Azərbaycan 15 yaşlı uşaqların biliyinə görə 57 ölkə arasında 56-cı yerdədir

Məleykə Abbaszadə

-
“Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına əsasən, Azərbaycan 15 yaşlı uşaqların bilik səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir”.

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib.

O deyib ki, hazırda orta məktəblərdə təhsil, müəllim və şagirdlərin səviyyəsi çox ciddi problemə çevrilib və bu ildən orta məktəblərdə aparılacaq monitorinq imtahanlarının nəticələri ictimaiyyətə və ölkə başçısına təqdim olunacaq.