Bashar Assad İsraili ittiham edib

Bashar al-Assad

Suriya prezidenti Bashar Assad İsraili son hava əməliyyatı ilə ölkədə qarışıqlıq salmaq cəhdində ittiham edib.

Suriya hökuməti İsrail hərbi-hava qüvvələrinin ötən çərşənbə günü Dəməşqin ətrafındakı hərbi təhqiqat bazasını vurduğunu deyir.

ABŞ rəsmiləri isə hədəfin Suriya-Livan sərhəddi yaxınlığında Hizbullah qrupuna silah aparan hərbi karvan olduğunu deyirlər.

İsrail hələlik məsələyə rəsmi münasibət bildirməyib.