Türk solçuları ABŞ səfirliyinə hücumun məsuliyyətini üzərlərinə götürürlər

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ-ın Ankaradakı səfirliyi qarşısında partlayış olub

ABŞ səfirliyində partlayış üçün məsuliyyəti türk solçular üzərlərinə götürdülər

Türkiyədəki İnqilabçı Xalq Azadlığı Partiyası Cəbhəsi (Devrimçi Halk Kurtuluş Partisi – Cephesi) bildirib ki, Ankaradakı ABŞ səfirliyi şəhərciyində intiharçı bomba partlayışını partiyanın üzvü törədib.

Bu haqda xəbər yayan “The Guardian” bildirir ki, Türkiyədə qadağan edilmiş bu təşkilat adı çəkilən bəyanatı ona yaxınlığı ilə tanınan bir internet saytında yayıb.

Bəyanatda bildirilir ki, intiharçı bomba partlayışını təşkilatın üzvü Ecevit Şanlı törədib.
Qəzet xəbər verir ki, Türkiyə hökumətinin adlarının çəkilməsini istəməyən ekspertləri İnqilabçı Azadlıq saytının təşkilata yaxınlığını təsdiq edirlər.

Bu arada Ankara bələdiyyə idarəsi bildirib ki, hadisə yerindən toplanan DNT materialının analizi onun Şanlıya aid olduğunu göstərib.

Ankaradakı Amerika səfirliyində cümə günü törədilmiş bomba parlayışında intiharçının özü, Türkiyə təhklükəsizlik keşikçisi həlak olub, Türkiyə televiziyasının müxbiri ağır yaralanıb.