Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Baş Təhsil İdarəsi ilə birgə 2013-cü il fevralın 11-dən 15-dək «Cizgi filmləri həftəsi»ni keçirəcək.
Nazirliyin rəsmi saytının məlumatına görə, həftə ərzində Bakının 8 orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilmiş Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək.
Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri – «Cizgi filmləri bayramı» təşkil olunacaq.
Bayramda uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər göstəriləcək.