Rusiyalı deputat mandatını satmq istəyirmiş

Rusiyanın Dövlət Duması Kommunist partiyasının deputatı Konistantin Shirshovu deputat toxunulmazlığından məhrum edib.

Baş prokurorluğun qərarında deyilir ki, o deputat mandatını bir iş adamına 7,5 milyon avroya satmaq istəyirmiş.

İnterfaksın məlumatına görə Dövlət Dumasında məsələnin müzakirəsi cəmi 10 dəqiqə çəkib.
Amma deputat günahkar olmadığını deyir.