Ermənistanda seçki təxirə salına bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Güllələnmiş prezidentliyə namizəd xarici dövlətlərdən şübhələnir

-
Hücuma məruz qalmış Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan fevralın 18-nə təyin edilmiş seçkinin 2 həftə təxirə salınması barədə Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Bunu onun özü AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.

Konstitusiyaya əsasən, namizədin seçkidə iştirakına maneə yaransa, seçki başqa vaxta keçirilə bilər.

Fevralın 1-də Yerevanda «Milli müqəddərat birliyi» partiyasının sədri Paruyr Hayrikyan-a hücum edilib. 63 yaşlı namizəd kürəyindən güllə yarası alıb.

Həkimlər əməliyyat edilmiş siyasətçinin həyatına təhlükə olmadığını deyirlər.