Avropa Birliyi İrana danışıqlar təklifini təsdiqləyib

Catherine Ashton

Avroba Birliyi İranla 6 aparıcı dünya ölkəsi arasında danışıqların növbəti mərhələsinin fevralın 25-də Qazaxıstanda keçirilməsini təklif etməsini təsdiqləyib.

Amma birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun sözçüsü Michael Mann hələlik İranın təklifə cavab vermədiyini deyir.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin nümayəndələri iştirak edir.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.