Hərbçi yaralandı

-
Azərbaycan Ordusunun giziri yaralanıb.

ANS-in məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Gizir, 1982-ci il təvəllüdlü Ramil Axundovun əlində qumbara fitili partlayıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlərlə hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS-ə faktı təsdiqləyib.