İsmayıllıda saxlananların sayı artır

-
Yanvarın 31-də daha bir İsmayıllı sakini, 21 yaşlı Rəşid Məmmədov saxlanıb.

Bu barədə AzadlıqRadiosuna onun atası Arzuman Məmmədov məlumat verib:

«Oğlum aksiyada olub, hamı necə o, da haya gedib. Amma heç bir qanunsuz hərəkət etməyib. Bir gün rayon polisində saxladılar, yanvarın 31-i saat 14:00-da apardılar Bakıya - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə. Nə mən əlaqə saxlaya bilirəm, nə də Bakıdan bir zəng edib bir xəbər verən var».

Yanvarın 23-də İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı «Çıraq» motelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. Etirazçılar icra başçısının istefasını, saxlananların buraxılmasını, rayondakı özbaşınalıqlara son qoyulmasını tələb ediblər.