Homoseksual təbliğatı aparmağın cəzası sərtləşdirilir


Rusiya Dövlət Duması “homoseksual təbliğatı” aparmağa görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu sənəddə seksual azlıqların paradları qadağan edilir. Həmçinin seksual azlıqlara dair təbliğatın aparılmasına görə fərdi şəxslərin 165 dollar, təşkilatların isə 165 000 dollar cərimələnməsi nəzərdə tutulur.

Dumada müzakirələr zamanı seksual azlıqların hüquqlarını müdafiə edən bir qrup etiraz aksiyası keçirməyə cəhd edib. Amma Dumanın qarşısına toplaşan sənədin tərəfdarları ilə onların arasında qarşıdurma yaranıb, polis 20 nəfəri saxlayıb.

Layihə Dumada üç oxunuşda qəbul edildikdən sonra Federasiya Şurasında da təsdiq olunmalı və prezident onu imzalamalıdır ki, qanun kimi qüvvəyə minsin.