Elçin Hüseynbəyli şagirdlərə Xocalı haqda hekayəsini anlatdı

Azeri writer Elchin Huseynbeyli with children

-

Yazıçı Elçin Hüseynbəyli fevralın 8-də Bakının Xətai rayonundakı Heydər Əliyev adına liseydə şagirdlərə özünün Xocalı faciəsindən bəhs edən “Firuzə qaşlı xəncər” hekayəsini anladıb.

“Ədəbiyyat” dərsliyində yer alan hekayə haqda danışılan tədbirdə liseyin rəhbərliyi və müəllimlər də iştirak ediblər.

Hekayədə Zeynəb adlı gəlinin körpə balasını erməni işğalçılarından qoruması və qarlı meşədən keçərək yaxınlarına qovuşması təsvir edilir.

E.Hüseynbəyli deyib ki, böyüyən nəsil öz tarixini bilməli və bundan nəticə çıxarmalıdır.

Uşaqlara yazıçının yaradıcılığı haqda məlumat verilib. E.Hüseynbəyli şagirdlərlə xatirə şəkli çəkdirib.