Holokost qurbanlarının beynəlxalq anım günüdür

Almaniyada Holokost muzeyi

Bu gün Holokost qurbanlarının beynəlxalq anım günüdür.

Sovet ordusu 1945-ci il yanvarın 27-də Polşadaskı Auşvits-Birkenau nasist ölüm düşərgəsini azad edib.

BMT-nin Baş Assambleyası 2005-ci il yanvarən 27-də bu günü Holokost qurbanlarının anım günü elan edib.

Bu il keçiriləcək bütün tədbirlər 10 minlərlə yəhudi və digər qurbanları xilas etmək üçün öz həyatını təhlükəyə atan insanların xatirəsinə həsr ediləcək.

Həmin illərdə nasist düşərgələrində 6 milyona yaxın yəhudi öldürülüb.