Qəpiklə toplanan cərimələr «Kapital» Banka köçürüldü

Kapital Bank

“Əsgər ölümünə son» şüarı ilə keçirilən etiraz aksiyasında cərimə olunanlarla bağlı toplanmış vəsait «Kapital» Bankın hesabına köçürülür.

Qeyd edək ki, 13 nəfərin cəriməsini ödəmk üçün yığılan 5 min manat, 1, 3 və 5 qəpiklik şəklində toplanıb.

Yanvarın 12-də əsgər Ceyhun Qubatovun ölümünə etiraz olaraq Bakıda etiraz aksiyası keçirilib.
Aksiya zamanı saxlanan 22 nəfər cərimələnib.
Bundan sonra həmin vəsaiti ödəmək üçün «5 qəpik» kampaniyasına başlanıb.