-
Fevralın 11-də 17 saylı Cəzaçəkmə Müəssisəsində məhbus siyasətçi Nemət Pənahlının işi üzrə hazırlıq iclası keçirilib.
Məlumatı «Media forum»a N.Pənahlının vəkili Elçin Əliyev verib.
Vəkil deyib ki, məhkəmə baxışı fevralın 20-nə təyin olunub:
«Müəssisənin rəisi Nemət Pənahlının dəfələrlə daxili nizam-intizam qaydalarını pozduğunu iddia edərək Baş Prokurorluğa təqdimat verib. O, Nemət Pənahlının həbsxana rejiminə köçürülməsini istəyir».
N.Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.