Roma Papası istefa verir (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Roma Papası istefa verir

Roma Papası XVI Benedikt istefa verir.
O, fevralın 28-də Papalıqdan gedir.

Son 600 ildə ilk dəfədir ki, Roma Papası könüllü olaraq bu vəzifədən gedir.

İstefanın səbəbləri haqda, Roma Papasının kilsə Şurasına yazdığı məktubda deyilir ki, “bu günki dünya sürətlə dəyişir”, bu, “həm ruh, həm də bədən gücü tələb edir”, onun bu gücü isə “son bir neçə ayda xeyli sarsılıb”.
Roma Papası etiraf etdiyini bildiriur ki, o daha bu vəzifəni icra etmək iqtidarında deyil.

Roma Papasının hazırda 85 yaşı var.

Vatikan bildirir ki, Papanın istefası o deməkdir ki, yeni Papa seçilənə qədər bu vəzifə boş qalacaq.

Adı çəkilməyən Vatikan rəsmisi isə deyib ki, istefa ilə varisin seçilməsi arasında vaxt mümkün qədər qısa olacaq.