Azərbaycanda bank krediti Facebook fəallığına görə

Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq bank krediti Facebook istifadəçiliyinə görə verəcək.

"Bank of Baku" yeni "Facebook fan kredit" layihəsinə başlayacaq.
Bankdan Trend-ə verilən məlumata görə, hər bir "Facebook" sosial şəbəkə istifadəçisi müəyyən meyarlara uyğun gəldikdə "Facebook fan kredit" ala biləcək.

Bu kredit növünü almağa iddialı şəxsin azı 20 yaşı olmalı və Facebook-dan istifadə müddəti minimum 6 ay olmalıdır.

Kredit məbləğinin müəyyənləşdirilməsində maliyyə göstəriciləri ilə yanaşı, kredit istəyənin "Facebook" səhifəsində aktivliyi və dostlarının sayı meyar kimi çıxış edəcək.
Müştərinin Facebook dostlarının sayı ona kredit üzrə faizdə endirim verəcək ("like" saylarına görə kreditin illik faizində endirimlər nəzərdə tutulur).

Layihənin nə vaxt başlanacağı hələ dəqiq məlum deyil.
(...bu krediti ala bilənlər bizə yazsınlar).