Bu gün Misirin Port-Səid şəhərində daha 8 adam ölüb

Bu gün Misirin Port-Səid şəhərində baş vermiş hərc-mərclikdə azı 8 nəfər ölüb.
Onlardan 2-si polisdir.

Toqquşmaya səbəb Qahirə məhkəməsinin ötən il şəhər stadionunda baş vermiş hərc-mərclikdə ittiham olunanlardan 21-i ölümə məhkum etməsi olub.
Həmin vaxt stadionda baş verən gütləvi çaxnaşmada 74 adam ölüb.

Həbs edilənlərin qohumları və tərəfdarları onların saxlandığı həbsxanaya hücum etmək istəyiblər.
5 2 nəfər barəsində isə bu ilin martında hökm oxunacaq.

Bu günlərdə Misirdə keçmiş prezident Mubarakın devrilməsinin 2-ci ildönümü ilə ılaqədar etiraz nümayişləri keçirilir.

Dünən baş verən toqquşmalarda azı 7 nəfər ölüb, 400-dən çox adam yaralanıb.

Bu gün Suez şəhərinə tank və zirehli texnikalar çıxarılıb.
Nümayişçilər indiki prezident Muhammad Morsini verdiyi vədləri yerinə yetirməməkdə günahlandırırlar.