Araz Ağalarov 8-ci yerdədir

Aras Agalarov, xanımı Irina və nəvələri Əli və Mikayılla

Forbes jurnalının rus dilində çıxan nəşri Rusiyanın “Daşınmaz əmlak kralları” adlı reytinq dərc edib.
Burda Rusiyada daşınmaz əmlak icarəsindən ən çox qazanan 30 varlının adı var.

“Krokus” şirkətinin sahibi Araz Ağalarov daşınmaz əmlak icarəsindən ən çox qazananlar arasında 8-ci yerdədir.
O keçən il icarədən 370 milyon dollar pul qazanıb.

Siyahıda birinci yerdə olanlar isə “Kievskaya ploşad” şirkətinin sahibləri Zarah İliev və Qod Nisanovdur. Onlar bir ildə icarədən 1,1 milyard dollar qazanıblar.