İran danışıqların bu ay keçirilməsini təkid edir

İran rəhbərliyi onun nüvə proqramı ilə bağlı danışıqların yanvarın 28-29-da keçirilməsini təhkid edid.

Amma İran kütləvi informasiya vasitələrinin məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə idarəsi bildirib ki, danışıqlarda iştirak edən ABŞ,Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin buna hazır deyillər və onun başqa vaxta keçirilməsini təklif edirlər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.