Heydər Əliyevin Mexikodakı heykəli götürülüb

Foto arxiv

Heydər Əliyevin Mexikonun Dostluq parkındakı heykəli bu gecə şəhərin başqa ərazisinə köçürülüb.

APA və digər KİV-nin məlumatına görə, , heykəlin köçürülməsi ilə bağlı xərclər şəhər büdcəsindən ödənilib.

Heykəl köçürülərkən təhlükəsizliyi təmin edilməsinə 200-ə yaxın polis işçisi cəlb olunub,ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan səfirliyi ötən ilin avqustunda Mexikoda iki park salınması və bu heykəlin ucaldılmasına görə 5 milyon dollar ödəyib,

Lakin bu yerli fəalların qəzəbinə səbəb olub.
Bundan sonra şəhər meriyasə heykəlin köçürülməsi barədə qərar çıxarıb.