Küveytin xarici işlər naziri Azərbaycanda səfərdədir

Küveytin baş nazir müavini və xarici işlər naziri Shekh Sabah Khalid al-Hamad as-Sabahın Azərbaycana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sabah Bakıda keçiriləcək hökumətlərarası birgə komissiyanın 2-ci iclasında iştirak edəcək.

İclas zamanı iki ölkə arasında bir sıra rəsmi sənədlər imzalanacağı gözlənilir.

Hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziri Elmar Məmmədyarovdur.