Tehran Livanda işləyən məmurunun öldürüldüyünü deyir

Tehran Livanda işləyən yüksək səlahiyyətli məmurunun öldürüldüyünü deyir.

İran İnqilab Qvardiyasnın məlumatına görə, Hassan Shateri Dəməşqdən Beyruta qayıdarkən öldürülüb.

Livanın “Al-Safir” qəzetinin yazdığına görə, Hassan Shateri Suriyanın Hələb şəhərində dağıntıların bərpası ilə bağlı layihəni araşdırırmış.

Livandakı radikal “Hizbullah” qrupunu dəstəkliyən İran Suriya rejiminin yaxın müttəfiqlərindən biridir.