Appelyasia məhkəməsi Tofiq Yaqublunun şikayətini rədd etdi

Bakı Apellyasiya Məhkəməsi yanvarın 31-də Nəsimi rayon Məhkəməsinin Tofiq Yaqublu ilə bağlı seçdiyi 2 aylıq həbs qətimkan tədbirini qüvvədə saxlayıb. Bu haqda AzadlıqRadiosuna Tofiq Yaqublunun vəkili Nemət Kərimli deyib.

Onun sözlərinə görə, vəkillər Tofiq Yaqublu barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbirinin ləğvini istəyiblər, ancaq məhkəmə bunu rədd edib.