«Azərbaycan aşıqları» kitabı Tehranda çap olunub

Tehranda Azadlıq Meydanı, 2009

-
Folklorşünas Əhliman Axundovun «Azərbaycan aşıqları» kitabı Tehranda ərəb qrafikalı Azərbaycan əlifbasında çap olunub.

Xəbəri Mədəniyyət və Turizm İdarəsinin baku-art.az saytı yayıb.

Nəfis tərtibatla nəşr olunan 535 səhifəlik kitabda Azərbaycan xalqının ən qədim yaradıcılıq nümunələrindən sayılan aşıq sənətinin bədii-estetik nümunələri toplanıb.

Kitab «Azərbay» türkcə çap və yayım şirkəti tərəfindən yüksək keyfiyyətlə nəşr olunub.

Xəbərdə vurğulanır ki, kitabın orijinal dizaynı onu daha cəlbedici edib.