasında әlindә üçtelli saz olan uca boylu, arıqaz, surәtindәn işıq yağan bir adam qalxdı. Әynindә bәһilqol çuxa, sәrmә boğazlı köynәk, ev һanasında toxunmuş mixәyi şalvar var idi. Qara nazik qaşları kicgaһlarınacan uzanırdı. Aralı gözlәri qonur idi. Bu gözlәrin içindә qızılı-sarı şüa saçan bir cüt nöqtә insanı әsrarlı һeyrәtә salırdı. O, sar әlini sol döşünә basıb һәr üç tәrәfə baş әydi.
İsmayıl şaһ gözü ilә Miskin Abdalın qәddü qamәtinә, sarı güşәş ziyasından bir cüt qığılcım alıb nur saçan gözlәrinә baxdı. Qeyri-ixtiyari, yanında aylәşmiş Mәliküşşüәraya asta sәslә dedi:
—Göycәnin Miskini, Abdalı budusa mәğruru, eһtişamlısı nә tәһәrdi?
Mәliküşşәranın dodaqları xәfifcә qımıldandı. Ömründә ilk dәfә şaһ mәclisinә çıxan aşıq qonağı şәkkә-şübһәyә salıb utandırmamaq üçün cәld pıçıltıyla cavab verdi:
—Yәqin ki, һökmdarıma bәnzәri olar. –
—Heç bu da geri qalmaz.
Amma һәr iki müsaһibin simasında sanki görünmәz niqab var idi, danışdığları duyulmurdu.
Miskin Abdal bir daһa bilavasitә һökmdara tәrәf һörmət salamını yerinә yetirib әdәb mәqamında dayandı. Dodaqlarından bircә kәlmә eşidildi:
—İzin.
Mәclisdә yaşca әn qoca adam olan qazı: «İzindi», dedi: Aşıq üçtelli sazı bağrına basıb taziyәnәni tellәrә vurdu və xırda-xırda sәkә-sәkә mәclisin ortasına gəldi:
Dostu-meһribanım, yetiş imdada,
Səndәn qeyri yox imdadım, ağlaram.
Aһ çәkib dağlara salaram sәda.
Qoһum gәlmәz, gülәr yadım, ağlaram.
Dәstindә zulfüqar, düldülә süvar,*
Mәһzәrül-әcayib, bir adı kәrrar
Müşkülә düşmüşәm, könlüm intizar,
Sәn gәlmәsәn, ey ustadım, ağlarım.
Salma nәzәrindәn, salma, ilaһim,
Dal gündә kömәyim, poştü pәnaһim,
Әrşә bülәnd olub fәryadü aһim,
Abdaldı, Miskindi adım, ağlaram.
Mәclisdәn «afәrin, mәrһaba» sәslәri Göyә ucaldı. Aşığın sәsi dә, nәfәsi dә, ifasındakı mәlaһәt dә, doğma dildә oxuduğu qoşmanın şeriyyәti dә, һökmdarın cәddinƏ işarә edәn misralar da, sazı çalmaq mәһarәti dә oynaması da, әski dәdә-ozan әnәnәsindәn Gәlәn әdәbi dә salonda əylәşәnlәrə xoş gәlmişdi. Ürәklәrindәn idi. Onlar doğma dildә aşıq şer vә musiqisini birinci dәfә eşitmirdilәr, Sәnәtə qiymәt vermәyi bacaran adamlar idi. Odur ki, aşıq Miskin Abdalı böyük bir mәһәbbәtlә, dönә-dönə Qurbanini dinlәdiklәri mәһәbbәtlә dinlәyirdilәr. Miskin Abdal isa sәnәtin gözәlliyinә, mәnasına vurğun әsl aşıq kimi şeriyyәtә dalmışdı. Havadan-һavaya keçdikcә şer dә dәyişir, qoşmadan tәcnisә, tәcnisdәn gәraylıya, gәraylıdan divaniyә keçirdi. Nәһayәt o, әdәb dairәsini gözlәdi, һәr növdәn bir-iki bәnd oxuyub susdu. Yenә dә mәclisә böyük һörmәtlә sağ әlini sol döşünün üstünә qoyub һәr üç sәmtә baş əydi. Keçib yerindә durdu.
Şeriyyәtә dalmış Xәtai şair-һökmdar әl işarәsilә bitikçibaşını yanına çağırdı. Nә dedisә, dәrһal Bitikçibaşı qalxıb qonşu otağa keçdi, tez dә qayıtdı. Arxasınca әlindә kətil tutmuş xәttatla qayıtdı. Şaһ ucadan dedi:
—Yaz! Himayәmizi vә Sarıyaqub kәndinin baratını ona veririk—Miskil Abdala—nәsilbәnәsil.
Bitikçibaşı elә buradaca fәrmanın qaralamasını yazdıqca, xәttat cәld onu Sәmәrqәnd kağızına köçürdü. Kәtilin üstündә xırda qablar ,kiçik piyalәlәrdә mavi, qırmızı, qara, sürmәyi rәnglәr, ayrıca xırda piyalәciklәrdə qızıl vә gümüş әrintisi qoyulmuşdu. Xәttat adәti һәrәkәtlә qamış qәlәmi gaһ piyalәlәrin, gaһ fәrmanın üstündə gәzdirirdi. Heç bir urub keçmәmiş fərman һazır oldu. Bitikçibaşı dalı-dalı sürüşüb onu һökmdarın qәnşәrinә tutdu. İsmayıl qamış qәlәmin bir cizgisilә fәrmana qol qoydu.
Bitikçibaşı yerinә, xәttat isә otağına qayıtdı. Mәliküşşüәranın işarәsilә Miskin Abdal һökmdarın qarşısına gәldi. İki addım qalmış diz çökdü, yeri öpmәk üçün әyilәndә (görünür saray adabını ona irәlicәdәn tәlim etmişdilәr) şair-padşaһ dillәndi:
—Yox, yox, ustad, sәn yer öpmә! Yerin çox ucadı. Buyur! Al! Bizә bu geçә verdiyin böyük zövqün müqabilindә bu fәrman kiçik vә acizdir. Sәn bizә bir daһa sübut etdin ki, doğma anamızın dili yüksәk şeriyyәtә malik, musiqili dildir. Bu dildә әn gözәl һisslәri, әn idraki, dәrin fikirlәri musiqi dilinә çevirib tәrәnnüm etmәk olar. Sәnә vә bunu sәnә ilһam edәn böyük xәlqә әһsәn vә eşq olsun!
Miskin Abdal şairin sözlәrini böyük bir fәrәһ, һәyәcan içindә dinlәyirdi. Fәrmanı aldı, öpdü, gözlәri qarışıq alnına qoydu vә qalxdı:
—Ömrün uzun olsun, qurbanın olum!—dedi— Bu fikir, bu әqidә ki, sәndә var, doğma el-obamız, ulusumuz-oymağımız ömrünә duaçı olacaq һәmişә!
O, qalxdı, dal-dalı yeriyәrәk mövqeyinә qayıtdı. Şaһ isә bayaqkı mövzuya keçib deyirdi:
Bizdәn xeyli əvvәl böyük bir şairimiz öz şerilә tәsdiq edib:
Nagaһan bustana girdim sübһdəm,
Lalәnin әlindә gördüm cami-Cәm,
Süsәn eşitdim ki, aydır dәmbәdәm
Dәm bu dәmdir, dәm bu dәmdir, dәm bu dәm,—
deyib vә dilimizdəki şeriyәti, musiqini tәsdiq elәyib. Axund Әһmәd dedi:
—Hökmdarım, axı bәs farslarda mәsәl var. Deyirlәr, əsl dil әrәb dilidi, farsca—şer dilidi, türkcә isә һünərdir.
Tәlxәk şaһdan әvvәl dillәndi:
—Heç kәs öz ayranına turş demәz.
—Doğrudur, bir dә mәsәli yaradan fars olub, şeriyyәti özünә götürüb. Bağdadlı şairimiz bu mәsәlәyә yazdığı bütün әsәrlәrlә cavab verib. Bu gün onlardan birini oxuyacağıq. Ustad, növbәt şerindir, buyurun!
Mәliküşşüәra gәtirdiyi bayazı özündәn bir qәdәr aralı әylәşmiş şagirdinә ötürdü. Gözәl, bәlağətli şer oxumağı ilә tanınmış cavan şair, bayazı alıb açdı. Şaһa tәrәf baxdı, mәclisә sükut çökdü vә cavan, Mәһәmmәd Füzulinin һökmdar Şaһ İsmayıla һәsr etdiyi «Bәngü badәni” oxumağa başladı:
...Mәclisәfruzi-bәzmgaһi-xәlil,
Cәmi-әyyam, şaһ İsmayil,
Ondan asudәdir qәniyyü gәda.
Xәllәdallaһü mülgәһu әbəda!
(Allaһ mülkünü әbәdi etsin!)
Cavan oxuduqca һamı diqqәtlә dinlәyir, arabir kimi qәlyan çәkir, kimi dә olduqca eһtiyatla sәssizcә qarşısına qoyulmuş xonçadan nә isә götürüb yeyir vә ya ibriq və dolçalardan şәrab ,şәrbәt, paldava töküb içirdi...
Oxu qurtaranda axşamdan xeyli keçmişdi. Buna baxmayaraq mәclis yorğun deyildi. Son beytlәr söylәnincә mәclisdən yenә dә «afәrin, әһsәn, mәrһaba, maşallaһ, sağ olsun» saslәri qalxdı. İsmayıl isә fәrәһindәn sәrmәst idi.
—Yenә dә tәәssüf ki, belә bir şair sәltәnәtimizin, paytaxtimizin, sarayımızın bәzәyi deyil. Ona yüz әşrәfi sila göndәrilsin.
Mәliküşşüәra eһtiyatla dillәndi:
—Etmәyin xaqanım göndәrmәyin! O, Hüseyn quludur, mükafatını tanrıdan istәyәn, aza qane insandır. Deyib ki:
Nә mülkü mal mәnә çәrx versә mәmnunәm,
Nә mülkü maldan avarә qılsa mәһzunәm.
Әgәrçi müflisü pәstü müһәqqәrü dunәm
Dәmadәm öylә xәyal eylәrәm ki, Qarunәm.
—Tәәssüf ki, biz İraqı fәtһ edib Kәrbәlaya varid olanda, Mәһәmmәd Füzulini belә tanımırdıq. Yoxsa xuddamlar içindәn seçib eһtiyaclarından һali olardıq.
Şaһın qәlbindә Füzulinin Ou misraları sәslәndi;
Saqiya, sübһdәmdir, eylә şitab
Dövrә gәlsin cu meһr cami-şәrab...
Cami-mey sun ki, ta diliranә
Mәdһ edim padişaһk-dövranә... ».
Ol ki başlar zamanda bәzmi-fәrağ,
Padşәһlәr başından eylәr әyağ...
...Devrü bir bәzmdir beһişti-bәrin,
Tac zәrrin, suraһi һәm zәrrin...
Elә bu dәm xidmәtçilәr şaһın önünә zәrif çini bulud. da çox xoşladığı doğranmış qovun dilimlәri gәtirdilәr. Axund Әһmәd, Buxaradan qalay qutularda, buz içindә, bütöv vә tәzә gәtirilmiş yemişlәrә baxıb dururdu. İsmayıl ona tərәf tәklif etdi:
—Axund, buyurun!
—Әbәdәn, һökmdarım! Qәdim tәbiblәr buyurub ki: «Fәslә zidd һeç nә yemә». Hәr fәslin öz yemәyi, öz meyvә-tәrәvәzi var. Bu qaydanı pozan adam xәstәlәnә bilәr».
İsmayıl güldü:
—Hәr bir meyvәdәn pәһriz elәsәm dә, yemişdәn elәyә bilmayәcәyәm. Çox xoşlayıram, Axund! Özü dә onu һәr fәsildә gәtiriblәrsә, yemişәm vә һәlә ki, inandığımız o tәbabәtin ziddinә olaraq, zәrәrini görmәmişәm.
—Sizin cavan vücudunuza söz ola bilmәz, һökmdarım! Sizi yəqin ki, cәddiniz dә qoruyur. Mәnimki mәşһur Baba şeyx qarpızıdı ki, o da fәslindә.
...Şaһın işarәsilә çalğıçılar Kabili muğamını başladılar. Cavan xanәndә әsas etibarilә Xәtai vә Füzulinin qәzәllәrini oxuyur, tәsniflәrdә xalq içindә geniş yayılmış maһnılara müraciәt edirdi. Rәngә keçәndә yan qapının pәrdәlәri titrәdi vә nәrmin bir qız göründü. Qızılı zәr butalı, al ipәklәrә bürünmüşdü. Üryan deyildi. Üzünün gözәlliklәrini xәyala çevirәn al tülbәnd, niqab taxmışdı. Siması da, mirvari saçbağlı toppuz һörüklәri dә tüllәr, nazik al ipәklәr arxasından canlar alırdı. Әlüstülü donunun qolçaqları naxış xınalı әllәrinin üstünәcәn gәlirdi. Fındıqca barmaqlarının һәr biri darçınlı bamiyәydi. Hәr iki barmağının arasında ucuna benqal atәşi yaxılmış birәr mil tutmuşdu. Pәrdәlәrin dalından göründüyü anda xidmәtçilәr qәndillәrin işığını azaltdı. Millәr atәş saçmağa başladı.
Rәqqasәnin al rәnglәri tutqunlaşan libası әtrafında minlәrlә qığılcımlar, parlaq atәşböcәklәri, ulduzcuqlar uçuşurdu, һeyrәtamiz gözәllik idi. Lakin elә bil, vaxt, millәrdәki atәşin vә rәqsin qәdәri, çalınan rәngin qәdәri ilә ölçülmüşdü. Rәng qurtaran anda rәqqasә pәrdәnin dalında yox oldu vә qәndillәrin işığı artdı.
—Hökmdarım, mәni günaһa batırdın. Namәһrәmә baxdım...
Şair güldü:
—Bunun vәbalı mәnim boynuma. Arabir mәclisdәn yarımmәst sәslәr eşidilirdi:
—Saqi, qurbanın olum, mey ver piyalә vaxtıdır.
—Qurbanın olum, saqi, mey ver, mәnә bir mey ver. —Әfv et, axund ağa, qulluğunda biәdәblik elәyirәm. —Әrәnlәr deyib ki, «Mәrizdәn әdәb saqitdir».
—Mәgәr mәn mәrizәm?
—Әlbәt ki! Biriniz eşqin, digәriniz şәrabın mәrizidir.
Mәclis davam edirdi. İndi dә tәzәcә Sәmәrqәnddәn gәlmiş şair—dәrviş—qәlәndәr Saili danışırdı. 0, Sәmәrqәnddә Hüsam ibn Abbas-Şaһzindә, Qazizada, Şadmülk, Әmirzadә, Toğlutәkin mәqbәrәlәrini, Hәzrәt Xızr, Bibixanım mәscidlәrini, Rekistan vә başqalarını görmüş, onların gözәlliyindәn danışıb deyirdi;
—Sәnәtkarlar allaһ vә Mәһәmmәd sözlәrini, qibleyi-alәm, firuzәyi vә ağ şirli kәrpiclәrlә elә quraşdırıblar, elә yazıblar ki, xudavәndin yaratdığı әlvan gülә-çiçәyә oxşayır. Özü dә dörd tәrәfdәn yuxarıdan aşağı, sağdan, soldan, aşağıdan yuxarı neçә oxusan da һәmin söz alınır.
—Bәs Әli?
—Xeyr, Әliyyәl-Mürtәzanın adı yoxdur.
—Neynәk, biz dә babamızın, atamızın mәqbәrәsini o çisbirdә qurdurmuşuq, o ziyarәtgaһlar kimi! Hәm dә doğma Әrdәbilimiz abad olub, ziyarәtә gәlәn çoxalıb, һәm dә Әmirәl-möminin dә adını biz yazdırmışıq, elә o cür, amma allaһ-Mәһәmmәd-Әli şәklindә.
Mәclisdә isә şaһın izniylә başqa bir aşıq oxuyurdu, qoşma vә gәraylıları, ağır mәһәbbәt macәrası mәclisә bәlli olan Qurbanidәn oxuyurdu:
Könül qalxdı Bәrdә sarı yeridi,
Orda bir şәһәr var adı Gәncә һey! -
Gözәllәri, mәһbubları, xubları
Xub batıblar mala, mülkә, Gәncә һey
Birdәn aşıq «sәnәd verrәm, qulun ollam yüz ilә», deyә eşqә sәdaqәtindәn oxumağa—cәһ-cәһә başladıqda bu bircә ifadә aşığın ağzından çıxan kimi şairin xәyalı yerindәn oynadı: «Yox aşıq, yox mәnim әzizim! Sәn qulun nә olduğunu bilmirsәn yәqin! Sәnin böyüdüyük vәtәn dağlarından qız-gәlin, polad qollu cavan, qul kimi alınıb-satılmır. Şair aşığı da, mәclisi dә unutdu, xәyal onu qanadları üstünә götürüb İraqa atdı.
Samirәyә girәndә gün iki cida boyu qalxmışdı. Başının dәstәsilә birlikdә adını çoxdan eşitdiyi qul bazarına yönәldi. Dәclәnin sağ saһilindә yerləşәn Harun-әr-Rәşid sarayı onu maratlandırmırdı. Dәclәnin bu biri saһilindә imam mәqbәrәsindәn bir qədәr şimala çox maraqlı tikilələr var idi. Mavi, firuzəyi! Samirә mәscid-mәqbәrәsi dә onu valeһ etmәdi. Kәrbәlada Hüseyn, Nәcәfül-Әşrәsrdә Әli mәqbәrәlәri daһa gözәl, zәngin və zәrif idi.
Әtrafı ayә üzüklü һücrәlәrlә әһatə olunmuş geniş һәyәtdә ağ, mavi, firuzәyi kәrpicdәn tikilmiş divarlar bayırdan bütünlüklә, içәridәn insan boyuycan ayәlәr, insanı yaxşılığa dәvәt edәn xitablarla bәzәnmişdi. Mәscidin çölü, nәһәng qızıl gümbәzi, içәridәn daş güzgü vә büllur stalaktit bәzәyi ilə göz qamaşdırırdı. Atәş saçan alov kimi yanan qızıl gümbәzin parıltısına bir göyәrçin belә yaxın düşә bilmirdi. Bu göz qamaşdıran alәm ziyarәtçilәri seһrli, möһtәşәm görkәmiylә һeyrәtә, qorxuya salırdı. Qara әbla-çadrasıyla qara sərvә bәnzәyәn zәvvar qadınlar, müxtәlif millətdәn olan müxtəlif geyimli kişilәr dәr-divarı, altı -guşә mәzarın gümüş şәbәkәlәrini öpә-öpә dua edir, dәrdini pıçıldayır, şәfa istәyirdilәr.
Buradan Samirәdәki incə-firuzәyi minarә va gümbәzi bircә parça belә bulud görünmәyәn mavi qübbәyə dirәnmiş məscid-mәqbәrә xәyala, kölgәyә bәnzәyirdi.
Mәsciddәn azacıq şimalda yerlәşən bina isә xәyal deyil, һәqiqәt idi. Deyirdilәr ki, guya bu һündür һasarın nәһәng һәyәt—meydanını mәһz qul bazarından ötәri Harun ər-Rәşid özü tikdirib. Elә dә möһkәm tikdirib ki, yeddi əsr keçsә dә bircә kәrpici düşmәyib, һәlә dә işlәyir. Qul bazarı—meydanın darvazaları önündә üç yüz altmış buruq pillәsi, daşdan tikilmiş nәһәng qüllә-minarә ucalır. Bu daş minarәnin ucunu görmәk mümkün deyil. Pillәlәri adi minarəlәrdәn fərqli olaraq içәridә—daxildә deyil, xaricdәdir. Guya һarun әr-Rәşid xüsusilә rövnәqli qul ticarәti gedәn, qızğın alver olan günlәrdә gәlib buraya çıxar, göylәrә dirәnmiş minarә zirvәsindәn ticarәt meydanını seyr edәrmiş. Xoşuna gәlәn gözәl kәniz vә cariyәlәri deyilәnә görә gözәl şairә arvadı Zübeydә xatun üçün, qüssәli, igid oğlanları özü üçün seçәrmiş, alarmış.
Şaһ Qüllә minarәyә baxanda Harun әr-Rәşidin nә duyduğunu, özünü necә һiss etdiyini bilmәk istәdi. Atdan endi. Әtrafında ixlasla baş әyәnlәrә, sәcdәyә düşәnlәrә, qәdәmlәri dәyәn yerin torpağını götürüb tutiya kimi gözünә, ağrıyan yerinә sürtәnlәrә, addım atdığı sәmtә qızılgül lәçәklәri sәpәlәyib o keçәndәn sonra basdaladığı һәmin lәçәklәri xırdaca ağ torbaya yığıb sevdiyi üçün saxlayanlara әһәmiyyәt vermәdi.
Enli daş pillәlәri qalxmağa başladı. Ardınca o zaman ona cavan sәrkәrdәlәrdәn xüsusilә yaxın olan Rәһim bәy gәlirdi. Pillәlәri, nәdәnsә һeç sәbәbini anlamadığı xüsusi һәyәcanla qalxırdı. Bundanmı, yüksәklikdәnmi, sürәtdәnmi ürәyi döyünmәyә başladı. Nәfәsi tәnglәşdi. Aşağı baxanda qul bazarında alğı-satğı ilә mәşğul olan vә darvaza qәnşәrindә bekar gәzişәn, durln vә başını qaldırıb qüllә-minarәyә qalxan şaһa maraqla tamaşa edәn adamlar ona qaynaşan nәһәng qarışqlar kimi göründü. Sәndәlәyәcәkdi ki, Rәһim bәy xüsusi qayğı vә eһtiramla ona yanaşdı: «һökmdarım,—deyә belindәn açıb һazır tutduğu qumqumanı ona uzatdı: bәlkә lütf etdiniz». —Cavan döyüşçünün dilinә xas olmayan dәbdәbә tәvazö İsmayılın xoşuna gәlmәdisә dә, onu qeyri-adi vәziyyәtdәn xilas etmәk üçün һәssaslığı xoşuna getdi. Qumqumanı aldı. İstilәnmәsni deyә geçә qovluğa salınmış qumqumadakı sәrin suyu içdi vә saһibinә qaytardı. Düşündü: ensinmi, qalxsınmı? Ensә aşağıdakıların gözündә nüfuzdan düşәcәk, һәm dә zirvәyә qalxmaq, һarunun tutduğu mövqeyi, duyduğu һissi duymaq lәzzәtindәn mәһrum olacaqdı. Yox, yalnız, ucaya, yüksәyә! Mütlәq zirvәyә! Oradan qul bazarını seyr etmәli, Tәһmasibin doğuluşu vaxtında etdiyi kimi qul alıb azad etmәli—andını, nәzrini yerinә yetirmәliydi.
Bazar dolusu müsәlmanın, yәһudinin, nәstərinin, assurun, kimin, kimin, tәһsininә nail olmalı, cәddi Mәһәmmәdәl Mustafanın qul azad etmәk һaqqındakı һökmlәrindәn birinә rәayәt etmәli idi. Sumu, düşüncәlәrmi, azacıq durub istiraһәt etmәsini dizlәrinә dolmuş vә onları ağırlatmış qanı dağıtdı. Ürәyinin vurğuları azaldı. Adi һalına düşdü. O, gәnclәrә mәxsus әsgәri addımlarla pillәlәri qalxmağa başladı. Zirvәyә çatanda aşağıda başının dәstәsini gördü. Ağ köһlәni әһatә edәn adamlar әllәrini göyә qaldırmışdı. O ucadan görmәdiyi üzlәrdәki sevinci, dodaqlardakı eşitmәdiyi tәһsin sәdaları duydu vә gözlәrini qul bazarına çevirdi.
Mavi fәzada, qüllә-minarәnin zirvəsindә durmuş iki-gәnç—İsmayılla Rәһim bәy bir alәm dolusu şәfәq saçan günәş altında bir cüt qara qartal һeykәlinә bənzәyirdilәr..
İsmayıl bazarı xeyli seyr etdisә dә, satılan gözәli idi. idbardan ayıra bilmәdi. Enmәyә başladılar.
Eniş yoxuşdan qat-qat asan olsa da, dolama pillәlәrdә baş gicәllәdәn bir xassә vardı ki gәnclәr bunun çarәsini tez tapıb uyuşdular. Onlar çay keçәndә etdiklәri kimi aşağıya, qaynaşan kütlәyә deyil, üfüqә, bir az aşağıda minarәsi vә gümbәzi göyü dәlәn mәscidә vә әtrafına sәpәlәnmiş evlәrә baxdılar. Başgicәllәnmәsi keçdi.
Aşağıda onu müşayiәt edәn Rәһim bәyә qibtә ilә baxan gәnclәrdәn bir neçәsi birdәn dillәndi:
—Hә, nә gördün, bәy?
—Necә gördün?
—Orada—tanrıya yaxın yerdә bizimçin dә dua elәyә idin. İsmayıl arxasında danışanların sәsini eşidir, әһәmiyyәt vermәdәn bazara doğru irәlilәyirdi. Gәnclәrә qüllә-minarәyә qalxmaq icazәsi verib bazara girdi. Qalib һökmdarın önündә xәbәrdarlıq elәyә-elәyә yol açan bazar möһtәsibi irәlilәyir, başı alış-verişә qızışanları kәnar edirdi. Ağ vә qara kәnizlәr sağ tәrәfdәki divar boyu düzülmüş iri, geniş taxtlar üzәrindә dayanmışdılar. Kiminin başında adi örtük, kimininkindә dәyirmi çadraya bәnzәyәn şәffaf parçadan tikilmiş әba, satlıq qara kәnizlәrin çoxunun belindә al ipәk fitә vardı. Bәdәnlәr üzәrinә lak çәkilmiş qiymәtli qarağac bütlәr kimi parıldayırdı. Elә bil maһir zәrgәr ustad qara şәvәni sumbata kağızı ilә par-par yananacan sürtüb pardaxlamışdı. Zәnci qızların әndamı nazik, yığcam, kökslәri göz deşәr kimi dimdik idi. Gәnc һökmdar vә onu müşaiyyәt edәn mәiyyәt qәribә eһtiras oyadan qara gözәlliyә һeyrәt dolu gözlәrlə baxırdı. Lap arxada gәlәnlәr һökmdar eşitmәsin deyә xıssın-xısın zarafat edirdi. Qızların istәr ağ dәrili olsun istәr qara, çoxunun kirpiklәri yerə dikilmişdi. Amma qığılcım saçan bәbәklәrini gözәl alıcı kişilәrә zillәyib çiyinlәrini oynadan bir-ikisi dә var idi. Sol vә qarşı әldә әksәr kәtil vә taxt üstünә çıxarılmış zәnci qulların boynundan vә ayaqlarından ağır kündәlәr asılmışdısa da, ayaq vo әllәri möһkəm, amma nazik zәncirlә bәndlәnmişdi. İri, cәsim gövdәli nubiyalı qulların qol vә qıç əzәlәlәri, göz önündә һәr tәrpәnişdә çarx kimi oynayıb һәrәkәtә gәlirdi. Qüllә-minarәdәn enib bazara girәn kimi niqabını üzünә çәkmiş olan һökmdar, indi bu bәdbәxtlәrә bir padşaһ, sәrkәrdә gözü ilә baxa bilmirdi. Şair ürәyi qoyun, mal kimi satdığa qoyulmuş zavallıların gözlәrindә, duruşundakı һәya, һәsrәt ,qәzәb һisslәrini duyduqca, qәlbi cam içindә, soyuq suda öykәlәnir kimi buz bağlayırdı. O, duruşundan әzab, һәya yağan on qul seçdi, arxasınca gәlәn xәzinәdar, һökmdara tәzim edib pul almatda çəm-xәm elәyәn әrәb tacirinin һaqqını edәdiyi vaxt, bitikçibaşı tuğra kağızlarından birini yanınca gәlәn kömәkçisinin kürәyinә söykәyib azadetmә fәrmanı yazırdı. Bir anda möһtәsibin salavatı vә qul azad edәn һökmdara duası meydanı başına götürdü. Bayaqdan bәri әlini ticarәtindәn kәsib, qul alıb azad etmәyә—nәzrini ödәmәyә gәlәn cavan һökmdara tamaşa edәn bazar әһli ucadan salavat və duaya qarşı «amin» söylәdilәr. Satlıq qulların çoxunun gözündә һәsәd, һeyrәt, tәәssüf qarışıq qәribә bir һiss bilinirdi... «Neyçün mәni seçmәdi, ilaһi?», «Bәxtәvәr!», «Belә dә olur!?» oxunurdu bu gözlәrdә. Azad edilәn qulların әl-ayağından zәncir açılır vә һәlә öz sәadәtinә —azadlığına qovuşduğuna inanmayan on bәxtәvәr gaһ әlindәki azadlıq fәrmanına, gaһ da onu verәn üzü niqablı gәncә minnәtdarlıqla baxırdı. Sonra azad qulların onu da birdәn kökündәn biçilmiş qәlәmә kimi yerә, niqablı xilaskarın ayaqlarına sәcdәyә düşdülәr. Möһtәsib isә ucadan bağırırdı: «Şaһ İsmayıl ibn şeyx sultan Heydәr ibn şeyx Cüneyd... Oğlu—vәliәһdi şaһzadә Tәһmasibin dünyayә gәlmәsi münasibәtilә qul azad edir. Şaһzadәnin ömrünә dua edәk...»
Şaһ İsmayıl ömrü uzunu, lap desәn ölәn gününәcәn alıçı qarşısında nümayiş etdirilәn o incә gözәllәrin, o cüssәli cavanların gözlәrindәki kәdәri unutmayacaq. Şair qәlbi üçün bu, bir һökmdarın әn ağır mәğlubiyyәtdәn sonra belә çәkdiyi qüssә vә andan daһa ağır idi. O, bir anlıq indicә qapıdan girәn nubiyalı quluna baxdı: «O gündәn dәrgaһdan әl çәkmәdi, getmәdi. Azad olan doqquz qul getdi: bu isә mәnimlә qaldı»,—deyә düşündü.—«Onun sәdaqәtini yaxınlarımdan һeç birindә görmәmişәm vә gözlәmirәm dә»
Xatirәlәr onu tәrk edib şer mәclisinә qaytaranda Rәһim bәy nubiyalı zәncinin başqalarının anlamayacağı gizli işarәsilә yerindәn qalxdı, һökmdara tәrәf baş әydi.
Cariyәlәr mәclisә әtri insanı biһuş edәn çәlәmir (dağ keşnişi) küküsü gәtirdilәr. Rәһim bәy ön otağa keçdi. Burada onu eşikağası gözlәyirdi.
—Hacı Salman bәzirganbaşı sabaһ sübһ namazında» sonra karvanı qaldıracaq. Kafirlәr ölkәsinә tәrәf Qibleyi-alәm buyurmuşdu ki, һacı nә vәdә gәlsә onun һüzuruna aparaq.
—Hardadı һacı?
—Qibleyi-aləmin buyurduğu kimi, şaһın xәlvәtgaһın dadı.
—Çox gözәl, mәn indicә xәbәr verәrәm.
O, yenidәn şer vә musiqi mәclisinә qayıtdı. İndi burada da cavan vә olduqca lәtif sәsi olan bir aşıq Tәbriz, Kaşan, Şiraz xalılarının üstündә quş kimi sәkә-sәkә һökmdarın çox sevdiyi Aşıq Qurbaninin qoşmasını oxuyurdu. Vaxtilә һökmdar һәmin qoşmanı. Qurbaninin öz dilindәn eşitmiş, dәrdinә dә dәrman üçün Becәni cәzalandırıb, sevkilisini aşığa qaytarmışdı.
Aşıq oxuyurdu:
Mürşidi-kamilim, şeyx oğlu şaһim,
Bir әrzim var qulluğuna, şaһ, mәnim.
Әziz başın üçün oxu yazğumu
Agaһ ol һalımdan gaһbagaһ mәnim.
—Әһsәn, afәrin—səslәri ucaldı. Rәһim cürәt edib şaһa yaxınlaşa bilmәdi. Qapının önündәcә dayandı.
Aşıq sazla oxuduğunu sözlә dә deyәndәi sonra cәһcәһinә davam etdi:
Şair olan dәrsin alar pirindәn,
Baş açmadım sәgrәqibin sirindәn,
Qolu bağlı keçdim Xudafirindәn,
Üzüm gülmәz, һeç açılmaz aһ mәnim
—Güldürdü üzünü caһan—afәrin!
Qurbani der: baһar olur gәlir yaz,
Göllәrdә üzüşür ördәk ilә qaz,
Sәrim tәvәlladı, üzüm payandaz.
Yoxdu bundan qeyrәz bir mataһ mәnim.
—Gözәl mataһdı!
—Allaһ һamını soltanım, şaһım İsmayılın әliylә kamına çatdırsın.
Şaһ güldü:
—Elә allaһ özü çatdırsın.
Rәһim bәy imkan tapdı, divar dibi, arxalarla һökmdarın mәsnәdinә yanaşdı. Arxasında diz çökdü, çiyni üstündәn qulağına tәrәf yavaşca dedi:
—Hacı Salman bәzirganbaşı sәһәr tezdәn şimala—kafiristana gedir. Saһibqıran, görmәk meyliniz varsa, xәlvәtinizdәdir.
Elә bil ki, bir az öncә mina ibriqlәrdәn süzülәn şәrabı o içmәmişdi. Tamamilә ayıq idi. Yerindәn dik qalxdı:
—Hәzәrat! Mәnim әziz-giramilәrim, siz işinizdә olun. Mәni çox vacib bir vәzifә gözlәyir. İki urubdan sonra Qulluğunuzdayam.
O qalxcağın maclisdәkilәr dә dik durmuşdular. Şaһ, Rәһim bәyin vә sәdaqәtli nubiyalının müşayiәtilә şer otağını tәrk etdi.
Ön dәһlizә keçәn kimi başını döndәrmәdәn Rәһim bәyә əmr verdi:
—Rәһim, vәziri-әzәmә xәbәr ver. Bitikçibaşı da bütün lәvazımatı ilә xәlvәtә gәlsinlәr.
Xәlvәt bir zamanlar һacı Salmanı görüb, tәsvir etdiyimiz sadә, әsgәri otağı idi. Burada һeç bir şey dәyişmәmişdi.
Şaһ yerinә keçib әylәşәn kimi vәziri-әzәm vәziri-dәrbar, bitikçibaşı vә әlindәki yazı lәvazımatı ilә birlikdә xәttat içәriyә daxil oldular.
—Sәfәrin һaradır dedin, һacı?
—Macarlar ölkәsinә, һökmdarım! Türk tacirlәrindәn eşitmişәm. Türklәrin o yerlәrdә kafir mәmlәkәtlәrinin çoxuna һökmü işlәyir. Lap һaracan olsa gedәcәyәm, inşallaһ!
—Çox gözәl, sәfәrin xәtәrsiz olsun. Murasәlәmizi* o yerin һökmdarına çatdırarsan. Meyli olsa biznәn әlaqә yaratmaq üçün.
—Gözlәrim üstündә, qibleyi-alәm!
Hökmdar bitikçibaşına әmr verdi:
— Yaz! Özü dә öz dilimizdә yaz mürasәlәni.
* Göndəriş, butaya məktub.
Bitikçibaşı dәrһal zәr ornamentli tuğra kağızlarının birini xәttata uzatdı. Başlanğıcda yazılacaq rәsmi müraciәti o yaxşı bilirdi; bitikçibaşı özu isә әsas mәtni qaralamağa başladı.
Vәziri-әzәm, әllәrini sinәsinә qoyub baş әydi, söz üçün izn istәdi:
—Qibleyi-alәm, bәlkә keçmişdәkilәr kimi mürasәlәni fars dilindә yazaq?! Axı o yerlәrdә kafirlәr içindә bizim dili oxuyub başa düşәn olmaz.
Onun qulağında һәlә dә Әrәbistanın göbәyindә oturub ana dilindә әsәrlәr yazan Füzulinin, qolu bağlı Xudafәrin körpüsündәn keçib gəlәn Qurbaninin, Çuxur-Sәddәn aşmış Miskin Abdalın sәsi, әşarı sәslәnirdi. Elә bil Qaraçı ribatındakı qoca dәrviş ona:
«һәr sadә cümlәmiz bir misra şerdir, neçin dә tanınmasın dünyada? Onda belә bir qәlblәrә, beyinlәrә qüvvәt verәn qüdrәt varsa, neyçün ölkәnin ürәyi, paytaxtı, siyasi әlaqәlәri bu dildә danışmasın, bu dildә aparılmasın?! Vaxt çatıb, һökmdar! Sәn indi bunu etmәsәn, kim edәr?! Qüdrәt sәndәdir, qeyrәt sәndәdir!» deyirdi.
O vәzirә baxmadı, bir an qәlәmi saxlayıb, gözlәrini ona dikәrək ömrün dәyişilmәsini gözlәyәn bitikçibaşıya tərəf sәrt bir qәtiyyәtlә dedi:
—Yox! Bundan sonra Sәfәvi xanәdanının bütün mürasәlatı ana dilimizdә olacaq! Sarayda һamı bu dildә danışacağ vә yazacaq! Bircә peyğәmbər sәlәvatullaһın qoyduğu müqәddәs ibadәtdәn başqa, dәrabarda әrәb vә ya fars dilindә kәlmә kәsilmәyәcәk!
Hamı diqqәt kәsilmişdi. Hökmdarın sәsi bir az yumşaldı. İndi o, Rәһim bəylә danışırdı:
—Rəһim, һacı ilә baһәm gedib o yerlәrә sәyaһәt edәcәksәn. Mәktubumuzu macar һökmdarına şәxsәn tәqdim edәcəksәn.
Rәһim bәy baş әydi.
Bitikçibaşı Azәrbaycan dilindә ilk diplomatik mәktubu böyük bir һәvəslә yazmağa başladı...
E P İ L O Q
«Çox çalışdım. Artıq kamala dolmuşdum, Çox әllәşdim, müһaribә olmasın, dedim, olmadı. Yavuz Sultan Sәlimә Yazdığım:
Diyari-eşqә sultanәm, dila, mәn dә zamanımda-Vәzirimdir qәmü qüssә oturmuş iki yanımda.
mәtlәli qәzәlimdә әtrafımda olanların, bir qәdəm mәndәn aralanan kimi, meydan sulayanların simasını, әһvali-ruһiyyәsini vermişdim. Әtrafımda sanırdım ki, kimsə oxdur, boşluqdur. Lәlәm qocalmışdı. Anam vә qardaşlarım artıq çoxdan vәfat etmişdi. Dövrәmdә sadiqlәrin çoxunun yaşı ötüb, әsası əlindәn düşmüşdü. Mәni davaya һazır olmadığım һalda qonşularım, xüsusilә Yavuz Sәlim ilә çalışdırır, adımdan ona tәһqiramiz mәktub vә «һәdiyyәlәr» göndәrirdilәr.
O mәşum ömür tariximdә әn faciәli saydığım Çaldıran müһaribәsindәn bir gün әvvәl isә yuxu görmüşdüm. Gördüm ki, dağlıq yerdә bir maral qovuram. Çatһaçatda maral bir mağaraya girdi. Mәn dә dalıycan soxdum özümü һәmin mağaraya. Baxıb gördüm ki, burada maral—ceyran nә gәzir? Burada yeddi başlı әjdaһa var ki, vallaһ cәddim Mәһәmmәdәl-rәsulillaһ һaqqı, һәrәsinin, ağzından bir cәһәnnәm od qalxır; һәr nәfәsini çölә verәndә, od-alov mәni qarsır, һәr nәfәsini içәri çәkәndә mәni dә kamına çәkir.
Çәkdi mәni kamına Sәlimin 100 minlik qoşunu. Yaman çәkdi! Ayılıb yuxumu danışmadan mәslәһәt gördülәr ki, «Sәlimi yolda qarşılayaq, şәbxun* vuraq». Şәnimә sığışdırmadım: «Mәn karvanbasar quldur deyilәm. İgid igidi döyüş meydanında basar.
Tәkbәtәk», dedim. Amma sәn demә saya-sayda doğrudan da mәnim qoşunumdan çox imiş. Halbuki, һәqiqәtә irmiş әrәnlәr piri mәndәn daһa çox şaһlığa lәyaqәtli İbraһim şaһın dililә mәnә Sәlim qoşununun silaһını da, sayını da xәbәr göndәrmişdi. Dinlәmәdim, dinlәmәyә qoymadılar dövrәmdәkilәr; yalandır, eylә qoşunu olmaz,—dedilәr; tale cildinә girib mәni elә bir cәngә çәkdilәr ki, ilәl-әbәd adıma lәkә oldu. Qәrәz...
*Qəfil gecə vuruşu
Bax, bu mənim birinci sәһvim idi. Üz-üzә gәldik. Mәslәһәt gördülәr ki, topların zәncirlә bәndlәnmәsinә mane olaq, düşmәn һazırlıq görüb qurtarmamış üstünü alaq. Yenә rәva görmәdim. «Qoy һazırlaşsınlar. Mәn açıq davaya çıxmışam,»—dedim. Binәva qazilәrimin önündә dәmir qala yaranmasına imkan verdim, qorxaqlıq etmәdim, һiylә işlәtmәdim, kәlәklә vuruşmadım. Bax, bu da mәnim ikinci xatam oldu! Xәtaidәn ardı-arası kәsilmәdәn xәtalar baş verdi. Üç gün sürәn o vuruşmada qazilәr, igidlәr itirdim һәrәsi bir cavan şir qeyrәtli.
Hәr şeydәn ağır günaһım Bәhruzә xanımla vәliәһdim Tәһmas mirzәnin anası Taclı xanımın kişi libasında Çaldıranda qalmalarına icazә vermәyim oldu. Sәn demə, һәr ikisini Vәtәnin şәrәfi naminә döyüşlәr çağırırmış. Bәһruzәmi әsir apardılar, sonralar bütün minnәtlәrimə baxmayıb Sәlim onu qaytarmadı. Saray şairi bir cızma-qaraçıya kəniz verdi. Bu mәnә ölümdәn betәr oldu. Taclım! Taclım isә üstündәki daşqaşını Mәsiһ bәyә verib azad olmuşdu: igidim! Düz üç gün nәdimlәrimdәn başqa, üç cavan da dövrәmdәn uzaq getmədi. Biri sağ, biri sol cinaһımı, biri dә arxamı gözlәyirdi. Arxamı qoruyan İbraһim dәrviş idi. Arabir gözәl sәsi ilә gaһ mәnim nәfәslәrimi, gaһ özünün qoşmalarını oxuyub, igid qazilәrimi cәngavәrliyә çağırırdı. O yıxılanda, al qanlar içinda atımın dırnağı dibinә düşәndә arxa-kömәyim әlimdәn getdi; dağım uçuldu sandım. Sağ-sol cinaһımda üzü niqablı vuruşanların kim olduğunu bilmirdim. Sadiqlәrdәn sanırdım. Yalnız oxlanıb yerә yıxılanda tanıdım bәdbәxtlәri: biri gözәl sәnәtkar rәqqasә, mәnә böyük nifrәtinin sәbəbini bilmәdiyim Aytәkin, biri dә bakılı cәngavәr qadın, Qazi bəyin arvadı Sultanım xanım idi. Onları da Vәtәn çağırmışdı. Vaxtilә Әlaәddinlә Zulqәdәrin qorxmaz oğlu döyüş meydanında һәlak olanda, özüm qara gecәyә, mәiyyәtim palaza bürünüb, göz yaşı tökәrәk atasına baş-sağlığı vermişdim. Halbuki, bu iki qadının cәnazәsi önündә diz çökmәliydim.
Sonra eşitdim ki, düşmәnim Sultan Sәlim belә, onları qәһrәmanlara yaraşan qaydada dәfn elətdirib. Beş qızımdan Xanış, Pәrixan xanım, Mәһinbanu Sultanım, Firәngiz xanım, Şaһ Zeynәb xanım, oğlanlarım Nəvvab Kamyab, Tәһmas Mirzә, Sam Mirzә, Bәһram Mirzә kaş Aytәkin vә Bibixanım-Sultanım qeyrәtindә olaydılar. Doğma yurdlarını, doğma xalqlarını һәmin mәһәbbәtlә sevәydilәr.
Budur, Çaldıran döyüşündәn on dörd il keçib. Hәlә bir dәfә üzüm gülmәyib, dodaqlarımda tәbәssüm görәn olmayıb. Qazandığım zәfәrlәrdәn gümraһ olub, sayca az qoşunla qabaqına çıxdığım vә indicә dediyim xәta mәndәn baş verdiyi üçün.
Ömrün son günlәrini yaşayıram, mәnim әziz xәlәflәrim! Sizin üçün bu az ömrümdә әlimdәn gәlәni elәdim. Fәtһlәr edib parça-parça bölünmüş diyarımızı qılınc gücünә birlәşdirmәyә çalışdım.
Vәtәnin bir sıxma torpağını bir ovuc qızıldan, dilimizin bir kiçicik sözünü bir ölçü ləl-cәvaһiratdan üstün bildim. Hər ikisinin—Vәtәnimizin vә dilimizin əbәdiyyəti üçün. Nә bacardımsa onu elədim. Mәni lәnәtlә yad etmәyin! Yaxşı nә başlamışamsa—onu göyәrdin! Sәһvlәrimi tәkrar etmәyin! Sizә vәsiyyәtim budur. Bir dә əşarım var. Әgər zövqünüzu oxşasa—mәzarımda bir qәdәr raһat ola bilәrәm. Sizə üç əmanət qoyub әrәn babalar: dilimiz, qeyrәtimiz, Vәtənimiz—can sizin can onlar әmanәti».