National Geographic-dən son 125 ilin fotoları

ABŞ-da Vaşinqton ştatında Milli Qoruqda qürub vaxtı. 2009-cu il.

1995-ci il, Hindistan. Suya quraşdırılan və hərəkət olan fotolar çəkən fotokamera ilə dişi pələng "öz şəklini çəkir".

"National Geographic" jurnalının ilk baş redaktoru Gilbert H. Grosvenor 1915-ci ildə Kaliforniyaya səfəri zamanı.

"Donmuş bakirə". Peruda tapılmış və 500 il yaşı olduğu guman edilən mumiya.

1938-ci il, Qəzza. Dəvə üzərində zəvvarlar. 

1937-ci il. Vaşinqton zooparkına ekzotik heyvanlar toplayan qrup "The National Geographic Society" bayrağını qaldırır.

1963-cü il. "National Geographic"-dən Barry Bishop-un da daxil olduğu ilk ABŞ alpinist qrupu Everestin zirvəsinə çıxır.

The National Geographic və hərbi hava qüvvələrinin "Explorer II" hava şarı səmaya qalxmağa hazırlaşır. 1935-ci il noyabrın 11-də bu hava şarında 2 "astronavt 22 000 metr yüksəkliyə qədər qalxdı. 1950-ci illərə qədər heç kim bu qədər yüksəkliyə qədər qalxa bilmədi.

Bu fotonu "National Geographic"-in əfsanəvi fotojurnalisti Maynard Owen Williams 1931-ci ildə Əfqanıstanda Herat bazarında çəkib.

1926-cı ildə su altında çəkilmiş ilk rəngli foto. Müəllif "National Geographic"-dən Charles Martin.

1964-cü il, Tanzaniya. Balaca şimpanzenin "National Geographic"-in əməkdaşı, zooloq Jane Goodall-la ünsiyyəti.

1912-1915-ci illərdə  National Geographic-in də dəstəyi ilə Peruda dağlarda qazıntı aparan arxeoloq Hiram Bingham. 

1909-cu il, Alyaska. National Geographic-in dəstəyi ilə ekspedisiyada olan Oscar D. Von Engeln çəkdiyi fotonun plyonkasını səhər çağı dəniz suyunda yuyur. 

Paleontoloq və National Geographic-in əməkdaşı Louis Leakey və ailəsi ilk insanın qalıqlarını araşdırır.

British Columbiada 1000 il yaşayan sədr ağacı altrında ayı. Yerli sakinlər onu ruh ayı kimi də tanıdırlar.

1964-cü il, Moskva. Qızıl Meydanda fəhlələrin paradı. 

1957-ci il. "National Geographic" jurnalının əməkdaşı Thomas Abercrombie ilk dəfə Cənub Qütbünə səfər edən jurnalist oldu. 

Uqandada Kraliça Yelizaveta parkında ağaca çıxmış şir. 

İlk dəfə ayda olan Apollo gəmisinin astronavtları özləri ilə bu planetə National Geographic-in də bayrağını aparıblar.

1948-ci il. "National Geographic"in əməkdaşı, fotojurnalist Howell Walker Avstraliyada iş başında.

Monqolustanda Çingiz Xanın məqbərəsini araşdıran "National Geographic"-in əməkdaşı, alim Albert Lin at çapır. 

Meksika, 1938-ci ilin əvvəli. National Geographic-in dəstəklədiyi ekspedisiyanın rəhbəri Matthew Stirling. 

1984-cw il. National Geographic-in əməkdaşı, arxeoloq Richard Adams divarlardakı rəsmləri araşdırır.

1912-ci ildə Şimali Atlantikada batmış Titanik gəmisinin 1991-ci ildə tapılmış qalıqlarından, National Geographic-in çəkdiyi foto.

National Geoghraphic-in təsisçilərindən olan Robert E.Peary 1909-cu ildə Şimal Qütbünə səfər zamanı.