Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə sərəncam verildi

-
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Dövlət Sosial Müdafiə Fonduna 2012-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2013-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılır.