Müasir Müsavat Partiyasının sədri Daxili İşlər Nazirliyinə çağırılıb

Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Daxili İşlər Nazirliyinə çağırılıb.

Bu barədə APA-ya açıqlamasında DİN-in mətbuat xidmətinin rəisi Sadiq Gözəlov məlumat verib.

Onun sözlərinə görə, bu Hafiz Hacıyevin dünən Kütləvi İnformasiya Vasitələrində yazıçı Əkrəm Əylislinin sağlamlığına zərər yetirilməsi barədə etdiyi çağırışla əlaqədardır.

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev mətbuata açıqlama verərək yazıçı Əkrəm Əylislinin qulağını kəsən şəxsə 10 min manat mükafat vəd edib.