Ombudsman aparatının əməkdaşları İsmayıllı hadisələrində tutulan 12 nəfərlə görüşüb

Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Məlum olub ki, fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 10 nəfərlə bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər dövlət hesabına vəkillə təmin edilib.
Ombudsmanın Baş Prokurorluğa müraciəti nəticəsində onların öz seçdikləri vəkillə görüşməsi və müvəqqəti saxlanılma yerindən istintaq təcridxanasına köçürülməsinin təmin edilməsi ilə bağlı tədbirlər görüldüyü bildirilib.