Şəmkirdə yanğın zamanı iki Türkiyə vətəndaşı ölüb, üçü xəsarət alıb

FHN yanğınsöndürənləri

-

Azərbaycanın Şəmkir rayonunda yanğın baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şəmkir rayonu, Seyfəli kəndində inşaat işləri aparılan ərazidə fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 300 kv. m olan tikilidə qeydə alınıb.

Yanğın nəticəsində lambir və taxta konstruksiyalardan ibarət üzlük yanıb. 2 nəfər ölüb, 3 nəfər müxtəlif xəsarətlər alıb.

Yanğın saat gecə saatlarında söndürülüb. Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Rayon Polis Şöbəsindən bildirilib ki, yanğın zamanı ölən və yaralanan şəxslərin hamısı Türkiyə vətəndaşlarıdır.