Sərxoş sürücülərə qarşı cəza sərtləşir

Foto: Arxiv

-
Azərbaycanda içkili vəziyyətdə yaxalanan sürücülər dərhal sürücülük hüququndan məhrum ediləcəklər.

Milli Məclisin üzvü Rəfail Cəbrayılov bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinə dəyişiklik ediləcəyini deyib.

O qeyd edib ki, ilk dəfə sükan arxasında sərxoş vəziyyətdə yaxalanan sürücü 6 aydan 2 ilə qədər sürücülük hüququndan məhrum ediləcək.

Hazırkı qanunvericiliyə əsasən, yalnız il ərzində 2 dəfədən çox içkili vəziyyətdə yaxalanan sürücülər vəsiqədən məhrum oluna bilər.

Layihə yaxınlarda Milli Məclisin müvafiq komitəsində müzakirəyə çıxarılacaq.