Misirdə toqquşmalar davam edir

Misirin 3 şəhərində fövqəladə vəziyyət elan olunmasına baxmayaraq polislə nümayişçilər arasında toqquşmalar davam edir.
Qahirənin Təhrir meydanı yaxınlığında polisi daşa basan gənclərə qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Bazar günü Süveyş kanalı boyunca 3 şəhərdə - Port Səid, İsmailliyyə və Süvüeyşdə və ətraf vilayətlərdə 1 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu regionda toqquşmalarda 50–dən çox adam ölüb. Toqquşmalar isə Port Səiddə keçən ilki futbol oyunu vaxtı zorakılıq göstərmiş futbol azarkeşlərinin ölümə məhkum olunmasına görə başlanıb.