Qazaxıstanda neft işçiləri tətilə çıxıb

“SiBu” adlı qazma şirkətinin 800-dən çox əməkdaşı maaş və təzminatların artırılmasını tələb edirlər.

Aksiya Manqistausk vilayətindəki bir neçə neft yatağında keçirilir.

Bu barədə interfaks agentliyi aksiyaçılara istinadla xəbər verir.

Onlar 1 ay bundan əvvəl şirkət rəhbərliyinə müvafiq məktub göndərdiklərini, amma cavab almadıqlarını deyirlər.