-
Milli Məclisin 15 fevral iclasında bələdiyyələrin fəaliyyəti ilə bağlı illik hesabat dinlənilib. Hesabatı Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
Vilayət Zahirov deyib ki, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52 min 370 bələdiyyə aktı daxil olub. Bu, 2011-ci illə müqayisədə 64 faiz çoxdur. Nazir müavinin sözlərinə görə, təqdim olunmuş bələdiyyə aktlarından 1532-nin qanunazidd olduğu müəyyən edilib və bu problemlərin aradan qaldırlması ilə bağlı bələdiyyələrə təkliflər göndərilib. Vilayət Zahirov bildirib ki, bələdiyyələr təklifləri qəbul edib, 5 aktla bağlı məhkəmələrdə iddia qaldırılıb, onlardan 4-ü təmin edilib.
“Həyata keçirilən tədbirlər nəticəsində il ərzində 8 min 970,47 hektar torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub. İnzibati nəzarət tədbirləri nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib” deyə Vilayət Zahirov bildirib.
Daha sonra deputatlar hesabata münasibət bildiriblər.
Deputat Qüdrət Həsənquliyev bələdiyyələrin səlahiyyətlərinin geniş olmadığını və bu qurumların səlahiyyətlərinin artırılmasını təklif edib:
“Prezident son müşavirədə yerli icra strurkturlarını kəskin tənqid etdi və bu adamların da ürəyindədir. Bütün qurumlar icra hakimiyyətinə tabe etdiriləndə haqlı narazılıq yaranır. Bu qurumların səlahiyyətləri məhdudlaşdırlmalıdır. Bir-birini əvəzləyən səlahiyyətlər var”.