Tunisdə müxalifət partiyasının lideri öldürülüb

Tunisdə müxalifətdə olan siyasi partiya lideri öldürülüb.

“Birləşmiş Demokratik Millətçi” partiyasının sədri Chokri Belaid bu gün evindən çıxarkən güllələnib.

O islamçı “Ennahda” partiyasının qatı tənqidçilərindən biri idi.
Bu partiyanın üzvləri hökumətdə çoxluq təşkil edir.